Ölüm-dirim
Страница 20 из 22 · 86%
Söhrab şahdan?
Yox, ey “zəban” Təhriflər!
“Şah” yoxdu, ƏsAğ var, Yaradan SafAğ İnsan.
“Söhrab” yoxdu, Sağ ƏrEv var.
“Söhrab şah” – Sağ ƏrEv ƏsAğdı.
¹⁰¹ Alver əhalinin əlinə keçdiyinə görə, Sovet dövləti “importnıy tovar” – xarici mal almaq üçün xüsusi “çek” satırdı.
“Rüstəm Zal” – ƏrƏsOdMən ƏsƏldi. Yaradan Əlin Yaradan İşıq Həqiqəti! Əski Ərlər “at”a, “it”ə, “siçan”a dönə-dönə Sağ ƏrEv ƏsAğdan ƏrƏsOd ƏsƏlə – “Rüstəm Zal”a xəbər aparırlar ki, “Səyavuş”u – ƏsEy EvƏsi – Yaradan Evin Uca Yaradanını, yəni SafAğ Elmini hələ Sağ ƏrEvə – İşıq Evinə qaytar. Yəni onuncu əsrdə Din pəncəsində məhvə gedən Sağ ƏsÜn “Sasan” dövlətini bərpa elə. Budur “Şahnamə” həqiqəti: bütün dəstan bu fikrin üstündə qurulub.
Tarixdə nə “Söhrab” adında “şah” olub, nə də “Rüstəm Zal” adında “pəhləvan”, ey bədbəxt “farsist”lər! “Zal” – ƏsƏl – Yaradan Əl, (diqqət yetirin) Bağ Atanın Əli – Oğlu EySardı! “Qalaktika”mızın – QalAğımızın ƏlAğı – “Allah”ıdı! “Səyavuşu” – ƏsEy EvƏsi əsirlikdən yalnız “Zal” – ƏsƏl – Yaradan Əl – EySar qaytara bilər. EySar! “Səyavuş”u – ƏsEy EvƏsi – Yaradan Evin Uca həqiqətini yalnız “Zal” – ƏsƏl – EySar bərpa edə bilər. “İr+an”la – Ərlərlə “Tur+an” – OdƏrlər arasında hərb – zor – silah yox, “Zal” – ƏsƏl – Yaradan Əl – ƏlAğ EySar – “Allah” işləməlidir!
Budur “Şahnamə” həqiqəti! Ayrılmışları birləşdirmək cəhdi! Bəs sizin “Birliyi”niz nəyə xidmət eləyir, ay “Şiə” – ayrı bədbəxtlər?!
Yalnız SafAğ Elmini öyrənənlərə məlumdur ki, “Firdovsi” niyə deyir: “Rüstəm Zal Simurğun yuvasında böyüyüb”. Naşı oxucu çiynini çəkir: “Bu nə əfsanədi belə?! Necə yəni Simurğun yuvasında böyüyüb?!” Rəmzlərə bələd oxucu isə əvvəlcədən bilir ki, “Simurğ” – SimƏrAğ gəmisinin yuvası Kainatdı!
Cibində KPSS bileti gəzdirən Təftiş Abbas oğluna ƏlAğının rəmzi adını qoyub, ey kar-korlar: “Zal” – ƏsƏl!
“Zal”ımız – ƏsƏlimiz – Yaradan Əlimiz – ƏlAğımız – “Allah”ımız otuz dörd yaşına qədər bu “Yer” – EyƏrdə olub” deyən şagirdlərimizə deyirik: “Yer” – EyƏr Kainatda deyilmi, ey Kainatı “bu dünya”ya, “o dünya”ya bölən “ins”an?! Bildinmi ƏlAğdan nə üçün ayırıblar səni, niyə Şiə – ayrı eləyiblər?! Halbuki, “şiə” də ƏsEyin – Uca Yaradanın təhrifidir.
Mədəd köksündə zərbli döyüntülər hiss edirdi: birdən duruxub, yenə xırıltı eşidib, qəhərdən boğula-boğula əmisinin şüurunun üstündə olub-olmadığını bilməyə çalışanda Sestranın səsini eşitdi:
– Necə qəddarsan sən, Mədəd! Palaç tı! İzverq!
Bu səs, bu sözlər bir neçə dəfə təkrar olunandan sonra birdən çılğın qışqırtıya çevrildi:
– Ubiytsa! Svoloç! On je otets tvoy! “Oynaş!, ne oynaş”, vse je rodnoy otets! Vsem izvestno, çto on tvoy otets!
Şüşəli çaxnaşdı. Zərif üzlü, ala gözlü, ağbirçək Sestranın bu qədər ağır zərbə vuracağını nə Şüşəli gözləyirdi, nə də Mədəd özü. Gözlərini Sestra ilə Xəlvətin arasında sürətlə gəzdirib, zərbənin, əslində Xəlvətdən gəldiyini başa düşüb, dəhşətli təhqirdən ürəyində döyüntülərin əməlli-başlı tappıltılara döndüyünə fikir vermədən, lap asta, yorğun səslə, gözlənilməz sözlər dedi:
– Necə dəyişdirim mən səni, ey müqəddəsimə “oynaş” damğası vuran! “Ata”m deyil axı, ay qancıq!
Sestra diksinib dala çəkildi.
Mədəd ağlayırdı:
– Qulaq as!
“...Qədim Rus dövlətinin tarixi”ni kim yazıb?
İkicə nəfər, EvƏrEydən xəbərsiz, russkoyazıçnıy “Yevrey” yazıb! Bütün “SSRİ xalqları”, başda KPSS-in Siyasi Bürosu olmaqla, o ikicə nəfər kar-kor “Yevrey”ə inanıb deyirlər “axır ki, tariximiz yazıldı!”
Dinlə, ey “Rus” məhləsi! Diqqətlə dinlə:
Gör nə yazıblar: “Şimal ölkələrində geniş xalq kütlələrinin Rus dövləti haqqında təsəvvürlərini düzgün əks etdirən Skandinaviya eposunda Rus dövlətini “Qard arika”, yəni möhtəşəm binaları, hədsiz sərvətləri, çoxlu malları olan şəhərlər ölkəsi adlandırılır və deyilir ki, “Rus knyazlarına – konunqlara¹⁰² xidmət göstərməklə şan-şöhrət və dövlət qazanmaq olar”.
Nədi bu? Soruşuram, əgər “Skandinaviya” əhalisi qədim “Rus” dövlətini “möhtəşəm binaları, hədsiz sərvətləri, çoxlu malları” olan şəhərlər ölkəsi “Qard arika” – GurOd ƏrAğ¹⁰³ addandırırsa və “Şimal ölkələrində geniş xalq kütlələri”nin təsəvvürü də belədisə, siz buna niyə etiraz eləyirsiniz, ey ikicə nəfərdən ibarət “Rus Dövləti tarixi” yaradanlar? Niyə fəxr eləmirsiniz bu tarixlə?!. Təhrif “Skandinaviya” “dil”ləri GurOd ƏrAğıma “Qard arika” deyib, bu öz yerində, bəs siz mənim “Möhtəşəm binaları olan şəhərlər ölkəmin” qədimdən də qədim
¹⁰² “Ko nun(q)” – OdÜndən, Həqiqət Ünü eşidən insan mənasında şüurlu uzaqlaşdırılmış, düzəlmə sözdür.
¹⁰³ “Qard” və “qorod” – GurOdun, “arika” – ƏrAğın təhrifidir. Öz GurOdlarından (vilayətlərindən) qovulduqca OdƏrlər Şimalda yeni-yeni GurOdlarda məskunlaşırdılar. “Rus” (ƏrÜz) – ƏrƏsEy – “Rusiya”, GurOd ƏrAğ da sonradan yaranıb təkrarən itirilmiş ərazilərdəndir. tarixini niyə “Kiyev”dən başlayırsınız?! “Kiyev” – OdEv və “Nov qorod” – ÜnEv GurOd nəhəng dövlət tərkibində iki balaca şəhər olubsa, hansı mötəbər məxəz əsasında iddia edirsiniz ki, bu şəhərlər “Rusun iki mühüm mərkəzi olub?!” Əgər yazdığınız kimi, “eramızın ilk əsrlərində əhali əsası “Rus” kökündən olan “Ros” (ƏrÜz) “Rosoman” (ƏrÜzMən) adları daşıyırdılarsa, “Rus dövləti” yalnız doqquzuncu əsrdə Kiyevlə Novqorod şəhərlərinin birləşməsindən sonra yarandı?! Bağdayla müharibənin ardınca “Rus” ərazisində şəhərləri xarabazara döndərən “Alenksandr Makedonski”ni, İlanın fəxri fatehini niyə gizlədirsiniz? Sizin hansı mənəvi birliyiniz var o İlanla?! “Rosomon” – “RusMən” – ƏrÜzMən sözündən, öz ana dilinizdən niyə, niyə titrətməyə düşürsünüz?! “Roks Alan” – ƏrOdƏs ƏlÜn sözlərinin şərhini niyə gizlədirsiniz, ey SafAğ məxəzlərinə, öz əcdadlarına göz yuman təhriflər?!
Dünyaya yaymısınız ki, “Aleksandr Makedonskiy ne bıl v Barde. Makedonskiy ne voeval s Rossiyey”.¹⁰⁴
“Nizami – anaxronizm!” Büs-bütün tarixdən ibarət olan “Xəmsə”nin “İsgəndərnamə” qisminin tarixiliyini gizlətməklə, “Bərdə” – Birodu gizlətməklə, “Əxi” – AğEy məskənini, AğÜz vilayətini gizlətməklə nə qazanırsınız? Bu sualın cavabında da “qızıl” sözü gəlir!
Təkrar, təkrar, təkrar eləyin, ey bədbəxt cavanlar! Təkrar eləyin, Nizaminin sözlərini: “yeddi vilayətdən yeddi yüz min ordu ilə” İskəndərin qabağına çıxan Ki(n)tal – OdƏl – əbədi Bağ “Atilla” əbədi “Dəri” – OdƏr qoruyan ƏrÜz – “Rus” dövləti “anaxronizm”dir?! Skandinaviya eposunda “möhtəşəm binaları, hədsiz sərvətləri olan Rus dövlət”i “yalan”dır, “Kiyev”lə “Nov qorod” şəhərlərinin birləşməsindən sonra “yaranan” Rus dövləti doğru?! Planetin bütün tarixçiləri bağırırlar ki, “Rus tarixi”ni Kiyevdən yox, dünyanın başlanğıcından başlamaq lazımdır. Arxivlər doludur bu sözlərlə! Bu da yalan?! EvƏrimdən xəbərsiz ikicə “Avram”ın yaratdığı tarix doğru?!
OdƏl – “İtaliya” imiş! ƏrƏl ƏrimƏl – “Rom ul”, “Roma”, “Rim” imiş! ÜnƏs OdƏr “Nestor” imiş! BağOdƏr ƏrAğ “Patriarx” imiş! “Rim” də Bağdayı təmsil edən BağBağÜn – “Papaqan”, “Papaq”, “Babək” imiş! Təhrifin miqyasına bax, ey “Rus” məhləsi! “Nestorun” möhtəşəm şəhərlər ölkəsində yaydığı Ər ƏlAğ – (ƏlAğ İşığı) “Religiya” imiş! ÜnEv GurOd “Novqorod” imiş! OdEv “Kiyev” imiş! ÜnEv GurOdla OdEvin ƏskiƏrləri ilə quldar “Vizantiya”nın üstünə gedən OdEyƏs ƏlAğ “knyaz Oleq” imiş!.. Öz əlilə öz xalqını təhrif edib İlanın quluna çevirib əvəzində qızıl yığan “Avram”ın İlan məxəzləri əsasında quraşdırdığı “qədim Rus dövləti tarixi” tarix deyil, ey “Rus!” OdEyƏs ƏlAğ – “knyaz Oleq” “Vizantiya”da məğlub olub. Məcburən yürüşə gedibmiş ki, bəlkə Bağday OdƏrlərinin köhnə məkanlarından heç olmasa bir qismini qaytarsın, Şimalla Cənub arasında əlaqə üzülməsin. Bəli, məğlub olub. Yüz min monax “Bibl”lə silahlanıb düşüb GurOdun – “Qorod”un canına. “Türk” dilində nə varsa, hamısını yandırıb, “Bibl” soxublar ƏrÜzün, EvƏrEyin onsuz da təhrif dilli ağzına!
¹⁰⁴ Y.Bertelsin ifadəsidir.
Eşidirsənmi, ey “Rus” məhləsi? Məndən niyə ayırıblar səni qanırsanmı?!
“İzverq” demə mənə, “Sestra”! Evindəki “ikona”da birinci sırada duran, EySarı Qrek KeSarına satan, EySarın BağOdƏr təyin elədiyi¹⁰⁵ SimÜnün – “Simon”un gözlərini ovduran “Patriarx” “Pavel”inizdi izverq! EyOd OdƏrlərini “İudey”lərə döndərən, özlərini “Yevrey” qələmə verib EvƏrEy OdƏrlərini bütün planetdə Vatikana xidmətə məcbur edən “Papa”nızdı izverq! Dönə-dönə təkrar edin, ey cavanlar! Ərim – “Rim”dən başlamış Od – “Ki” – “Kin” – “Çin” ərazisinin ucqarlarına qədər, BağSar – “Misr”dən, ƏrAğ “İraq”dan başlamış SarUcAğ – “Səlcuq” ərazilərinin “UcRum”, “Sibir” (ƏsEvƏrEy) – Subir¹⁰⁶ ucqarlarına qədər yeridilən “dil” siyasəti nəticəsində Tərik – “Türk” olan xalqın əksəriyyəti əslindən-kökündən ayrılıb. “Tarix”imizdə “Xanlıqlar dövrü” deyilən bir ifadə yaranıb. “İzverq”in fəaliyyətinin bəhrəsinə baxın: Bakı xanlığında “Türk”, “Ərəb”, “Fars” dilləri qarışığında, Quba xanlığında ƏrimEy (OdƏr), Fars dilləri qarışığında danışıblar! Şəki xanlığında bir cür qarışıq dildə danışıblar! Xalq o qədər avamlaşıb ki, mən “Bakı”nın əsli – BağOddu, “Quba”nın əsli OdBağdı, “Şəki”nin əsli ƏsOddu deyəndə, hətta həqiqətimizə az-çox bələd olanlar da üz-gözlərini turşudurlar: “Nə olsun ey?! OdBağ olmasın “Quba” olsun, nə mənası var?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/isa-huseynov-olum-dirim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qocalıqdan kiçilmiş sifətinin qırışları nə qədər qeyri-adi idisə, xirdaca cüssəsinə uyuşmayan uzun qolları, enli, güclü əlləri bir o qədər heyrətli idi. Manqalın on addımlığından, qaranlıqdan peyda olub kələkötür barmaqlarla Səmədin yaxasından yapışmağı ilə xançalı pencəyin altından çıxarıb bağın dərinliyinə firlatmağı bir oldu.– Məqsədin nədi, nadürüst?!. Ağ Əmirnən Boz Əmir elm, həqiqət uğrunda qurban getdilər! Mədəd Əmirli də məhz həqiqət uğrunda getdi! Bu gün-sabah Sultan Əmirli də gedə bilər! Ən ağıllı, istəkli kənd partkomu saydığı “diapazonlu qadını” bir tərəfinə şpik²⁹ qoyublar, öz əmiuşağınız Əziz Mayılovu da o biri tərəfinə! Dilindən nə çıxar Sultan bədbəxtimizin elə günü çatdırılır Mirqəzəbə! Bəs necə?! “Dovşanı arabaynan tutan Şura hökuməti” deyiblər buna! Kimin ümidinə qalacaq Kainat Elmi, ey Elmdən, dünyadan xəbərsiz cahil!.. Bilirsənmi kimsən sən?! Düş qabağıma! Seyidin qapısında, o xəlvətdə sözümü eşit, sonra hansı cəhənnəmə rədd olursan ol, bir də belə divanə sifətində görünmə buralarda!.. Nə baxırsan üzümə, a heyvərə?! Sənin tanıdığın Xızr Abı deyiləm mən, AdıPünhan Əlifbeyəm! AdıPünhan Ələsgərnən Dəli Alıynan³⁰ oturub-durardım, indi gəlib Əmirli yurduna qısılmışam, uşağ-muşağa elm öyrədə-öyrədə sənin təhsildən qayıtmağını gözləyirdim. Çünki məhz səndən ötrü dustağam mən o Əmirli mülkündə!
