İkinci pərdə
Страница 1 из 5
Dördüncü şəkil
Hacı Kamyabın kontoru. İki nəfər kontor əmələcatından əyləşib yazıya məşğuldurlar.
Kamran – Hacı Kamyabın qardaşı oğlu hərdən bir içəri girib kontora qayıdır.
Birincimirzə. Kamran sən ki, bir belə Hacı Kamyaba can yandırırsan, nə olar, Hacı Kamyab da bunun müqabilində öz qardaşı – sənin atan İbrahimə dörd-beş min tümən verə, o da gedib bir növ güzəran keçirə. Atan baqqallıqdan nə qazanacaq və nə külfət saxlayacaq?
İkinci mi rzə. Kamran. qoçaq bir oğlandır. Hansı tacirin yanında dayansa, ayda yüz tümən məvacib alar. Burada müftə çalışmasının mənası aydındır.
Birincimirzə. Məna aydındır, düz buyurursan. Hacı Kamyabın bircə nəfər qızı, bircə nəfər də qardaşı oğlu var. Kamranın fikri İndi müftə qulluq edib axırda Hacı Kamyabın sərvətinə malik olmaqdır.
Kamran. Səhv edirsiniz. Hacı Kamyab mənim əmimdir. Bununla belə, onun sərvətində zərrəcə gözüm yoxdur. O sərvətin nə yol ilə cəm olmasını yaxşı bilirəm. Siz də bilirsiniz, məni buraya bağlayan sərvət deyil. Mən harada olsam dolanacağam. Kəsilsin o iki əli ki, bir başı saxlaya bilməyir. Bircə çıxıb qapıda göz yaşı tökənləri görsəniz, Hacı Kamyabın sərvət yolları sizə aydın olar.
İkinci mi rzə. Deməli, səni buraya cəlb edən ahənruba sərvət deyil, başqadır, boş xəyaldır.
Kamran. Necə boş xəyaldır? Nə demək istəyirsən?
İkinci mi rzə. Sərvətdarların təməkarlıqları hamıya məlumdur. Onlar nə qədər qazansalar “kifayətdir” deməzlər. Hacı Kamyab bir həris kişidir. Özünü özü kimi bir sərvətdar ilə qohum etməyə çalışacaq. Sənin əl-ayaq vurmağın da özünə qalacaqdır.
Hacı Kamyab (daxil olur, mirzələr qalxıb salam verib əyləşirlər). Kamran, o qapıdakı kişilər nəçidirlər?
Kamran. Əmi, Xudayar xanın rəiyyətlərindəndirlər, sizi görməyə gəliblər.
Hacı Kamyab. Xub, çıx söylə dayansınlar. Deyilən bu dəqiqə vaxtım yoxdur.
Kamran cəld çıxır, birinci mirzə durub, gəlmiş ticarət
məktublarını təqdim edir.
Birincimirzə. Marselya vəkilimiz yazır ki, baramanın qiyməti dörd faiz artıbdır. Sizdən əmr gözləyir. Satsın, ya dayansın.
Hacı Kamyab. Ona teleqraf ilə xəbər ver, neçə gün səbr etsin və hər gün birja qiymətlərini teleqraf ilə bizə xəbər versin.
Kamran (daxil olur). Əmi, Rusiya ticarət nümayəndəliyinin katibi sizi görmək istəyir.
Hacı Kamyab. Buyursun, buyursun. O mənim həmişə əziz qonağımdır. (İkinci mirzəyə) Işinlə məşğul ol, kağızlara sonra baxarıq.
Katib (daxil olur). Salam.
Hacı Kamyab. Buyurun əyləşin. (Papiros təklif edir, Kamrana) Kamran, katib cənablarına qəhvə gətir.
Katib. Çox razıyam, hacı, qəhvə içməyəcəyəm. Sizin məktubunuz dünən vüsul oldu və xahiş etdiyiniz zürufat, çit, qənd və sair mallar üçün ticarət komissarlığına yazıldı. Əlavə, bu sənənin smetinə görə, İrandan bizim fabriklər üçün altı min ton pambıq getməlidir. Bu barədə təbdir edib qiymətini və kredit şərtlərini bizə xəbər verməniz xahiş olunur.
Hacı Kamyab. Cənab katib, sizin pambıq sifarişinizin qədərinin ilbəil azalması məni heyrətə salır. Keçən sənə nümayəndəlik səkkiz min ton pambıq aldı. Bu il altı min ton pambıq istəyirsiniz. Buna səbəb nədir? Çit bazarı kasadlaşmışmı, ya pul tərəfdən çətinlik çəkirsiniz? Siz, cənab, heç bir fikir etməyin, sizin mötəbərliyiniz bizə gün kimi aydındır. Nə qədər mal lazım olsa, hamısını göndərməyə hazırıq və nə qədər istəsəniz, ona da varıq.
Katib. Hacı, nə bizim bazarımız kasaddır və nə də puldan çətinlik çəkirik. Bizim pambıq sifarişi qədərinin azalması da təbiidir. Bu sifariş gələn sənə bundan da az olacaq. Bir neçə sənədən sonra bizim üçün kənar məmləkətlərdən pambıq gətirməyə ehtiyacımız olmayacaq. Çünki Zaqafqaziya və Türküstanın pambığı bizim fabriklərin hamı ehtiyaclarını ödəyəcəkdir.
