Ölüm-dirim
Страница 13 из 22 · 55%
Sədr Mədəd bu sözləri deyəndə əziz-ərköyün balasının gözü “atası – rəhbəri Stalinin” portretində idi, fikri Gülgəzlə Gülbənizin yanında! Dünyadan xəbərsizin xəbəri yoxdu ki, Çax-çux “kişmiş oyunu” ilə “Qızını Muğannaların gəlininə çevirib, özünü də bu ailəyə soxmaq niyyətinin baş tutmuyacağını başa düşüb, bacanağı Məhərrəm Abbasoviçə ismarıc göndərmişdi ki, “bu qohumluğa kömək eləsin”, Məhərrəm Abbasoviç isə sədr Mədədə çatdırmışdı ki, Mədəd onun – Məhərrəmin səhvini təkrar eləməsin.
Atan bu sirri də açdı sənə o kabinetdə. Sən eşitmədin. Bu faciə bax onda başlanıb, əmi. Əlin Gülgəzin əlində, dizin Gülbənizin dizlərində olmasaydı, aydınca eşidərdin ki, sədr Mədəd sənə təpinirdi: “kişmiş deyil, zəhərdi o!” – deyirdi.
⁹³ “İran-Rus” müqaviləsi nəticəsində parçalanmış Azərbaycanı birləşdirmək məqsədilə Nərimanov, “Hümmət” partiyasının adını dəyişdirib, bütöv “Kommunist” partiyası yaratmaq niyyətində idi.”
⁹⁴ Ənzəlidəki qurultayda Rusların iştirakı birləşməyə mane olduğuna görə Nərimanovun ölümündən sonra məsləkdaşları o tayda gizlin yığıncaqlar keçirirdilər.
Bəsdimi bu barədə?
Yox!..
Sədr Mədəd oğluna deyirdi: – iyirminci ildə Ənzəlidə niyə birləşmədik? Danışsam da başa düşməzsən. Çünki nə kommunizm barədə təsəvvürün var sənin, oğul, nə də özlərini kommunist adlandıranlar barədə. Mir Cəfər Bağırov Mirqəzəb, Nərimanovun “Lenin və Şərq” kitabını yığışdırıb gizlədib. Çünki Şərqin oyanmağını təhlükə sayır. Biz deyirik Şərqə gedək, elmimiz o taydadı. O deyir Şərq geridi, bizim şüarlarımızı qanmaz. Tara nifrət eləyir Mirqəzəb. Sazı qadağan eləyib. Çünki dünyamızın eşqi Sazdan havalanıb uçur. Ən uca mənanın kökü Sazdandı. Bütün yer üzü bağlıdı Saza. Düşmən dəridən çıxır ki, açılmasın bu gizlədilmiş həqiqət! Ortalığa bir Avak çıxardıb Mirqəzəb. Gör nə oxuyur erməni aşığı: “Rəhbərin başına bax, Kaqanoviç yoldaşına bax!..”
Mədəd təzənini simlərə çəkdi.
– Bəhməni çalıram indi, Rəhim kişi, “BağMən”lə bağlıdı sözüm.
Məni yox, Bağını öldürürsən sən! Xızr Abını yox, Kainatı sürgünə göndərirsən, vəhşilər dünyasında qalırsan, ey vəhşi!
Məndə dəqiq məlumat var. Yetmiş səkkizinci ildə Bakıya qayıdanda Çax-çux ilk növbədə Mərdəkanda Kişvər adında köhnə agentini tapıb, ondan öyrənib ki, Xudiyev başda olmaqla, RİK Atamalı ilə prokuror Sayılov, Xaş nəçənniklə məhlə milisionerləri, qısası, Mirqəzəbin, general Persin cinayətləri ilə bağlı adamların hamısı Xruşşovun vaxtında amnistiyaya düşüblər.
Səndən soruşuram indi, sürgündə çürüyənlərimizin övladları bəraət verərlərmi onlara?!
Xəlvət kresloda silkələnib:
– Dayan! – dedi. – Çox baş-ayaq vurma! Sən əmiyin Bircə balası olduğun kimi Xalıq da mənim qardaşımın bircə balasıdı. Türmədən qayıdanda yüz min qoydum ovcuna. Leypsix mağazasını⁹⁵ doldurdu vaqona, gətirdi bu üçpara kəndə satdı, getdi əlli min “Xudiyev”in – Dudiyevin ovcuna qoydu, əlli min Atamalının, əlli min Sayılovun, əlli
⁹⁵ Avropa-Amerika-İngiltərədə və sair antisovet koalisiya məhz Xruşşov hakimiyyətə gələndən sonra Moskvada, Leninqradda “Leypsaq” və s. şəhər adları ilə adlanan mağazalar açmaq üsulu ilə SSRİ-nin daxilinə yol açırdılar; Xalıq, Xəlvət kəşfiyyatçılarını həmin mağazalarla bağlamışdılar. min də Gülənovun. Köhnə “Xudiyev dəstəsi” oldu Çax-çux dəstəsi! Burda hakim-mütləq təşkilatımız “Milli Birlik”də Xalıqın təşkilatıdı. Zəmanəmiz belə gətirib, qadası! Pulnan, zornan həll olunur hər şey. Sizin o “Əlhəm övladları” küncdə-bucaqda nə qədər “ƏlEy, ƏlEy”, “EySar, EySar!” – desələr də, xalq onları yox, imam Əli övladlarını tanıyır! İranlı, Turanlı Şiə dünyası var bu “Birlik”in arxasında, qadası. Fundamental İslam dünyası var! Onun arxasında isə, yaxşı bilirsən ki, rusnan “Qlavnıy Yevrey” dayanıb, EvƏrEy OdƏrinin adını “Türk”, “müsəlman” eləyib guya qırğından-terrordan gizlədib “öz millətini”. Müsəlmanlığ bir yekə hörümçək toru olub, “türk o torun içində gizlənə-gizələnə əslini yaddan çıxardıb. ƏsOd OdƏri dediyiniz “Cud” – “Cuhud”, bu “ƏrMən” – “Erməni”, Xəlvət Rəhim isə EvƏrEy OdƏrini qəşəngcə təpikləyib özündən ayırıb, Erməniynən birləşib, bir tərəfdən Rusdan Kalaşnikov alıb, sənə deyir: “Mı perestrelyayem vas vsex!” Yəni mən Xəlvət Rəhim aşkar olub, Erməni qardaşımnan çiyin-çiyinədi! Qandın?! Xalıq burda olsaydı, belə cavab verərdi sənin “bəraət” söhbətinə.
Əmisi arvadının oynaşına bəraət ver sən! Danış, küçük! Mənim canıma elə od doldurubsunuz ki, odunuzu söndürüb, ocağınızın külünü göyə sovurana qədər soyumuyacaq canım! Dizi, dodağı, əli, ayağı da de, “gül bənizli Gülbənizimi” də yanaşı qoy qəhbəniznən! Məsimi də biabır elə, Xalıqımı da, “Kapital”ın qız nəvələrini, “altmışca nəfərimi” də. Sestramıznan Rus məhləsini də qoş, heyvan elə, murdar elə. Neyləyirsən elə, hamısına dözəcəm. Danış! O kağızın necə yazıldığını danış, qoduq!
– Danışıram... “Əmisi arvadının oynaşı” ölməlidi, əlbəttə. “Vərəsə” ifşa olunmalıdı! Siz olan dünyada boğuluruq biz. İkimiz də öləcəyik burda, sənin gözləriyin qabağında. Əmma tələsmə. Özün proqram vermisən: qıyma-qıyma danış, qıyma-qıyma kəs, işgəncə ilə öldür! Proqrama iki yüz faiz əməl eliyəcəm. Oynaş Səmədi öldürəcəm, Alim Səmədi dirildəcəm. Qəhbə oğlu Mədədi öldürəcəm, Alim Mədədi dirildəcəm.
Daş gözlərdə istehzalı işartı əmələ gəldi.
– Dirildəmməzsən! “Vərəsə” yoxdu.
Mədəd diksindi.
Bu an Ün gəldi: “Nədən, kimdən qorxdun, Mədəd?!.”
– Bir də de görüm... nə dedin?!
Daş gözlərdə işartı parıltıya çevrilmişdi.
– Dedim “Vərəsə” yoxdu! Dissertasiyanız “sion”un təhrifliyini açır, ƏsÜnü təsdiq eləyir. EyOdƏr Babanızdan EySarınıza qədər! Bütün dinləri tapdalayan Bağlarınızı təbliğ eləyib, açıq-açığına antisionist xətt-hərəkət yeridir. Katolik kilsəsi qoyarmı onu çıxsın ortalığa?! Dörd aydı burda ölüb qalmısan. Get evində o tərəcələrə bax, boşdu hamısı! Dissertasiya yandırılıb, a bədbəxt! Məhərrəmin evindəki cildlər də ki parça-parça, cırıq-cırıq şeylərdi! Mən yandırmışam o Xəzinənizi, içərimdə quraşdırdığınız Alimi də o Xəzinəynən bərabər yandırmışam! Sən özün ölü, Səmədin ölü!.. Nəynən dirildəcəksən Alimləri?!
Yenə Ün gəldi: “Özünü itirmə! Biz deyirik sənə. De!”
Mədəd nəfəsini dərib dedi.
– Səməd də diriləcək, Mədəd də, ay bədbəxt!
– Nəynən?!
– “Vərəsə”ynən, ey daş!
Daş gözlər ciddiləşdi.
– Yəni başqa “Vərəsə” də var?!
– Var, ay yazıq.
– Ola bilməz. Hardadı?
– Deyəcəm... Məclisi nəzərə al. Saz məclisidi!
– Yaxşı, oxu. Əmma Bağırova, Avaka-zada sataşma. Nəzərə al ki, Ermənini özündən ayırmayan “Birlik” oturub bu məclisdə! Bir də... Pünhanınızın o qəzəl çərən-pərənini qatma bura! Çürük səndən yaxşı oxuyur: “Mənmi çürümüşəm, ya zəmanəmi?!” Öz dəliliyindən oxu sən də! Gizlin şairinizi də yaxşı tanıyırıq. Onun yazdıqları da qadağan olunacaq!
Mədədin səsi sərtləşdi:
– Gizlinin açıqlığı da var, ey EyOd ikən “Yəhud”a, ƏsOd ikən “Cud”a ƏrMən ikən “Erməni”yə, EvƏrƏs ikən “Farsa”, dönən “Milli birliyi”ni vahid OdƏrdən ayıran casusun – sənin əmrinlə yox, Ün əmrilə çalıb oxuyuram mən. Əmma sən Təhrifin qəddarlığı qarşısında Ün göndərən ƏlAğımızın özü ilə birlikdə bütün Əllər acizdilər! Çünki silah işlətmir OdƏr Bəşəriyyəti, hətta erməni kimi quduran övladına da əl qaldırmır. Siz isə gecə-gündüz Kalaşnikovla oynayırsınız! Budur bu “Yer” üzünün bədbəxtliyi! Qulaq as, gör Əlləri necə “ölü”lərə dönrərirsən, ey Ölü!
Cürə “təcnis”lə ağladı, Mədəd cürədən betər ağladı:
Hamı Dəli, Dəli deyir sənə, bir OdƏl deyənin yoxdur,
Pünhanın nə çarə qılsın, ey Odsuz yanan Əli?!
OdƏlsiz-dilsizlər hey “dad bidad” qışqırırlar,
“Dad”ı dildən necə qovsun Axirətdə qalan Əli?!
Əlimi tək görən cəllad girib Elmimin Evinə,
Necə Əlim desin Elmə Elmi talan olan Əli?!
Elm-Əlim, Alim-Əlim, Aləm-Əlim, Əl də Əlim,
Əl Muğanna ölü olub, ey ƏlBizsiz qalan Əli?!
Xəlvət farsistlərinə, ərəbistlərinə göz gəzdirib, mütəəssir gözlər görüb qışqırdı:
– İmam Əliyə dəxli yoxdu bunun! Əli qənim olsun “ƏlAğ”, “ƏlEy” deyəninizə! Uzatma! Konkret de görüm hardadı o birisi “Vərəsə?!”
– OdAğÜz planetindən gələn Ün əbədi “Vərəsə”di, ey bədbəxt!
– Nağıl adamı deyiləm mən! Nağdıdan danış, hardadı?!
– Beynimdədi, ey yazıq... Xızr Abının, Çürük Aşığın beyinlərindədi. Bütün Dəli – OdƏllərin beyinlərindədi...
– Dayan görüm... Sən bilirsən, mən ayıq adamam... Siz Dəli – OdƏllərin barəsində məlumatım səninkindən az deyil. Böyük hərfnən yazdığınız Elm Alimi Xəlvət Rəhimdi indi, siz deyilsiniz! Bu qədər əzab-əziyyətimiz isə, özün deyirsən, ondan ötrüdü ki, “Vərəsə”niznən bir yerdə cəhənnəmə vasil olasınız, ya da bütün həmşəriləriniznən bir yerdə süpürülüb gedəsiniz o tayınıza. Gedib orda danışasınız bu OdƏr – modərinizi. Rusiyadı bura! Amerikadan üzü bəri, Feerqe-filan, bütün xaric dolub mühacir azərbaycanlıynan, “Xəzər” radiosu bar-bar bağırır ki, ruslaşdırırlar Azərbaycanı, Qazağıstanı, Özbəkistanı, Türkmənistanı, Tatarıstanı. Nə olsun?! Faydası nədi?! Oturubsan o pyanska şairlərnən, Abıynan, Çürüknən, bu tüstünün içində, bu daş, dəmir Xəlvəti yumşaltmaq istəyirsən. Keç o dal otağa, televizoru aç, KPSS-in plenumunun xəbərlərinə qulaq as, gör bir dəfəyə neçə katib çıxardıblar təsərrüfatı dağıtdıqlarına görə! Katiblərin milyonlarını dəmir borulardan, divarlardan çıxartdıran Heydəriniz yox hesabındadı! Biznes zəmanəsi gəlib, ay əbləh, siz elə Elm deyirsiniz! Sən mənə de görüm, Dəlilərin beyni torpağa qarışandan sonra kim eşidəcək “Vərəsə”ni?! Erməni gəlir ey! “Velikaya Armeniya” yaradılır, ay nadan! Bağday nədi, Azərbaycan adı da silinir yer üzündən! Muğ – Bağ nədi, OdƏr nədi, Tərik – Türk adı da qalmıyacaq!.. Danış qurtar! Öldür onu, puldan-paradan götür nə qədər istəyirsən, rədd ol buralardan!
Kitabxana.az · https://kitabxana.az/ru/works/isa-huseynov-olum-dirim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Стихи других поэтов
شاهد خرگهنشین زلف ز رخ کرد بازنور حقیقت پدید از ظلمات مجاز
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.