Xufdən söhbəti
Страница 2 из 2 · 50%
Sizin iştəhanız onsuz da yaxşıdır...
Baş şeyx dinmədi. Rəisin isə gözləri, dediyi ikibaşlı sözlərin ev sahibinə necə təsir etdiyini bilmək qəsdilə xeyli müddət onun sifətində qaldı. Sonra dibacədən durub dəyirmi mizin yanındakı kətillərdən birində oturdu və oturan kimi piyaləni götürüb şərbəti içdi.
– İkibaşlı danışma mənnən! – Hatib ibn Mübarək özü də kətilə əyləşəndən sonra rəisə irad tutdu. – Mən sənin üçün təlaş keçirirəm, yoxsa... Eldəgəzlər xanədanın mənə nə istisi, nə də soyuğu... Beş barmağın kimi bilirsən ki, mən arxamı hara söykəmişəm...
¹ Bizim şeyx
² Məhəllədəki balaca məscid
³ Baş şeyx
Rəis dərhal bildi ki, başını qaldırıb otağın tavanına baxan Hatib ibn Mübarək hara işarə edir... Söhbətinin yönünü dəyişmək istədi. Hatib ibn Mübarək isə bu arada kuzədən onun piyaləsinə şərbət süzdü.
– Zəhmət çəkməyin. – Rəis o tərəf-bu tərəfə boylandı. – Bəs hanı qızlar?..
– Dəryanur ibadətə gedib... Məsciddədi. Elə özüm də hazırlaşırdım gedim.
Hatib ibn Mübarək bununla da şəhər rəisinə anlatmaq istədi ki, nə yemək olacaq, nə də sənin xidmətində duran... Nanə şərbətindən bir-iki piyalə iç və izal ol başımdan.
Rəis əl çəkmədi.
– Bəs cariyə qız? – deyə yenə soruşdu.
Nadürüstün qızı dəli keçi kimidi, bir yerdə qərar tutur ki... Gedib “Qızlar bulağına” paltar suya çəkməyə. Gəlib çıxmır ki, çıxmır. Bağladın qapıma, nə qova bilirəm nə də...
– Niyə, yaxşı canandı Zəhra! – Rəis onun sözünü kəsib göz vurdu. – Gözəl elə gərək ağbədən ola? Bu da qara gözəldi. Cibdə həmişə qara kişmiş gəzdirərlər?
– Başına dəysin onun gözəlliyi! – Hatib ibn Mübarək öz kənizinin qarasınca deyinib qarğış eləməyə də vaxt tapdı və birdən nə fikirləşdisə əvvəlinci söhbətinə qayıtdı: – Sənin danışdığından biz belə qanaq ki, Pəhləvan sabah buyurur?
– Bəli.
– Harda qarşılamaq niyyətindəsən?
– İki yerdə: Bir Arazı keçən yerdə, bir də şəhərə varid olan yerdə... Şahab meydanında.
– Mübarək olsun... – Baş şeyxin səsində bu dəfə əvvəlki kinayə yox idi. – Şəhər əhli bilir?
– Bilir... Qulamlara göstəriş verilib ki, bütün şəhər əhlini, bütün əsnaf¹ əhlini, bütün əhli-ürfanı² Şabah meydanına dəvət etsinlər... daha doğrusu, ora toplasınlar.
– Mədhiyyə deyəni var? – Bu dəfə də baş şeyxin səsində kinayə var idi.
– O, sonra, – rəis özünü dartdı. – İstəyirsən şair Kəmaləddinə hökm edim gecə bir şer yazıb orada oxusun.
¹ Sənətkarlar
² Ziyalılar
– Lazım bilmirəm.
– Yaxşı, lazım bilmirsən, lazım deyil... Hə bəs niyə soruşmursan ki, niyə gəlmisən?
– Nə soruşacağam? – Hatib ibn Mübarək göy əmmaməsini çıxarıb ağ darayı əmmamə qoydu, cübbəsini soyunub əbasını geyinməyə başladı.
– Şair əşari¹ lazım olmasa da, şeyx xütbəsi² lazım olacaq. Sifariş göndərib şəhərin bütün şeyxlərini, mehrablardakı bütün mollaları Came məscidinə dəvət elə. Tapşır ki, gecə xüsusi xidmətlər tərtib etsinlər. İçərisində Eldəgəz sülaləsinin ünvanına, onun adlı-sanlı şəxsiyyətlərinin şəninə yaxşı-yaxşı sözlər də olsun, təriflər də. Və sabah sübhdən bütün məscid və mehrablarda fatehə səsləri ucaltmamış, sultan Toğrulla yanaşı, Atabəylər xanədanının ikinci hakimi Cahan Pəhləvanın adına da oxusunlar.
– Bu ricadı, yoxsa hökm?
– Nə ricadı, nə də hökm, qüdsi-barigah! – Rəisin səsində yenə kinayə var idi bu dəfə. – Çaparların gətirdiyi fərmandı, saray fərmanı!.. Mən sadəcə olaraq onu icra edirəm... Cahan Pəhləvan öz qoşunu ilə dünən Təbrizin həndəvərindən keçib, sabah Naxçıvana varid olur.
Hatib ibn Mübarək kətildən durub dibacədə əyləşdi.
– Bəs mənim o birisi ricam?
– Hansı? Rəis təəccüblə xəbər aldı.
