Содержание
  1. Dördüncü şəkil
  2. Beşinci şəkil
  3. Altıncı şəkil
  4. Yeddinci şəkil
  5. Səkkizinci şəkil

Страница 2 из 5 · 20%

Beşinci şəkil

Hacı Kamyabın əndəruni bağçası. Kamran bikef oturub, fikrə qərq olmuş.
Gövhərtac bağçanın girəcəyində peyda olur. Bir qədər dayanıb Kamra na baxır.
Kamran onu görmür. Gövhərtac bir gül qırıb ona atır, Kamran ayılmayır, bir gül
də qırıb atanda Kamran diksinir.

Kamran. Böyük qız olubsan, yenə uşaqlıq hərəkətindən əl çəkməyirsən.

Gövhərtac. Yoxsa gül səni bir yerindən yaraladı? (Dəsmal çıxarır.) Gətir yaranı bağlayım.

Kamran. Mənim yaram bağlanası yara deyil.

Gövhərtac. Bu nə sözdür danışırsan? Dilini başa düşmürəm. Nə olubdur belə fikrə gedibsən?

Kamran. Ürəyim çox darıxır, Gövhərtac.

Gövhərtac. Nə üçün ürəyin darıxır?

Kamran. Özüm də bilmirəm. Hərdən bir ağlamağım tutur. Saralmış yarpaq, sınmış ağac budağı görəndə istəyirəm ağlayam. (Yerə düşmüş gülü götürüb göstərir.) Bax, bu gülü qırıb mənim üstümə atdın. Mənə belə gəlir ki, bu gül qırıldığından ağrıdı. Bu gün mənim başımda cürbəcür fikirlər oynaşır. Özüm də anlamıram bu nədir.

Gövhərtac. Dəli-dəli danışma. Gül niyə ağrısın? Gülün ki, canın yoxdur.

Kamran. Bilirəm canı yoxdur, amma mənə belə gəlir. (İçində gül əkilmiş bir vaz göstərir.) Bax bu vaz, bunu palçıqdan yoğurub, kürədə bişirib, indiki halətinə salıb satıblar. Mənə belə gəlir ki, bu torpaqdan yoğrulub kürədə bişmiş vazın canı var və bizim kimi yaşayır və düşüb sındıqda onun bədəni ağrıyacaq.

Gövhərtac. Heç bir şey bu danışıqdan anlamıram.

Kamran Mən özüm də bilmirəm bu nə halətdir məndə. Heçdən bu xəyal başıma girib, çıxmayır. Ağaclar yaşayırlar, onlara balta dəydikdə ufuldayırlar. Rəssam çəkmiş rəsm yaşayır, daş yonulmuş heykəl də yaşayır və düşüb sınanda ağrıyır. İnsan çox şeyi özü yaradır və özü də sındırır. Budur, mən də sınmışam, mən də ufuldayıram.

Gövhərtac. Səni kim sındırıb? Kimin nə həddi var əminin qorxusundan sənə güldən ağır söz deyə bilə?

Kamran Məni sındİran əmim özüdür. Sən mənə iki gül atdın, amma əmim bir ağır daş vurub, mənim ürəyimi sındırıb. Odur ki, gül qırılanda, bir çini qabın düşüb sınmağını mülahizə eləyəndə ağlamağım tutur.

Gövhərtac. Əmioğlu, sənin ürəyində bir dərdin var, mənə demək istəmirsən. Əgər atamdan inciyibsən, səbəbini de, mən onunla danışım.

Kamran Gövhərtac, bilirsən ki, bu axşam Xudayar xan buraya gələcək?

Gövhərtac. Gələndə nə olar? Xudayar xanın atam ilə alış-verişi var. Onun mülkündən çıxan tamam məhsulat atamın əlilə satılır. Odur ki, o buraya tez-tez gəlir.

KamranO deyil.

Gö vhərtac. Bəs nədir?

Kamran Xudayar xan həmişə tək gəlib-gedər. Bu dəfə o, fərasətsiz oğlu Firidun xanı da özü ilə gətirir. Bu xəbər məni nədənsə təşvişə salıb, ürəyim az qalır partlasın.

Gövhərtac. Bir belə danışıq elə bunu demək üçün idi? (Cibindən bir qələm bıçağı çıxarıb göstərir.) Bunu görürsən, təzə alınıb, almaz kimi itidir.

Kamran Nə olsun?

Gövhərtac. Arifsən, anla. Sənin fikrindəki mümkün deyil. Atam heç vədə istəməz ki, onun qardaşı oğlu duran yerdə, mülkü, malı, dövləti Xudayar xanın oğluna keçsin.

Kamran. Gövhərtac, yoxsa belə güman edirsən ki, mənim əmimin malında, dövlətində gözüm var? Yox, o dövlət mən bilirəm nə yol ilə qazanılıb. O pullar göz yaşı və ciyər qanıdır. Bu səhər Xudayar xanın rəiyyətləri gəlib, ağlaşıb əmimin ayağına sərilirdilər. Əmim Xudayar xana üç min manat rüşvət veribdir. Xudayar xan da rəiyyəti məcbur edir ki, məhsulunu ucuz qiymətə əmimə satsın. Bu vəziyyəti görən adam onun dövlətinə, sərvətinə təmə elərmi? Mənim qüvvətli qollarım var, heç kəsdən ağılsız olmayan başım var. Məni avara edib əmimin qapısında qul edən bircə qüvvət var, o da.. (Başın salır aşağı.)

Gövhərtac. Əmioğlu, yoxsa belə güman edirsən ki, bu dövlətin içində yaşamaq mənim üçün xoşdur? Məgər mən az ədalətsizlik, az insafsızlıq görürəm?! Mən də bir Dustaqxana içindəyəm.

Kamran. Atan səni Xudayar xanın oğluna versə, nə eylərsən, nə eyləyə biləcəksən, nə danışa bilərsən? Satdıq mal kimi lal-dinməz duracaqsan. “Mən getmirəm” deməyi bacaracaqsanmı?

Gövhərtac. Bilirəm, getmirəm sözünü deməyə mən cürət eləməyəcəm. Nə edək, elimizin adəti belədir. Qızları mal, qoyun kimi ataanaları satırlar. Ancaq əlimdəki sədəf dəstəli bıçağı gördünmü?

Kamran. Əmi qızı, buçaq sözünü bir qədər unut, axır dəqiqəyədək gözlə. Mən də özümü bir şey hesab edirəm. Dünyanın işini bilmək olmaz. Bəlkə atan deyən olmadı, biz deyən oldu.

Bibixatun (daxil olur). Ay qız, Gövhərtac, buradasan? Gəl evə, hava sərindir, soyuq dəyər. Kamran, sən də buradasan? Əmin səni axtarmamış yer qoymayıb, deyir harada qaldı, bir azdan sonra xan gələcəkdir.

Kamran. Bu saat. (Yüyürək gedir.)

Bi bixatun (qızına). Ay qız, indiyədək uşaq idin, sənə söz demirdim.

Kamran sənin əmin oğlu isə də, böyük, on yeddi-on səkkiz yaşında oğlandı. Sənin onunla təklikdə danışmağın yaxşı deyil. Xalq onu da bir söz qayırar ki, guya Hacı Kamyab qızını qapıçı İbrahimin oğluna verir. Hacı Kamyab hər avaraya qız versə idi, min yerdən elçi gələrdi. Cavan oğlandır, malı, dükanı, bağı-bağatı, alış-verişi. O boyda oğlan, bikar, əmi qoltuğunda qalmaz, gedər çörək qazanar.

Gövhərtac. Necə, yoxsa Kamran pul qazanmağa acizdir? Çox qoçaq oğlandır.

Bibixatun. Kəs dilini, ləçər, gəl içəri!

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов