Mirzə Səfər
Страница 2 из 3 · 33%
Bir dəfə bir nəfər şəxs dəftərxanaya gəlib, katibdən öz kağızından dolayı məlumat istəyir, katib cavab verir ki, kağızın Mirzə Səfərdədir, üzünü ağardar, apararsan. Şəxs Mirzəyə tərəf gəlir:
– Mirzə, mənim kağızımı, mümkün isə, yaz aparım.
– Dayan, bu saat yazaram, əlimdə özgə iş var.
– Bilirsiniz, mən Həsən ağanın qohumuyam?
Mirzə qələmi əlindən buraxıb kişinin gözlərinin içinə baxdı.
– Doğrudan Həsən ağanın qohumusan?
– Doğrudan.
– Sən Allah, Həsən ağanın qohumusan?
– Vallah, doğru deyirəm.
– Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?
– Həzrət Abbas haqqı Həsən ağanın qohumuyam.
– Deyinən sən öl, Həsən ağanın adamıyam.
– Sən öl, Həsən ağanın adamıyam.
– Bəs elə isə gəl min mənim boynuma. Neynəyim Həsən ağanın qohumusan, gözlə, vaxtında kağızın hazır olar, apararsan.
İş üçün gələn kəndlilərlə Mirzə həmişə şirin dillə zarafat eləyərək söhbət edərdi. Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri, idarə bağlandıqdan sonra qalıb təcili məktubları, teleqrammaları qəbul edərdi.
Bir gün növət Mirzəyə gəlmişdi. Dəftərxananın səkisi üstündə əyləşib özünü havaya verirdi.
Bir neçə nəfər də kənddən gəlmiş adamlar küçənin ortasında oturub öz aralarında danışırdılar.
Mirzə bunların birisinə əl elədi:
– A kişi, bura gəl, bura gəl.
Kişi durub gəldi.
– Nə buyurursan, Mirzə?
– Bir dil ki qəm düçarı ola, ağlar, ağlamaz?
– Mən nə bilim, ay Mirzə.
– Ənduhi-qüssə yarı ola, ağlar, ağlamaz?
– Başına dönüm, ay Mirzə, mənim belə şeylərdən başım çıxmaz.
Avam adamam.
– Doğrudur, avamsan, bunlar gözəl sözlərdir, get oğlunu oxut.
Belə-belə şeirlərdən ləzzət aparsın.
Bir dəfə nə üstə isə naçalnİkin buna qəzəbi tutub dedi:
– Səfər! Papağını götür, buradan get!
Mirzə Səfər qalxıb şax naçalnİkin sifətinə baxdı.
– Cənab naçalnik, siz yəqin edin ki, mən buradan gedəsi olduqda, papağımı qoyub getməyəcəyəm.
“Külahın satgilən xərc et, tüfeyli olma namərdə,
Cahanda kəllə sağ olsun, külah əskik deyil mərdə!”
Şeri oxuyub, bir növ rusca tərcümə etdi.
Yoldaşları hamısı bir dillə naçalnikdən xahiş etdilər ki, onun taqsırından keçsin. Mirzə Səfər özü isə bir vəziyyətdə durub, sifətində yalvarmaq nişanəsi olmayaraq baxırdı.
Mirzənin təmiz qulluqçu olmağına qiymət qoyurdular və yoldaşları da onu çox istəyirdilər. Ona görə Mirzəni vəzifəsində saxladılar.
Mirzə Səfərin İki oğlu edadiyyə məktəbinin beşinci sinfində oxuyurdular. Mirzənin məişəti ağır olduğundan, məktəb nəzdində olan cəmiyyətixeyriyyə onun uşaqlarını dərs pulundan azad etmişdi.
Bir gün uşaqlar məktəbdən gəlib Mirzəyə xəbər verdilər ki, daha bu ildən onları məktəb pulundan azad etməyəcək, pul verməsələr, hər İkisini məktəbdən xaric edəcəklər.
Sabahı gün Mirzə naçalnikdən izn alıb məktəb müdirinin yanına getdi. Müdir dedi:
– Mən kənardan gəlmiş bir adamam, başım ancaq məktəbin işlərinə məşğuldur. Uşaqların atalarının vəziyyətləri mənə məlum deyil, məlum olsa da, mənim əlimdən bir iş gəlməz, sizin oğlanlarınız hər İkisi yaxşı oxuyurlar. Onların məktəbdən çıxarılmalarına mən çox əfsus edirəm. Mən sizə məsləhət görürəm, gedib cəmiyyətin sədri Həsən ağa ilə görüşəsiniz. Iş onun əlindədir.