– Memar Məsudun işi... Məsud ibn Əbutahirin. – Baş şeyx nədənsə çox ehtiyatla soruşdu. Rəisin dodaqlarından anlaşılmaz bir kinayənin izləri göründü. Və fikirləşdi: “Ay qoca Bağdad tülküsü, kimdən ki, bir xeyir gördün, onun dağarcığını mütləq ya çuvalın, ya da xaralın yanına sürükləyirsən. Məsud ibn Əbutahirin cavanca dul bacısını ənginin altına salandan sonra gör nə canıyananlıq edirsən?.. Başını soxmusan kola, deyirsən bəs..”
– Baş tutan iş deyil. – Rəis fikrini qəti bildirdi.
– Niyə? Elə elə ki, baş tutsun... Bizə yaxın adamdı... Nə desək yeganə cavabı “baş üstə”dir.
– Çaparların gətirdiyi tapşırığa görə mən Əcəmiyə hökm etmişəm ki, heç yerə getməsin, şəhərdən də kənara çıxmasın. Çünki Cahan Pəhləvan Mömünə xatuna tikiləcək sərdabəni ona həvalə etmək niyyətindədir.
¹ Şeir.
² Böyük şəxsiyyətlərin ünvanına oxunan xüsusi xeyir-dua
– Pəhləvanı niyyətindən döndərə bilməzsən?
– Bacarmaram. – Rəis kətildən qalxdı.
– Onda çalış Mərvdən Məhəmməd Atsız oğlunu¹ dəvət etsin. Axı həmin atsız oğluna bir vaxtı Sultan Səncər² kimi mötəbər bir şəxsin məzarı üstündə sərdabə tikmək etibar edilib.
– Çalışa bilmərəm... Təlaşım yersiz olar.
– Niyə?
– Cahan Pəhləvan istəyir ki, Arrana heç bir əcnəbi usta dəvət olunmasın. Öz millətinin sənətkarları olsun.
– Pəhləvan hansı millətə mənsubdur ki?
Rəis tutuldu, bilmədi nə cavab versin, ancaq baş şeyxin qabağında sınmaq da istəmədi.
– İstəyir ki, memar naxçıvanlı olsun... Daha doğrusu, şair kimi, alim kimi “Naxçıvan” olsun.
– Şəhər əhli bu fikirlə razılaşar?
– Arxasında beş minlik süvaridən ibarət xas alaylar dayanan bir hökmdara kim sürət edib deyə bilər ki, gözün üstə qaşın var?..
– Beş min?! – Baş şeyx təəccüb etdi.
– Bəli, beş min!
– İş təkcə qoşunla bitmir... Mənim qandığıma görə hakim olan gərək həm dərrakəli ola, həm igid, həm də...
Rəis söhbətə yekun vurmaq məqsədilə Hatib ibn Mübarəkin son sözünü deməyə macal vermədi:
– Özünüz min dəfə minbərdən demisiz ki, insaf dinin yarısıdır... Gəl indi insafla götür-qoy edək, cənab əş-şeyx ər-rəis. Məyər siz deyilənlərin hamısı Cahan Pəhləvanda yoxdu?..
Rəis Hatib ibn Mübarəkin süzdüyü şərbəti içmədi, öz piyaləsini götürüb onun piyaləsinin yanına qoydu və necə gəlmişdisə, eləcə də çıxıb getdi.
Hatib ibn Mübarək onun arxasınca xeyli baxandan sonra öz-özünə dedi:
– Mən düz qanmışam... Bilmək olmur bu qəvvadın³ zəhəri ilan kimi dişinin altındadı, yaxud əqrəb kimi quyruğunda...
¹ Məşhur türkmən memarı
² Məşhur Səlcuq Sultan
³ Oğraş
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-ibrahimov-esrin-onda-biri-xufden-sohbeti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Ə, nətərsən, ə?– Nətər olacam, demək olar ki, pisdən də pis.
XeyirxahlıqYay təzə girsə də, havalar isti keçirdi...Günəş düz günorta yerində dayanmışdı. Bəlkə də buna göyrəydi ki, müəzzinlər şəhər əhlini tələm-tələsik zöhr namazına dəvət edib minarələrin şərəfələrindən enərək özlərini məscidlərin, mehrabların sərin hücrələrinə vermişdilər...
Zaman – nəhrdirBir bulağa bir çöp atırsan aram-aram axıb gedir. Bir çaya xəşəb² salırsan sular onları öz axarında aparır.Zaman da nəhrdir. İnsanlar öz mürlərinin illərini çöp kimi, xəşəb kimi bu nəhrə tökürlər. Əcəmi də beləcə tökdü ömrünün neçə-neçə ilini bu həyat nəhrinə. Əvəzində də torpaq üstündə ölməz bir yadigar ucaltdı...
Oxşar talelərSarayın adından gələn xüsusi çapar məktubu şəhər rəisinə verib geri qayıdan günün səhərisi Əcəmi Təbrizə yola düşmüşdü.Cahan Pəhləvan öz candarı və şəxsi mühafizləri ilə birlikdə Təbrizə gəlmişdi. Havaların soyuduğunu, özünün yolda nasazlığını nəzərə alaraq oradan Naxçıvana dönməkdən vaz keçmiş, axırda da belə qərara gəlmişdi ki, Əbubəkr oğlunu yanına çağırsın və Mömünə xatun ananın abidəsinin tikilişinin nə vaxt başa çatacağını memarın öz dilindən eşitsin.
Стихи других поэтов
Gözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
BayatılarMən aşıq, ləngə bizi,Qəşədi, Ləngəbizi.
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz