Kainat sakinləri 2
Страница 15 из 23 · 61%
Söhbət bu yerə çatanda şagirdlərimizə peyğəmbərin möhürünü veririk, deyirik özünüz sərbəst oxuyun, sonra da möhürdəki OdƏr sözləri üstündə “Ustadnamə” yazın, çalın oxuyun, şərh eləyin...
– Nə?! “Ustadnamə”?! “Çalın, oxuyun?!.” Əmi!.. Şagirdləriniz aşıqdılar?!
Sultan yorğun-arğın gülümsəyirdi.
– Xızr Abıdan, Çürük Aşıqdan dərs alanlar ilk növbədə saz, söz öyrənirlər, əzizim. Eyni zamanda, ustad Aşıqların “Ustadnamə”lərindəki “Tövrat”, “İncil”, “Quran” kəlmələri üstündə Elm rəmzlərindən baş açmaq üçün Ərəb hürufatını öyrənib “Quran” oxuyurlar. Sonra mənim və ya bir başqa Batinimizin, Pünhanımızın yanına “söhbət mərhələsi”nə göndərilirlər. Bu mərhələdə Peyğəmbərin möhürünü sərbəst oxuyub möhürdəki hər OdƏr sözünə bir “Ustadnamə” həsr eləyirlər.
“ƏlAğ OdOdƏr ƏsEvƏr”. Budu möhür. Bunun “Əl”inə, “Ağ”ına, “Od”una, “Ər”inə, bütün kəlmələrinə ayrı-ayrı Ustadnamə. Asan deyil!
– Əmi!.. – Səməd ürək çırpıntısı, daha doğrusu, qəfil, titrətməli, gur şadlıq içində, hamama gurultu saldı:
– Əmi! Möhür ərəbcə deyilmi?!
– Yox, əzizim!
– OdƏr dilindədi!
– Bəli, əzizim! OdƏrcədi. Heyif, əski əlifbanı bilmirsən. Birinci kəlməsini təkrar eləyirəm: “ƏlAğ”.
Aşıq Ələskərin “Ey Ağa” Bağlamalı “Ustadnamə”sini çox eşitmisən, şərhini isə, təbii olaraq, bilmirsən. Aşıq oxuyur eşidirsən: “ehtiyacın nədir ey ağ, ey ağa?” – Elmi bilənim dərhal başa düşür: “Ey Ağ”, yəni Uca SafAğ, ehtiyacın nədir “Ey Ağa?” uca SafAğa. Yəni sən özün uca SafAğsan, nə ehtiyacın var Uca Saf Ağa?!.
Sənin varisliyindən xəbər tutandan sonra, axır vaxtlar sənə xüsusi bağlanan köhnə yoldaşın Sarı Zal “Ey”, “Ağ” kəlmələrinə həsr olunmuş “Ustadnamə” yazıb:
“Gəl, Ey, dedim, gəl dedim,
Ağ üzündə xal gətir.
Gül, Ey, dedim, gül dedim,
Gül üzündə gül gətir.
Yəni: “Gəl, Ey” – OdƏl Ey dedim,
(Həqiqət Əli Ucadır dedim).
“Gül, Ey”, dedim – OdƏl Ey dedim,
“SafAğ Üzündə” – mənanda “xal” – Ağ əli gətir” – SafAğ Əli gətir, yəni özünü gətir.
“Gül üzündə gül gətir” – yəni mənalı dilində dil gətir.
“Hüzurda”, yəni Abının, Çürüyün, mənim təmsil elədiyimiz Bağ hüzurunda çalıb oxuyub, şərh eləyib. Qonaqlı cavanlarının çoxu belədi. Hətta yazıq Lütün qızı da...
– Torksin?!
– Bəli, Lütün Torksinciyəzi də yazır, çalır, oxuyur, şərh eləyir. Mən əminəm ki, Abıynan, Çürüknən bağlanandan sonra sən özün də çalıb oxuyacaqsan.
Səmədi gülmək tutdu.
– Mən ha! Şeir yazacam?!
– Bəli, əzizim! Verilir axı şeir. Bu bir. İkincisi, sənin irsiyyətində “Aşıq” – ƏsAğ var axı!
– Məşhur Aşıq Alı kimidi, bilirsən?
ƏsƏlMənə Göycədə “Süleyman” deyirlər, biz – “Musa ağa”. “Süleyman”ın Göycədə “Aşıq Alı” adı altında gizlənən ikinci oğlu Şeyx Əli, babamız Məhəmməd Əmirin qardaşıdı, Şeyx Ağ Əmirnən Şeyx Boz Əmirin, Mədəd Əmirlinin, Sultan Əmirlinin əmisidi... Səttar xanın, fədailərin, Dəli Alıynan Qaçaqlarının məclislərində “Süleyman”a “Comərd” deyirdilər. “Heydərimin⁶⁴ Comərdiyəm” yazırdılar. EyOdƏr Babamızın Yerdə Comərdi – rütbədi. Heyif, indi yalnız biz danışırıq bunu. Çünki “Aşıq Alı” “Ustadnamə”lərinin, Elmi şerlərinin doxsan faizini yığışdırıb itirib-batırıblar İlan “alimləri” – “Azərbaycan Elmlər Akademiyası”! Bu “Akademiya”dan əvvəl birbaşa Peterburqdan, Nikolay Romanovun sərəncamıynan fədailərin, Qaçaqların aralarına dolan “alim” casuslar izləyirmişlər Şeyx Əli babamızı. Ün eşidirmiş, OdAğÜzdən xəbərdarlıq olunanda tez-tez yerini dəyişib gah Dərə Ələyəzdə, gah Təbrizdə, gah da bu səmtdə – “Padşahlıq” kəndində, kiçik qardaşı “Hüseyn ağa”nın çobanlarının arasında gizlənirmiş. Əvəzində “Ələsgər əmi” dediyimiz məşhur “Aşıq Ələsgər” aparırmış məclislərini. “Ələsgər” əminin Elmi şerlərini də yığışdırıblar İlan “alimləri”, batinlik – Pünhanlıq üçün yazdığı gözəlləmələri saxlayıblar! “Ələsgər” əmidən sonra, Şeyx Əlinin gizlin adını daşıyan Ağbizənli⁶⁵ “Aşıq Alı” davam elətdirirdi tədrisi. “Ələsgər” əminin kiçik qardaşı “Məhəmməd” açıq-açığına “Qurandı” – “yalandı” qafiyəsi işlətmişdi, sonra qaçıb Qarsda gizlənmişdi. Alı əminin bacısı oğlu “Aşıq Sadıq” Təhlədə – “TəkƏl”də, Qarayazıda – “Qardabani”də casusların əlindən cana doyub, guya səsi tutulduğuna görə həftənin üç-dörd gününü boğazı tənzifli, çayxanada otururdu, asta-asta çalırdı, mızıldanırdı, “Ələsgər əmi”nin diliynən “tümənə çalmıyan canım, indi samana çalır”, – deyirdi. Halbuki şeir AğBizənli Alınındı, Sadıq qorxurdu ki, dayısını tutarlar.
Bir dəfə dan qaranlığında evimin pəncərəsi tıqqıldadı, Sadıq bircə kəlmə “getdim” – dedi. O günü səhərdən gecə yarıya qədər Qazağın DağKəsəmən kəndində bir batinimizin evində məclis apardı. Casusun donosu o evi də xaraba qoydu: “Aşıq Sadığ”ın növbəti məclisindən sonra, səhərisi raykoma gedəndə gördüm Gülənov dəhlizdədi, gözləri dombalıb zillənib üzümə: “Aşıq Sadığı tutmuşdular, buraxdırdım. Əmbə DağKəsəməndə o evin qapı-pəncərələrini eşikdən bağlayıb, nöyüt töküb qohumunuzu diri-diri yandırıblar, yoldaş Əmirli...” Məlum oldu ki, əhli-əyal nədi, Qazağın, Ağstafanın kəndlərindən yığışan şagirdlərimiz də yanıblar orda. Din çuğuluymuş donos yazan. Uzun müddət “Dəli Dolu” adıynan aramızda olub, axırda elə bədbəxtlik törətdi!
Otuzuncu ildə Stalin Dinə azadlıq vermişdi. O vaxtdan da “Dəli Dolu”lar dolmuşdular aramıza, xəbər tutmamışdıq. Yanğından sonra “Dəli Dolu”lar intelligent libası geyinib, saqqallarını qırxıb idarələrdə işləməyə başladılar. İndi də fəaliyyətdədilər. Tanıyırsan bəzilərini: Dəli Mahmud, Dəli Baba... məşhurdular. Belədi indi Din! Sovet “İslamı!..” Dəli Mahmud və ya Dəli Baba toyda-şanda “Aşıq həqiqətdən oxu”, yəni Elmi söz oxu deyəndə bilirik ki, yoxlanışdı. Əmma dərsi dayandırmırıq. Möhürü gizlətmirik. Çünki bircə “ƏlAğ” kəlməsi “Quran”ı kökündən ifşa eləyir, oğul!..
İndi de görüm bu möhür söhbətindən nə öyrəndin?
DağKəsəmən əhvalatı nə qədər kədərli olsa da, Səməd sevincdən kükrəyirdi:
– Əmi! Qurbanın olum, “İdeal” – OdƏl – Dil əmi! Necə yəni nə öyrəndin? Peyğəmbərin möhürü OdƏr dilində! “ƏlAğ?!” Qədim ana dilim!
– Hə!
“Od OdƏr?!”
⁶⁴ “Heydər” – EyOdƏr – Baba nəzərdə tutulur.
⁶⁵ Göyçədə kənd adıdır.
– Hə!
“ƏsEvƏr?!”
– Hə, cəmisi üç kəlmədi. Mənasını da bil: “ƏlAğ” – SafAğ insanın, yəni Bağ Atanın Əli – Oğlu EySar!.. “Od OdƏr”, yəni “OdƏr” həqiqəti, “ƏsEvƏr” yəni “Yaradan Evin İşığı”.
İndi bütöv deyirəm: “ƏlAğ EySar OdƏr həqiqətidir (və) Yaradan Evin İşığıdır”.
Səmədin bədəni xəfifcə titrəyirdi.
– Beynimə işıq saçdı bu möhür, bu “ƏlAğ!” Qırx altıncı ilə getdim, “Əlif” “Lam” – “ƏlEv Əlim”, “ƏlAğ” deyənimi gördüm. O uca insanın dediyi dərsnən bu uca insanın dediyi dərs arasında körpü yaratdı möhür! Elə bil günəş doğub beynimdə!
Sultan gülürdü, sevinirdi.
– Nizamidə bir rəmz var: “Dünyamız sözdən yaranıb!” Farscadı “Xəmsə”, bilirsən. Rəmzi açmaq üçün fars sözündə gizlədilən rəmzi Türkcəyə tərcümə eləməlisən, türkcəni də qədiminə – OdƏrcəsinə. Nizami demək istəyir ki, dünyamız, yəni “Yer” ƏsÜzdən yaradan mənadan, başqa cür desək, OdƏr OdƏldən – OdƏr “Dil”indən yaranıb. Budu əsas həqiqət. Ona görə də bu həqiqət barədə OdAğÜzdən çoxlu “dəstan” – OdƏs OdÜn göndərilib. Məsələn, eşitmisən, “Məsim və Diləfruz”. BağSim – “Məsim”ə dönüb, OdƏl EvƏrEyÜz – “Diləfruza” dönüb. Hər ikisi bir-birinin eyni olan Evdə, “eyvan”da – EvÜndə olur, əmma “Diləfruz” bir yanda “lal” olur, “buta” – BağOd “içib” “Məsimi” sevdiyini deyəmmir, “Məsim” də bir yanda “lal” olub, “buta” – BağOd içib “Diləfruzu” sevdiyini deyəmmir. Bilici molla çağırırlar. Molla – “Din” “Məsim”in dilini açammır, rüşvət istəyib gedir. “Ata”sı – Od – “çin” – “ki” “dəniz”ini, yəni OdƏr dilini təhrif edən “ki” dənizini keçib oğlunun dilini açır, “Diləfruza” – OdƏl EvƏrEyÜzə qovuşdurur.
“Əsli”mizdən ayrılmağımız barədə “Əsli və Kərəm”i də çox eşitmisən. Necə deyərlər, “inşallah” Abıdan, Çürükdən dərs alanda dərk edəcəksən ki, “Kərəm” – “Ki Ərim” – OdƏrdi, “Əsli” – ƏsƏldi. Qara keşiş sənin ƏsƏlini, yəni ƏlAğ EySarımızı təhrif edib, “İisus”a döndərib, Kərəmin əslini-nəslini oğurlayıb, Kərəmə isə dar “köynək geyindirib”, “yaxasını bənd-bənd bağlayıb”, bu dar “köynəyin” – “dar ərazinin “düymə”lərini açıb “bədən”ini – “Vətən”ini – EvOdÜnünü azadlığa çıxarıb ƏsƏlə qovuşmaq xəyalına düşsən yanacaqsan, ey “yanıq Kərəm”im – yanıq OdƏrim! Budu Dinin fəaliyyəti! Dağ “Kəsəmən” – “KiƏsMən” – OdƏsMən “Musa ağa”nın gizlin “Muğ”larının “köynəyi” idi, vaxtilə oraya sürülmüşdülər. Biz o “köynəyin” bir “düyməsi”ni açdıq, yandıq. Qıraq “Kəsəmən” adlarında “köynəklərimiz” vardı. O kəndlərdə də yanmışıq. “Muğanlı”, “Muğan”, “Maku” – BağOd, “Bakı” – BağOd “Quba” – OdBağ adlarında saysız-hesabsız “köynək”lərimizdə yanırıq.
Əmma, dediyim kimi, dərsi dayandırmırıq.
Möhürdə OdƏr sözlərini oxutdurub hər “söz” – ƏsÜz – (Yaradan məna) ətrafında söhbətlərdən sonra möhürnən “Quran” arasında uçurumu əyani göstərmək üçün “surə”lərdən, “ayə”lərdən misallar gətiririk. Məsələn, “Quran”ın axırından bir “ayə”yə fikir ver: “And olsun səhər-səhər buğ püskürən atlara!” Guya “Allah” deyib bu “ayə”ni, “Peyğəmbər” də yazıb: “and olsun... atlara!.. “Allah” niyə “at”a and içir?! Nədi bu “səhər-səhər buğ püskürən?!” Heç kəs, heç kəs baş açmır ki, “Allah”ın, “Peyğəmbər”in adına çıxılan bu “ayə” nədi! “GurÜn”dən təhrif tərcümədi? Bəs niyə bu qədər anlaşılmazdı?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/isa-huseynov-kainat-sakinleri-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pambıq sahələrinin ortasında, durğun havanın çimiltisi – ilğımı içində topa bir ot tayası kimi qaralan palıd ağacının dövrəsinə yığışmış döşləri önlüklü qadınlara, qızlara, məktəb uşaqlarına və heç kəsə, heç nəyə əhəmiyyət vermədən, Abının qabağında, sağ-solunda dayanıb işlərini görən dörd nəfər yoğun boyunlu, yoğun ortalı, zorba məhlə milisionerlərinə çatıb maşından yerə atılana qədər danışmadılar. Arada tək bir dəfə Təftiş öz-özünə:– Qulağım almışdı, – dedi.
Xəzinə üstündə yatan ilan 5– Təkrar eləyirəm: məni dinləyə bilərsən indi. Məhz bu gün çox-çox həqiqətlər deməliyəm sənə, qadası.Səməd fikrini toplamağa çalışdı.
Xəzinə üstündə yatan ilan 6İblis zənən palıdın kölgəsindən, atasından xeyli geridə dayanmışdı: Səssiz-səmirsiz, addım-addım yeriməyə başlayanda qatı kölgədə lap əvvəlki durnaboğaz gözəl, həməncə şirin-şıtıq elqızı kimi görünürdü: gülgün badamı gözlərini süzdürüb, əsməri yanaqlarında zənəxdanları çökələ-çökələ gülümsəyib, indicə başlayacaqdı ki, “Sən bir yaxşı-yaxşı bax mənə, fikirləş, gör Gülgəzi alacaqsan, yoxsa məni?” Müsibət içində Səməd beləcə xəyallandı. Əmma xəyal tez keçdi. Gülbəniz kölgədən günə çıxar-çıxmaz, hədsiz kök, vulqar qadının yırğalanan döşləri də Səmədə dedi ki, bu zənən öz sözünü də vulqar açıqlıqla deyəcək.Belə oldu.
Xəzinə üstündə yatan ilan 7...Atın tükündən tər damırdı. Elə damırdı ki, yerdə ot islanırdı. Meşin şapka da, meşin pencək də, hətta tüfəng də tərli kimi parıldayırdı, Qurban əminin özünün üzündə isə ancaq nəmçik var idi. Hansı möcüzə iləsə, pencəyin cibindən çıxıb gedib Qurban əminin toqqasının dalına sancılmış qurğuşunlu nalın qurğuşunu necə soyuqdusa, Qurban əminin üzündə nəmçiyi də, asta-asta, bircə-bircə dediyi sözlər də elə soyuqdu:– “Qardaş qatili”nin yox... bu nal həqiqi qatilin qabağınaca qoyulacaq... “Qardaşını öz əliynən güdaza verən”dən yox, bu nalı kötüyün üstündən götürüb, maşına minib sədr Mədədi öz əliynən öldürən nal sahibindən xəbər alınacaq ki, de görək Mədəd kişmişi dağıdanda cəmaatın arasında kənar adam varmışsa, niyə heç olmasa bircə nəfərin gözünə dəyməyib o adam?! General Pers əyninə kürk geyib, başına motalpapaq basıb, keçəbörk¹⁸ olub, camaata qarışıb, aralıqlarda səmə itə də göz qoyan Qonaqlı cəmaatı də heç fikir verməyib ki, bu keçəbörk nəçidi, hardan gəlib çıxıb bu kəndə?! Bu nə nağıldı danışırsan, maşennik köpəyoğlu?! Tutaq ki, heç fikir verən olmayıb. Niyə kəndə gəlib Pers, meşədə xəlvət bənd-bərələrdə öldürəmməzdimi Mədədi?! Niyə məhz sənin həyətində gözləyib?! Qanadınamı baxmışdı ki, idarədən çıxıb rayona maşın sürəndə Mədəd mütləq yoldan burulub kişmişi dağıdacaq, qarışıqlıq düşəcək, o da o qarışıqlıqdı əl-qol açacaq?! İxtiyarında sən kimi yüzlərnən nökəri ola-ola, Pers niyə şəxsən özü, üstəlik də Mirqəzəbin mühafizəçisiynən gəlsin qəsd işinə?!
Стихи других поэтов
Ürək doğuldu,böyüdü, yaşa doldu,
Olmazam vəsl ilə asudə ki, həngami-vüsalOlmazam vəsl ilə asudə ki, həngami-vüsalRəşk qıllam ona kim, həsrəti-didar çəkər.
Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtimBürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,