Страница 6 из 22 · 23%

Zülmət içində taqqıltı, gurultu başlandı.

Əcaib vəziyyət əmələ gəlmişdi. Cəmaat geridən Xəlvəti təpikləyən Mədədi sürüyüb aralamağa çalışırdı. Xəlvət isə döşəmədə Səmədin başını qucağına alıb, əmgəyini bıçaqla cıza-cıza, dərini sıxa-sıxa damcı-damcı qan çıxarırdı.

Səməd gözlərini açanda Xəlvət həmin yerdə, qaz “peç”inin yanında həmin qara dəri kresloda oturmuşdu.

Gülənoğlu ortalığa düşüb, qat-qarışıq stolları, stulları düzəldə-düzəldə, çaxnaşan cəmaati sakitləşdirirdi:

– Oturun, ay ağsaqqallar, ay qarasaqqallar! Görmürsünüzmü, dünya uçub, altında qalmışıq! Eşitmək lazımdı, baş açmaq lazımdı! Xarici, əcnəbi deyilənlər Erməni – Türk davası qızışdırır genə. Bakıdakı Ermənilər, deyirlər, köçüb gediblər. Mən bilirəm, burda kökü Erməni Gülənuşağının başında çatdıyacaq hər şey. Aman verin özünə gəlsin, danışsın, məlum olsun hər şey!.. Oturun, oturun!

“Dnevnoy” işıqda yağlı, qara üzü işıldayan bu nəhəng qoca – Gülənoğlu da Xəlvətin “əsir”lərindən – “agentura”dandı.

Gülənoğlunun ətrafında eynilə “Qudalı gədələri” kimi, yoğun-yoğun, Gülənli cavanları fırlanırdılar. Nuru müəllim – Çoban Nuru ilə birlikdə çöllərdə ocaq qaladıqları, “külləmə” kababla çaxır içdikləri günlərdə azdan-çoxdan Elm öyrəndiklərinə baxmayaraq bu cavanlar da Xəlvətin “əsir”lərindəndi.

Çürüklə Abının, Şöşünün sağ-solunda qəlyan dolduran, “trubka” tüstülədən ahıllar – Qonaqlının, Qurbanlının, Tahirlinin “Qəlyanlı qocaları” da Xəlvətin “əsir”ləri idilər, burda – Şüşəlidə “əldən-ayaqdan töküləni yığışdıra-yığışdıra”, rayondan Şüşəliyə gəlib-gedən rəhbər işçilərə üçpara kənd barədə “ağsaqqal məsləhətləri” verə-verə, yəni xəbərlər çatdıra-çatdıra, milis, prokuratura ilə Xəlvətin arasında fəaliyyət göstərməyə məcbur edilmişdilər.

Bütün bunları taqqıltı-gurultu içində Səmədin “qulağına oxuyandan” sonra qaz “peç”inin yanındakı qara dəri kresloda Xəlvət yox, hökmdar əyləşmişdi.

– İndi danış... Danış! – deyirdi.

Qudalı Gizlinləri ilə Gülənli cavanları Mədədi çəkib aralarında oturtdular.

– Burdan qalxmıyacaqsan daha! Bilirik, dal otaqda Səminin barmağı tətikdədi. Pyanıska dostun da silahlıdı, nolsun? Atışma düşsə, bu qədər adama neyniyəcəklər onlar?! Bizim səbrimizdən sui-istifadə eləmə! İş görmək lazım gələndə özümüz deyəcəyik qalx işini gör.

Qudalı Gizlinlərindən hiddət içində gülüşənlər də vardı:

– Bizim şefin zülmkarlığı özümüzü də cana doydurub, Mədəd. Öldür onu, ömrümüzün axırınacan kef verək sənə Sudüşən məhləsində! Moskvadan elə şeylər gətirərik ki, sənin Mariyan heç nədi onların yanında!.. Öldür, Mədəd, vallah, zarafat eləmirik!

Xəlvət ayağını döşəməyə döydü.

Pavilyona yenidən sükut çökdü.

Hamı gözünü Səmədə dikmişdi.

Səməd isə, bayaq başı Xəlvətin əlində, çayxana küncünün çirkli döşəməsində necə uzanmışdısa, eləcə qalıb, Çürüyün dizinə dirsəklənib, Abının termosdan tökdüyü YemSən suyundan qurtum-qurtum içə-içə, gah hökmdara, gah cəmaata, gah da Gizlinlərə – “ət torbalarına” qoşulub “Badamlı” içən yeganə ümidinə – “Bircə balasına”, “Tədqiqatçısına” baxırdı, “qatil”, “oynaş” Səmədə nifrət, ikrah nə dərəcədə idisə, Qudalılar alim Səmədin döşəmədən qalxmağını da gözləməyib, bu vəziyyətdə danışmağını tələb edirdilər, yeganə ümidinin “pyanska şairlərə” qoşulub yenidən içkiyə qurşanmağı da bunu tələb edirdi, cəmaatın baxışı, sükutu da, hökmdarın tüstüyə, dumana hopub təkrar olunan “Danış, danış”ı da.

Səməd Şüşəliyə baxır, fikri uzaqları gəzirdi:

– Danışacam, cənab Qorbaçov, həzrət Xomeyni, cənab Varpet... Alihəzrət İlan! Danışacam.. Yaxa qurtarmaq mümkün deyil bu Şüşəlidə cəmləşən “Milli birlik”dən... “Səməd Əmirli bu axşam gəlməlidi”. Gəldim... Rayonnan Qonaqlının arasında, meşədə yolumu kəsdilər. Maşınımı maşınların arasında sıxışdırıb əzdilər. Ətraflıca söhbət elədilər. Yaxşı-yaxşı “dostluq, qardaşlıq, birlik” məsləhətləri verdilər. Çoxdan bəri dəvam edən antitürk kampaniyasıdı bu, terrordu. Laçından üzü bu yana meşədə bölük-bölük gizlənib “qamas-qamas”⁸⁹ qırırlar. Lap bu yaxınlarda açıq müharibəyə çevriləcək. Nizami ordudu o bölüklər.

Ordudu! Vətəndən tərik düşüb “Türk” adlanan ulu OdƏrlərə qarşı təcavüz planı hazırlanıb Bağday ərazisinin sərvətlərinə həmişəlik sahib olmaq ehtirasilə çaxnaşan təhrif bəşəriyyət dövlətliləri sənə böyük kapital vəd eləyiblər, Xəlvət Rəhim. İndidən kapitalist sayırsan özünü, cənab Kapital! Heç kəs, heç nə döndərəmməz səni bu ehtiras, ölüm yolundan. Qudalı deyilsən sən, Qıdasan. Sənədlərdə farssan, Xəlvətdə erməni. Guya Ulu baban Qıda, Pyotr Velikiy adlanan iblisə vurulub, özünü “Ərəb” qələmə verən Abşeronlu İbrahimnən⁹⁰ bir yerdə Peterburqa gedib, İbrahim Puşkarın toplarına fitil düzəldən olub, kaftarlaşan vaxtında da Türkə nifrəti soyumayıb, min yeddi yüz doxsan yeddinci ildə Birinci Aleksandrın polislərdən ibarət ordusuynan Muğana gəlib, mənim ulu babam Musa ağanın gizlin iqamətgahı Şəhriyarın yerini göstərib, topa tutdurub. Sonra bir dəstə polisnən Gəncəyə gedib, Gəncə polisinin tez-tez qaçaqlarımızın arasına göndərdiyi Qıda kişi, polis arasında isə Kıdalinskiy familiyasıynan məşhurlaşıb.

Avqustda, böyüklərinizin tapşırığıynan sən məni bura çağırtdıranda AdıPünhanımız kabinetinə çağırdı məni. Stolunun üstündə surğuclu konvert vardı. Dedi: “Al, aç, oxu. Sənə göndərilib.” Açdım, əvvəlcə imzaya baxdım: “Xalıq Qudalov!” Birbaş nazirinin üstünə göndərmişdi ki, açıb oxusun, yenidən surğuclayıb mənə ötürsün... Qısası, nə yazmışdı Çax-çux Xalıq? Deyirəm, eşit: “Səməd! Atan Mədəd kimi, əmin Sultan kimi, səni də ölüm gözləyir, əmioğlun Mədədi də, dostu “pyanska Şöşü”nü də! Çünki səndən, Mədəddən başqa bədbəxt şairləriniz Xəlil Rza ilə Şövkət Tahir də SafAğa qurşanıb yazırlar. Bunlardan başqa, “gizlin şair” adlandırdığınız Pünhanınızla ona maddi, mənəvi köməklik göstərən qohum-əqrəbası da ölümə məhkum ediliblər. Sənə xəbərdarlıq edirəm, əgər burada adları çəkilən bədbəxtlərinizin səlamət qalmağını istəyirsənsə, bu məktubu Məhərrəm Abbasoviçdən alıb oxuduğun dəqiqələrdə, ləngimədən əyləş maşınına, sür Qonaqlıya, orada Rəhim Qudalının səndən tələblərinə sözsüz-söhbətsiz əməl et! Respublikamıza az-çox xeyir verdiyinə görə səlamət saxladığımız Məhərrəm Abbasoviçlə şəxsən danışmışam, əgər atan Mədəd kimi mərdliklə, igidliklə könüllü hərəkət etməsən, hətta, yuxarıda adları çəkilənlərdən əlavə, üçpara kəndlərinizdə dəli elədiyin adamların hamısını Mədədin, Sultanın taleləri gözləyir...” Budu məktub. Sual olunur: avqustda niyə gəlmədim mən?

⁸⁹ Erməni terrorçuların məşhur ifadəsi: “az-az”. Yəni elə qırın ki, səsi çıxmasın.

⁹⁰ A.S.Puşkinin babası.

AdıPünhanın köməyiynən Gəncəni Yelizavetpol adlandıranların arxivlərini araşdırdım ki, məni ölümə çağıran qatilin zatını öyrənim. Qudalı deyilsən sən. Qıdasan. Bütün nəslin Qızılbaşlarnan bir yerdə Muğları – Bağları qırıb, sonra Abşeronda məskunlaşıb, Dəvə karvanlarıynan tuluqlarda Qızılbaşlara neft göndərən tacirlərə dönüblər.

Mildə, Muğanda, Naxçıvanda, Cənub Muğanında, Ərdəbildə, Mazandaranda, Gilanda, Xorasanda, Təbrizdə, Türkiyədə gizlənən Bağlar haqqında donos yazıb, Sankt Peterburqda böyük mülk alıb, oğullarını, nəvələrini, yəni üçüncü nəsil Kıdalinskiləri Rus polisiyasına, casusluğa verib. Casusluq, qatillik irsiyyətindədi sənin! Keşiş Vissariondan dərs alıb atan Kıdalinskiy, Stalinnən, Beriyaynan, Serqoynan, Mir Cəfər Mirqəzəbnən oturub-durub! “İnternasionalnıy otryad” adında qatillərin nökəri olub, o tayda hamamlarda qulluq göstərirmiş böyüklərinə! Ədəbsiz adam deyildim mən, sən homoseksualist törəməsi belə ədəbsiz danışmağa vadar elədin! Gör insanlıqdan nə qədər çıxmısan ki, iç üzüyün açılmağına da at kimi mırıldaya-mırıldaya gülürsən!

Beynəlxalq miqyaslı casus Yağır Məmmədəli qardaşın deyil sənin, o da köhnə Kudalinskilər qolundandı. Moskva – Tehran arasında işləyən, vətəni, milləti olmayan professional qatildi! Xalıq Qudalov – “Çaxçux” da, Qonaqlıya gəlib-gedib bu “Milli birliyi” təşkil edən “Xudiyev” – Dudiyev də Rim – Moskva ilanıdı! Təlimatı da, kapitalı da onlardan alırsan sən, cənab Kapital! Milli tarixə, milli şüura düşmənsən sən! Hansı millətə məxsusdu o “Milli birlik?!” Heç bir nəfəri də Türk olmuya-olmuya “Türkçülük ideologiyası” yayırlar! “Biz Türklüyümüzü dərk eləmişik” deyirlər! Necə dərk eləmisən ki, bu Türkün qanını içirsən!

Bəli, burda hamı sənin əsirindi! Hamı, yəni mən də.

Bir vaxt daş əzələlərim varıydı. Hökmdarımız Mir Cəfər Abbasoviç Mirqəzəbin “şəxsi cəlladı” adlanan Xalıq Qudalovun əynindən sinəsi qoşa qızıl ulduzlu kiteli cırıb çıxartdım, ulduzunu, paqonlarını ayaq altına atdım.

“Xaş nəçənnik” adlanan Zorri Gülənovun, “məhlə milisənerləri” adlanan Qudalı, Gülənli cavanların əl-ayağını yığdım.

Qudalı ağsaqqalı Rəhim kişinin cibindən möhürü zorla çıxardıb özüm kolxoz sədri seçildim.

“Qudalı kassiri” adlanan Piyli Qayımın əlindən pul kisəsini zorla alıb, avans payladım, çörəyə möhtac qalıb vağzallarda alça satan kəndimə çörək verdim.

Dərk eləmirdim ki, KPSS, SSRİ adlanan Bezobraziyeynən döyüşürəm. Belə heyvanıydım o vaxt, əlli dördüncü ildə.

Murdarlığımı da deyəcəm, cənab Kapital, qatilliyimi də!

İndiki kimi, sən onda da “əsirlərini” yığdın, Xaş nəçənnik Gülənovnan, prokuror Sayılovnan, İcraiyyə komitəsinin sədri RİK Atamalı ilə yanaşı, Sultan Əmirlidən üz döndərən ikinci katib Əziz Mayılovu, hətta o sakit, mülayim maarif müdiri Mir Bağır müəllimi də işə qoşub, bütün rayonu ayağa qaldırdın. Ələsgər müəllimin, Nuru müəllimin, Qara Zalın, Sarı Zalın, Xızr Abıdan başqa hamının ağzına tıxac basıb, Xəzinəmizin – Elmin üstündə qıvrıldın, cənab ilan, hamının gözünün odunu alıb kişi oldun, Rəhim kişi. Görürsənmi, təhqiri yığışdırdım, “kişi” deyirəm. Özümü “qorxudan xali SafAğ” sayaram. Əmma səndən qorxmamaq, mümkün deyil. Əsirlərindən qorxuram. Bu dörd ayda məni Bakıda, Mədədi burda əsir saxlayan “Birlik” adında gizlin “Boz qurd”dan qorxuram. Əmma müvəqqətidi bu qorxu. Balamı xilas eləmək üçün ilanı insan eliyəcəm, Rəhim kişi. Nə qədər təəccüblü olsa da, hətta məsələ bu dərəcəyə çatandan sonra da ümidimi kəsmirəm ki, doğrudan da “kişi” deyəcəm sənə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Süleyman padşahın xəzinəsi 4

Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!

24 мин
Süleyman padşahın xəzinəsi 5

Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.

28 мин
Süleyman padşahın xəzinəsi 6

Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?

31 мин
Süleyman padşahın xəzinəsi 7

Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...

3 мин

Стихи других поэтов