Nihali-eşqi-əbnayi-bəşər xatirnişanımdır,Məhəbbət meyvəsi məhsuli-nəxlistani-canımdır.

Zülami-büğzdən pakizədir misbahi-vicdanım,Buna bürhani-sadiq fikrəti-pərtövfəşanımdır.

Qaralsın ol könül kim, boşdur ənvari-üxüvvətdən,Bu cümlə daima təzkarü övradi-lisanımdır.

Bütün övladi-adəm hasili-bağı-təbiətdir,Onunçun növxahi-nəqşi-əlvahi-nihanımdır.

Ürək ərzində bəslənmiş əməl hübbi-ümumidir,Güvah istərmisən? İşdə kəlamım tərcümanımdır.

Könül istər ki, olsun dəhr sülhabadi-ünsiyyət,Məni sövq eyləyən bu fikri-alişanımdır.

Bəşər ixvani-tinət, həm vətəndir aləmi-imkan,Bu hissiyyati-qüdsiyyə səfabəxşi-ruvanımdır.

Mühibbi-lanə olmaq şivəsin bülbüldən öyrəndim,Məvəddət gülləri xəndan olan yerlər cinanımdır.

Əgər zülmətpəsəndən hərbcuyi-ixtilaf olsa,Nə qəm, əhli-vifaqəm, tiği-rəxşanım zəbanımdır.

Bəyənməm xəlq ətvarın, əcəb müşkilpəsənd oldum,Həqiqət çünki əksəndazi-mir’ati-cünanımdır.

Edər mürği-dilim pərvaz fəshətgahi-lahutə,Nəzərdə gərçi cövlangahi-nasut aşiyanımdır.

Deyil süflayə mail, e’tilapərvəzdır ruhum,Onunçun şe’ri-ülvi cilvəarayi-bənanımdır.

Xəyalım hürr, can sərbəst, fikrim laübalidir,Məni azad edən sultani-əqli-nüktədanımdır.

Cahanda bərhəyat olduqca bitməz təb’i-fəyyazım,Məni intaq edən bir qüvveyi-mö’cüzbəyanımdır.

Zülali-fikri-səyyalım mühiti-lətənahidir,Məni dilsir edən mənbə füyuzi-laməkanımdır.

Mən ol mərdi-süxəndanəm ki, sönməz məğzi-nəvvarım,Mənim feyz aldığım aləm vərayi-xakidanımdır.

Bəharistani-ömründə tərrənnümsaz olur bülbül,Həzari-naləkarəm, bağı-aləm gülsitanımdır.

8 rəbiül-axir (22 may)

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов