Cavan tacirlə pristav qızının əhvalatı
Страница 6 из 7 · 71%
Həmin Alıqulular obasında böyük mülkədar Həsən bəy yaşayırdı. Obadan aralı çayın qırağında bəyin, divarları, sütunları firuzə rəngində, ikimərtəbəli gözəl bir imarəti vardı. Evin hər tərəfi böyük bağ idi. Xalq arasında Həsən bəyə «oğru bəyi» deyirdilər, çünki çar polisi o ətrafda kimi oğurluqda ittiham eləyib həbsə alsaydı, Həsən bəy qurtarardı. Qəza rəisi özü Həsən bəyin dostu idi. Ona görə də, kim böyük oğurluq eləsəydi, tutuldu-tutulmadı, gərək Həsən bəyin payını xəlvətcə verəydi.
Həsən bəyin adlı-sanlı ruhanilərə, o cümlədən də Abdullanın əmisi Abdulla Əfəndiyə böyük hörməti vardı, o, belə nüfuzlu ruhanilərə tez-tez bəxşişlər göndərirdi. Hörmətli ruhanilər də fərqinə varmazdılar ki, bu hədiyyələr oğrulardan gələn pulların hesabınadır. Bəyin ehtiramına qarşı minnətdar olduqlarını bəyan eləyib, ona dua edərdilər...
Cavan tacir uzun-uzadı fikirləşəndən sonra nişanlısı ilə Qarabağa qayıdıb, düz gəldi Həsən bəyin evinə. Həsən bəy boy-buxunlu, tənumənd bir adam idi. Tacir tayfası ilə yaxın olmadığı üçün onların ancaq adlı-sanlılarını tanıyırdı. Ona görə də cavan taciri əvvəl tanımadı, ancaq Abdulla Əfəndinin qardaşı oğlu olduğunu və Bayram bəyin qızını götürüb qaçdığını biləndən sonra tapşırdı onlara hörmət etsinlər.
Sonra bəy fayton göndərib qəza qazısı Axund Mirzə Qələndəri evinə qonaq dəvət eləyib, əhvalatı ona danışıb dedi:
– Vaxta ki, oğlan qızı mənim evimə gətirib, gərək onu Bayram bəylə barışdıraq.
Qazı Mirzə Qələndər gödək, yoğun, qırmızısifət bir kişi olub, tubulku ağacından qayrılmış iri, qırmızı müştükdə papirosu papirosun oduna yandırardı. Özü də çox söhbətcil, baməzə, arvadbaz bir adam idi. Getdiyi uzaq kəndlərdə saz, dul arvadları siğə eləməyi savab iş hesab edərdi. Həsən bəyin də, Bayram bəyin də dostu, həmsöhbəti idi. Əlbəttə, əgər qız Bayram bəyin qızı olmasaydı və cavan tacir də Abdulla Əfəndinin qardaşı oğlu olmasaydı, hamısından da mühümü qızı götürüb Həsən bəyin qapısına gəlməsəydi, qazı ağa bu izdivaca çətin icazə verərdi. Amma indi nə etmək olardı?..
Həsən bəylə qazı ağa böyük qonaq otağında stolun ətrafında əyləşmişdilər. Özü də orucluq vaxtı idi. Həsən bəyin qəribə işləri vardı. Onlardan biri də bu idi ki, heç vaxt orucunu keçirməzdi. Yəqin məsələdir ki, qazı ağa da oruc idi. Stolun üstünə ət, cücə soyutması, cürbəcür məzələr, göyərtilər düzülüb, bir qrafin də araq qoyulmuşdu. Bəylə qazı ağa oturub, iftarı gözləyirdilər.
Qazı ağa arağa işarə ilə gülümsəyib zarafatyana dedi:
– Bəy, görünür, araqla iftar açmağın ayrı ləzzəti var.
Həsən bəy qazı ağanın zarafatından rəncidəxatir olmayıb dedi:
– Oruc öz yerində, araq da öz yerində. Bu azançı zalım oğlu da dillənəcək ki...
Səhərdən dilinə içki, xörək dəymədiyi üçün indi bəyin hövsələsi bir tikə olmuşdu. Qalxıb otaqda səbirsizliklə var-gəl eləyirdi. Birdən ayaq saxlayıb pəncərədən görünən minarəyə xitabla, yəqin ki, azançının qarasına acıqla dedi:
– Nu çort, kriçi da!
Qazı ağa ləzzətlə güldü. Azançı dillənən kimi bəy araqla dolu qədəhi götürüb dedi:
– Qazı, sağ ol.
Bəy qədəhi birnəfəsə boşaldıb yerə qoyaraq əyləşib tələsik yeməyə başladı. Qazı ağa da «bismillah» deyib səliqə ilə orucunu açdı. Bir qədər yeyəndən sonra bəy qədəhini doldurub dedi:
– Qazı ağa, gəlsənə bir qədəh meyil eləyəsən.
Qazı ağa gülümsəyib cavab verdi ki:
– Xeyr a... mən ləziz təamlardan, pürrəng çaydan, bir də zərif tütündən zövq alıram.
Bəy qədəhini boşaldıb soruşdu:
– Bəs topuğu girdə gəlinlərdən necə?! Hallıca-dulluca arvadlardan necə?
Bəy qəhqəhə ilə gülüb qədəhini doldurdu. Qazı ağa qırqovulun plovun altında qızarmış zərif budunu götürüb boşqabına qoyaraq dedi:
– Qadın dünyanın ən şirin nemətidir. Ondan necə ləzzət almamaq olar? Siğəni də şəriət ona görə buyurub ki, dul qadınlar özləri də bu ləzzətdən binəsib olmasınlar.
Bəy dəmlənmişdi:
– Ay lotu, – dedi, – əməllərinizi paka çıxarmağı bacarırsınız.
Qazı ağa ürəyində bilirdi ki, bir az lotuluğu var. Ona görə də zarafatyana dedi:
– İnsan gərək özünü Allahın yaratdığı ləziz nemətlərdən məhrum eləməsin.
Bəy bir qədəh də vurub soruşdu:
– Deyirlər, sən Kürdobada kor bir qadın siğə eləmisən.
Qazı ağa gülümsünüb dedi:
– Ona baxsan, deməzsən kordur. Çox cazibədar, iri, qara gözləri var, di gəl ki, görmür. Özü də o qədər gözəl, ətli-canlıdır ki, o yandan bəri yeriyəndə deyirsən, bəs, bir ağ maya gəlir.
Bəyin hərəmi özü kimi yaşlı, arıq, uzunburun bir arvad idi. Ona görə də qazı ağanın tərifindən vəcdə gəlib dedi:
– Gecələr lüt soyundurub alırsan qucağına...
Qazı ağa gülüb dedi:
– Daha onu deməzlər ki. Sən araqdan ləzzət alırsan, mən də şux cananlardan.
Bəy qızarıb pörtmüş halda dedi:
– Yaxşı eləyirsən. Bu axmaq dünyada bacardıqca kef çəkmək lazımdır. Qazılığa da bir qoz, bəyliyə də! Qoy nə deyirlər, desinlər. Bilirəm, düşmənlərim məni daldada «oğru bəyi» də adlandırırlar. Amma bilmirlər ki, mənim «oğru bəyi» olmağım onların doğru bəy olmağından yüz dəfə artıq xeyir verir camaata.
Qazı ağa güldü.
Bəy dedi:
– Gülmə, Mirzə Qələndər, düz deyirəm. Məsələn, mən həmişə oğrulara deyirəm ki, a köpəkuşağı, kasıb-kusubla işiniz yoxdur. Kasıb it oğlundan Allah da bezardır, bəndə də! Gedin o kəslərdən aparın ki, Kürdobalı Hacı Qara kimi, on min qoyunu var. Yeriyin sodayar Məşədi Sülünün topdağıtmaz mağazalarına ki, İsveçrə bankında milyonları var! Heylələrindən nə qədər aparsanız halaldır. Mən ölüm belədi, belə döyül, Mirzə Qələndər?
Qazı ağa ayaq üstə güclə dayanan bəyə baxıb, yenə də kişmişi güldü. Bəy bu dəfə özünü çox tox tutub dedi:
– Odur ki, kasıb adamın heyvanını aparan oğru tutulanda onu qurtarıb-eləmirəm, deyirəm, qoy gedib yatsın, köpəkoğlu! Amma başın üçün, Mirzə Qələndər, hampadan, dövlətlidən aparan oğruların hələ indiyəcən birini də qoymamışam qəzəmətə girsin.
Qazı ağa gördü ki, bu dəfə də gülsə, bəy özündən çıxacaq, ona görə də balaca irişməklə kifayətlənib, nökərin gətirdiyi soyuq dovğadan iki çömçə götürüb öz boşqabına tökdü.
Bəy kefli-cefli birdən dərdlənib dedi:
– Rəiyyət köpəkoğlu xeyrini başa düşən döyül, Mirzə Qələndər. Qulağıma çatır ki, kasıblar da daldada mənim qeybətimi eləyirlər ki, «bəy oğrularla əlbirdi», tay demirlər ki, Həsən bəy olmasa, həmən oğrular onların arvadlarının tumanını da aparar! Sən yaxşı eləyib bu rəiyyət arvadlarının gündə birini siğə eləyirsən.
Qazı ağa dedi:
– Bəy, mən şəriətin buyurduğuna xilaf iş görmürəm.
Bəy əlini çənəsinə çəkib dedi:
– Mirzə Qələndər, mənə yox də... Mən gimnaziya qurtarmışam. Özüm də Allaha inanıram, amma siz mollaların alimibiəməlliklərinizi də bilirəm axı.
Bəy bərkdən gülüb əlini qazı ağaya tərəf uzadaraq dedi:
– Mən ölüm, vur gəlsin.
Qazı ağa hal əhli idi. Gülümsəyib şappıltı ilə vurdu bəyin əlinə, bəy nəşəyə gəlib çırtıq vurub oxudu:
Aç xurcunu, kəs almanı,
Ver yara dilim-dilim,
dilim-dilim...
Sonra da divana uzanıb o saat da şirin-şirin xoruldadı.
Qazı ağa da onun üçün ayrılmış otaqda namazını qılandan sonra soyunub yaylı çarpayıda, təzə ipək yorğan-döşəkdə ləzzətlə gərnəşib Kürdobada siğə elədiyi kor qadının suluq kimi ağ, yumşaq bədənini xatırlaya-xatırlaya yuxuya getdi. Dan yerinə işıq düşəndə durub yenə də namazını qıldı. Sonra bəylə qonaq otağında əyləşib axşamdan hazırlanmış cürbəcür yeməklərlə obaşdanlıq elədilər. Bəy həmişə yanında saxladığı qoçaq oğlanlardan birini göndərdi Qarabulağa, Bayram bəyə xəbər versin ki, qazı ağa ilə Həsən bəy axşam gələcəklər onlara.
Həmin bu vaxtlar Yaqut Həsən bəyin qızları ilə, Abdulla da, oğlanları ilə olurdu. Olurdu deyəndə, yəni yemək-içməkləri onlarla olurdu. Bəyin iki oğlu, iki də qızı vardı. Qızlarının böyüyü nişanlı idi. Kiçiyi də elə Yaqutla yaşdaş olardı. Bəyin böyük oğlu Kərim bəy Xarkov şəhərində vəkillik oxuyurdu. Kiçik oğlu Əmir bəy də Şuşada realnı məktəbdə oxuyurdu. İndi yay vaxtı olduğundan tətilə gəlmişdilər. Yaqut fikir verib gördü ki, bu oğlanlar səhərdən-axşamacan nişana atırlar, kart oynayırlar, ov eləyirlər. Özü də onların kartda oynadıqları oyunlar tamam başqa cürdü. Onları nə Abdulla bilir, nə Yaqut. Qız onlara fikir verdikcə özünü birtəhər hiss eləyirdi. Elə bil ki, qız bu oğlanı çoxdan tanıyırdı, elə bil ki, bunlara qarşı qızda çoxdan bir doğmalıq varmış. Onlar hər nə eləyirdisə, qıza qəribə görünürdü. Bəyin böyük oğlu çox zorlu idi. Bir dəfə Yaqutla Abdulla pəncərədən baxıb gördülər ki, beş-altı cavan oğlan həyətdə dayanıb bərkdən gülüşürlər. Bəyin böyük oğlu Kərim bəy yekə bir eşşəyin quyruğundan yapışıb, oğlanlardan biri də ağacla eşşəyi «çu!» deyə-deyə döyəcləyir ki, yerisin. Ancaq heyvan nə qədər güc verirsə, yerindən tərpənə bilmir. Yaqut da oradakı oğlanlar kimi qəhqəhə ilə güldü. Amma Abdullanın qıza acığı tutdu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-cavan-tacirle-pristav-qizinin-ehvalati
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?
Anamın bir rəfiqəsi vardı...Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.
Narahat qocaların məşvərətiHəmin bu vaxtlarda Bayram babam öz bağlarında tikdirməyə hazırlaşdığı evin işi üçün gəlmişdi. (Özü faytonda əyləşmişdi, iki nəfər strajnik və Qızılbaşoğlu onu müşayiət edirdi). Babam istəyirdi ki, indiki birmərtəbəli evi sökdürüb yerində ikimərtəbəli, böyük evlər tikdirsin. Bunun üçün qapıya guşə daşı, qum daşınırdı. Bayram babamın gəldiyini eşidib qazı ağa ilə şəhərimizdə məhkəmə sədri olan Balaş bəy görüşə gəlmişdilər. Onlar yeni hökumətin taleyi ilə maraqlanırdılar. Söhbət bu barədə gedəndə Bayram babamın üzü qayğılı göründü və o, papiros yandıraraq dedi:– Bilirsiniz, əgər xaricdən kömək olmasa, Müsavat hökumətinin işi çətin olacaq. Düzdür, indi biz əsgər toplayırıq, qoşun təşkil edirik, ancaq bununla iş qurtarmır. Qoşuna silah lazımdı, hərbi işi yaxşı bilən adamlar lazımdı. Bu saat biz köməksiz uşaq kimiyik.
Yolda yaxalanmış naməlum şəhərliBayram babam Qarabulağa gəlməsindən istifadə eləyərək indi qışlaqda olan anası Səkinəni gedib görmək istədi. Mən həvəsə düşərək babama yalvardım ki, qoysun mən də gedim, babam heç bir zaman mənim sözümü, xahişimi rədd etməzdi. Dedi:– Yaxşı, gedək.
Стихи других поэтов
Nazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Гульшан-и раз, глава 22نبوّت را ظهور از آدم آمدکمالش در وجودِ خاتم آمد
Qurban olum dualarına…Ay ana, düşürsən tez-tez yadıma,Təzədən dönürəm uşaq oluram.
Mey nuri cilvə eylədi cami-bülurdənMey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.