Bu yaxınlarda dumadan bəzi qəvanin və tənzimata dair bir islahat gözləmək hələ çətindir; çünki duma qanunsuz bir müəssisə mövqeyini hələ işğal eləməyibdir.

Söz yoxdur ki, üzvlər məhəllərdən seçilib Peterburqa tərəf getdikləri zaman, birinci dəfə yığılıb da qanunsaz bir heyət təşkil edəcəklərinə əmin idilər; onlar özlərini həmin seçildikləri gündən qanun və tənzimat yapacaq bir işçi bilib, bu niyyət ilə də seçilmişdilər; lakin, baş vəzir Stolıpin kabinəsinin dumaya qarşı ittixaz etdiyi rəftar və göstərdiyi münasibət bunu aşkar etdi ki, duma özünə nə tövr baxacaqsa baxsın, amma hökumət isə onun qanunsuz bir müəssisə olduğuna hələ bu tezlik ilə inanmaq istəməyir.

Orası məlumdur ki, hökumət şurişə gəlmiş olan məmləkəti təskin etmək üçün “dinməyin, sizin üçün məclisi-məbusan açacağam” dedikdə, şübhəsiz, həmin məclisi-məbusanın qanunsaz bir müəssisə olacağını dəxi bildirirdi və onsuz da elə, bu hər kəsə məlum idi. Lakin görünür ki, hökumət bir cür vədə verib də, özgə cürə ifa etmək fikrində imiş, yəni indiyə qədər yalnız bir özünə müxtəss bildiyi qanunsazlığı bu tələsiklə məclisi-məbusana tərk edib, kənara çəkilmək niyyətindən uzaq imiş. Firqə və partiyalar arasında ümumiyyətcə böyük bir həmrəylik ilə məşhur olan birinci duma əvvəlinci günü hökumətə öz mövqe və vəzifəsini göstərib həman vəzifəni ifadə də sabitqədəm olacağını qəti nümayişlərilə elan etdi. Hökumət bunun üstündə onu qovdu və qovub da ümidini ikinci dumanın “sözü yatan” olacağına bağladı və bu ümidin hüsulu üçün birinci intixab nizamlarını təqyir edib, seçki işində verilmiş olan bir para ixtiyarları təbdil etdi; yəni o surətə salmaq istədi ki, intixabatın nəticəsində ikinci dumanın üzvləri əksərən “əsil rus” adamlarından və yaxud ittilaat və məlumatı – siyasiləri az olan “bitərəflər”dən olsun; lakin hökumət aldandı, çünki o cürə adamlar Rusiyada çox az tapıldı. Amma bainhəmə hökumət belə bir sifət göstərir ki, guya öz aldanmasına inanmaq istəməyir. Bu səbəbə görə də duma üzvlərini siyasətcə bir şey başa düşməyib, qanmaz olmaqlıqda zəmm edir və bununla dəxi o tərəfə işarə etmək istəyir ki, belə, qanmaz və qanacaqsız dumadan qanunsuz bir müəssisə ola bilməz; ona görə bu cür dumanın işi ancaq vəzirlər tərəfindən sazlanan qanunları bilamübahisə və müzakirə təsdiq etmək olmalıdır.

Lakin duma vəzirlərin bu biəsas sözlərinə cavab verə bilməyəcək qədər cahil olmadığına görə, hökumət ancaq başını bulayıb çiynini atmağa məcbur olur. Məlumdur ya, əgər dumanın üzvləri siyasətcə cahildirlərsə, bütün təqsir hökumətin özündədir, çünki özü qəsdlə sədlər qurub əqilli və müttəle şəxslərin dumaya daxil olmaq yolunu kəsdi.

Bundan masəva, hökumətin dumanı əsassız sözlərlə zəmm etməkdə haqlı olmadığına bir dəlil burasıdır ki, duma özü kəndisinin bəzi əhəmm məsələlərdə filhəqiqə bir o qədər əhəmiyyətli olmadığını etiraf edərək, hökumətə təklif edir ki, haman məsələlərin müzakirə və tədqiqi üçün təşkil olunmuş xüsusi komisyonlara kənardan əhəmiyyətli və bilikli adamlar çağrılsın. Lakin hökumət buna qəti surətdə razı olmayıb, bu cürə şeyi “xilafi-qanun” hesab edir.

Xeyr kim nə deyir desin; amma bircə orası doğrudur ki, hökumət bu fikrə heç razı olmaq istəməyir ki, məclisi – məbusan qanunsuz bir müəssisə olmalı və icraat işləri isə, məsuliyyət ilə bərabər hökumətə vagüzar edilməlidir.

Odur ki, indi duma hələ öz qanunsuzluq mövqeyini işğal etməyibdir: ona görə də bu tezlikdə ehtiyacati-məmləkətə müvafiq bir qanun yazıb tətbiq edilməsini gözləməkdən isə, dumanın qovulmasına müntəzir olmaq daha dürüstdür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ordan-burdan 20

Ha fikir edirsən, ha özünə təsəlli verirsən, ha deyirsən ki, Allah kərimdir, işimiz bu gün-sabah düzələr, ha papağını fırlayırsan ki, il gəlib keçsin, bir də baxıb görürsən ki, “millət irəli gedibdir”, ha eşidirsən ki, filan yerdə filankəs filan dana məktəb açdı, qiraətxana düzəltdi, pul bağışladı. Ha danışırlar ki, beş il keçməz müsəlmanlar yapon kimi tərəqqi edərlər. Ha deyirlər ki, indidən belə məscidlərdə başmaq, papaq, saqqal məsələləri müzakirə olunmayacaqdır. Ha inandırırlar ki, indidən belə orucluqda qəzetə oxumaq həlal olacaqdır. Ha söyləyirlər ki, daha ümumi mənafe üçün qurulan işlərin içinə qərəzi şəxsi soxulmayacaqdır. Ha deyirlər ki, daha bundan sonra müsəlmanlar arasında ittəhad və ittifaq olacaqdır, ha inandırırlar ki, müsəlmanlar millət, din və məzhəbi özlərinə bəhanə edib, partiyabazlıq salmayacaqlar. Ha deyirlər, ha söyləyirlər, ha inandırırlar, – yenə axırda baxıb görürsən ki:Əlif, zəbər ə, bey zən əb, cim, zəbər, cə, dal zən cəd – əbcəd!

1 мин
Ordan-burdan 21

BayramBu gün eydi fikirdir. Bu gün o gündür ki, camaatın ağzı açılıb, amma məscidlərin ağzı qapanır.

2 мин
Ordan-burdan 22

Tazə xəbərEşitdiyimizə görə şəhər idarəsi belə qərar qoyubdur ki, daha indidən belə müəllimlərlə alış-veriş eləsin. Məsələn, elə müəllim var ki, iyirmi dərsi əlli manata deyir, elə müəllim də var ki, haman iyirmi dərsi 40 manata deyir. İş belə olan surətdə daha şəhər idarəsinə nə düşübdür ki, 40 manat yerinə 50 manat versin? 10 manat təfavüt eləyir, zarafat deyil! O ki qaldı dərs yaxşımı olacaq, pismi – onun şəhər idarəsinə dəxli yoxdur.

2 мин
Ordan-burdan 23

Bir qədər qəzetəçilik dərsiM ü ə l l i m – Qəzetəyə hər cür şey yazmaq olarmı?

5 мин

Стихи других поэтов