Yəzidin sarayı
Ağ-gümüş minalı qəndillərin al şölələri,Qanlı izlər buraxıblar suların çəngində.Mavi, firuzə saray aynalara şəfəq salıbGörünür aynada bir pərdə, səma rəngində.
“Roma”dan qalma o həşəmətli və yıldızlı sarayQırx sütun üstə duran dalğalı bir dəryadır.Ağ ipək pərdələr ilə bəzənən qəsr “yəzid”Sanki şəhərin gecəsində açılan röyadır.
Atəş içrə yanan ud məclisə bir nəşə verib,Oynayırlar bəzənəkli kölələr, cariələr.Əlli beş başqa kənizlər yarı çılpaq, bitkin,Məclisin əhlin əfsunlayaraq sərxoş edər.
Bürüyüb ud və rübab səsləri, hər kəs gülüşür,İçilir badə gülgün, qırılır cam billur.Bu gecə “şam” bəzənilmiş və saray toy tutmuş“Kərbəla” fəthi üçündür qurulan bəzm sürur.
Fil dişilə bəzənən bir uca təxt üstə yəzidOturubdur, deyəsən qələ açan firondur.Qan içən, ev yıxan ol zalimə qasid gətiribQanlı bir hadisədən, faciədən, yaxşı noid.
İndi qırx gün quru çöllərdə gəzən bir karvanYanaşır ay işığında təpənin zirvəsinə.Dəvə üstündə susuz, ac qalan arvad və uşaq,Qulaq asmaqdadılar qəsrdə bayram səsinə.
Dəvələr yorğun, uşaqlar daha bitgin, eyvah,Hamı bir səslə susuzluqdan edir ah və fəğan.Şəhərin tunc qapısı qorxulu səslə açılır,Süngülü bir neçə əsgər görünür yollardan.
Gecə keçmiş yarıdan, kollar, içində bir quş,Oxuyur kölgələrə gizlicə bir şer fəraq.Qara yarpaqları yel tərpədir, ay dağda sönür,Ağlaşırlar yenicə Şama gələn əhli İraq.
Mavi, firuzə sarayda içilir qırmızı mey,Quru torpaqda yatanlar gecə xunanə içir.Orda minlərcə çıraq, minalı qəndil varkən,Burda bir qupquru ay var, o da zülmətdə keçir.
Qərinələr keçdi, dəyişdi cahanın özəyi,Amma cəlladların əhvalı dəyişməz qaldı.Bir çox atəş soyuyub, sönmədi zülmün alovu,Sönmədi, yandı və aləmlərə atəş saldı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hebib-sahir-yezidin-sarayi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dəst pədərəm babat,Bürid və kərdə mat,
Deyişmə— Xurşid:Aman Çoban, mən yarımı ararəm,
Hər səhər bad əsər, arızı-cananə dəyərКаждое утро веет зефир, ищет любимую на заре,Порою касается он ветвей, порой мокрых роз в серебре.
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,