Страница 10 из 22 · 41%

BağOdƏr hara, “Padar” hara, ey Təhrif?!

Üçüncü beyti dinlə:

Bu yoxluqda varlıq Ündür, ey Təhrif,
Ünlə gələn Od sənindir, ey Təhrif,
Yan bu Oda, yox ol qurtar, ey Təhrif,
Bəlkə onda “haray” ƏrEyə döndü!

ƏrEy, bilirsiniz, GurOdumuz – vilayətimizdir, Uca İşıqdır, Fatehlərin təhrif dillərində “Rey”ə, “Ray”a döndərildiyi zamandan bu günə qədər “haray” təpir, qışqırır: “EvƏrEy OdƏriyəm mən!” OdƏr ikən “KiƏr”ə – “kir”ə, “kor”a, “kar”a döndərilənimiz nə “haray”ı eşidir, nə də EvƏrEyi görür, odur ki, “sən məndənsən” deyən “Din”lə qucaqlaşır, “mən sənin böyük qardaşınam” deyən “Rus”u bağrına basır. Bu qucaqlaşmanı görən BağMən isə “məğmun” – “mağmın” Gizlin şair olub görün necə inildəyir.

“Dü beyti” üstə.⁹²

Rusla Farsın arasında
Parça-parça vətənim var.
Kimə deyim, necə deyim
İçəridən satanım var?!

“İçəridən satanım” kimdir, cənab “Padar?!” kimə satırsan vətəni?!

⁹² “Beyt” – BağOd, ərəbcə “ev”, “məkkə” mənasında; burada həm də şerin “yarpağı” mənasındadır.

Aşağı başdakı qara kresloda yapıxmış ət torbasından, şivyot kitelin boş qolu altından yuxarıya ələm ağacı kimi ağ qol, ağ əl qalxdı.

– Bura bax ey! Nə çərənnəyirsən?! Sən özünüzdən danışmalısan!

Mədəd, başını yana əyib şerin dəvamını gözləyən əmisinə gözucu baxıb, üzünü Xəlvətə çevirdi.

Nə ölən kimi ölürəm,
Nə qalan kimi qalıram,
Üzüləndə Saz çalıram,
Belə hoya çatanım var.
SimÜndən Ün alan Sazım,
Ünə sadiq qalan Sazım,
A laylay de, laylay, Sazım,
Millət adlı yatanım var!

“Ələm ağacı” yenidən ağardı:

– Harda qaldı “Sultan və Səməd” dəstanı?!

Mədəd toxtaqlı idi:

– Mən “Divani” oxuyuram, qanmalısan ki, hələ təzə başlanır dəstanım. Diqqətli ol, – dedi.

Sonra gözlənilməz sözlər dedi:

– Bir-iki il var ki, təzə söz eşitmisiniz: “Diskoteka”. Al-yaşıl işıqlar içində cavan-cavan oğlanlar, qızlar, dolan, boşalan bokallar, çılpaq bədənlərdə gəzən əllər. Kim gətirib bunu xaricdən? Nə üçün gətirib, ey “Birlik?” Bu sözləri yadda saxlayın. Keçirəm dəstana:

“Çax-çux Xalıqın daxmasının qabağında palıd kötüyünün üstündə daş-tərəzi görünər-görünməz, bütün kənd ora axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün yetirməsi Səməd də, əmisi Sultanın, yəni rayon partiya komitəsinin birinci katibi Sultan Əmirlinin dövlət “payokun”dan hər cür nemət dadıb özünü kişmiş acı saymadığına baxmayaraq, dərhal o yığnağa tələsirdi ki, yığnağın içində qarışıqlıqda Çax-çuxun qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə göz vursun, sonra daxmanın xəlvət bir küncündə çöməlib, önlüyünün ətəyini açıb, “atasından çırpışdırdığı” kişmişi Səmədlə Gülgəzin qabağına tutsun ki, Səmədlə Gülgəz onun – Gülbənizin ətəyindən kişmiş yeyə-yeyə, doyunca bir-birinin üzlərinə tamaşa eləsinlər”

Yəni Əmirli yeniyetməsi həm gələcək bibisilə sevişirdi, həm də gələcək dostu Məsimin gələcək arvadı ilə!

Səmədin nəfəsi qaraldı.

– Mədəd!.. Sən neynirsən?!

Mədəd, cürənin kökünü dəyişə-dəyişə, iri, soyuq gözlərlə əmisinə baxdı. Dodaqları əsirdi.

– Bilirsənmi kimə himayədarlıq eləmisən bu otuz dörd ildə? Qatil yetirmisən, ey qatil! Min dəfə deyəcəm: “tələsirdi ki, Gülbənizə göz vursun!” Sənin sabiq instruktor yoldaşın, indiki sədaqətli çekist yoldaşın, raykom katibi Məsim Qonaqlı Çax-çuxun qızı Gülbənizin göbəkkəsmə nişanlısı deyildimi? Niyə göz vururdun o pak, o gül bənizli Gülbənizə?! Hiss eləmirdinmi, qəşəngcə başa düşmürdünmü ki, səndən ötrü ölürdü o bədbəxt?! Gülgəzi bacılıq tutmuşdu ki, sənə yaxın olsun, Gülgəzlə sən “bir-birinizin üzünüzə tamaşa eliyəndə o da sənə tamaşa eləsin!” Başa düşmürdünmü ki, Məsimə ərə gedəndə ürəyi sənin yanında qalacaq, Məsimi qucaqlayanda səni qucaqlayacaq?! Göz vura-vura xəstələndirdiyin o bədbəxt zənənə də dərs demisən, “Vərəsə” vermisən ki, bətni dəyişsin, saflaşsın, cismani ehtirası SafAğ İnsan məhəbbətinə dönsün. Gözəl niyyətdi! Əlbəttə, uca məqsəddi! Əmma... Gözəl niyyətin, uca məqsədin də düşüncəsizlikdən deyilmi?! Əməli də bətni kimi qəhbə zənən necə saflaşa bilər, əmi?!

Zalda taraqqa-taraq düşdü.

Bütün Qudalılar, Gülənlilər ayağa qalxıb hiddətlə çaxnaşırdılar.

– Bu nə dəstandı?

– Kim ixtiyar verib sənə cəmaati təhqir eləyəsən?

– Alnına güllə istəyirsən?!

Qudalılarla Gülənlilərin ardınca Qonaqlılar, Tahirlilər, Qurbanlılar da ayağa qalxdılar. Zalın o başında, qara dəri kresloda Xəlvət, zalın bu başında, qara dəri kresloda Səməd nə halda idilərsə, indi Mədəd özü də demək olar ki, o halda idi: nəfəsini çiynindən alırdı.

– “Qəhbə” dedim, pis dedim. “Təhrif insan” deyərdim əvvəllər, yəni Elmi terminlə danışardım, etika, pərdə gözləyərdim. Siz də razı qalardınız, ustadlarım da... Təkrar eləyirəm, yoxdu daha o OdƏl – həqiqət Əli Mədəd. Yoxdu!.. Sazla, sözlə deyək fikrimizi, bəlkə müvəqqəti də olsa dirildək Od Əlini.

Cürə inildədi.

– Gizlin şairin bayaqkı sözlərini bir də eşidin. “Zarıncı” üstə:

Təhriflər içində içim yanmaqdan
Özü SafAğ, bəxti qaraya döndüm.
Ağrıları ürəyimə salmaqdan
İçimdə qövr edən yaraya döndüm.

Aşkar olammadım, bətnimdə qaldım,
Bətnimdə qocaldım, bətnimdə öldüm,
O gündən də “vəhy” – EvEydən Ün aldım,
“Mən yoxam” qışqıran haraya döndüm.

Bu yoxluqda varlıq Ündür, ey Təhrif,
Ünlə gələn Od sənindir, ey Təhrif,
Yan bu Oda, yox ol qurtar, ey Təhrif,
Bəlkə onda “haray” ƏrEyə döndü!

Lap azacıq şərh dinləyin.

– OdÜnsüz “Din”in “vəhy”ə döndərdiyi EvEy təhrif dildə “Allah”ımızın – ƏlAğımız EySarın Uca Evidi. OdAğÜzdən Ün göndərənlərimiz EvEyin adından, EySarımızın adından göndərirlər. Kiminin bətni bir başa Ünlə dəyişir, saflaşır, Əbədilər dünyasına – Kainata layiq olur. Bətnən – daxilən, irsən qəhbə insan isə, əməlində də qəhbə olduğuna görə, nə qədər məlumat alsa da, iztirab içində boğulub, yalnız fikrən nisbi saflaşıb, cismində – bədənində titrəşən, ehtiraslı hüceyrələrin əsirliyində, ehtiras əsirliyində qalır. “Ruh”dan – ƏrAğdan – SafAğ İşıqdan məhrum olur və bildiyiniz kimi, OdƏrBağdan yox, “torpaq”dan, yəni təhrif sözdən – təhrif şüurdan yarandığına görə “torpaq”a gedir...

Hoppanışmayın daha!

Oturun! Heç kəsnən yumruqlaşmıyacam. Kalaşnikovlar da susmalıdır! Mən qorxmuram ölümümdən. Siz – qorxanlar ehtiras xəstələrisiniz.

Susun!

Nə Məsim Qonaqlının düşməniyəm mən, nə Səməd Əmirlinin, nə də sizin. Eyni zamanda Məsim Qonaqlının da düşməniyəm, Səməd Əmirlinin də, bütün Qudalıların, Gülənlilərin də. Yumruqla yox, Kalaşnikovla yox, həqiqətimlə öldürəcəm sizi. Bu pavilyondan heç kəs səlamət çıxmıyacaq. Ata əvəzi əmim, himayədarım, Alimim, Tədqiqatçım, fəxrimlə birgə hamınızı öldürəcəm!.. Müharibə illərindən bu vaxta qədər üçpara kəndin xidmətində olan, müqəddəs saydığınız, istəkli şəfqət bacınız Sestrayla əri Dam direktor da daxil olmaqla, bütün Rus məhləsinin, bütün Qonaqlıların, Tahirlilərin, Qurbanlıların paxırını açıb tökəcəm.

Adam öldürməyə, qırğın salmağa yığmamısanmı sən bizi bura, Xəlvət?! Arzunu yerinə yetirəcəm. “Qıyma-qıyma” öldürəcəm hamını! Lap axırda növbə sənə çatacaq. Səlamət qalmaq istəyirsənsə, dur çıx get.

Hamıya deyirəm: getmək istəyən varsa, getsin...

Heç kəs tərpənmədi. Heç kəs dillənmədi.

Mədəd tərli, soyuq əllərini yaylıqla silib, stəkana “Badamlı” töküb başına çəkdi. Sonra “xrustal” qədəhi əmisinin tərli əlindən alıb içdi. Tələsmədən, cürənin kökünü dəyişə-dəyişə, çayxana küncünü zaldan ayıran “pomost”un – taxta səhnəciyin qırağına doğru yeridi:

– Mən də daxil olmaqla, hamımızı soyuq tər basıb. Nəfəsimiz çatmır. Burulğana düşəndə, sarsıntıdan, stresdən boğulanda belə olur adam...

Dəstanı davam etdirirəm:

“O üç nəfər – iki qız və bir oğlan bu fikirdə idi ki, Çax-çux Xalıqın kişmişi təkcə onların ağzını şirin eləmişdi. Çünki Gülbəniz Səmədi sevirdi, Səməd Gülgəzi sevirdi, Gülgəz isə hər ikisini sevirdi, buna görə də hər üçünün könlü şaddı, ağızları da şirin.

Səmədin gur qara, deyilənə görə, mərhum anası Suranın saçlarına oxşayan, dalğalı saçları Gülbənizin ətəyinə doğru sallananda, o biri tərəfdən Gülgəzin qara cığaları sallanırdı. Bu vaxt Gülbəniz qısqanclığını gülüşlə, zarafatla gizlədirdi:

– Ey, ey, saçlarınız görüşdü! – deyib bir əlilə Gülgəzin, o biri əlilə Səmədin başını dala itələyirdi.

Gülgəzin əli bir yandan Gülbənizin önlüyünün ətəyinə uzananda, Səmədin əli də o biri yandan uzanırdı. Bu vaxt Gülbəniz yenə hər şeyi zarafatla gizlədirdi:

– Ey, ey, əlləriniz görüşdü! – deyib bir əlilə Gülgəzin, o biri əlilə Səmədin əlini dala itələyirdi. Sonra saçların, əllərin görüşü təkrar olunub, “dizlərin görüşü”, “ayaqların görüşü” də bunun üstə gəlib, hər üçünün arasında sehrli uşaq oyununa çevrilirdi və kişmiş qurtarana qədər bu oyun davam edirdi”.

Nədi bu?! Nə oyundu bu?!

On yeddicə yaş Əmirli nəslinin əziz-ərköyün balası Səmədimin. On yeddicə yaş Qudalılar nəslinin əziz-ərköyün balası Gülbənizin, Məmiş Əlləzoğlunun – Göbələk Məmişin zərifcə, balaca “Qaraçı qızı” – cığalı Gülgəz hələ lap körpəcə qıza oxşayırdı. Və bu kişmiş oyununu o qədər də anlamırdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 мин
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 мин
Süleyman padşahın xəzinəsi 6

Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?

31 мин
Süleyman padşahın xəzinəsi 7

Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...

3 мин

Стихи других поэтов