Страница 2 из 2 · 50%

M ir zəFətəli. Get, get sahibi-ixtiyarsan. (Çağırır.) Ay gədə, ağanın başmaqlarını cüt edin.

Hatəmxan ağa gedir. Mirzə Fətəli qayıdıb özünü kürsünün üstünə yıxır,
iki əli ilə başını tutub dirsəklərini bərk stola çırpır.

Nökər (daxil olur). Ağa, bir kişi gəlib, sizi görmək istəyir. Deyir Ağcabədidən gəlmişəm, adım da Hacı Qaradır.

Mi rzəFətəli. Çağır gəlsin içəri.

Nökər çıxır.

Hacı Qara (daxil olur). Salaməleyküm!

Mi rzəFətəli. Əleykəssalam. Hacı, buyur görək səndə nə xəbər var. Yəqin mənimlə dalaşmağa gəlibsən, belədirmi?

Hacı Qara. Nə buyurursan, mirzə, mənim nə həddim var səninlə dalaşam? Amma sənə şikayətim var.

Mi rzəFətəli. Kimdən?

Hacı Qara. Sənin özündən.

Mi rzəFətəli. Mənim özümdən mənə şikayət?

Hacı Qara. Bəli!

Mi rzəFətəli. Necə yəni?

Hacı Qara. Mirzə, bizim qədim haqq-salamımız var və özümüz də çoxdanın müştərisiyik. Neçə dəfə gəlib məndən mal alıbsan. Heç bir dəfə səni aldatmışam? Getdiyim Beytə and olsun, sənə həmişə malın arşınını özgələrdən yarım qəpik aşağı vermişəm. Axır mənim taqsırım nədir ki, sən məni belə məsxərəyə qoyursan? Pulu batan mən, malı tutulan mən, evi yıxılan mən, bəs məsxərədə olan da mən?.. Nə eləyim, a sənə Qurban olum? Rus malı alıram solğun çıxır, qızılbaş malı alıram çürük çıxır. Mal gərək müştərigir olsun. Odur, dükanı doldurmuşam, bir nəfər malın üzünə də baxmır. Guya ələtdən qayırılanların sovxasıdır. Əlacım kəsildi, tamah zor elədi, dedim bu bəylərlə gedərəm Təbrizə, bir qədər firəng malı gətirrəm, bəlkə zərərim çıxa. O da belə getdi. Həm pulum əlimdən getdi, həm özüm rüsvay oldum.

Mi rzəFətəli. Bilirsən, Hacı, sən bir ağlı başında kişisən. Özün görürsən ki, xatalı yola gedənin başına nə bəlalar gəlir. O səbəbə mən də sənin keyfiyyətini kitabımda yazmışam ki, xalq oxuyub ibrət edib, halal alışverişi qoyub haramın dalınca getməsin.

Hacı Qara. Qələt elərəm, tövbə, tövbə, tövbə! Qurbanın olum, getdim saqqal gətirməyə, bığı da qoydum gəldim. Hər bəydə yüz tümənim batdı. Malım tutuldu, özüm Arazdan keçəndə yıxıldım suya. Bir az qalmışdı batam, öləm. İndi qalmışam ac, əli qoynunda. Mirzə, bir təvəqqem var səndən. Sən bir böyük adamsan, gör bir tövr edə bilərsənmi ki, mənim malımı özümə qaytarsınlar.

Mi rzəFətəli. Baş üstə, sizin murov mənimlə aşnadır. Ona yazaram, səy eləsin, sənin malını da özünə qayıtsın və bəylərdən də bir tövr sənin pulunu alıb versin.

Hacı Qara. Onda canımı sənə Qurban edərəm. Allah səni müsəlmanlara çox görməsin. Allah oğlunu saxlasın! Mürəxxəs olum.

Mi rzəFətəli. Xoş gəldin, Hacı! Bir neçə gündən sonra bir buraya gəl.

Hacı Qara. Baş üstə. (Gedir.)

Mi rzəFətəli. Get, get... Ehtiyacın olmasa, əvvəl təkfir edən sən olarsan.

Dərviş Məstəlişah (qəzəbnak daxil olur). Ya hu, ya həqq!.. (Nacağını yerə vurur.) Sənsən biz Dərviş sinfini məsxərə edən? Sənsən caduya, sehrə şəkk gətirən? Sənsən cəmi əcinnə taifəsinin mənim itaətimdə olmağını inkar edən? Sənsən mənim Parisi dağıtmağıma inanmayan?

Mi rzəFətəli. Nə qışqırırsan, nə istəyirsən?

Dərviş Məstəlişah. Heç bir şey! Mənim buraya gəlməkdən muradım sənə öz qüvvətimi sübut etməkdir. Mən sənin bu evini başına uçurdaram, o vədə ağlın başına gələr və inanarsan ki, Parisi də uçurmuşam! Mən bu saat elə burada, bu otağın içində bir dairə çəkib əyləşərəm o dairədə, başlaram şah nəfiri çalmağa. Onda görərsən ki, necə sənin evin tar-mar olub başına uçar.

Mi rzəFətəli. Səbr et, ağa Dərviş, səbr et! Mən sənin barəndə səhv etmişəm və kitabımda da səndən yazmağıma peşman olmuşam. Mən bilirdim və etiqadım da bunadır ki, nə qədər siz Dərvişlər və sizing əmsalınız və həmməsləkiniz dünya üzündə mövcudsunuz, nəinki mənim evim, cəmi islam aləmi paymaldır. Doğru deyirsən, hələlikdə sizing qüvvətiniz çox böyükdür və sübutuna da ehtiyac yoxdur. Təvəqqe edirəm buradan gedəsən və məni əfv edəsən.

Dərviş Məstəlişah. Belə ki yalvaracaqsan, bəs nə üçün hər hədyanı yazırsan? Bundan sonra adamını tanı!

Mirzə Fətəli (çağırır). A gədə. (Nökər daxil olur.) Dərvişi yola sal, getsin.

Nökər. Baba D ə r v i ş, buyur.

Dərviş Məstəli şah (Mirzə Fətəliyə). Əməlindən peşman olmasaydın, görərdin gününü. (Gedir.)

Nökər (Dərvişi yola salıb qayıdır). Ağa! Kimyagər Molla İbrahim Xəlil çoxlu adamla gəlib, istəyir zorla içəri girsin. Nə buyurursan?

Mirzə Fətəli. Burax içəri.

Nökər çıxır.

Molla İbrahim Xəlil (daxil olur). Bəh, bəh, bəh!.. Yaxşı igidin adını eşit, üzünü görmə! Bu sifətdə adamdan məgər ondan artıq əməl baş verəcək?! Bir şəxsin ki, sifətində əsla müsəlmanlıq nişanəsi olmaya, ondan nə gözləmək olar?

Mi rzəFətəli. Sözünü buyur, dibaçə lazım deyil.

Molla İbrahim Xəlil. Bir de görüm, sənin Allahdan, dindən, imamdan, müsəlmanlıqdan xəbərin varmı?

Mi rzəFətəli. Təvəqqe edirəm müxtəsər edəsən.

Molla İbrahim Xəlil. Buyur görək sən nə haqla elmi-kimyanı danıb, biz kimyagərləri məsxərə edirsən? Bir elm ki həzrəti Süleyman əleyhissəlamdan qala, onu danmaqmı olar? Məgər sən Xacə Nəsiri- Tusinin elmi-kimyada ictihad yetirdiyini və başqasının çərməkisini qızıl etdiyini oxumayıbsan? Və yainki sən Şeyx Bəhaini danacaqsan? Ya Mir Damadı inkar edəcəksən? Həkim Mir Fenderskidənmi xəbərin yoxdur? Ya risaleyi-Cabir Ənsarini oxumayıbsan? Bunlar keçəndən sonra, məgər mənə bu Tiflisdən verilən kimyagərlik şəhadətnaməsindən xəbərin yoxdur? Kim deyə bilər ki, neçə şahidin yanında Əylis ermənilərinin gəlib məndən əlli pud xalis gümüş apardıqları yalandır? Bunları götürüb məsxərə edincə, nə olardı ki, öz həmşəhrin Şeyx Səlahı çağırıb soruşaydın ki, gözü gördüyünü sənə söyləyə idi? Sən peyğəmbərlərdən qalan elmi danırsan. Ona görə sən layiqi-təkfirsən! Budur, qapıda minlərcə adamlar hazırdırlar. Əgər çıxıb onların gözünün qabağında tövbə eləməyəsən, mən səni təkfir eləyəcəyəm və bilginən ki, ondan sonra dünyada tək qalacaqsan. Bir nəfər sənə salam verməyəcək, bir nəfər sənin xeyir-şərrinə gəlməyəcək və öləndə də bir molla sənin namazını qılmayacaq.

Mirzə Fətəli. Ağa! Sən kimi aldatmaq istəyirsən? Sən get Xaçmaz dağlarında Nuxu bəylərini aldat, pullarını al. Kimya nədir? Mən elmikimyaya qailəm, nəinki daşın dönüb qızıl olmağına. Get, nə edəcəksən et. (Stolun üstündən bir dəstə kağız götürür.) Budur bax, Gəncədən təkfir, Nuxadan nifrin, Qarabağdan danos, Bakıdan təlin, Şirvandan həcv, Dərbənddən föhş! Get sən də təkfir et, qəbulumdur.

Molla İbrahim Xəlil. Görərsən axırını, görərsən! (Çıxır, çöldən səsi gəlir! “Camaat! Bilin və agah olun ki, Mirzə Fətəli öz kafirliyini iqrar etdi”.)

Çöldənsəslər. Kafirdir, kafirdir, kafirdir!..

Rəşid (qorxmuş daxil olur). Ata! Bu camaat niyə küyləşir? Yoxsa bizi öldürəcəklər?!

Mirzə Fətəli. Qorxma bala, heç kəs bizi öldürməz. (Öz-özünə) Hamı məndən üz döndərib və buna da səbəb mənim həqq yazmağım, həqq danışmağım və camaatın eybini açıq üzünə deməyim. Həqq acı isə də meyvəsi şirin olar! Bəli, İndi mən təkəm və bu təkliyimə də fəxr edirəm.

Nökər (daxil olub teleqram gətirir). Ağa! Bakıdan gəlib.

Mirzə Fətəli (açıb oxuyur). “Bu saat burada, klubun zalında realnı məktəbinin şagirdlərinin iştirakı ilə sizin “Mərdi-xəsis” adlı komediyanız oynandı. Məktəb şagirdləri Nəcəf Vəzirov, Əsgər Adıgözəlov öz vəzifələrini layiqincə ifa etdilər. Cəm olan əşxasın təvəqqenə görə bu teleqramı sizə göndərib, sizin təsnifatınızın əvvəl səhneyi-tamaşaya qədəm qoymağını ürəkdən təbrik edirəm. Həsən bəy Məlikov”. (Rəşidə) Eşitdinmi, oğlum? Daha mənim qəmim yoxdur. Çox şükür olsun Allahıma ki, əkdiyim toxum öz sağlığımda bar verdi. Dünyada çox yaşamağa ümidim yox idi. Çünki bir yandan qocalıq, bir yandan zülmət içində qalmış camaatın dərdi məni əldən salıb. Amma bu teleqram mənim ömrümü on il artırdı. Şükür olsun Allaha.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Söhbət

İsti yay günlərindən biri idi. Evin bürküsü məni boğduğundan, durub küçəyə çıxdım. Küçədə də, doğrudur, hava çox isti idi, amma bununla belə, balaca bir külək də əsirdi. Camaat istinin əziyyətindən küçələrdə əkindən qayıtmış yornuq öküz kimi o yan-bu yana dolaşırdı. Sərin su satılan dükanların qabağında xalq növbəyə durub, bir şahı, iki şahı verib özlərini bir az sərinlədirdilər. Cibi bir qədər pullular özlərini pivəxanalara verir, oralarda axşam sərini düşənədək vaxtlarını keçirməyə hazırlaşırdılar. Bir əlimdə papağım, o biri əlimdə dəsmalım şəhər bağının darvazasından ötəndə, bağdan bir nəfər məni səslədi. Dönüb qədim dostum Kərbəlayı Hüseynəlini gördüm.Bu görüşdən dolayı çox şad olub bağa girdik. Salamlaşdıqdan və əhvalpürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik.

6 мин
Müsibət

Sərdarovların evində şivən qopmuşdu. Dörd bacının bircə qardaşının Türküstanda öldüyü xəbəri teleqrafla gəlmişdi.Neçə il idi ki, Sərdarov vətənini tərk edib, Türküstana getmişdi. Bu müddətdə Türküstanda onun böyük ticarəti, hər şəhərdə mülkü, karvansarası, ticarətxanasının şöbələri var idi. Krasnovodski o tərəfə addayandan sonra hər şəhərdə Sərdarovun adını eşidə bilərdin. Rusiyanın cəmi ticarət mərkəzlərində Sərdarovun etibarı var idi və banklar həvəslə onun üzünə öz qapılarını açırdılar. Sərdarovu nəinki Rusiya, hətta İran da tanıyırdı. Ildə neçə dəfə böyük karvanlar Hacı Səlim Sərdarovun xuşkabar yüklərini Xorasandan Türküstana gətirirdilər. Hacının sərvəti haqqında növbənöv hekayələr söylənərdi və onun banklarda olan pulunun qədərini milyon hesab edərdilər. Bir nəfər hacının əqrəbasından getdiyi Kərbəlaya and içərdi ki, bu sözü ona Hacı Səlim özü söyləmiş. Biz onun sərvətinin qədərini bilmirik, az idimi, çox idimi; dörd bacısı da bilmirdi; ancaq bircə şey məlum idi. Hacı Səlim çox böyük sərvət sahibi idi.

5 мин
Ovçu Qasım

Ovçuların yalan danışmaları hər bir yerdə məlumdur. “Ovçu yalanı” zərbülməsəldir. Bununla belə, vay o şəxsin halına ki, ovçunun hekayələrinə inanmayıb başını bulaya və yainki çiyinlərini qısa, yaxud dodağı altında təbəssüm edə; ovçu o saat inciyib daha hekayətlərin dalısını söyləməyəcək və deyəcək:– Doğrudur, ovçu çox yalan danışan olar və mənim yoldaşlarımın arasında da qurama-qarışıq söyləyən çoxdur. Amma mən ömrümdə yalan söyləməmişəm.

8 мин
Qisas

Müsavatın dövrü idi. Şəhərin böyük meydanlarının birində neçə yüz nəfər iki nəfəri əhatə etmişdi. Bu iki nəfərin üstünə hər tərəfdən hədə və föhş tökülməkdə idi. Əhatə olanlardan birisi üzünü izdihama tutub söyləyirdi: “Ay camaat, biz iki qardaşı siz tutub buraya öldürməyə gətiribsiniz. Əgər sizdə namus varsa, bir nəfəriniz gəlin qabağa, hər ikimizi öldürün. İkimizin də silahsız olduğumuzu görürsünüz”.Camaat bunların sözlərinə etina etməyərək, hər tərəfdən föhş yağdırırdılar.

6 мин

Стихи других поэтов