Hökumət və Duma
Bir pərdəli komediya
Hökumət (minnət gözləmək səsilə). Hə, lotu gördün? Yenə səni çağırdım, yığdım Peterburqa, yaxşı elədimmi?
Duma. Yaxşı elədin, ancaq təvəqqe edirəm ki, mənə minnət qoymayasan.
Hökumət (guya inciyib). Hə! Sözünə bax, mən ölüm. Di gəl bundan sonra xalqa yaxşılıq elə!
Duma. Sən bizi ondan ötrü yığdın ki, çünki dalın...
Hökumət (öz-özünə). Tazadan işə düşmədim?! (Dumaya) Yaxşı, indi sənin sözün nədir?
Duma. Sözüm odur ki, hələ irəli otur hesab çəkək.
Hökumət (öz-özünə). Bu nə kələk idi, a başınıza dönüm! (Dumaya) Balam, nə hesab?
Duma. Necə nə hesab? Bəs bizi şoraba qoymağa çağırmısan?
Hökumət. Yox əşi, bir gəlin məni də döyün, vallah zərrə qədər sizdən qorxmuram.
Duma. Əlbəttə, sən bir igid oğlansan, sənin yaxşı voyenni polojeniyaların var, ondan “voyenni polevoy sudların var, qərəz çox zirəksən. Ancaq bunların hələ mətləbə dəxli yoxdur. Sən bir gəl əvvəl hesabımızı çəkək, sonra igidliyindən dəm vurarsan.
Hökumət. Ağzına bax, mən ölum, uşaqcıq! Mən yekəlikdə kişi durub sizə hesab verəcəyəm.
Duma. Uşaqcığıq, ya hər nəyik – sən yığmısan, amma hər halda biz hesab dərsini çox yaxşı bilirik, arxayın ol, bizi aldada bilməzsən.
Hökumət (öz-özünə). Lənət sənə kor şeytan, dayna, bu nə qələt idi ki, mən elədim; təki, əvvəlki dumanı mən heç qovmayaydım. (Dumaya) Balam, axı vallah, billah, siz hələ mən biləni bilmirsiniz. Mənim ayağım biləni sizin başınız bilmir, nahaq yerə mənə də, özünüzə də zəhmət verməyin, hesab nədir, zad nədir, qoy mən bildiyimi eləyim, siz də deyin ki, bəli, dürüst buyurursunuz, siz deyəndir!..
Duma (baş barmağını şəhadət ilə orta barmağının arasından çıxarıb deyir). Ala! Yaxşı zurna çalırsan, amma heyif ki, səsi çıxmır! Təvəqqe eləyirik ki, əngəl eləməyəsən. Qurtar! Bizə hesab ver görək.
Hökumət. Adə, vallah dinc oturun, yoxsa, and olsun o Fon-Plevenin goruna, o Trepovun qəbrinə, o Pobedonosstevin baş daşına ki, durub sizi qovaram.
Duma. Bilirsən nə var, aşna, biz qovulmaqdan, filandan qorxan adam deyilik və sənə də bunu deyirik ki, bax, əvvəlinci duma səninlə ancaq güləşməyə hazırlaşırdı ki, sən nahaq yerə onu qovdun, sonra da min cürə biclik edib bizi çağırdın. Amma özün görürsən ki, bicliyin baş tutmadı. Çünki biz gələn kimi yapışdıq sənin qollarından, əgər bizi də qovub, üçüncü duma çağırsan inan ki, o da gəlib yapışacaqdır xırp sənin boğazından özün də qalacaqsan udquna-udquna. Ona görə elə yaxşısı budur ki, heç o yan-bu yan eləməyib, oturasan yerə və biz soruşaq, sən də cavab verəsən.
Hökumət (bilmir nə qayırsın, gah ah çəkir, gah zaylanır və öz başına döyür). Evin yıxılsın fələk, bu nə kələk idi ki, məni saldın? Bu nə iş idi mənim başıma gətirdin. (Bu əsnada, “əsli rus” adamlarından Pruşkeviç meydana çıxıb, dumaya tərəf qışqırır.) Əşi, siz nə çox hırt-hırt edirsiniz, hökumət doğru deyir də nə karasınız ki, gəlib ondan hesab çəkirsiniz? Hesaba qalsa, mən sizdən min cür hesab istərəm. Hələ bir deyin görüm, qaradavoy Qançlovu kim öldürübdür?
Hökumət (sevinir). Hə, bərəkallah, sən öl, bax bu mənim işimi tikdi, ha qoçum Pruşkeviç!
Duma (Pruşkeviçə). Sən nə hədyan eləyirsən? Pravakator oğlu pravakator! İtil bu saat buradan – sürün!
Pruşkeviç. Məni qovursunuz? Məni.
Duma. Rədd ol, sürük burdan xuliqan belindən gəlmiş! İtil! (Pruşkeviçi itələyib, hökumət bikef olur və öz-özünə deyir:)
Hökumət. Heç nə, işlər xarab oldu, kələk baş tutmadı, indi mən nə qayırım. Paxırlar açılacaq.
Qovum – vay!
Qovmayım – vay!
Hesab verim – vay!
Verməyim – vay!
Çay, Dunay, Uxay.
May, Cuhud, voyenni polevoy sud...
(Burada pərdə düşür.)
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-hokumet-ve-duma
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir “Başıqapazlı”nın söylənməyi“Bizim adımız başıqapazlıdır. Ya budur ki, gərək biz evdən bayıra çıxmayaq, ya ki, çıxsaq da hər tərəfdən qapaz yeməyi gözümüzün önünə alaq. Bilet alıb vaqona minirik – konduktor qapaz vurub deyir ki, nə üçün bilet alıb məni rüşvətdən məhrum edibsən? Bilet almayıb vaqona minirik – yenə konduktor qapaz vurub deyir ki, nə üçün biletsiz gedirsən. Sonra da tutub cibimizi soyur. Şəhər və kənd müəssisə (uçrejdenie)lərinin qapısında biz həmişə boynu buruq və əli qoynunda durub həftələrlə “növbət” gözləyirik. Axırda da “zavtra” ilə bir qapaz alıb, məyus gedirik. Ürəyimizin qəmini dağıdıb əhvalımızın pərişanlığını düzəltmək niyyətilə “bulvar” və “sad” deyilən təfərrückahlara çıxırıq – qaradavoy qapaz vurub, bayıra çıxardır ki, bura sizin yeriniz deyil. Tamaşa üçün teatrlara gedirik – pul ilə də bizə bilet vermirlər. Görünür ki, ora dəxi bizim yerimiz deyil. Küçələrdə gəzmək bizim üçün xatadır. Sübh vaxtı qabağımıza çıxan adam bizi görüb, geri çəkilir ki, tfu “mənhus” adama rast gəldim. İşim düz gətirməyəcək. Axşamçağlarda da bizi qaradavoy və strajniklər soymasa – quldurlar soyur. Dilənçilər də bizi görüb, təkəbbürlük satırlar. İtlər də hər yerdə tək bizə hürür, uşaqlar da bizə sataşır. Guya ki, biz bu dünyaya gəlməkdə bir xəta etmişik”.
Ordan-burdan 61Rus və yapon müharibəsi əsnasında bizim avam-xalqımıza deyirdilər ki, yaponlar quş kimi uçub Peterburqun başına gəliblər, iki saatdan sonra rus paytaxtını alacaqlar... Yaponlar öz dəryalarının dibinə girib bir aydan sonra rus dəryasının içindən çıxıbdırlar və s.Biz “abrazavannılar” əvamımızın bu sözlərini eşi-dəndə gülürdük, belə şey yoxdur – deyirdik. İndi, bizdən milyon dəfə artıq “abrazavannı” olan əcnəbilər bizim bu Qafqaza dair elə qəribə əhvalatlar danışırlar ki, “bişmiş toyuğun gülməyi tutur”. Bu əhvalatı yalnız danışırlar deyil, məşhur qəzetələrində də yazırlar. Belə ki, ingilis qəzetələrində yazmışdılar ki, Bakı şəhəri, general-qubernatoru ilə bir yerdə dağılıb, viran olubdur. İndi də alman qəzetələrində yazırlar ki, guya Qafqaz müsəlmanlarından bir firqə İrana gedib, İran əhlini rus əleyhinə qalxızırlarmış, bunt istəyirlərmiş və bu firqənin əlində iki qəzetə və hər qəzetənin 70 min (pah, atanla yeri!) müştərisi varmış!..
Ordan-burdan 62Cavad uyezdində pristav Şəfi bəy Fətəlibəyova açıq məktub*“Dusti-mehriban” cənab Şəfi bəy!
Ordan-burdan 63“Dərə xəlvət tülkü bəy”Cavad uyezdində uryadnik Hacı Əli Şəkər oğlu Muğan və Mil səhralarını xəlvət dərə hesab edir, özü də tülkü bəy olubdur. Bu tülkü, öz ağası olan canavarlar tək binəva müsəlmanların hər bir mal və mülkünü xoruz və toyuq yerində qoyub, çəkib yeməkdədir. Bu tülkünün paqonu, filanı olduğundan paqondan ürkən müsəlmanlar ona kəmaliinqiyal ilə itaət edib, balalarının yem və xörəyini onun doymaq bilməyən qarnına təpirlər və tülkünün qorxusundan bu barədə heç bir kəsə söz demək istəmirlər. Tülkü də “əlindən gələni beş qaba çəkir”... Çəksin... Kişi dövr sürür: Muğan ilə Mil kimi səhraların xanıdır; kimin nə borcuna qalıbdır ki, ona desin ki, nə üçün Qafqazı İrana döndərib ağzı otlu heyvan yerində olan müsəlmanların qanını sümürürsən?
Стихи других поэтов
Pirsahat çaydan keçdim,Çay üstə üç gözəl gördüm,
ای گل، تو ز جمعیت گلزار، چه دیدیجز سرزنش و بد سری خار، چه دیدی
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Qəzəl: Şanənin qəsdi nədir çəkməz əlin birçəkdənŞanənin qəsdi nədir çəkməz əlin birçəkdən,Mən kimi aşiq olub zülfə məgər görcəkdən