Hacı Kamyab. Elə olan surətdə gərək biz pambıqlarımıza od vuraq.
Katib. Od vurmaq nə lazım? Əvvəla, pambıq bazarı az deyil. İkincisi, öz məmləkətinizdə çit fabrikləri bina edib, hasil olan pambıqlarınızı da oraya məsrəf edin. Bağışlayın, məni idarədə gözləyirlər, gərək bu saat gedəm. Deməli, altı min ton pambıq bizim üçün hazır edərsiniz. Xudahafiz.
Hacı Kamyab. Çeşm! Xudahafiz. (Nümayəndə gedir, mirzələrə) Katibin bizə yol göstərməsini eşitdiniz? Deyir: fabrik, zavod bina edin. Gözəl məsləhətdir. Fabrik bina elə, fəhlə ilə doldur, o da sonra başına bir bəla olsun. Yox, aşna, fabrik-zavod da sizin, fəhlələr də sizin. Biz burada bolşevik yuvası tikməyi bacarmarıq. Heç bir axmaq öz barmağı ilə öz gözünü tökməz. (Kamrana) Qapıdakı adamları çağır görüm nə istəyirlər? (Kamran çıxmaq istəyir.) Dayan! Xudayar xandan məktub almışam. Bu axşam özü və oğlu bizə qonaqdırlar. Evdə tapşır tədarük görsünlər və özün də axşam burada ol.
Kamran. Baş üstə. (Çıxır. Neçə nəfər kəndli daxil olub, baş əyib salam verirlər.)
Hacı Kamyab. Nə var? Niyə gəlibsiniz, nə istəyirsiniz?
Qocakəndli. Hacı ağa, biz yazığıq, bizi balalarınızın başına çevir, bizə rəhmin gəlsin.
Hacı Kamyab. Sözün nədir onu de.
Qocakəndli. Biz Xudayar xanın rəiyyətlərindənik. Bizi kəndimiz vəkil eləyib sənin qulluğuna göndəribdir.
Hacı Kamyab. Hansı kəndin adamlarısınız?
Qocakəndli. Dördbulaqlı kəndinin. Biz hamımız mal-qoyun saxlarıq. Məhsulumuz yundur. Budur, bir neçə gündür bir firəng gəlib camaatın yununu almaq istəyir və yununun hər batmanına doqquz qıran pul təklif edir. Biz yunları vermək istəyirik. Xudayar xan buyurur ki, gərək nə qədər yununuz var isə batmanı yeddi qıran yarımdan Hacı Kamyabın vəkilinə verəsiniz.
Hacı Kamyab. Doğrudur, biz Xudayar xan ilə danışıb qiymət kəsmişik.
Qocakəndli. Ay Hacı, özün bir fikir elə, biz kasıb, ac məxluq. Hər batmanda bir qİran yarım bizim üçün böyük puldur. Sən gərək bizim ziyanımıza, nəinki ziyanımıza, evimizin yıxılmağına razı olmayasan.
Hacı Kamyab. Sən dürüst fikir eləsən, yunun batmanının mənə neçəyə mal olmasını bilərsən. Siz malınızı kafirə satınca, öz müsəlman qardaşınıza bir qİran yarım ucuz satın, halal pul alın. Yeyib-içməyiniz də halal olsun. Onların pulları, hamısı araq-çaxırdan qazanılır.
Qocakəndli. Ay hacı, onların haradan pul aldıqları bizə nə borcdur? Biz mal satıb, pul alırıq.
Hacı Kamyab. Odur ki, xudavəndi-aləm bərəkətinizi kəsibdir. Hamınız yaz əkinçi, qış dilənçi və çörəyə möhtacsınız. Gedin, bir şahı artıq vermək mənə sərf eləməz, çıxın.
Qocakəndli. Hacı, bizim hər birimiz kənddə bir kişi sayılırıq. Bizi adam bilib sənin qulluğuna göndəriblər.
Hacı Kamyab. Kəndinizdə bəlkə adamsınız, çıxın gedin! Firəngə də xəbər verin, gəldiyi yol ilə düz getsin. Çox artıq-əskik etsəniz, işiniz Xudayar xan ilə olacaqdır. Onun divanına yaxşı bələdsiniz. Çıxın bayıra! (Kəndlilər gedirlər). Qəribə bihəya tayifədirlər. (Mirzəyə) Kağızları buraya gətir.
Mirzə. İstanbul vəkilimizin yazmağına görə, xalı-palazın ağzı bir qədər aşağıdır. Amerika birjasından xəbər gözləyir.
Hacı Kamyab. Gözləmək lazımdır. Daha nə var?
Mirzə. Berlin vəkilimiz xəbər verir ki...
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-kamran-ikinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir pərdə, iki şəkildəİştirak edənlər:
Birinci şəkilƏhvalat vaqe olur Məşədi Qulamın evində. Məşədi Qulam əyləşib, əlində*çotgə, hesab çəkir. Mirzə Yusif, əlində kitab, durub.*
İkinci şəkilVaqe olur Nataşanın otağında. Məşədi Qulam əyləşib başında araqçın. Nataşa qolunu*onun boynuna salıb, şərab verir.*
Pəri caduBeş məclisdə altı pərdədəƏfradi-məclis
Стихи других поэтов
Ey tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
VətənMən dərmişəm bənövşəni, nərgizini bahar çağı,Mən görmüşəm sinəndəki laləzarı, buz bulağı
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,