Əbülfət xanın qərargahı. Əbülfət xan çadırdadır. Yavər daxil olur.

Yavər

Bir kəndli gəlib, deyir xan üçün vacib xəbər gətirmişəm.

Əbülfət xan

Qoy gəlsin.

Yavər çıxır, Vanya daxil olur. Əbülfət xan ona diqqət yetirir.

Əbülfət xan

Vanya yüzbaşı, nəyə gəlmisən?

Vanya

Böyük hökmdarımız əlahəzrət İbrahim xanın buyuruğu ilə gəlmişəm. Xan həzrətləri sizi təcili görmək istəyir.

Əbülfət xan

Nəyə görə?

Vanya

Xan həzrətləri, siz bir tikə vaxtınızdan mənim gözümün qabağında böyümüsünüz. Mənim böyük hökmdarımız İbrahim xana olan sədaqətim də cənabınıza məlumdur. Ona görə də, böyük atanızın taxt-tacı xeyrinə nə düşünürəmsə, onu deməliyəm.

Əbülfət xan

De, qulaq asıram.

Vanya

Mən hiss elədim ki, əlahəzrət İbrahim xanın meyli ruslara sarıdır. Ona görə də, Sisyanovu Azərbaycandan çıxarmağa kömək üçün Fətəli şahın sizin komandanlığınızla Azərbaycana beş min qoşun göndərməsinə əsəbiləşmişdir.

Əbülfət xan (qızğın)

Yalan deyirsən. Xan atam rus padşahının tərəfdarı ola bilməz.

Vanya

Xan həzrətləri, atanızın sadiq rəiyyəti olan Vanya yüzbaşı sizə yalan söz deyə bilməz. Rus generalı Zubov gəlib Dərbənd qalasını alanda, əlahəzrət İbrahim xan sizi gözəl hədiyyələrlə onun hüzuruna göndərib, rus padşahına tabe olmağa hazır olduğunu bildirməmişdi?

Əbülfət xan (acıqlı)

Xan atam sonra öz fikrini dəyişib, Fətəli şahla dostluq istəyirdi. Əgər elə olmasaydı, bacım Ağabəyim ağanı ona ərə verməzdi. Məni şahın sarayına buraxmazdı.

Vanya

Xan həzrətləri, mən necə yalan danışa bilərəm? Böyük hökmdarımız İbrahim xan biz ermənilərin həmişə himayədarı olmuşdur. Məni yüzbaşı etmişdir. Mən can-dildən Xan həzrətlərinə ərz edirdim ki, Azərbaycanın səadəti İran şahı ilə dostluqdadır. Axı deyirdim, Fətəli şah özü də, İran camaatının əksəriyyəti də türkdür.

Əbülfət xan

Yaxşı, çıx, gözlə, mən fikirləşməliyəm.

Vanya

Əlbəttə. İndi elə mürəkkəb vaxtdır ki, fikirləşmək lazımdır.

Əbülfət xan (səbirsiz halda)

Yaxşı, qurtardıq. (Vanya çıxır). İlahi! Sən mənim xan atamın düzgün yol tutmağına kömək elə! Azərbaycan xalqı rus padşahına kölə ola bilməz!

İşıq sönür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xanım arvadla Damlıca mülkünün əhvalatı

Dünyaya çox igidlər, nəcib atlar verən gözəl Qarabağın «Kirs» deyilən qalın meşələrində Alyanlı adlı bir oba vardı. Alyanlı obasında hamıdan çox sayılan bir adam vardı ki, onun da adı Bağdad bəy idi. Məlum deyildi ki, dünyanın qurtaracağında, bu qalın meşələrin, bu sıldırımlı dağların arasına «Bağdad» adı haradan gəlib çıxmışdı. Bağdada kim bəylik vermişdi? Ancaq onu da deyim ki, Bağdad bəylə rəiyyətin fərqi ancaq onda idi ki, onun (yəni Bağdad bəyin) içində su dəyirmanı olan «Damlıca» adlı bir mülkü vardı. Bağdad bəy də başqa kəndlilər kimi, patavalı çarıq geyib, uzuntüklü qoyun dərisindən basma papaq qoyardı, dəyirmanda şahıdı özü alardı, Damlıca mülkündəki torpaqları özü şumlardı, özü də qabağından yeməyən igid bir adam idi, mahalda ən yaxşı at onda olardı.Siz taleyin işinə baxın ki, Bağdad bəyin də Kərbəlayı İbixan kimi gözünün ağı-qarası bircə qızı vardı və onun adı Xanım idi.

7 мин
Cavan Bayramla gözəl Fatmanın əhvalatı

Bu əhvalatdan üç il sonra Qara Əmrah Xanımın ən gözəl qızı Fatmaya elçi göndərdi. Qara Əmrah sayılan nəsildən deyildi. Özünün də bir qatırla, beş-on keçidən başqa heç nəyi yox idi. Ona görə də Xanımı od götürdü, elçiləri söyüb qapıdan qovdu, ancaq Qara Əmrah bir könüldən min könülə qıza aşiq idi, dedi öldü var, döndü yoxdu! Cavan tay-tuşlarını başına yığıb bir gün qız bulaqdan qayıtdığı zaman onu götürüb qaçdı. Bir ildən sonra Fatmanın bir oğlu oldu, adını qoydular Cəlil.Ancaq Xanım sakit olmurdu ki, olmurdu. Hər gün Fatmanı xəlvəti çağırtdırıb öyrədirdi ki, boşan o qara köpək oğlundan, gözəl-göyçək qızsan, yüz müştərin olacaq.

5 мин
Nadiri taxtda görmüş Kamırxan qarının əhvalatı və Bayram bəyin Qarabulağa gəlməsi

İndi sənə kimdən danışım, Kamırxan qarıdan...Qarabağda bir adamın çox yaşlı olduğunu bildirmək istəyəndə zarafatyana deyərdilər: «Filankəs Nadiri taxtda görüb». Amma Kamırxan qarı, doğrudan da, Nadiri taxtda görmüşdü, yəni Nadir şah Qarabağa hücum eləyəndə o, nişanlı qız imiş. Amma mən Kamırxanı görəndə qarı o qədər qocalmışdı ki, balacalaşıb olmuşdu bir tikə, gözləri də olmuşdu noxud boyda. Kamırxan qarıgil Güney Güzdək kəndində olurdular. Kənd Ərgünəş meşələrinin yaxınlığında idi. Kamırxan qarı nağıl eləyirdi ki: «Mən nişanlı qız idim, bir gün səs düşdü ki, İran şahı Nadir qoşun çəkib, gəlib Qarabağın üstünə, kəndləri dağıdır, adamları qılıncdan keçirir. Biz də ayın-oyunumuzu ata-eşşəyə yükləyib qaçdıq Ərgünəş meşəsinə. Mənim babam ağır xəstə idi. O bizə dedi ki, hamısı birdi, mən sizinlə gedə bilməyəcəm. Yanıma bir bardaq su, bir az da çörəkdən-zaddan qoyun, gedin.

5 мин
Cavan tacirlə pristav qızının əhvalatı

Bayram bəyin qızı böyüyüb mina gərdənli, uzunsaçlı, bulaq suyu kimi şəffafgözlü bir gözəl olmuşdu. Qocası Səkinədən gələn bir xal qar kimi ağ boğazının yanına qonmuşdu. Müəllimlər gəlib ona evdə dərs vermişdilər. Kürdobalılarla yaylağa, arana köçəndə qız at minib oğlanlarla cıdıra çıxardı, nişana atardı, «Şahnamə»nin rəvayətlərini, Füzulinin, Natəvanın qəzəllərini oxuyardı. Anası Fatma xanımın tütünündən götürüb xəlvətcə çəkə-çəkə öyrənmişdi papirosa. Qulluqçularına o vaxtın ən bahalı papirosundan aldırıb atasından gizlədərdi, anası Fatma xanım qızının papiros çəkdiyini bilirdi, amma bir söz demirdi. Çünki özü də elə bu yaşlarında anası Xanımdan papiros çəkmək öyrənmişdi, özü də anası Xanım kimi əzazil deyildi, ürəyiyumşaq arvad idi. Bayram bəyin hər ay oğluna kifayət qədər pul göndərməsinə baxmayaraq, Fatma xanım da ərindən gizlin eyzən ona pul göndərərdi. Ucaboylu, alagözlü, Həzrət Yusif kimi gözəl bir oğlan olan Nuru bəy də pulları sağa-sola səpələyib kef çəkərdi. Şuşa qalasının ermənilər yaşayan hissəsində olan klublarda səhərəcən qızlarla rəqs edərdi...Yaquta hər tərəfdən elçilər gəlirdi, amma Bayram bəy anası Səkinənin, Kürdoba ağsaqqallarının məsləhətilə Muradxanlı obasından olan Hacı Hüseynin oğlu Məhərrəm üçün gələn elçilərə söz verdi. Hacı Hüseynin dörd-beş min qoyunu, neçə yüz atı, neçə dəvəsi var idi. Özü də tikanlı tayfadan idi. Obanın yarısı onun qohum-qardaşı olub, hamısı da sayılan, karlı adamlar idi. Hacı barmağını qaldırsaydı, yüz atlı, tüfəngli adam hazır olardı. Məhərrəm də at minib tüfəng tutan boy-buxunlu, yaraşıqlı bir oğlan idi. Neçə dəvə yükü yağ, motal, neçə qaradiş erkək, neçə mötəbər ağsaqqal gəldi, nə qədər qızıl, zinət, zərxara, parça gətirdilər. Yaquta nişan taxdılar.

43 мин

Стихи других поэтов