Содержание
  1. Dördüncü şəkil
  2. Beşinci şəkil
  3. Altıncı şəkil
  4. Yeddinci şəkil
  5. Səkkizinci şəkil

Страница 5 из 5 · 80%

Hacı Kamyab. Elə bu? Dedim görəsən nə qiyamət olubdur.

Bibixatun. Hələ bu azdır?! Yox, istərdin ki, əlindəki kasa ilə vurub başımı yaraydı. Təqsir hamısı səndədir. Hacı Rza kimi adamlara üz verəndə arvadları da adamın başına çıxarlar. Dövlətli kişisən, Xudayar xan kimi adam sənin evinə qonaq gəlir. Özünü elə saxlasanamı ki, xalq da səni saysın! Hələ mən bundan bədtərindən qorxuram!

Hacı Kamyab. O nədir?

Bibixatun. Bir azdan sonra da qızını götürüb verəcəksən qardaşın oğlu qotur Kamra na. Ondan sonra hünəri olan evdən bayıra çıxsın. Adım olacaq qotur Kamra nın qaynanası. Bəxtəvər başımıza, qır satıb qazanc eləyəcəyik.

Hacı Kamyab. Sözünü qurtardın?

Bibixatun. Qurtardım, nə olsun?

Hacı Kamyab. İndi mənə danışmağa macal verərsən?

Bibixatun. Danış görüm, nə deyəcəksən.

Hacı Kamyab (mücrünü verir arvadına). Al bax.

Bibixatun. Neyləyim bunu?

Hacı Kamyab. Aç içinə bax.

Bibixatun (mücrünü açıb cavahiratı görür). Bu nədir, a kişi?

Hacı Kamyab. Bu, nişandır. Xudayar xan bizim qızımızı oğluna istəməyə gəlmişdi. Mən də söz verdim.

Bibixatun. Aldadırsan məni. Hanı səndə elə şüur?! Görəsən kİmdir, gətirib girov qoyubdur.

Hacı Kamyab. Doğru deyirəm. Payız daxil olan kimi toyunu da eləyəcəyik. Bir az bundan qabaq Kamrana əndərunə girməyi qadağan etdim. O da deyəsən küsüb həmişəlik buradan getdi.

Bibixatun. Cəhənnəmə getsin, gora getsin. Bundan sonra görüm hansı ləçər hamama girəndə ayağıma durub mənə yer göstərməyəcək! Bax, ömründə gördüyün ağıllı iş bircə budur. Bərəkallah, kişi. Bundan sonra hamıdan hayfımı alacağam. Xudayar xanın oğlunun qayınanası! Zarafat deyil.

Hacı Kamyab. Mən gedirəm, qızını çağır, özün necə bilirsən xəbər ver. (Hacı gedir.)

Bibixatun (çağırır). Gövhərtac, a qızım, bir bura gəl.

Gövhərtac (daxil olur). Nə buyurursan, ana can?

Bibixatun. Bir gəl gör bu cavahirat xoşuna gəlirmi?

Gö vhərtac. Bunlar kimin üçündür?

Bibixatun. Belə sənin üçün!

Göv hərtac. Ağam alıbdır?

Bibixatun. Bəs kim alacaqdır?! Bir otur, qızım. Bu gərdənbəndi boynuna keçirt. Bəh, bəh, nə gözəldir! Bu gülü də döşünə tax. Bu sırğaları da gətir qulaqlarına taxım. Bu üzükləri də barmağına tax. Afərin, qızım. İndi hər kəs səni görsə deyər, bu, mələkdir, göydən enib. Mən sənin ananam, səni bu mərtəbədə gözəl bilmirdim. Bilirsənmi, qızım, bu nədir? Bu, nişandır, Xudayar xan gətiribdir. Atan səni Xudayar xanın oğluna verir. Gör sənə nə böyük bəxt açılır. (Gövhərtac söz deməyərək anasının döşünə qısılıb ağlayır.) Ağla, qızım, elə belə olar. Atam məni sənin atana verəndə, mən də bir gün ağladım.

Gö vhərtac. Bunu Kamran bilirmi?

Bibixatun. Kamran kimdir?! O nə itdir, bu sözü dilinə gətirirsən! Atan sənin başını it qibləsinə kəsər. Sən gərək fəxr eləyəsən ki, xan arvadı olub hökumət işlədəcəksən. Neçə min adam sənə baş əyəcək. Anan bir yerə gələndə hamı onun ayağına qalxacaq. Hacı Rzanın arvadı kimi itlər cürət edib mənə deyə bilməyəcəklər ki, başını kənarda yu. Hamamçıya sifariş gedəcək: Xudayar xanın oğlunun qayınanası hamama gəlir. Gərək hamama bir nəfər buraxılmasın. Bircə buraya bax. (Qalxıb əlini belinə vurur.) Ay camaat, geri çəkilin, Xudayar xanın oğlunun qayınanası gəlir!

Gövhərtac üzünü örtmüş ağlayaraq otaqdan çıxır.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов