Ölüm-dirim
Страница 19 из 22 · 82%
Bu “Səməd” bədbəxt “Musa” bədbəxtin kötükcəsidi, ey Təhriflər!
Təhrif İnsan Qorbaçov necə inansın ki, bu torpaqda Solomonun, “Moisey”in, “Zoroastra”nın, “Sasan”ın kötükcəsi dəfn olunacaq sabah! Heç olmazsa, az-çox hiss elə, ey Qorbaçov casusu ikən Xomeyni casusu Xəlvət. Heç olmazsa, az-maz hiss elə ki, bu ağsümük sifətli insanın “Ruh” – ƏrAğ uçuş saatlarında Kainatın “element”lərindən – ƏlMənlərindən təkrar yaranıb əbədi həyat qazanacaq.
Vaxtilə Sultan Əmirlinin dilindən eşitmisən “əbədiyyət” – EvOd EyOd həqiqətini. Sonra Xızr Abıdan, sonra məndən eşitmisən. Əmma sən elə bədbəxtsən ki, “maqnit”, “sarı kərpic” adlandırdığın metalı Sudüşənə daşıtdıranda beynindən əsər-əlamət də qalmır.
SafAğı unudub “sufi”yə bağlanmış şərqşünas kürəkənləriyin “Xomeyni maqniti”ndən lap tezliklə məhrum olacaqsan, ey yazıq! Farsistlərin, ərəbistlərin səndən üz döndərəcəklər. Çünki bütün aydınlığı ilə dərk edəcəklər ki, nə “Fars” varmış, nə “Pers!”, EvƏrƏs varmış ki, o da EvƏrEy Bağlarının ordusu imiş, indiki “Fars körfəzi” uzununda məskunlaşıb, BağOdEvÜn – “Paxtavan”, “Pəhləvan” “Pəhləvi” sərkərdələrin əli altında, Bağdayı Qreklərdən, Suriyalılardan qoruyurmuşlar. “Şərqşünas”ların dərk edəcəklər ki, nə Əbülqasim Firdovsi adında şair var, nə də Firdovsinin “Şahnamə” adında dəstanı.
“Qasim”in əsli – OdƏrcəsi AğSimdir: Uca SafAğ İnsan. “Fird ovsi”nin əsli – OdƏrcəsi EvƏr EvƏsdir: Yaradan Evin İşıq Evi (beyni).
EvƏr EvƏs o bədbəxt şairin Odu – rütbəsidir.
“Şahnamə” yoxdu, “ƏsAğ ÜnMən” var. Yaradan SafAğ İnsanın Ünü.
Bəs niyə “fars” olub o bədbəxt?
“Qıyma-qıyma” danışacam, ey “maqnit” vurğunu!
Şərti olaraq “Firdovsi”, “Şahnamə” deyək ki, başınız şişməsin.
Bir dəfə Firdovsinin ölümündən yüz il sonra Hindistanda “fars atəşpərəst”ləri “düzəldiblər” “Şahnamə”ni. OdƏrlər yox, məhz “atəşpərəst”lər. Yəni OdƏsi – Yaradan Həqiqətə “Atəş” deyən təhrif dillilər. “Ölümündən yüz il sonra” dedim, yəni on birinci əsrdə. Bağday Sarlarına, ƏsAğlara aid olan yerləri pozub, “atəşpərəst” “Şah”ları vəsf edən parçalar yazıblar. Çünki Hindistan “Fars”larının təsəvvüründə hətta “Sasani” – Sağ ƏsÜn sülaləsi də OdƏs (Yaradan həqiqət) deyil, “atəş”pərəst”dir. Buna görə də dəstanın harasında OdƏrcə “ƏsAğ” kəlməsinə rast gəliblərsə, hamısını “Şah” yazıblar. “Şahların adlarını da OdƏrcə yox, “dəri”sayağı “farsca yazıblar.
Niyə?
Çünki, sadəcə, Qreklərin əli ilə Hindistanı dəfələrlə fəth edən İlanın buyruğu ilə, eyni kökdən olan EvƏrEy OdƏrləri ilə EvƏrƏs OdƏrləri arasında nifaq salmaq, OdƏslə “Atəş”i salışdırmaq, minlərlə təhrif dilli casusların fəaliyyəti nəticəsində EvEyi “vay”a, ƏsEvÜnü “Şivən”ə – “Şivaya” (Allaha) döndərmək lazımmış. İlanın bu heyrətli əməli bu gün də dəvam etdirilir Hindistanda, çünki bədbəxt Təriklər – “Türk”lər məkanıdı Hindistan, ey bədbəxtlər! “Şahnamə” məhz buna görə təhrif edilib!
İkinci dəfə Teymurləng “düzəltdirib” “Şahnamə”ni, “Atəşpərəst”lərin yazdıqlarını pozdurub, OdƏr Sarlarını vəsf edən fəsillər yazdırıb.
Niyə?
Çünki o qaniçən fateh, Nəsiminin cahillər arasında əzab-işgəncə çəkə-çəkə dərs deməyi nəticəsində, ömrünün axırına yaxın dərk eləyibmiş EvƏrEy OdƏrliyini – Tərikliyini – “Türk”lüyünü. Təbrizdən alimlər, şairlər aparıb Səmərqəndə, “Atəşpərəst”lərin “Şahnamə”yə doldurduqları iyirmi min misra əvəzinə qırxca min əlavə elətdirib! Tarixdir bu, ey “Farsist”lər! Rus arxivlərində gizlədilən tarix!
Teymurdan dörd yüz il sonra, on səkkizinci əsrdə ingilislər “Midiya”dan – Bağdaydan tərik düşənlərimizi yaxşı tanısalar da, sırf fateh münasibətilə, Teymurun “Türk”lərinin yazdıqlarını axtara-axtara qırx min sətir pozdurublar, bir o qədər əlavə yazdırıblar. Kimə? Atası ingilis, anası, əcdadı ingilis, EvƏrEyOdluğundan, BirOdluğundan xəbərsiz “Brit” şərqşünaslara! Yazdırıblar ki, “Şahnamə” “Türk”ün yox, “Fars”ın olsun: cənab Funtsterlinq “Fars”a “mədəniyyət” versin, əvəzində neft aparsın!
Gedib arxivlərdə oxuya bilərsiniz!
Siyasət danışmıram, ey məni “millətçi” adlandıran Sestramız, siyasətçilərin yaratdıqları “sivilizasion”un bəşəriyyəti necə məhv etdiyindən danışıram.
“Qrek”ə, “Latın”a yoldaş olub Oda “Ki” deyəndən sonra “İngilis” qardaşınız ÜnOd ƏlƏsə “İnqliş” deyib, Sara “ser” deyib, “ser”inin qarnını doldurmaq naminə Farsa verib “Şahnamə”ni! ÜnOd ƏlƏsə “İngilis”, ÜnOdƏl OdƏrə “İngiltər”ə deyən “gözəl dilli” təhrif qardaşın Fars isə “Şahnamə”ni aparıb Berlində “Doyliç” – OdƏlƏs qardaşımıza “düzəltdirib”. ƏrEyliklərindən, ƏlMənliklərindən, GurMənliklərindən xəbərsiz “German” “alimlərinə!” “Doyliç” qardaşımızdan sonra, nəhayət, “atamız, rəhbərimiz” Stalin, “sovet mədəniyyəti” yaratmaq naminə, yüz min misralıq “əlavə” “Şahnamə”lər içərisindən iyirmi min sətrlik “Şaxname” çıxartdırıb, müdrik şərqşünasımız Yevgeniy Bertelsin xalqlara mədəniyyət paylayan səxavətli əli ilə “Şax-name”ni Tehrana, “Şax-in-şax”a hədiyyə göndərib. Hərbi gimnaziya təhsilli “Şahənşah” isə, Stalinin hədiyyəsi əsasında “Şahnamə”ni yenidən “düzəltdirib”, BağOd EvÜndən xəbərsiz “Paxtavan” – “Pəhləvan” – “Pəhləvi” şücaəti ilə “Şahnamə”sini bayraq kimi qaldırıb, dünyaya car çəkib ki, mən “Fird ou si” varisiyəm, dünyada ən qədim mədəniyyət banisiyəm, mənə səcdə edin!
Görürsünüzmü nə qədər gülüncdür bu “Yer” mədəniyyəti?! “Təhsil” illəriniz havayı gedib, ey “Farsist”lər?!
Dərk eləyirsənmi, düşünürsənmi yetirdiyin “şərqşünas”lar kimə, nəyə xidmət eləyirlər, ey şüursuz “hökmdar!”
Həqiqətdən – Oddan ayrılan ÜnƏs necə “ins”an olubsa, eləcə də “nas” – “natsiy” olub, EvƏrƏs – “Pers” OdƏrim məndən ayrılıb dilinə “dəri” deyəndən sonra, ƏrÜzüm məndən ayrılıb özünə “Rus” deyəndən bəri Ər Üzü – İşıq mənası çatmır sizə!
İndi de görüm, ey şüursuz, Firdovsi kim oldu? EvƏr EvƏs? Xeyr! EvƏr EvƏs nə “Fird ov si”, “Fird ousi” adında şair var bu “Yer” adında təhrifxanədə, qəhbəxanədə, tüstüxanədə, nə “Firdousi”nin “Şahnaməsi!”
SafAğ Elmini bax belə yeyirsiniz, ağ günlərə çıxırsınız, ey özləri özlərini yeyən qurdlar – canavarlar!
Nəhəng, kor-kobud bədənli, mələk sifətli, alagöz Mariya – “Məryəm ana” hiss olunmadan dal otaqdan çıxıb, qonaqlarına təmiz nimçə paylaya-paylaya gedib, qayıdanda Sestranın biləyini öz güclü pəncəsində sıxıb gətirib, Mədəddən gizlin, Səmədə yeni “ukol” vurdurmuşdu. Mədəd öz sürəkli nitqindən o vaxt ayıldı ki, xırıltı kəsilmişdi, Səməd hətta, qollarını stolun üstünə qaldırıb, yanağını sol əlinin üstünə söykəyib, gözlərini açıb, bir növ sakit nəfəs alırdı. Mədəd xeyli təəccüblənib, duruxub, əmisinə doğru əyildi.
– Elə bil yaxşılaşdın!..
Səmədin üzündə təbəssümə bənzər işartı əmələ gəldi.
– Çıraq sönməzdən əvvəl işıq saçar, əzizim, dedi. – Sən danış, danış!.. Çalmağı, oxumağı da unutma. Eşidim son dəfə...
Mədəd dikəldi.
– “Fird ou si” əhvalatını bildiniz. Belədi bizim dünyamız!.. Firdovsidən sonrakı ən görkəmli SafAğ Alimi “Nizami”nin “Xəmsə”sində rəmzləri necə anlaşılmaz şəklə salıblarsa, “Nizami”dən sonrakı ən görkəmli SafAğ Alimi “Nəimi”nin “Cavidnamə”sində, “Nəimi”dən sonrakı ən görkəmli SafAğ Alimi “Nəsimi”nin “Divan”larında OdƏr sözlərini, Bağ, Sar Odlarını – adlarını – rütbələrini də eləcə dəyişdiriblər: “dəri”sini – OdƏr sözlərini büsbütün çıxarıblar! Cəhalət mücəssəməsi “Fars”ın ƏsEvÜn əvəzində işlənən “zəban”ında “dəri soymaq” OdƏr Dilini pozmaq mənasında işlənir. Cəhalətin dəhşətinə baxın ki, “Hüruf”i adı altında gizlənən SafAğ Elmi on beşinci əsrin ilk illərində Səmərqənddən Misrə qədər zülməti – cəhaləti qovduğu halda, Misir sultanının Nəsimi haqqında hökmündəki “dərisi çıxarılsın” sözləri həm də həqiqi mənada dəri soymaq kimi başa düşülüb, ey “Fars” mənasız!
“Fars” “maqnit”i nə üçün göndərilir, qandınmı?! Heç olmasa hiss elədinmi ki, “Yer” adlanan bu qəhbəxananın, tüstüxananın ehtiraslarına bağlanmaq məhz fanilikdi, çürümək, torpağa qarışmaqdı, ey OdƏrBağa yad “torpaq!”
“Əbədiyyət” – EvOd EyOd bu SimOd Alimin sabahında, OdAğÜzdədi! “Firdovsi” – EvƏr EvƏs də OdAğÜzdədi. Məhz EvƏr EvƏs adında şair əyləşib orda, Alim şairlərin arasında, öz evində, “Yer”də yazdığı iyirmi min misrasının iyirmi mini də, əzbər bildiyi təhrif dilli “Şahnamə”si də beynində.
“Söhrab” adında hökmdarı – Sarı da var o “Şahnamə”nin, “Rüstəm Zal”ı da. Rüstəm Zalın böyüdüb tərbiyə elədiyi “Səyavuş” kimdi, “Şahnamə”də tez-tez “at”a, “it”ə, “siçan”a çevrilən adamlar kimdilər və nədilər?!
Bilirsinizmi, ay ət torbaları?! Casus şərqşünas alimləriniz açıblarmı sizə “Şahnamə” rəmzlərini? Xeyr, açmazlar!
Dəlimiz Dam direktor Ələskər müəllimdən, bu SimOd bədbəxtdən, Xızrnan Çürükdən, qismən də Səmi ilə Şöşüdən başqa bir köpəyoğlu bilmir hələ mən nə üçün danışıram bu İlan “möcüzə”lərini və nə deyirəm.
Mən deyirəm: nə alimlər qanırlar “Şahnamə” nə olan şeydi, nə tərcüməçilər, nə də oxucular. Yəni siz, ey bədbəxtlər! Nə də “Azərbaycanın ən gözəl guşələrində hərəsinə bir “villa” tikdirdiyiniz “farsist”, “ərəbist” professorlarınız bilmirlər! Səhərdən axşama, axşamdan səhərə qədər Sudüşən çəmənində manqal tüstülədə-tüstülədə Firdovsinin “dəri” dilindən sitat qışqırırsınız o “alim”lərinizin hüzurunda! Moskvanın “Leypsix” mağazasında satıcı “sestra”larınıza “Şax-name” bağışlayıb “Drevnyaya Persiya” qışqırırsınız! Əlinizdə “koptorq çeki”¹⁰¹ cibinizdə bazar milyonu, dilinizdə “dəri” dili, “dəstan Firdovsi!”
Bütün başqa dəstanlarımız kimi, “Fars şedevri” adlanan o əsərin əsli də başdan-ayağa rəmzlərdən ibarətdi.
İndi açacam o “at”a, “it”ə, “siçan”a çevrilən adamların sirrini.
İlanın məkri ilə “Qrek” – “Latın” – “Fars” birliyinin “parçala, hökm-ran ol” hökmü ilə “İr+an”, “Tur+an” adlandırılan “Türk” ərazisində sərhəddən-sərhədə keçəndə “əskər” – əski Ər “at”a dönüb çapır, “it”ə dönüb izə düşür, “siçan”a dönüb yerin yarığına girir ki, “Söhrab”dan “Rüstəm Zal”a xəbər çatdırsın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/isa-huseynov-olum-dirim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Стихи других поэтов
شاهد خرگهنشین زلف ز رخ کرد بازنور حقیقت پدید از ظلمات مجاز
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.