Страница 13 из 23 · 52%

Əlbəttə, uşaq kimi gülüşürlər “cənab” həcilər, daş atmağın mənasızlığına kim gülməz?

Dərsini, ƏsƏrini birbaş ƏlAğ EySarın beynindən alıb öz beyninin süzgəclərindən keçirə-keçirə, “daş” yox, bəşəriyyətə OdƏs – Yaradan həqiqət verən Nizaminin kitabına isə “bir olan Allah” yazıb. Məqsədi nədi “siyasət” – məkr Dininin? Danışacam.

Soruş: “Həft peykər” nə deməkdi?” “Deyəcək “Yeddi gözəldi!” Heç vəchlə deməz ki, “Həft peykər” yeddi BağOdƏr deməkdi! Latınlar Bağa “Piy” də deyiblər. Fars hakim dilin “Piy”ini alıb “pey” eləyib, OdƏr əvəzinə “ki ər”i – “kər”i “pey”in dalına qoşub, olub “peykər”. Yəni nə? Heykəl! Din heç “heykəl”i də qəbul eləmir! Bax bu bədbəxtliyə görə tərcüməçilərimiz “Həft peykər”i əvvəlcə “Yeddi heykəl” tərcümə eləyiblər, sonra görüblər əsərdə yeddi gözəldən danışır Nizami, götürüb eləyiblər “Yeddi gözəl”! “Vərəsə”mizi oxuyanlardan, dərs alanlarımızdan başqa bir nəfərin də xəbəri yoxdu ki, əsərdəki gözəllərin adları da rəmzdi. SafAğ Elminin rəmzləri. Ömür verilsə, “Yer”də qalsam, o rəmzləri də bircə-bircə açacam. Onda biləcəksən Nizami kimdi.

Oxuma o tərcümələri. Nizami yox dərəcəsindədi o zər cildlərin içində.

“Xəmsə”də, yenə deyirəm, “Allah” yoxdur. “Peyğəmbər” var.

“Xəmsə”nin köynəyini rəmzləri cırıb atacam: “İslam” adlananı da, “Xristianlıq”, “Bütpərəstlik” adlananları da cırıb atacam! Mifləri, əfsanələri məhv edəcəm! Boğulsam da, qaralsam da, hər şeyi izah eləyib Elm verəcəm sənə bu gecə!

Şeyx əmilərin bütün rəmzlərin şifrələrini açıblar, təfsir-izah eləyiblər.

“Xəmsə”də ən mürəkkəb rəmzlər silsiləsi “Həft peykər”nən “İsgəndərnamə”dədi.

“Həft peykər”də hərəsi bir ölkədən gətirilən “gözəl”lərin adlarından başlamış, “Bəhram Gur”a danışdıqları hekayələrə qədər, hamısı geniş şərh tələb elədiyi halda, əllərinin altında hər cür material olan alimlər bir kəlmə də demirlər! Moskvada, Leninqradda, şərqşünaslıq institutunda yalnız bir işnən məşğuldular: planetin bütün ölkələri barədə həqiqəti gizlətmək! Məhz buna görə də ölkələr, xalqlar barədə bəşəriyyətimiz heç nə bilmir. Kimə lazımdı ki, Hindistanın ilk və həqiqi adı OdƏr dilində BağƏrmiş. Sonralar “Bhar” “Bharat” adlandırılan yerin əsl adının BağƏrOd olduğunu kim bilir?! Ordakı məşhur Elm kitabı “Riqvedi”nin ilk və həqiqi adının “ƏrAğ EvOd” olduğunu kim bilir?! Kimə lazımdı ki, BağƏr adlanan ölkəyə ÜnOd gələrmiş, o Ünü xüsusi ƏsEvOda (Yaradan Ev oduna) yığışan SafAğ Alimləri dinləyib, yazıb yayarmışlar. İndi də durur o evlər. Əmma adı daha ƏsEvOd deyil, “Səbət”di. Həftədə bir dəfə evin qabağına söyüd çubuğundan, qamışdan hörülən səbət asırlar, yəni yığışın, bu gün moizə günüdü. Dəhşətə bax ki, bu da Qreklərdən başlanıb. İsgəndər Zülqərneynin vaxtında Qreklər görüblər dağlıq yerlərə ÜnOdƏs deyir camaat. Yazıda bu həqiqətin ifadəsinə bax: “İnd su”, “Hind!..” Dəhşət deyil, bəs nədi?!

Əmilərin şərh eləmişdilər ki, Hindistanın hələ “Potop”dan əvvəl BağƏr, BağƏrOd, sonralar “Bhar”, “Bharat” adlandığı dövrlərdə, yerli əhalinin dilində allah mənasında işlənən “Div” sözü OdEv sözündəndi, ilkin həqiqət mənasında işlənən “Atman”⁶² sözü OdMən sözündəndi. “Riqvedi”dən sonrakı kitabın – “Avesta”nın ilk və həqiqi adının “EvƏrOd” olduğunu kim bilir?! “ƏrAğ EvOd” kitabının da, “EvƏrOd”un

⁶² “Atom” sözü Hindin “Atman”ından azıb. da dili dəyişdirilib! “Budda” tamam anlaşılmaz “Riqvedi”nin əslindəki BağOdƏr adından düzəldilib!

Təkcə bu ölkənin başına gətirilən müsibəti dərk eləsən, bütün planetin xəstəliyini başa düşərsən.

Son vaxtlar İlan hətta birinci “sivilizasiya”nın məhvinin səbəbini – “Atom fəlakəti”ni də gizlədir. Müxtəlif yollanan məktəblərdə də “Nuh” komediyası yayılır. Soruş uşaqlardan, Subasqınından sonra nə olub, hamısı deyəcək su yeri basanda bütün kürreyi-ərz suyun altında qalıb. Nuh peyğəmbərnən oğul-uşağından savayı səlamət adam qalmayıb. Nəinki adam, heç heyvan da qalmayıb. Nuh peyğəmbər hər heyvandan, hər canlıdan bir cütünü mindirib gəmisinə, gətirib buraxıb Ararat dağının başına ki, su çəkiləndə artıb çoxalsınlar. Yer üzündə nə qədər canlı var, hamısı Nuhun gəmisindəkilərdən törəyib, nə qədər millət var, hamısı Nuhun oğul-uşağından törəyənlərdi. Budu bəşəriyyətimizin bildiyi! Əlbəttə, “Dini əfsanədi” deyənlər, “Tövrat”ı, “İncil”i, “Quran”ı lap altüst eliyənlər də var. Əmma bəşəriyyət nə “Tövrat”dan – “Bibliya”dan əl çəkir, nə “İncil”dən – “Novıy zavet”dən, nə də “Quran”dan!

Niyə?

Keçirəm Din kitablarına...


Deyək ki, nə Mədəddən bir şey eşitmisən, nə Abıdan, nə də məndən. Gör indi bu müəllimin necə cırıb dağıdacaq “Bibliya”nı, “Novıy zavet”i (“Yevangeliya”nı), “Quran”ı!

Çox arvadlılıq barədə çox eşitmisən. Hardandı bu? “Quran” deyir: “Birini al, gördün təmin eləyə bilmirsən (seksual mənada ha!), ikincini al (yəni təzələ arvadı), gördün onu da təmin eləyəmmirsən, üçüncüsünü al. Gördün onu da təmin eləyə bilmirsən, dördüncüsünü al. Gördün onu da təmin eləyəmmirsən, daha evlənmə, elə qulluqçularınla keçin”. Budu bax Din!

Gör sonra nə deyir “müqəddəs” “Quran”: “Qadınla əlaqədə olandan və ayaqyoluna gedəndən sonra əlini quma çək, sonra əlini üzünə çək!”

Kim üçün yazılıb bu, ay oğul?!

Dedim ki, bir irəli sananan əlliminillik tarix olub, bir də geri sananan əlliminillik tarix. Bəşəriyyətin yaddaşı alınandan sonra tarix əllimininci ildən başlayıb üzü bəri gəlib. Qırx doqquz min doqquz yüz doxsan doqquzuncu il, qırx doqquz min doqquz yüz doxsan səkkizinci il və sairə, gəlib çıxıb birinci ilə. Arxeoloqların nə bilim neçə milyon bundan əvvəlin əşyalarına inanma! Geri sananan tarixdən sonra yeni tarix başlanıb: bir, iki, beş... yüz, min, nəhayət, min doqquz yüz əlli dördüncü il. Bu bəşəriyyətin tarixi, qısa desək, cəmisi yüz iki minildisə, niyə “milyon”, “milyard” illər deyilir?! İnsan meymundan yaranmayıbsa, “Noy” – “Nuh” da EySar ÜnEvdisə, “Potop” vaxtı Ulu Bağ ƏsƏlMən Yerin sahibi, Eysar ÜnEv isə QalAğımızın ƏlAğı – “Allah”ı olubsa, Subasqınından xilas olanlar EySar ÜnEvi o illərdə həm də Hoy (kömək) adlandırıblarsa, guya qədim mənasında olan “Nuh”u niyə belə qoruyur İlan?! Necə yəni “hər canlıdan bir cüt?!” Dünyada nə qədər canlı var? At, eşşək, it, pişik, qoyun, keçi, canavar, tülkü, çaqqal!.. O gəmi nə boyda gəmiymiş ki, ilana-çayana, qarışqaya qədər bütün canlıları doldurub içinə, gətirib buraxıb “Ararat” dağının başına?! Araratın o qartar beli neçə min kvadrat kilometrlik çöl-çəmənli, ot-ələfli sahədi ki, bu dünyanın filinə, camışına, inəyinə, buğasına, şirinə, pələnginə qədər bütün heyvanatı yedirib-içirdi, ərsəyə gətirib?!

Əfsanə deyil bu, əfsanə “Nuh” əfsanəsini yaradan beyindi, EvƏsÜnü – “əfsanə”yə döndərib!

Görürsənmi, beyin dəyişdikcə, dil-dodaq, damaq dəyişdikcə söz və məna necə təhrif olunur! İnsanın beyni, gözü, nə qədər bəsitləşdirilməlidir ki, dünyanı bir gəmiyə, bir dağın belinə sığışdıran əfsanəyə inansın?! İnanırlar axı, ay oğul!

Yoxdu bəşəriyyətimizin beyni, puçdu!

İlan indi məhz beyinsizlikdən sui-istifadə eləyir! Bağların mövcudluğunu, insanlığını, planetimizə gəlib getdiklərini dilə də gətirmir! Ulu Bağ ƏsƏlMənin başçılığıynan yüz iyirmi dörd min nəfər OdƏrin İşıq gəmilərində OdAğÜzdən EyƏrə gəlib Olamda məskunlaşmasına lap cüzi işarəni də pozurlar!

Abıdan da, Ələskərdən, məndən də tez-tez soruşurlar ki, ilkin yaranış barədə, Kainatda həyatın başlanğıcı haqqında niyə bir söz demirsiniz? On səkkiz min “Qalaktika”dan – QalAğdan başqa, Kainat sonsuzluğu adlanan planetsiz, insansız boşluqda “Element”lərin – ƏlMənlərin yaranış tarixi varmı? Varsa, bizə niyə demirsiniz?

Bax belə suallara cavab verən Elmin var, oğul!

Kainatda insan ölümsüzdüsə – əbədidisə, bəs “Yer”də ölümün səbəbi nədi? Subasqınından əvvəlki “sivilizasiya”da ölüm nə vaxt, necə başlanıb?

Belə suallar da var. Hamısına cavab almaq üçün Ün eşidəsən gərək. Ün eşitmək qabiliyyəti olan “beyin” – BağÜn yetirməkdən ötrü irsiyyət sağlamlığı lazımdı.

Sənin “irs”iyyətin – ƏrƏsin (Yaradan İşığın) ucadı, gözümün işığı! Təkrar elədiyim şeyləri səbrnən dinlə.

Bir də eşit ki, demək, OdMən sözünün ən qədim təhrifi “Atman”dı, sonrakı “Atom”.

“OdMən” EyOdƏr Babamızın və bütün Bağların sözüdü.

OdMənin üçüncü təhrifi daha dəhşətlidi. Qreklərin, Latınların “ki men”i Avropada “komun”, “kommuna”, “kommunizm” olub. Söz formaca dəyişib, məzmunu qalıb? Yox, oğul. Od – həqiqət də itib, “Mən” – Bağ da. “Kommunizm” məfhumu OdƏr bəşəriyyətindən, OdAğÜzdən ayrılıb, ancaq “Yer”ə bağlanıb, təhrif nəzəriyyələrnən təhrif olunub.

Nə vaxt baş verib bu bədbəxtlik? Yeni tarixdə? Yox, əzizim. Birinci “sivilizasiya”nın axırında “Avropa” sözü də olub, “Kommuna” da, “kommunizm” də. Heyrətlidi? Əlbəttə! Demişdim sənə ki, OdMən quruluşlu, biri-birinə və Kainata bağlı icmalar, insanı daim təzyiq, qorxu altında saxlayan hərbi kommunizmə döndərilib. “Vərəsə”dən kənar zəmanəmizdə heç kəs heç kəs dərk eləmir ki, QalAğ adlanan məkandakı bəşəriyyətin hər bir fərdi bu “Yer”də fərdlərə bağlıdır, “Yer”də bir nəfərin məhvi Kainatda bir çoxlarına dərd, xəstəlik gətirir və o xəstələr elementlər cəmi ilə dolu məkanlarda əzab çəkə-çəkə müalicə olunurlar. Bu dərəcədə bağlılıqdan xəbərsiz “Yer”də beyinləri qapalılar Yerə bağlanıb, nəinki OdMəni, hətta özlərinin qurduqları hərbi “kommunizm”i də məhv eləyirlər. Bax onda, əlli mininci ildə selləmə yağışların suları çayların, göllərin, dənizlərin sularına qarışıb, EySar ÜnEvin Ününü eşitmiyən, OdƏr dilini qanmıyan bəşəriyyətin üstünə yeriyib. İnsan heyvandan da alçağıymış onda, oğul. Lap qısası, sadəsi budu ki, cəzalanıb bəşəriyyətimiz: Təhrif “sivilizasiya” öz beyinsizliyi, əxlaqsızlığı, möcüzəli ixtiraları ilə birgə batıb suda. Bəzi dağlar, bir də Bağday ərazisi, ƏrEy – “Rey”dən indi “Qafqaz” adlandırılan QapıAğÜz dağları arasında OdƏrlərin yaşadıqları nisbi təmiz ərazilər səlamət qalıb.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xəzinə üstündə yatan ilan 4

Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.

13 мин
Xəzinə üstündə yatan ilan 5

– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.

29 мин
Xəzinə üstündə yatan ilan 6

İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.

11 мин
Xəzinə üstündə yatan ilan 7

...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!

46 мин

Стихи других поэтов