Ölüm-dirim
Страница 15 из 22 · 64%
Mənim “Ninnini” deyənim deyir: “Xalq elə bilir sən onu “ürək” əvəzinə “ƏrOd” deməyə məcbur eləmək istəyirsən, ay əbləh. Elə ona, görə millətiyin akademikləri də əyri baxırlar sənə! Yazıçıları, şairləri ağız büzürlər ki, “dil islahatımı aparaq indi?!” “Əl çək Elmdən, a Ninnini!” – deyir. Mən isə əl çəkmirəm və son nəfəsimə qədər deyəcəm: “Tarixi bil, ey “ürək!” “Dilinizlə birgə “ürəg”inizin də təhrif olduğunu bilin, ey “ürək” Qonaqlılar, “ürək” Tahirlilər, “ürək” Qurbanlılar! Səsinizi səsimə qatın, açıq qışqırın ki, belə yaşamaq olmaz! Belə yaşamaq olmaz!..
Ürəyinizə diqqətlə, fəhmlə baxın, görün niyə bu qədər “yazıqlar”, “bədbəxtlər” deyirəm?! Niyə hamınız bədbəxtsiniz?!
Sadəcə olaraq, həqiqətdən uzaq düşüb, hamınız, hamınız yalanla yaşayırsınız!
Deyirəm, Qarabağın o Cənnəti cəhənnəmə döndəriləcək. İçərinizdə “Vay! Vay!” – deyirsiniz. Əmma biriniz də mənim səsimə səs vermirsiniz! Bundan böyük bədbəxtlik olarmı?! Bakıda, “hökumət evi” deyilən binanın yanındakı o böyük meydanda mitinq keçirirlər. Rusiyadan, KPSS-dən azadlıq tələb eləyəcəklər. Kimlər? Millətimiz? Xeyr, ey sınıqlar, susqunlar, qorxaqlar yığını! Sabah-birisi gün ətraflı eşidəcəksiniz o mitinqlər, tələblər barədə, sevinəcəksiniz. Biz Ün eşidən bədbəxtlərdən başqa heç kəs bilmiyəcək ki, tələdi o mitinqlər. Bu “Ulduzlar müharibəsi”ndə bütün Türk respublikaları, o cümlədən Azərbaycan KPSS-in əlindən çıxır. Buna görə də KPSS özü təşkil eləyib o azadlıq uğrunda qışqırtıları. Bakıya ordu yeridəcək, sonra ordusunu çıxarıb aparacaq, siz də yenə sevinəcəksiniz ki, ah, axır ki, canımız qurtardı Rusun əlindən, neftimiz, pambığımız özümüzə qaldı... Bəs əslində nə olacaq? Əslində, KPSS-in bu respublikada ciblərdə olan partiya biletləri eləcə qalacaq. Yəni “podpolye”də qalacaq Sovet əjdahası, bax bu “Birlik”lərdən ibarət “Xalq cəbhəsi” adında yalan milli dövlət yaranacaq, və o dövlət xəlvəti gözləyəcək ki, Sovetlər İttifaqı adlanan “sverxderjovo” dünyanı atom altında qoyub Amerikanı, Avropanı batırandan sonra yenidən meydana çıxsın Azərbaycanda. Nə olar o vaxt, bilirsənmi, ey bədbəxt millət? Yenə Erməni iş başında, “Türk” – OdƏr zülm altında?
Bəli!
Tanıdınızmı bu “Birliyi”, ey bədbəxtlərim?! Heydərinizi niyə zəhərləyib iflic eləyiblər? Çünki, sadəcə, Heydərdən başqa bir sahibiniz yoxdur, ey bədbəxtlər! Səməd Əmirli cırıb atıb o “partiya bileti” deyiləni, əmma budur, yenə boğulur. Niyə? Çünki sən laqeydsən onun taleyinə, ey “millət” adlanan, bir-birinə laqeyd əsirlər yığnağı!
– Bəsdi! Bəsdi, köpəyoğlu!.. – “hökmdar”ın bağırtısı idi.
– “Millət” dərdi çəkənimə bax! Qəhbə oğlu qəhbə!
Mədəd xeyli susub, gözlərini sildi.
– Gəl dayanaq, Rəhim kişi... Zərərin yarısından qayıdaq. Otuzuncu ildən bu vaxta qədər xəlvəti yediyin başların sayını artırmıyaq. “Vərəsə” batan şey deyil. Sən də, biz də, cəmaat da gedək dincələk, sabah – dekabrın iyirmi dördündə yığışaq o “kandarında çəmənotu, qazayağı bitən, tavanında qaranquşlar uçuşan” mülkün yerində tikilən mülkə. Mən çalım oxuyum, “Vərəsə” adlanan möcüzənin sirlərini açım. Mənə çoxdan məlumdur ki, KPSS adlanan İlan Vatikan adlanan İlanın təhriki ilə nə qədər tədbirlər töksə də, canı çıxacaq, “kolxoz”, “sovxoz” adlanan əsarət zənciri dağılacaq, məktəblərdə, institutlarda “SSRİ tarixi” əvəzində min bir “xalqa” döndərilmiş OdƏr xalqı, OdƏr bəşəriyyəti haqqında həqiqətlər tarixi tədris olunacaq. Balalarınızı da indidən yığaq o Əmirli mülkünə, Abı, Çürük, mən, bəlkə elə Şöşü özü də, Elmin lap əlifbasından başlıyaq: Od nədi, OdƏr nədi, OdÜn nədi? Ünü niyə eşitmirsiniz? Niyə ancaq “Yer” səslərini eşidirsiniz? Yaddaşınız nə vaxt, necə, hansı şəraitlərdə itib?
Hamısını danışaq. Tamamilə real, doğma OdAğÜz BağOdƏr planetimizi göstərim sizə. Bəli, bəli! Doğma planetimizi!.. Əcdadlarınızı, ata-analarınızı, “o dünya” adlandırdığınızı göstərərəm! Bundan artıq nə istəyirsən, Rəhim kişi?! Bu dərəcədə qeyri-adi xoşbəxtlik verirəm sənə!.. “Birlik” nədi?! Milyon, milyard nədi, ay evin yıxılsın?! Razılaş! Belə xoşbəxtliyi özgə kim verə bilər sənə? Mən təkəm burda! Nə Abının taqəti var daha, nə Çürüyün, nə də Şöşünün. Təkəm! Əmimi öldürsəm, özüm də öləcəm, Marina dərs keçib, bilir ki, mən olmuyacam, tək-tənha qalacaq. Mariya ilə birlikdə, hamınız yetimləşəcəksiniz! Sonra Mariyanın özünə də qəsd eləyəcəksiniz. Bəs sizin özünüzün taleyiniz necə olacaq?
Xəlvətin əlləri dodaqlarının qıraqlarına qalxdı.
– Bəsdi, dedim!.. Bizim taleyimiz çoxdan məlumdu. Mənim maşınlarımın sayını düz demirlər. Üç “Qaz iyirmi dörd” Xalıqın üç oğluna bağışlamışam Xalıq türmədə olanda. Birini də bax o skeletə qulluq eləyən o qara kişiyə bağışlamışam – Gülənoğlu Molla Gülənə. Xalıqa oxşadığına görə... Altmış beş maşındı cəmisi. Hamısı da mal daşıyır Moskvaynan respublikaların aralarında!.. OdAğÜz nədi?! Küçük! Dedim nağıl adamı deyiləm mən. Rədd elə planeti-filanı. “Vərəsə”nizin də işi qurtarıb. Xalıq birbaşa bura uçacaq sabah “Yak sorok”nan. Sizin vayınıza gələcək. Tabutunuzun altına girəcək özü. Danış! Əlli dördüncü ilin avqustunda Bakıdan Səmədnən bir yerdə rayona qayıdanda vaqonda Xalıq necə xəbər verdi Sultan Əmirlinin evləndiyini? Sonra Səməd nə gördü, nə eşitdi, başına nələr gəldi? Danış!.. Nəzərə al ki, meşədə maşını sıxıb əzənlər uzaqda deyillər. Bax o dal otaqdaca qulaq asırlar sənə, dilindən nə çıxır, hamısını yazırlar. Bu “Alimi”in Səmisi də əsirdi orda. Eşit, özüm tapşırıq vermişəm o otaqdakılara ki, mənə lap pis xətər yetirsələr də, yerinizdən tərpənməyin. Ölsəm də tərpənməyin, demişəm, “zaklyuçeniye” yazın, qol çəkin, basın ağzıbirə bu qudurmuşları, Dəli-məliləri!..
Görürsənmi, Xəlvət Rəhim sizi məhv eləməkdən ötrü Əli yolunda özünü qurban verməyə də hazırdı! Bütün Qudalıların şəhid olmağına razı olaram mən, xaraba Bağdayınız qayıtmasın! Belə “Pars”, “Pers”, “Fars” – mənasızam mən! Danış, “mağmun”, “meymun” oğlu meymun!.. Məni bu cür qana qəltan eləməyin də bəsdi ki, günü sabah güllələnmə kəsilsin sənə! Danış!
Səməd qoşa ovcunda stəkanın üstündən başını qaldırmadan, bir kəlmə: – Qurtar! – dedi.
Mədəd təzənəni simlərə çəkdi.
– Sənin gözlərin bir nöqtəyə dikilib, beynin bir nöqtədə ilişib, xarab plastinka kimi, bir fikrin üstündə fırlanır: “Dözəmmirəm. Dözəmmirəm. Qurtar! Qurtar!”
Mən deyirəm “döz”, sən deyirsən “dözəmmirəm”. Bağ şəxsiyyətinin ucalığını, Elmi xilas eləyəcəm mən burda, səni yox!
Bakıda müsibətlə tapdığım qiymətli bir dərmənin qutusu oğurlanıb. Abının YemSən torbası boşdu. Üstəlik başın da boşdu, əmi: sözüm çatmır sənə. Dərk eləmirsən ki, bizi şəhvət düşgünləri, psixi xəstələr yığını kimi qələmə verə-verə tək Əmirliləri yox, bütün Bağları ifşa eləyir bu casuslar “Birliyi”. Dal otaqda səsimi yazırlar mənim Erməni Gülənovlar! Sabah, birisigün aparıb qulaq asacaqlar Bakıda, Moskvada, İrəvanda. Özün bilirsən, həqiqi Çekistlər də var onların arasında. Bezobraziye mühitinin murdarlıqlarıyla bərabər məhv olmağımızın başqa səbəblərini də açmalıyam mən bu hakimsiz, prokurorsuz, vəkilsiz məhkəmədə! Xüsusi təşkil olunub axı bu “yubiley”, “illik-filan”, ay əmi! OdAğÜz təziq eləmir. Biz özümüz həll eləməliyik hər şeyi. Daha doğrusu, mən! Tək mən! Dəli Səmədi öldürüb Alim Səmədi diriltməliyəm! Döz!
Zalın o başından səs gəldi:
– Sən oynaşı öldür qurtar əvvəlcə!
Səməd, soyuq tər içində, gözləri yumulu, hey başını bulayırdı.
Mədəd doluxsunmuşdu.
– Özünü ələ al! İradəni topla! Yalvarıram, əmi!
Zalın o başından qəhqəhə eşidildi.
Mədəd “pomost”dan düşdü. Cürəsi çiynində yellənə-yellənə, başı əsə-əsə, ağır-ağır gedib Xəlvətin qabağında dayandı.
– Sənə də yalvarıram... dərməni ver.
Xəlvət özünü yığışdırdı.
– Hardan bildin dərmən məndədi?!
– “Birliy”in sədri sənsən. Sənə veriblər... Mən sənin cibini görürəm!
– Nə?!
– Biz “Muğ” bədbəxtlər siz Təhrif bədbəxtlərin nəinki ciblərini, hətta yorğanlarının altını da görürük, ey murdar! Rus məhləsindən həftədə neçə “massajistka” “sestra” gəlir sənin Xəlvət kabinetinə?! “Massaj” eliyə-eliyə məlumat verirlər ki, “İr”dən, yəni “İr an” adlanandan Rusiyaya xüsusi yüklü təyyarələr gedib, sarını “Moskva – Bakı” reys təyyarələrinə ötürüblər, gəlir “Kobra”nın – Çax-çuxun mənzilinə yığılacaq. Bir həftədən sonra, səksən doqquzuncu ilin ilk günlərindən başlayaraq, o yük həmin bu Xəlvətin kabinetinə, burdan da Erməni sərhəddinə daşınıb, xaricdən göndərilən “platnı nayomnik”lərə paylanacaq ki, Azərbaycana doluşub əsgəryaşlı gəncləri qırsınlar! Sənin “Birliy”in gizlədəcək o banditləri, ey qatil! Ruslar da bu yanda, Qarabağdan Abşerona köçürülən cavanları qırıb, meyidləri dənizə tökəcəklər! Stavropoldan bizim öz EvƏrEy OdƏrliklərini unudanlardan ibarət “kazak polkları” göndərib Erməninin içərimizə hərəkətini sürətləndirəcəklər ki, qırğınların üstü açılmasın. Sultan Əmirliyə hələ əllinci illərdə xəbər verilmişdi bu külli qırğın planı, mənə isə bu dörd ayda, bu Şüşəlidə hər gün deyilib, bax belə ağ sümüyə döndərib sifətimi! Budu bax o dal otaqda maqnitafona yazılan, Moskva, İrəvan üçün hazırlanan informasiya. Qoy bilsinlər kimdilər “Muğ”lar! Bilsinlər necə qaytarılacan tariximiz! Sən özün də çox şey biləcəksən bu gecə. İnan!
Kitabxana.az · https://kitabxana.az/ru/works/isa-huseynov-olum-dirim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Стихи других поэтов
شاهد خرگهنشین زلف ز رخ کرد بازنور حقیقت پدید از ظلمات مجاز
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.