Bəsdir, yetər artıq, dur, oğul, dur, daha yatma!Namusu, həyanı, ədəbi uyquya satma!Ey sevgili övlad, ayıl, Allahı sevərsən,Gün doğdu, hamı durdu, yatan bircə özünsən.

Yoldaşlarına, sil gözünü, yaxşı bax, oğlum,Onlar yetib istəklərinə, sən uzaq, oğlum.Başdan papağın, ya başını qapdıracaqdır –Ol yol gedən adəm ki, yol üstü yatacaqdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов