Страница 2 из 2 · 50%

Pəricadu (əl vurur, birinci əcinnə daxil olur). Ey, Şamama caduya deginən xanım səni çağırır. (Əcinnə çıxır, Qurbana.) Sən də get içəri, su töksünlər, əl-üzünü yu, bir az sərinləş. (Qurbanın qolundan tutur). Gəl, gəl gedək... (Qurban gedir içəri.) A gədə, qabdan-qaşıqdan, şərabdan gətirin, bir süfrə salın.

Şamamacadu (daxil olur). Bu da mən, gəldim. Xanım axtardığını gətirib gəldim. Di mənim xələtimi ver.

Pəricadu (qeyzlə). Gözlə, indi alarsan xələtini.

Əcinnələr yavaş-yavaş süfrə hazır edirlər.

Təlxəkəcinnə (dağın üstündən.) Elə onu mənə alginən, o da olsun onun xələti. Ölürəm ondan ötrü.

Şamamacadu (acıqlı). Kəs səsini, gör hara dırmaşıb! Bu da sarımsaq yeyib gəlib mənim ağzımdan öpməyin, sonra da məni buynuzlamağın deyil.

Təlxəkəcinnə (ağzını əyir). Eh, eh, eh...

Pəricadu. A gədə, kəs səsini! (Şamamaya.) Hələ bir de görüm

Qurbanı nə tövr gətirdin?

Şamamacadu. Nə borcundur! Mənə dedin get gətir, mən də gətirdim. Hər tövr gətirdim mən billəm. Sən malın yiyəsisən.

Əcinnələr süfrəyə lazım olan şeyləri gətirirlər.

Pəricadu. A qoca köpək, mən səni göndərəndə nə tapşırmışdım? Utanmırsan mənə gəlib deyirsən, xanım, budur, buyur, oğlanı yanıma salıb gətirmişəm. Bəs bu bir belə əziyyəti ona veribsən, onu niyə demirsən? Sən bilirsən ki, Qurbanın ayağı büdrəyib yıxılmağına razı deyiləm? İtil gözümün qabağından. Bir də səni görsəm, tikə-tikə elərəm.

Şamamcadu. Bəli, bu da bizim qulluğumuzun əvəzi.

Pəricadu. Di yaxşı, çəkil cəhənnəmə gözümün qabağından! Hələ burada oturub bir üç gün də yanşaq it kimi hürəcək. Oğlana bir belə zəhməti çəkdirməyi bəs deyil, üç qana bais olduğu bəs deyil, danışır da. Itil!..

Şamamacadu. Gedirəm, üç qana bais olmuşam, yenə də qan elərəm. Onda bilərsən ki, Şamama cadu nə imiş. Deməyinən məni sənə əcinnə padşahı qulluqçu verib. Sən ki məni qulluqçuluqdan qovdun, gör halətini. (Gedir. Birinci əcinnə daxil olur, əlindəki bakalları qoyur süfrəyə.)

Birinciəcinnə. Xanım, süfrə hazırdır.

Pəricadu. Get kabab gətir!

Birinciəcinnə. Baş üstə. (Gedir.)

Pəricadu (evin qapısından). Qurban!

Qurban (içəridən). Bəli.

Pəricadu. Gəl çörək yeyək. (Qurban daxil olur.) Di gəl, gülüm, otur, bir neçə piyalə şərab iç, yorğunluğun çıxsın.

Qurban (otura-otura). Axır mən şərab içmirəm.

Pəricadu (piyaləni doldurur). Mən verəndən sonra gərək içəsən.

Qurban. Sənin o gözəl əllərindən nəinki şərab, zəhər də içmək olar.

Pəricadu (piyaləni verir Qurbana). Ala, iç, bu sən deyən şərabdan deyil. Bunu əcinnələr qayırırlar.

Qurban (içir).Bəh... bəh... ruhum təzələndi, qəribə içkidir.

Pəricadu (içir). Ay Qurban, vallah, səni görmüşəm, elə bilirəm dünyaya təzədən gəlmişəm. Bilmirəm mən səni istəyən kimi sən də məni istəyəcəksənmi, ya yox?

Qurban. Ay xanım...

Pəricadu. Sən Allah, mənə xanım demə. Pəri de. Mən hər kəsə xanım olsam da, sənə Pəriyəm.

Qurban. Nə eləyək, belə olsun. Ay Pəri, bayaq dedim ki, elə mənim arzum bu idi ki, çatmışam. Dövlət burada, gözəllik də səndə bir payədədir kim, cəmi aləmi axtarsan, ələ keçməz. Bu qızıl zülf, bu qələm qaşlar, bu yaqut dodaqlar, bu ahu baxışlı gözlər harada tapılar?

Pəricadu (əl vurur). Rəqqasələr gəlsin.

Rəqqasələr daxil olub, rəqs edirlər.

Pəricadu. Doldur piyaləni götür əlinə, anadan olandan İndiyə

kimi mən belə kefi görməmişəm. Oxu görək.

Qurbanvə Pəricadu (oxuyurlar):

Bər məhfeli xod rah mədeh həmçu mənira,

həmçu mənira.

Əfsordə del əfsordə koned əncümənira.

Təlxəkəcinnə (dağın üstündə). Ay, ay, ay...

Əzizim Həsən əmi,

At oxun sinəmə dəysin.

Bəs niyə ağaca çıxırdın?

Başmağın tayı itib,

Zülfü nə ilə darayım?

Ay ala gözlü kor canan,

İkimiz üçgözlü, üçgözlü canan...

Qurban. Bu kimdir?

Pəricadu. Ba da bizim dəlimizdir. Belə məzəllik edir.

Qurban (təlxəkə). A gədə, nə yaxşı oxuyursan. Səsini toyuna saxla!

Təlxəkəcinnə. Oxay, dilinə Qurban olum, o toy deyən dilinə. Nə vaxt bircə Şamamanın üzünə duvaq salıb, mənə gəlin gətirəcəklər. Ölürəm ondan ötrü, ciyərim çıxır ondan ötrü. (Oxuyur):

Ay dolaydan gedən qarı,

Köndələn sevdim səni.

Eşqin vurub çarığıma,

Dik-dik dingildədir məni,

Dik-dik dingildədir məni...

Pəricadu. A gədə, itil cəhənnəmə oradan.

Təlxəkəcinnə (aşağı hoppanır). Ay xanım, Qurbanın olum, Şamamaya bir neçə söz demişəm, onu oxuyum, bircə qulaq as.

Pəricadu. İtil get, sonra oxuyarsan.

Qurban. İşin yoxdur, qoy bir az vəz eləsin, gülək.

Pəricadu. Di yaxşı, oxu, başla görək nə deyibsən?

Öz məclisinə mənim kimiləri buraxma, çünki bir kədərli adam bütöv bir məclisi
qəmləndirə bilər.

Təlxək əcinnə. Qoy özümə bir saz götürüm. (Gedir, bir parça ağac qırığı gətirir.) Heç belə saz olmaz. Qoy bir yaxşı kökləyim. Dınq, dınq, dınq... bəh, bəh, bəh... çox dadlı çalacaq. İndi, ağalar, sizə ərz eləyim insan şairlərindən. Onların hamısının yazdıqları güldür, bülbüldür. Leylidir, Məcnundur, Yusifdir, Züleyxadır, Fərhaddır, Şirindir, yardır, əğyardır, axırda dalay-dalay... Amma heç qoca qarıları yadına salan yoxdur. Əlbət Şamama kimisini görməyiblər. İnsan şairlərinin içərisində birisi var idi, Aşıq adlı. O deyirdi:

Xəstəvü zar nəzarım, səni sevdim, sevəli,

Qalmadı səbrü qərarım, səni sevdim, sevəli.

İndi mən də bu sözün üstündə Şamamanı tərif eləmişəm. Di qulaq asın:

Ey Şəmamə, qoca yarım, səni sevdim, sevəli,

Motalım, tülkü dağarım, səni sevdim, sevəli.

Gözlərin taxi-zoğal tək baxıban canın alır,

Ey mənim çeşmi-xumarım, səni sevdim, sevəli,

Necə qat-qat qırışıbdır, ruxi-gül buyun, a gül,

Ey mənim şuxi-üzarım, səni sevdim, sevəli

Qəddi tabın, gözəlim, taqi-kəduyə bənzər.

Nə xuramandır, a qarım, səni sevdim, sevəli.

Gecələr sübhə kimi ahü fəqan deyər:

Quruyub cümlə damarım səni sevdim, sevəli.

Eşqim vurub buynuzuma, qoy gedim görüm maralım haradadır?(Oynaya-oynaya gedir.)

Qurban. Bunda yekə dəsgahlar var imiş ki!..

Pəricadu. Hələ bu nədir, bunda cəlallar görəcəksən. Di piyalənigötür, başla görək, əzizim.

Qurban (oxuyur):

Hər kəs ke ləbi-ləli-tora didə də del qoft,

Həkkak çe xoş kənde əqiqi-Yəmənira.

Sənin ləl dodağını görənlər dedi ki, həkkak bu Yəmən əqiqini nə gözəl
yonmuşdur.

Səlimə (qucağında uşaq, Qurbanın gözünə görünür).

Laylay dedim yatasan,

Qızıl gülə batasan.

Laylay, balam, laylay...

Səlimə yox olur. Qurbanın halı təğyir tapır.

Pəricadu. Nə var?

Qurban. Heç, elə qulağıma bir səs gəldi. Piyaləni götür.

Qurbanvə Pəri (oxuyurlar):

Biya, ey şeyx, təmaşa kon çe şərabi, çe kəbabi,

Məkon əndişə əz məhşər, çe hesabi, çe kitabi.

Səlimə (Qurbanın gözünə görünür):

Laylay dedim yatasan,

Qızıl gülə batasan,

Qızıl gülün içində

Şirin yuxu tapasan...

Qurban (pis halda piyaləni atır). Yox, daha tab gətirə bilmədim.

Sən, bir mən arsıza, binamusa baxginən, gəlib burada kefə məşğul olmuşam, daha demirəm ki, üç qan tökmüşəm. Səlimə! Qədrini bilməmişəm, məsinə Qurban olum, mənim bağrımı...

Pəricadu (qeyzlə). Bəs sən məni ələ salıbsan? Bu nə Səlimə sözüdür? Dayan... (Əl vurur, əcinnələr daxil olurlar.) Götürün bunu, bu saat bunun bədənini parça-parça elərsiniz. Bundan sonra gərək bu qayanın arasında o qədər qan tökdürəm ki, qarğa-quzğun əlindən günün şəfəqi tutulsun.

Qurban. Götürün məni, çıxardın bu nühus gözlərimi. Mənim bu murdar ürəyimi çəkib itlərə tullayın. Mənim bədənimi dərələrə atın, qarğaquzğuna xörək olsun. (Pəri caduya) Sən də, ey mənim dinimin, dünyamın, axirətimin düşməni, gəl dalımca. (Qəmə ilə vurur.)

142

Pəricadu. Oy...

Pəri cadu yıxılıb ölür. Hava qaralır, ildırım çaxır, məclisdən alov qalxır.
Əcinnələr qışqırırlar. Qurbanı didə-didə aparırlar.

Qurban. Səlimə, axır saatımda oxu, bir də səsini eşidim. (Mağaraya tərəf gedir, mağaradan Şamama cadu çıxır.) Ah, Zərnigar!..

Şamamacadu (istehza ilə). Zərnigar, Zərnigar!.. (Yeriyir Qurbanın boğazından dişləri ilə yapışıb, qanını sorur. Qurban ölür.) Ha belə!.. Çox ləzzətli oldu. Sən də, xanım, yatginən, yaxşı yuxuya getginən.(Oxuyur):

Laylay dedim yatasan,

Qızıl gülə batasan,

Qızıl gülün içində,

Şirin yuxu tapasan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов