Страница 3 из 3 · 67%

– Yox, Əcəmi. – Əli Şimşək sözünün üstündə möhkəm durdu. – Mən kəndimdən-kəsəyimdən ayrı yaşaya bilmərəm. Bir ilməsin çəksən, yüz yamağı tökülər kəndlinin. Komasında çörəyi yox, cibində parası. Dava-dərman görməz, təbib tapmaz... beytülmala hər il verdiyi təxsisat qırıb belini bu binəvaların. Elə bil xudavəndaləmin də üzü dönüb kəndlidən. Nə mərhəmət göstərir, nə də bərəkət göndərir. Hamı da deyir ver: əmir də, məlik də, darğa da...

Bir müddət nə Əcəmi danışdı, nə də Əli Şimşək.

– Vətən təkcə doğulduğun kənd deyil, Əli. Ata-baba yurdu deyəndə biz ancaq onların yaşadığı yeri düşünə bilmərik...

Əli Şimşək Əcəminin nəyə işarə etdiyini başa düşməsə də, geri çəkilmək istəmədi:

– Qınama məni, qardaş! Vurulmuşam ağlım kəsən gündən ata-baba yurdumun ulu dağlarına da, azman qayalarına da, gen dərələrinə də, sulu çaylarına da, duru buludlarına da... Bizim yerlər ilin hər fəslində gözəldi... Qışda geniş çöllər ağ örpəyə bürünür, yazda hər tərəf yaşıl don geyir, yayda hər şey qırmızı boyanır. Payızda hər yerə qızılı rəng ölənir. Qışın ələyəzli çəkməsi, yazın ətirli kətəsi, yayın buz ayranı, payızın pendiri başqa yerlərdə ələ düşməz... Mən ata-baba yurdunun çörəyinə xor baxa bilmərəm. Məni o böyüdüb ərsəyə çatdırıb. Onun yolunda da vuruşacağam, lazım gəlsə başımı da verəcəyəm. Mən xəyanətə qol qoyan deyiləm.

– Nə xəyanətə?

– Deyirlər o bayaq adın çəkdiyin el sərkərdəsi Məhəmməd Bəis oğlunun adamlarından biri satqın çıxır. Daha doğrusu, düşmən qızıl verib onu ələ alır. Bunu bilən Bəis oğlu deyir: “Aparın, qızılı əritdirib tökün boğazına. O, çörəyə xəyanət edib, içdiyi andı pozub. Qızılı çörəkdən üstün tutub. Çörək xainidi. Bu gün çörəyə xainlik eləyən sabah yurduna, elinə-obasına xainlik edər”. Xainlər də cürbəcür olurlar, qardaş... Xəyanətlər də cürbəcür olur. Çörəyə xəyanət edənlərin günahı, təqsiri tanrıya, yaradana xəyanət edənlərin günahına təqsirinə bərabərdi. Ona görə ki, çörək yaradanın nemətidi. Verib bizə yaşamaq üçün. Mən də çörəyə xəyanəti Səhli Sumbat xəyanətindən üstün bilərəm! Ona görə də kəndlinin çörəyi ayaqlayanı, onun çörəyini əlindən alanı cəzalandırmayınca ürəyim sakit olmur...

– Sənə heyfim gəlir, Əli! – deyə Əcəmi oyalandı.

– Niyə?

– Bizim bu ata-baba yurdumuzu sənin kimi igidlərə həmişə ehtiyacı olub və olacaq... Qorxuram itirək səni...

– Qorxma, dostum! Məni o qədər də aciz bilmə. Deyir məhərrəmlik günü kor bir kişi məscidin qırağında oturub şərab içirmiş. Deyirlər: “A bədbəxt, bu nə işdi tutursan, Allahın qəzəbinə gələrsən”. Kor kişi gülüb deyir: “İslanmışın yağışdan nə qorxusu? O şey ki, mənə lazım idi, onu sizin allahınız əlimdən alıb. Dünyada gözdən qiymətli nə ola bilər? Daha mənim ondan zərrə qədər qorxum yoxdur. Gedin allahınıza deyin ki, bacardığını məndən əsirgəməsin. Əsirgəsə heç kişi deyil!..”

– Görürəm ki, sən tutduğun yoldan dönən deyilsən... Onda ehtiyatlı ol, Əli... Hər adama bel bağlama, qardaş... Deyərlər, insan çiy süd əmib, hər adamı başına toplama...

– Bir dəfə qəbiristanlığın yanından keçirdim. Gördüm bir qız xeylağı bir qəbirin başına dolanır, gah ağlayır, gah gülür. Hərdənbir də geriyə çəkilib qəbri daşa basır. Atımdan endim, yaxına gəldim. Gördüm qız deyir: “ Səni lənətə gələsən, məni niyə doğdun? Doğdun ki, darğa zorla aparıb qatsın evinə, kefini sürəndən sonra gətirib ötürsün kəndə? İndi kəndə gedə bilmirəm, utanıram... Çək məni də yanına... Gecələr qorxuram çöldə-bayırda...”

Bir az yaxına gəldim, qız məni görsək durub qaçdı və məni daşa basdı... Səsi qəbiristanlığı başına götürdü: “İndi də sən istəyirsən məni aldadasan, kef sürəsən? Gördüm ki, qızın başı havalıdı. Zənnim də düz çıxdı. Qız gülə-gülə kəndə tərəf götürüldü. Səhər yolum ordan düşəndə gördüm ki, qəbiristanlığın yanından keçən arxın başındakı iydə ağacından qız özünü asıb... Özü də lüt... Əynindəki tumanını ip kimi eşib ağacın budağına sarıyıb... Elə həmin gün and içdim ki, intiqamını alım zəlil olanların, yetimlərin, kimsəsizlərin, köməksizlərin. O vaxtdan da at belindəyəm... Vuruşacağam elim-obam üçün nə qədər canımda can var, keşiyində duracağam kasıb-kusubun, əlsiz-ayaqsızların!..

Əcəmi özünü saxlaya bilmədi, Əli Şimşəyi yenə bərk-bərk qucaqladı:

– İndi mənim bir-iki sualıma cavab ver, – Əli Şimşək çox rəsmi soruşdu.

Ancaq Əcəmiyə elə gəldi onun rəsmiyyətçiliyində də bir mehribanlıq, bir səmimiyyət var.

– Sərdabənin tikilişi necə gedir?

– Yaxşı.

Möminə xatın ağıllı, təmkinli övrət idi. Ona ceyran aparmağım tez-tez yadıma düşür...

– Hə, sənin o əməlin şəhərdə uzun zaman bir hekayət oldu. Bəlkə də buna görə atabəy-əzəm sənin şıltaqlıqlarını bağışladı, üstündən keçdi... Amma hər oğul atasına oxşamır ha, Əli!..

Əli Şimşək Əcəminin eyhamını bilməməzliyə vurdu. Başqa mətləbə keçdi.

– Evlənməyin xoşuma gəlib...

– Bəs sən özün?

– Sən mənə baxma... Dağda-daşdayam həmişə... Qaçağın gərək övrəti olmaya...

Əcəmi nədənsə dinmədi. Əli Şimşəyin əlini bərk-bərk sıxıb ayrıldı. Beş-on addım atandan sonra dayanıb ucadan dedi:

– Səni bu dağlarımızda amanat qoyub gedirəm, Əli!

– Çox sağ ol qardaş! Bu dağlar insanlardan çox, çox etibarlıdır!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Hamı gedən yol

Cahan Pəhləvan sərdabənin açılışından sonra xəstəliyindən Həmədana dönməmişdi. Şirazlı təbibi-xünkarın dedikləri düz çıxmamışdı: hökmdar bimarü-rəncur idi. Sarayda da, şəhərstanda da, söz-söhbət gəzirdi ki, şahın halı gün-gün xarablaşır.Hökmdarın xəstələnməsi, atabəy-əzəmdən sonra üz-gözləri öyrəşmiş vəliəhdin onları əbədilik tərk etməsi ehtimalı bir sıra məliklərin, sarayın xəlvətiyyəsinə yaxın olan varlıların ciddi narahatlığına səbəb olmuşdu. Sarayın daxilində də bayırında da söz-söhbətə bir an belə ara verilmirdi:

16 мин
Dərban və mühafiz (qış söhbəti)

Böyük çillə təzəcə çıxmışdı. Kiçik çillə bütün gücünü toplayıb şəhər əhlinə öz zərbi-dəstini göstərirdi.Allahın elə ildə iki dəfə bu yerlərin sakinlərinə qəzəbi tuturdu: yayın ortalarında güclü istisi ilə, qışın ortalarında sərt soyuğu ilə.

9 мин
Qəfil küləklər əsəndə

Günəş məşriqdən neçə dəfə çıxıb məğribdə neçə dəfə doğub qürub etdi – heç kəs hesablamadı, neçə-neçə bulaqlar birləşib çaylara qovuşdu, heç kim baş açmadı, dəryalara nə qədər təzə sular axdı – heç kim fərqinə varmadı, neçə-neçə gündüz gecəni qovdu, neçə-neçə gündüzün gecə üzünə zülmət pərdəsi çəkdi – heç kim bilmədi.Əcəmi də günəşin doğub batmasına tamaşa edə-edə, bulaqlardan su içə-içə, çaylardan adlayıb neçə-neçə gecəni gündüzə, gündüzü gecəyə qata-qata, nağıllarda deyilən kimi, neçə-neçə yollardan keçdi, aşırımlar aşdı, keçdikcə də, aşdıqca da saçlarına düşən dən çoxaldı, illər çin-çin olub yaşının üstünə qalandı...

14 мин
Saray dəbirinin son yazısı

Ey dünya! Ey ərşi-fələk! Ey asəfi-dövran! Gərdişindən fələyin özü də baş aça bilməyən dünya! Bolluca-bolluca dərdi-səri, acısı- ağusu, azca-azca şadlığı-sevinci, şirini-şəkəri olan dünya!.. Birinə batman-batman yamanlıq, birinə misqal-misqal yaxşılıq paylayan dünya... Gəlimli-gedimli, olumlu-ölümlü, qalımlı-itimli dünya. Gör kimlər gəldi, kimlər getdi, kimlər öldü, kimlər qaldı, kimlər itdi səndə? Birinə mərd, birinə namərd dünya!.. Hanı atabəy-əzəm Şəmsəddin Eldəgəz? Hanı onun bir sözü iki olmayan, qılıncından qan daman oğulları Nüsrətəddin Cahan Pəhləvan, Müzəfərəddin Qızıl Arslan? Hanı atlarının kişnərtisi bir günlük mənzildən eşidilən nəvələri Mahmud, Əmiran, Əbubəkr, Özbək? Hanı bütün bəni-Eldəgəz, Hanı? Bəyaz saçlı mərhum anam deyərdi: “Bizim bu dünyadan köçüb axirət dünyasına getməyimizə bir o qədər qalmır. Bu gün-sabah cənab Mehdi Sahib əs-Zaman zühur edəcək. Zühur edən kimi də bu dünyaya onun öz ümməti gələcək...” Madam ki, belə olacaq, onda bu dünyanı mütləqa hifz edib Mehdi Sahib əz-Zamana da, onun ümmətinə də abad halda, qurulu qaldı tikili halda təhvil vermək gərəkdir... Əlbəttə, bunlar çox vaxt bizdən asılı olmur, tarixin öz dərsi, zamanın öz gərdişi mövcuddur. Tarix, zaman isə istiqbala gedən yollardır. Əyri-üyrüsü də olur, düpdüzü də, dolayısı olur, hamarı da... Nə olur-olsun, amma mən bir dəbir kimi onu bilirəm ki, gün keçəcək, həftə ötəcək, ay dolanacaq, il ilə qovuşacaq, Günəş yenə məşriqdən tülu edib doğacaq, məğribdə qürub edib batacaq. Bu ulu dünyamıza nəsillər gəlib, nəsillər gedəcək, nə şahları yada salacaqlar, nə də padşahları; nə xaqanları xatırlayan olacaq, nə də hökmdarları... Amma Əcəmini, Əbubəkr oğlu Əcəmini hamı yad edəcək, hamı xatırlayacaq-xeyirxah əməlinə görə, ilkin növbədə, bəzəkli gəlinə oxşayan, həmişə canlı kimi görünən, nəfəs alan, insanların ovqatını təzələyən “Mərhaba, mərhəba!” Və bunu da deyəcəklər:“Ey insanlar, bu yurd da, onun üstündəki abidələr də sizə bir ata-baba amanatı...” Axı böyük ustadın özü də ürəyindən keçənləri abidənin lal kitabələrinə elə beləcə həkk edib: “Təlatüm içrə biz, sükunətdə daim ruzgar. Köçərik dünyadan, amma bu qalar yadigar...”

2 мин

Стихи других поэтов