Məlum oldu ki, Mirzə Səfərin Həsən ağanın qohumu ilə rəftarı ağanın qulağına çatıb, o da qeyzlənib cəmiyyəti-xeyriyyə iclasında deyibdir ki, Mirzə Səfərin vəziyyəti mənə aydın məlumdur və uşaqlarını öz xərci ilə oxutmağa onda imkan var. Iclasdan çıxanda üzvlərdən biri Həsən ağadan xəbər aldı:
– Ağa, Mirzə Səfər yazıq deyilmi, biz hamımız onun vəziyyətinə bələdik, bu zülmü onun haqqında gərək siz etməyəydiniz.
Ağa cavab verdi:
– Məgər siz onun nə qədər azğın olduğunu görmürsünüz?! Nə adama etina edir, nə də salam verir, guya bu adamların hamısı onun nökəridirlər. Yəqin yağlıdır ki, belə dolanır. Yağlı olmasa, o da qalan çinovniklər kimi adamın yerini bilər.
Mirzə Səfər məyus evə qayıtdı.
Arvad ərinin halətinin pozğunluğunu xəbər aldıqda, Mirzə dedi:
– Nə eləyim, ay arvad, bu gün-sabah uşaqları məktəbdən xaric edəcəklər. Ondan sonra mən onların üzlərinə nə gözlə baxacağam? Həsən ağanın evi yıxılsın, mənim evimi o yıxdı.
– Qəm eləmə, kişi, sən ki özün şkola görməyibsən, yenə bir parça çörəyin var. Uşaqlar ki, az-çox oxuyublar, çörəksiz qalmazlar.
– Mən yediyim məgər çörəkdir? Zəhrimar o çörəkdən yaxşıdır. Sabah qulluqdan çıxarsalar, acından ölməyə məcbur olacağam. Həsən ağa kimi zalımın biri getdi naçalnikdən xahiş elədi, bir də görəcəksən papağımı qoltuğuma verib saldılar eşiyə. Oğlanlarımı mən avara görsəm, yəqin özümü öldürərəm.
Mirzə iştahsız nahar yeyib yatmaq istədi, hərçi çalışdı yuxusu gəlmədi. Durub libasını geyinib getdi usta Zeynalın dükanına.
Həmişə sifətindən şad, dili şeirli daxil olan Mirzə Səfər bu dəfə məyus
girib, salam verib əyləşdi. Usta Zeynal xəbər aldı:
– A Mirzə, gözümə bikef dəyirsən, nə olub, xeyir ola?
– Xeyir olmamış nə var. Elə bir qədər bu gün ovqatım təlx olub.
– Söylə görək.
– Nə söyləyim? Həsən ağanın evi başına uçsun, gedib məktəbdə deyib ki, filankəsin pulu aşıb-daşır, uşaqlarını öz xərci ilə oxuda bilər. İndi uşaqları göndəriblər üstümə və xəbər veriblər ki, ayın on beşinədək qırx manat verməsəm İkisini də məktəbdən xaric edəcəklər. Mənim mədaxilimi bilirsən. Çox çətinliklə onların kitablarını, libaslarını düzəldirəm. Hər yarım ildə qırx manat, ildə həştad manat eləyir. Mən bunu haradan düzəldim? Uşaqlar məktəbdən çıxarılsa, mən vərəmləyib öləcəyəm.
Usta Zeynal Mirzə Səfərə Həsən ağanın yanına getməyi məsləhət gördü.
Mirzə Səfər neçə dəqiqə usta Zeynalın üzünə baxıb birdən ayağa qalxıb dedi:
– Usta Zeynal, bu nə təklifdir mənə edirsən? Mən Mirzə Səfər gedim Həsən ağanın ayağına yıxılım? Mən acından ölməyə razı olaram, oğlanlarımın İkisinin də başını kəsərəm, amma gedib Həsən ağa kimi adama yalvarmaram. Qoy uşaqları qovsunlar.
Usta Zeynal bunu eşitdikdə dəzgahın dalından qalxıb gəlib Mirzənin boynunu qucaqlayıb üzündən öpdü.
– Mirzə, mən səni sınayırdım. İndi səndə olan istiqaməti-məcazi aydın görürəm. İndi görürəm ki, sən ağır günündə də gedib heç kəsin ayağına yıxılmazsan. Afərin sənə, Mirzə Səfər! Bu gündən sonra mən malımı, canımı sənin kimi dostun yolunda qoyaram. İndi gəl biz bir iş görək. Sənin məişətin ağır keçir, İndi bir az da ağırlaşacaq. Mən də ki, saatsazlığımla səndən çox qazanmıram. Gəl sənin uşaqlarının oxumasına şərik olaq. Oğlunun birinin xərcini sən çək, o birisininkini də mən çəkim. Ildə həştad manat sənin üçün ağır yükdür. Amma qırx manat döy-sındır düzəldərsən. Mənim də gücüm çatar.
Mirzə Səfər usta Zeynalın boynunu qucaqlayıb, başladı üzündən öpməyə. Bir də usta Zeynal baxıb gördü ki, Mirzə Səfərin gözlərindən yaş axır.
– Ağlamaq lazım deyil, Mirzə, sən İndiyədək heç kəsdən minnət götürməyibsən. Amma mən səninlə iyirmi ildən artıqdır ki, dostam, bu mənim qardaşlıq töhfəmdir. Əmi qardaşı oğluna töhfə verəndə nə olar?
Usta Zeynal qarşısındakı çayçını səslədi. Çayçı İki stəkan çay gətirib, qoyub getdi.
– Mirzə, çay iç, ürəyin toxtasın. Dünyadır, belə də getməz.
Mirzə çay içib, bir qədər də usta Zeynalla söhbət edib gəldi evə. Ayın on beşində Mirzənin oğlanları qırx manat aparıb məktəb haqqı verdilər.
Mirzə Səfərin oğlanları İkisi də bir ildə məktəbi tamam etdilər. Bu münasibətlə Mirzə bir plov verdi. Məlum ki, qonaqlarının əzizi usta Zeynal idi.
Uşaqlar bir neçə gün dincəldikdən sonra bir axşam Mirzə usta Zeynalı şama dəvət etdi. Çörək yedikdən sonra Mirzə üzünü usta Zeynala tutub:
– Usta Zeynal, bu uşaqlar qurtarıblar, bunları belə qoymaq olmaz, yarımçılıqdan fayda olmaz. Mənim bunları ali məktəbdə oxutmağa qüvvəm çatmaz. Sən də İndiyədək mənə bəqədri məqdur kömək edibsən.
İndi bir tədbir lazımdır.
Usta Zeynal fikrə getdi. Bu halda Mirzənin kiçik oğlu atasına üzünü tutub dedi:
– Ata, ayda on beş manat qardaşıma göndərə bilərsən?
– Yox, oğul, gücüm çatmaz. On manat bəlkə... Bəs sən?
– Mən bir belə fikir eləmişəm, qardaşım getsin oxumağa. Mən də burada başlayım dövlətlilərin uşaqlarına dərs verməyə. Qazandığım pulu göndərim qardaşıma. O qurtarıb gələndən sonra da mən gedərəm, o mənə pul göndərər. Bəlkə mən dərs verməkdən o qədər pul qazandım ki, heç sənin on manatına ehtiyac olmadı.
Bu məsləhəti hamı xoşladı.
Bir gün Mirzə Səfər Rastabazardan ötərkən qulağına səs gəldi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-mirze-sefer
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Hərdəm bə libasi digər on mar bəraməd Gəh gürzə ilan şüd, Gəh mərsiyəxan-şüd,*Gəh afəti-can şüd,*
Yaşılbaş sona“Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası heyf ki, yoxdur”.*Vaqif
Qiraət“Zər ki, nə dər rahi-Nataşa büvəd Bari-giranist kəşidən bə cib”.*Yayın isti günlərindən birinin günorta zamanı idi. Məşədi Qulam dükanda əyləşib nahara hazırlaşırdı. Məcməyini qabağına qoyub üstünə bir dənə çörək, yarım çetver pendir qoyub qarpızı kəsməyə məşğul idi. Qarpız kəsməkdə Məşədinin yədi-beyzası var idi.
Şəbih“Ey dad Şimr əlindən Fəryad Şimr əlindən! Köpək götürdü qaçdı*Bir cad Şimr əlindən”.*
Стихи других поэтов
Bir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
VermədimXoş bəyanlıq virdim oldu, böhtana yol vermədim,Şirin süxən əndəlibəm, hədyana yol vermədim,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,