Kainat sakinləri 2
Страница 11 из 23 · 43%
Hələlik unut bu ƏrEydən yaranan “Ray”ı. “Adəm ata”, “Həvva ana”, “Cənnətdən qovulmaq” və sair belə şeylər düşür yadına. Unut hələlik hamısını. Din kitabları barədə söhbətimiz ayrı olacaq. Başıyın tükləri ayağa qalxacaq “Tövrat”ın, “İncil”in, “Quran”ın lap körpə uşaq təfəkkürü qədər bəsit hökmlərini, yalanları eşidəndə!
Söhbətin sistemini pozmalıyam, fantastik dərəcədə qeyri-adi bir həqiqət açmalıyam indi sənə.
Bayaq dedim OdƏr dilində milyonlarnan söz var və sözlərin hamısı Bağlarımızın, OdƏrlərimizin Odları-adları-rütbələri ola bilər.
Ulu Bağın Odlarından-adlarından-rütbələrindən bir neçəsini deyim, şərh eləyim, gör bəşəriyyətimiz nələr eləyib.
“ƏsƏlMən”i demişik: Mənim Yaradan Əlim – Oğlum deməkdi. Təhriflərini də demişik: “Solomon”, “Süleyman”.
İkinci Odu – adı – rütbəsi BağSardı. Sarlar – hökmdarlar Bağı deməkdi. Yəni “Yer” – EyƏr planetində nə qədər Sar olub, hamısını Ulu Bağ ƏsƏlMən BağSar bağlayırmış biri-birinə. Bu rütbənin – BağSarın təhriflərini deyirəm: “Mu sa”, “Moi sey”.
Diksindin... Əlbəttə diksinərsən: necə təsəvvür eləyəsən ki, “Süleyman”nan “Musa” eyni adamdı? “Süleyman” – padşah, “Musa” – çoban, bu lap dəhşətdi!
“Təkrar biliyin anasıdı” ifadəsi biz Ağlardandı. Çünki biz, Elmə aid nə varsa, xüsusən ilk mərhələlərdə dönə-dönə təkrar eləyirik.
Bağ Atamızın ikinci oğlu EySar ÜnEvdən neçə peyğəmbər düzəldib bu təhrif bəşəriyyət? “İsay” və “Noy” – “Nuh!”
Ulu Bağ ƏsƏlMənin sonrakı parçalanmağı lap müsibətdi.
Üçüncü Odunu – adını – rütbəsini deyirəm: SarOdƏs. Yaradan Həqiqət Sarı – hökmdarı deməkdi. “OdƏs”i – “Atəş”ə döndərən bəşəriyyətimiz SarOdƏsə türkcə sarOddaş (Oddaşlar Sarı) deyəndən sonra SarOddaşı “Zərdüşt”ə, “Zoroastra”ya, “Zaratuştra”ya döndərib! Yəni Ulu Bağ ƏsƏlMən BağSar SarOdƏsdən üçüncü bir “peyğəmbər” də yaradıblar: “Zərdüşt!” – mənasız söz!
Dördüncü Odunu – adını – rütbəsini deyirəm: ƏsÜn. Yaradan Ün.
Qrek-latınca “sion” deyirlər. Qrek-latın təhrifindən yaranmış sionistlər də ƏsÜn əvəzinə “sion” deyirlər. Bildinmi hardandı təhrif “sionizm?!”
İndi sualım var. De görüm Sasan kimdi? “Fars sülaləsi” kimi tanıdığın sülalənin ilk hökmdarı sayılan Sasan kimdi?
Susursan.
Təhrif söz “Sasan”ın əslini – OdƏrcəsini deyirəm: Sağ Əs Ün.
Yenə soruşuram: əgər “ƏsÜn” Ulu Bağın Odu – adı – rütbəsidisə, bəs bu “Sağ” nədi? Ulu Bağ ƏsƏlMən BağSar SarOdƏs ƏsÜn hara, “Fars sülaləsi”nin hökmdarı “Sasan” hara?!
Təzkirələrdən də sənə məlumdu ki, yeni tarixin birinci əsrinə qədər Qreklər ərazilərimizdə olanda, “Sasani paytaxtı” Qazax da tutulubmuş, Sar-hökmdar yoxa çıxıbmış. Qreklər qovulandan sonra əyanlar axtarıb görüblər çobanlardan birinin başına göydən işıq ziyası uzanıb. OdAğÜzdən göstəriblər? Bəli, əzizim. “Vərəsə”mizdə əmilərin İlan “alimləri”nin “Sasan” “sözü”nü “fateh qələm məhsulu” adlandırıb yazıblar ki, “Qazağ”a “Rey”dən gələn əyanlar Ulu Bağı tanımırmışlar. Buna görə də OdAğÜzdən İşıqnan göstərib deyiblər: “Budur, sağdır ƏsÜn”. Həmən birinci əsrdən başlayaraq, ta səkkizinci əsrin axırına qədər Ulu Bağ “atəşgah”larda “Muğanna”, “Mağ Mağan” (Mağlar Mağı) adları altında gizlənib. Qazaxda SağƏsÜn – “SağSan” (sağ rütbə) adı ilə lap qısa müddətdə Sarlıq eləyib, guya Bağdaya, Bağlara heç bir aidiyyəti olmuyan “SağSan” varisini təxtdə oturdub, yenə yoxa çıxıb, yəni “batin” – gizlin olub.
Nəsiminin rusca oxuduğun şerində bir beyt var: “Kəs səsini və əbsəm ol, şərhü-bəyanə sığmazam”. “Əbsəm ol”, yəni lal ol, heç nə soruşma, çünki əbədi “Həq” – Ağ – SafAğ İnsan həyatı təhrif insan təsəvvürünə sığışmır, oğul. Məhz buna görə də belə quruyub qalmısan, minbir sualnan baxırsan üzümə, dillənəmmirsən, heç bilmirsən nə soruşasan, necə soruşasan. Yüz bir min doqquz yüz əlli dörd il bundan əvvəl “SimƏrAğ” (Uca SafAğ İşıq) gəmisində OdAğÜz BağOdƏr planetindən gəlib Olamda, “Elvənd” – ƏlEVÜn dağının yastanasında “Saray” – SarEy tikdirən Ulu Bağ ƏsƏlMən – “Sar Solomon” – “Süleyman padşah” yüz min ildən sonra Sağ ƏsÜn – “SağSan” adıynan Qazaxda təxtdə oturubsa, səkkiz yüz ildən sonra isə yenə köhnə SarOdƏs – SarOddaş rütbəsiynən, qədim paytaxtlarından bir başqasında – “Ərdəbil” – ƏrOdbil (Həqiqət bilənin İşığı) şəhərində təxtdə oturubsa, ƏsÜndən, ÜnƏsdən xəbərsiz “ins” – “insan” bunu necə sığışdırsın beyninə?! “İns” necə dərk eləsin ki, cahillər təhrif Şeyx “Səfi” adıynan tanınan SafAğ Aliminin zamanında cahillər “Ərdəbil”i – ƏrOdbili dağıdandan sonra Ulu Bağ Yer üzündə sonuncu rütbəsi BağSar AğEy (AğEy – “Əxi” Sarlarının Bağı) əvəzində təhrif “Musa ağa” adı altında qaçıb indiki – bu taydakı “Muğan” düzündə gizlin “Şəhri Yar” şəhərciyində ta on səkkizinci əsrin axırına qədər “batin Bağ” – “Muğ” olub! Sonra da yenə öz köhnə paytaxtı Qazağın yaxınlığında “Padşahlıq” adlanan kənd salıb, on doqquzuncu əsrin axırına qədər orda qalıb.
Dəhşətə gəlmə, oğul! Bəli, atam Məhəmməd Əmirin atası “Musa ağa”! Öz istəkli, əbədi ƏrEvOdu (“arvad”ı) ŞamAğEynən – “Şamağa” nənəmiznən bir yerdə!
Qısasını deyirəm hələ. Bu “fantastika”nın təfsilatını da danışacam, Ulu Bağ ƏsƏlMən BağSar SarOdƏs ƏsÜn BağSar AğEy – “Musa ağa”nın varisindən dönə-dönə soruşacam: bildinmi kimin Varisisən?!
Burda yenə pozmalıyam söhbətin sistemini. Qayıdıram vahid kökə...
– Sultan dəyirmi stolun üstündəki xırda bloknotu kənara itələyib, ayağa qalxıb pencəyinin cibindən eynilə Abının bloknotu kimi enli, uzun bloknot götürüb yerinə qayıtdı.
– Yazıram, əyani gör, köklərə bax, kökdən azma təhrif sözlərə bax.
BağOdƏr – “Bahadır”, “Batır”, “Pədər”, “Madər”, “Mater”, “Padre”, “Patri”, “Pater”, “Piter”, “Mitri”, “Materiya”, “Matyorıy” və sairə.
Bağ – “Boq”, “Mağ”, “Məğ”,⁵⁹ “Muğ”, “Müğ”, “Məh”, “Mah”, “Bay”, “Bəy”, “Vay”, “Viy”, “Piy”, “Vay şivən” (Bağ ƏsEvÜndən), “Şiva” və sairə.
BağBağÜn – “Papaqan” – “Papaq” – “Babək” – “Papa”, “Baba!”
ƏsMən – “Osman”, “Otman”, “Ottoman”, “Otto”, “Ata”, “Otes”, “Otçe” və sairə.
Bağ ƏsƏlMən – “Müsəlman”, “Müslüm” və sairə.
BağHəmOd – “Muhamməd”, “Muxamməd”, “Mühəmməd”, “Məhəmməd”, “Məhəbbət” və sairə.
Sar – “çar”, “tsar”, “sir”, “ser”, “sur”, “zur”, “zir” və sairə.
ÜnƏr – “nur”, “nər”, “nar” (od mənasında), “nar” (meyvə mənasında) və sairə.
OdAğ – “dağ”, “tağ”, “tığ”, “tok”.
ƏsAğ – “İşıq”, “aşiq”, “aşıq”, “sak”, “sok”, “sək” (ati yeri), “səg” və sairə.
SimBağ (Uca Bağ) – “Simbağ” (şir mənasında), “Sambo”, “Sima”, “sim”, “sam”, “som” və sairə.
SimƏl – “Səma”, “Zemlya”, “Zima”, “Zmeya” və sairə.
ƏsƏl – “çel”, “çelo”; ƏsƏl EvAğ – “çelovek” və sairə.
⁵⁹ Misirdə “Məğ+dur” (OdƏrdən), “Boq” çox yayılıbmış.
GurOd – “qorod”, “qrad”, “qord”, “qrud”, “qurd”, “kərd”, “kird”, “kürd” və sairə.
Gur – “kür”, “kir”, “kro” (+nun), “kor”, “gur” (vəhşi at) və sairə.
EvƏl – “əvvəl”, “əfəl”, “aval” (əngəl, yük mənasında) və sairə.
AğƏr – “axir”, “axır”, “axirət” və sairə.
Hər bir OdƏr “söz”ündən – ƏsÜzdən – Yaradan Üz – mənadan nə qədər darmənalı təhrif sözlər, təhrif dillər yarandığını az-çox duyandan sonra dərk edəcəksən ki, məsələn, təkcə Bağ Od, Ər, BağOdƏr, ƏlAğ kimi sözlər bərpa olunub bir növ elmi terminlər kimi işlənsə, nə baş verər bu xaraba “Yer”də?! Təkcə ƏsÜn bərpa olunub Qrek-Latın “sion”unu pozsa, “Yəhud”i adlanan EyOd OdƏri əslini tanısa, təhrif “İsay”, “İsay Novin” əvəzində EySar ÜnEv desə, “İisus” əvəzində EySar və ya ƏlAğ EySar desə, bütün süni arakəsmələrə, parçalanmalara son qoyulmazmı?!
Ya da, bu həqiqətlər danışıq dilinə daxil edilmədən, dünyamızın həqiqətləri kimi qəbul edilsə, danılmasa, planetdə necə bir irsi, ruhi, psixoloji yaxınlaşma, doğmalaşma baş verər! Hər bir kamilləşən insan, ölmüş-çürümüş bildiyi hər hansı bir əzizinin ikinci doğuluşunu, canlı şəklini, sonra özünü görsə, bu xaraba “Yer” nə qədər ucalar – EyƏr olar!
“Midi Qiena” “İosif Vissarionoviçi “ustanovka”sıynan rəsmi yazıb: “Hökmdarların adları hansı dildədirsə, xalq da o dildə danışıb”. Hökmdarıyın adı “Solomon”dusa, xalqın hansı dildə danışıb, ey bədbəxtim?! Hökmdarıyın adı “Süleyman”dısa, xalqın hansı dildə danışıb, ey bədbəxtim?! SağƏsÜnün “Sasan”dısa, SağƏsÜn övladı ƏsOd GurOd “Yəzid kird” – “Yəzdi gird”disə, ƏsOd GurOd övladı BağƏrim Gur “Bəhram Gur”dusa, xalqın hansı dildə danışıb?! “Sasani”lərdən əvvəl AğMən əvəzində “ƏhMən Fars sülaləsi” olubsa, Qrekin bircə “ki” kəlməsiynən OdƏr xalqı “Kidar”a, Bağday Sarı OdƏr “KiƏr”ə – “Kir”ə, eyni zamanda “Dara”ya döndərilibsə, “Midi Qiena”ynan yanaşı bir sürü İlan “alim”i bircə nəfər Sar OdƏri “Birinci, İkinci Kir”lərə, “Birinci, İkinci Dara”lara döndəribsə, ən məşhur Sarlar məkanı HəmOdün “Ağ batan”a, ƏsÜz – “suz”a, OdƏr Bağday “Atro patona”, “Adr biy can”a, Bağıstan “Bi sütun”a döndərilibsə, varsanmı sən?!
Dilimizdəki, bətnimizdəki “kin” də “ki”dəndi!
Kitabxana.az · https://kitabxana.az/ru/works/isa-huseynov-kainat-sakinleri-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.
Xəzinə üstündə yatan ilan 5– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.
Xəzinə üstündə yatan ilan 6İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.
Xəzinə üstündə yatan ilan 7...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!
Стихи других поэтов
Ürək doğuldu,böyüdü, yaşa doldu,
Olmazam vəsl ilə asudə ki, həngami-vüsalOlmazam vəsl ilə asudə ki, həngami-vüsalRəşk qıllam ona kim, həsrəti-didar çəkər.
Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtimBürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,