Gəzib dolaşıram yuxulu kimi,Bu necə zamanmış, bu necə çağmış.Qövr edir davasız-dərmansız yaram,Bu necə düyünmüş, bu necə dağmış...

Kədər qoşun-qoşun üstümə güldü,Sevincin qul kimi boynu büküldü,Dəymişi düşməmiş, kalı töküldü,Bu necə bostanmış, bu necə bağmış.

Üfüqdür alışıb bağrını sökən,Zirvədir şimşəkdən ağrılar çəkən.Hüseyn olanda bilmədinmi sən,Böyük dağa böyük qar yağacaqmış.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов