Страница 8 из 22 · 32%

Abı deyir bu iki mininci il ərəfəsində bircə nəfər Bağın da Yerdə, xalq arasında yaşaması saysız-hesabsız insanın kamilləşməsi, OdƏrləşməsi, əbədi həyat qazanması deməkdi. Başqa sözlə, nə sənin ölüb işgəncələrdən xilas olmağını istəyir Abı, nə də mənim. Çox iş görürsünüz, deyir, bəxtəvərsiniz deyir!

Danışım, görək necə “bəxtəvər”lərik!

Əvvəlcə kağız barədə.

Bu kağızı mən bir dəfə on il bundan əvvəl – yetmiş səkkizinci ilin yayında, sənin Bakıda qayım-qayım oturub, məni veteranlar cəmiyyətində Qılınc Qurbanın arxivindən zorla çıxartdırıb, universitetə qəbula çağırdığın vaxtlar oxumuşam. Qatlayıb qoymuşam öz yerinə, atamın sovxasının cibinə. Hələ o vaxt sənin qanını içməyə hazırıydım, əmi.

İkinci dəfə kağızı dörd ay bundan qabaq oxudum, “doxsan illik-filan, hamısı düşmən qurğusudu” dediyin gün. Anamın yanına gedirdim o gün, babamın xarabasına gedirdim.

Bir adam çıxdı ordan.

Kitel əlində, həyətdə dayandı, mənə baxdı, kiteli kəndirdən asdı, dedi:

– Sultan Əmirlinin sovxasıdı bu. Yetmiş səkkizinci ilin yayında Gülənoğlu Molla Gülən gətirib bu həyətdə sənə göstərib, sonra anana verib ki, anan hər il bu vədə arvadları yığsın, sovxanı ortalığa qoyub ağlaşma qursun. Ağlamaq istəməyib anam:

– Sultan Əmirli ölməyib – deyib, kiteli boxçaya büküb sandığa qoyub. Əmma o adam deyib:

– Sandığa basılası sovxalardan deyil bu. Mənə də dedi bunu:

– Göz qabağında olmalıdı bu sovxa, qadası. Çünki o kişinin ölümünün əsl səbəbini açmaqdan ötrü əşyayi-dəlildi, cibində sənəd var. İyirmi beş il türmədə, doqquz il də müxtəlif şəhərlərdə, düz otuz dörd il Azərbaycandan uzaqlarda mən həmişə bu sənəd barədə fikirləşmişəm, qadası. Çünki uzaqgörən adamdı bu Çax-çux Xalıq, bugünkü günü görürdü. Get öz köhnə saz-söz ustadların Çürük Aşıqnan Xızr Abını çağır. Gəlsinlər əvvəlcə onlar oxusunlar bu sənədi. Çünki belə lazımdı, qadası. Sənədi oxutdurandan sonra xahiş elə, köhnə bir bayatı oxusunlar.

Burdan bir atlı getdi,
Atın oynatdı getdi,
Gün kimi şəfəq saçdı,
Ay kimi batdı getdi.

Deyirdi, gülürdü Çax-çux. O vaxtacan görməmişdim onu. Əmma “çax-çux” deyildiyini də bilirdim, təhər-tövrünü də. Qara, uzun adamıydı. Qəsdən soruşdum:

– Kimsən, niyə belə danışırsan mənnən?

Dedi:

– Çax-çux Xalıq deyərlər mənə, qadası. İndi “çik-çik deyirlər. Tapançaya güllə qoymusanmı heç ömründə? Qoyub üstdən basırsan barmağınnan, “çik” eləyir! Elə ki, yolumu kəsən oldu, onda ayrı cür çıxır səsi. Hələlik “çik-çik” eləmişəm burda. Hə...”

Bayatısını bir də dedi, rədd oldu getdi. Mən qayıtdım, xarabalıqda yenidən “Əmirli mülkü” adlandırılan evdən Abıynan Çürüyü çağırdım. Apardım ora – babam Əlləzoğlunun xarabasına. Bayatı-zad oxutdurmadım, əlbəttə. Dərhal başa düşmüşdüm ki, atamdı “Ay kimi batıb gedən”. Xalıq Qudalov bayatını da intiqam niyyətiynən oxuyur. Yol kəsir, maşın əzdirir, adam döydürür, “yaxşı-yaxşı məsləhətlər verir”. Əmma sən onun adını çəkmirsən burda. Bu “Milli birliy”ə də “çik-çik” deyir o!

Sən, yoldaş çekist günü bu gün tutdura bilərsən bunların hamısını. Çünki hələ dövlət var Bakıda. Sən də sayılırsan orda. Əmma onu da bilirsən ki, ordakı dövlət burda yoxdu daha.

Budumu “birliy”in əlində əsir olmağımızın səbəbi? Yox, bilmirsən, əmi. Ün göndərən gizlədir səbəbi səndən, çünki sadəcə, xəstələnmisən, mühitimizin təsirindən əlavə təsirə – Ünə dözmür beynin. Özünü anama oxşadıb cığa buran Gülbənizin yetirdiyi oğlunu, “a Səmsəmi” çağırdığımız ikinci Səməd Əmirliyə zəng vurmuşam rayona, başa salmışam iş nə yerdədi. Gülənov eşidib mənim zəngimi, sənə deyib “qorxma, Səmini işə qoşmarıq. Sənin ölümün lazımdı bizə, vəssəlam!”

Meşədə pis döyüblər səni. O dəqiqədən də Bağ bəxtəvərliyindən məhrum olmusan!

Arada beynin açılacaq, aydın Ün eşidəcəksən. Onda söz verəcəm sənə.

İç o “Badamlı”nı, qulaq as.

Kağızı çıxartdım kitelin cibindən, verdim Çürük oxudu. Aldım Abıya verdim, Abı da oxudu. Kağız düşdü əlindən.

İkisi də yasa batmışdı.

Kağızı götürdüm yerdən, qatladım qoydum bura, öz pencəyimin döş cibinə. Dedim:

– Bakıya ayağım dəymiyəcək daha. Aspiranturaya da tüpürdüm, “Vərəsə” kitabxanamıza da, Tədqiqatçısına da!

Niyə belə dedim?

Veteranlar cəmiyyətində, Qılınc Qurbanın arxivində atamın dəstxəttini birinci mən seçirdim Qurban əminin xəttindən. Abı gülürdü ki, “Ay bala, anayın qarnındamı görübsən rəhmətlik Sultanın dəst-xəttini?..” Bilirdi, əlbəttə ki, xətti tanıtdıran var. Həmin arxivdə, həmin yetmiş səkkizinci ildə bir vərəq kağız götürdüm, həmin bu kəlmələri yazdım, qoydum Çürüknən Abının qabağına, dedim, baxın, atamın xəttinə oxşayırmı?

İkisi də mütəəssir oldu. Dedilər: – Kopyadı! Kopyadı!

Dedim:

– Bəs sözlərə niyə fikir vermirsiniz? Atamın Vəsiyyətinin sözlərini yazmışam bura. Necə yəni “məni Varisim öldürdü?!” “Necə yəni Varisimi də Varisi öldürəcək?!” Necə yəni “Baş açmıram, bu nə sirdi?!” OdAğÜz niyə açmıyıb sirri?

Dillənmədilər. Abı “batin oldu”. Çürüyü tər basdı.

Cırdım atdım o kağızı. Vəsiyyətin əslini də, gördün, indicə yandırdım.

Niyə?

Çünki bu yandırılan sənəddə Səməd Əmirli öz əmisi Sultan Əmirlinin qatilidi. Buna heç kəsin, o cümlədən Sultan Əmirlinin oğlu Mədəd Əmirlinin də heç bir şəkk-şübhəsi yoxdu.

Əslində, mən bayaq mənə göstərilən bıçağı götürüb atamın qatilini vurmalı idim, Gülənov məni həbs eləyib günü sabah güllələnmə kəsdirməli idi, bunnan da bu tərəflərdə Yer Bağları nəslinə son qoyulmalı idi.

Bıçağın dəstəyi ovcumda, niyə vurmadım? Onu deyim indi... Bu dal otaqdakı qatillər meşə yolunda səni çəkmənin altına salanda, hələ o dəhşətli dəqiqələrdə OdAğÜz o dəhşəti göstərirdi mənə, bu alaqaranlıq küncdə Ün eşidirdim: “Səmini, Şöşünü də özünlə aparıb qırmaq istəyirsən o qatilləri. Unutma, Mədəd, belə kin-küdurətli qatilliklə sən əbədiyyətini itirərsən!..” Yazılıb: “Varisimi də Varisi öldürəcək”. Otur orda, gözlə, Səməd özü gələcək sənin yanına”... Xəlvət bıçağı ovcuma basanda yenə Ün gəldi: “Bıçaqla yox, sözlə öldürəcəksən. Sözlə! Orda – pavilyonunuzda çox ciddi hadisələr baş verəcək. Çalış ehtirasa qapılma. Bizi dinlə! Bizi dinlə! Və bizim dediyimizi elə...”

Bil ki, indi neyləyəcəmsə, heç biri mənim iradəmdən asılı deyil, əmi. Qatili cəzasına çatdırıb məsələni qurtarmaq əvəzinə sənin atamı nə vaxt, necə, hansı şəraitdə öldürdüyünü danışmaq niyyətindəyəm indi.

“Mənəvi qatil” adlandırırsan özünü.

Niyə?

Səbəb məlumdu? Xeyr, səbəb bir deyil, həm də məlum deyil.

Mən birinci və əsas səbəbi deməliyəm indi burda.


Bu üçpara kənddə, rayonda, sənin öz yoldaşlarından, professor Məhərrəmovun yetirmələrindən və bu “Milli birliy”in başçısı deyib ki, Sultan Əmirli şərəfsiz adam olub. Qardaşı Mədəd Əmirlini öldürtdürüb. Qardaşı oğlu Səməd Əmirlinin istəklisini zorlayıb. Səməd Əmirlinin də başına hava gəlib, o hadisədən sonra gedib əmisiynən qabaq-qabağa oturub çaxır içib, sonra yenə havalanıb, xəstə əmisini mənəvi, psixoloji sarsıntılara salıb öldürüb. Sənəd də var bu barədə. Foto-kopiyası çıxarılıb. Sabah, dekabrın iyirmi üçündə Mədəd Əmirlinin illiyində fotokopiya həmin Çik-Çikin əli ilə həmin sovxa-kitelin cibindən çıxardılıb nümayiş etdiriləcək. Millətin qeyrətini çəkən “Milli birlik” rəisi, Qudalı məhləsinin ağsaqqalı Rəhim kişi yenə nitq irad eləyəcək. Dövlət nümayəndələrinin, milisin, prokuraturanın iştirakı ilə, Bakıdan xüsusi gətirilən məsul işçiləri şahid kimi dindirəcəklər. Məqsəd nədi? Tutqu?

Xeyr.

“Vərəsə”mizin məğzi – sənin yazdığın o dissertasiyasayağı tarixi xronika, bilirsən, o tayda da yayılıb. “Birlik” Bakıdan guya “Muğanna” şəcərəsindən olan bir nəfərə xaricə getmək üçün pasport düzəldib: “Aydın Muğanlı”. Aydın gedib Ərdəbildə, Zəncanda nə qədər Muğanna var, yığıb hamısını. Sonra Çik-çik təcrübəsiynən siyahı yazıb gətirib verib KQB-yə, nəticədə nə olub? Necə qırıblar Ərdəbil, Zəncan vilayətlərindəki ümidlərimizi?! Sənin üzünə duracaqlar ki, “Sənsən Aydın Muğanlı”. Və bu hərəkətin ruhi xəstəlikdən başqa bir şey olmadığı son dəfə sübuta yetiriləcək.

Plandı bu. AntiTürklərin qızılına satılmış həmvətənlərimizin planı.

Qırmağına qıracaqlar Ərdəbil, Zəncan Muğlarını. Əmma sənin üzünə dura bilmiyəcəklər. Çünki o planlı terrora qədər bu pavilyonda başqa hadisələr baş verəcək.

Bayaq sənin başın qarı düşmənin qucağında olanda yox, mənim saçım çoxdan ağarıb, əmi, görməmisən. Aralı gəzmişəm həmişə səndən. AdıPünhanın mənzilində də, Demokrat Muğannaların evlərində də çalışmışam görmüyəsən. Sarsıntılarımı gizlətmişəm ki, əsəblərini pozan, xəstəliyini şiddətləndirən danışıqlara qapılmıyasan, “Vərəsə”mizin bəşəri həqiqətini şərh eləyib, məhz Alim kimi qalib gələsən İlana. Əmma İlan üstələdi. Sən Hələbdə olanda orda başqa birisi – çox təcrübəli kəşfiyyatçı da eşələnirmiş, on ikinci əsrdə Bağdadda çap olunan “İxvan əs-Səfa almanaxlarının məzmununu dəyişdirib, on ikinci əsrin əlyazmaları şəklində çap elətdirirmiş. Yəni sənin zəhmətin hədər gedirdi. OdAğÜzdən deyirdilər: “Sənin bu işin nəticə verməyəcək”. Sən ehtirasa qapılıb, Ünün əksinə çalışırdın, mən Leninqradda ağlayırdım. Bax onda dən düşdü saçıma. Sənin Ün əksinə getməyin, əsəb pozğunluğun və belə tez qocalmağın isə otuz dörd il bundan əvvəl olub. Rayondan qovulduğun gündən, “Birliyin” şərqşünas inkarçıları çoxaldıqca, Nizami, Nəsimi həqiqətləri, milli tarix tapdandıqca sənin xəstəliyin şiddətlənib. Kainat sakinləri səni Yer mühitindən Yer informasiyalarından təcrid eləyib, Məhərrəm Abbasoviçin mənzil şəraitində ev dustağı kimi saxlayıblar ki, dissertasiyanı populyar ədəbiyyat şəklinə salıb Elmin qavranmasını asanlaşdırasan, eyni zamanda özün də yenidən dərk edəsən hər şeyi. Bu il – səksən səkkizinci ilin axırında yenidən Yer mühitində İlan informasiyaları məngənəsində sıxılandan sonra yenidən dumana düşmüsən. Alimsən. Əmma SafAğ Alimi demək olmaz daha sənə. Heyrətlənmə! Sakitcə dinlə. Qıyma-qıyma danışacam hər şeyi. Başa düşəcəksən ki, nə qədər böyük Alim olsan da, SafAğ Alimi deyilsən! Evimiz onda yıxılıb ki, o daş əzələli, qəzəbli, saf, sadə, Səməd də ölüb, Dəli – OdƏl Səməd, – SimOd da!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 мин
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 мин
Süleyman padşahın xəzinəsi 6

Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?

31 мин
Süleyman padşahın xəzinəsi 7

Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...

3 мин

Стихи других поэтов