Süleyman padşahın xəzinəsi 5Qapını Hənifə arvad açdı.Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın ortasından sallanan yeddilik lampanın³³ alovu qapının yelindən uzanıb-yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
Süleyman padşahın xəzinəsi 6Bircə balanın kəndə getdiyini, orada Əlləzoğlunun başını yarıb şəhərə qayıtdığını eşidəndə Sultan bu xəbəri zahirən sakit qarşıladı. Səhərin alatoranında, papaq əvəzinə başında bir topa çit bozara-bozara özünü yataq otağına salıb, göyünü-kürəkənini dümsüyləyib oyadıb: – Qardaşoğlun dəli-divanədi! Çarə, dərdin alım! – deyəndən sonra Əlləzoğlu pırpız qaşların altında durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə dillənmirdi? Nə fikirləşirdi?
Süleyman padşahın xəzinəsi 7Nə Sultanla Səməd, nə Xızr Abı ilə Çürük Aşıq, nə Məhərrəm, nə də “mühacirlər” və bütün “Pünhan”lar – hələ heç kəs bilmirdi ki, “çesuyçalılar” adlananlardan, əvvəllər olduğu kimi, hər beş nəfərdən biri yox, indi hər iki nəfərdən biri birbaşa Moskva KeQeBesinin işçisi idi. Hətta Azərbaycan KP MK-dan və respublika KQB-sinin özündən də gizlində, hər cür dünya nemətləri ilə təmin olunan, xalqdan tamam ayrılıb, bu xalqın keçmişi, gələcəyi ilə məşğul olan Muğannaları nəinki addım-addım izləyirdilər, hətta, imkan olanda – şərait yarananda öz şəxsi təşəbbüsləri ilə öldürürdülər. Bu təhlükəni tək bir nəfər, bütün Dövlət Təhlükəsizliyi işçilərinin sadəcə “Saşa” adlandırdıqları bir nəfər polkovnik bilirdi. Bu bəstəboy, son dərəcə məlahətli oğlanı Muğannalardan demək olar ki, hamısı oğul, qardaş, yaxın-əziz qohum kimi sevirdi. “Saşanın üzündə şeytan tükü var” – deyəndə məhəbbətlə gülümsəyirdilər. Bu məhəbbətin, əlbəttə, ciddi səbəbi də vardı: Gürcüstanın ən ucqar guşələrində yaşayan “Muğ” – Bağlardan başlamış, Şimali Azərbaycanın ən ucqar rayonlarından Lerikə qədər, Muğannalardan kim həbs olunurdusa, Saşa, yalnız özünə məlum möcüzə ilə xəbər tutub, cinayət işi-filan yazmamış, istintaq başlanmamış, təkbaşına, türməyə – həbsxanaya gedib, lazım gələndə hətta əlini yarımavtomat naqanın üstünə qoyub, qısaca “Azad edin” və ya “mənim şəxsi işçimdir” deyib buraxdırırdı. Sultan nə qədər kədərli, sarsıntılı olsa da, hətta gecələrin birində o qalın bağın dərinliyindən bəriyə güllə açılacağına heç bir şübhəsi olmasa da, əmin idi ki, Saşanın kor görünməz əli həmişə haralardasa – ətraflarda dolana-dolana onun özünü və Bircə balanı qoruyurdu və sədr Mədədin ölümündən sonra bu iki nəfərin – əmi ilə qardaşoğlunun sağ qalmağının səbəbi də məhz o “əl” idi. Çox təhlükəli hallarda isə o “əl” Saşanın özü idi. Başında Əlləzoğlunun “motal” papağı, çiynində Əlləzoğlunun əlli ildən qalma əprimiş arxalığı, zalın qapısında bir an görünüb, əlindəki uzun kabab şişini dişinə çəkə-çəkə geri qanrılıb yox olan o oğlanı nə aşağıda – həyətdə olan Sultan gördü, nə də Səməd: polkovnik Saşa məlahətlə qımışıb, dabanı üstə dönüb yoxa çıxdı. Səməd onu Sultanın həyət-bacasında qulluq eləyən Seyid kişi kimi adamlardan biri sayıb, heç diqqət də yetirmədi...Hələ heç kəs, o cümlədən Saşa özü də bilmirdi ki, bu ağ daş evin yaxınlığında, bağın çalkeçid budaqları altında daha bir nəfər naməlum adam, kababın ətrini dəf etmək üçün cibindəki balıq konservini bıçaqla açıb, yeyə-yeyə Saşanı daimi “pod kolpakom”⁴⁷ saxlayırdı ki, lap tezliklə qanını axıtsın və beləliklə, qorunduğuna əmin olan Sultanla birlikdə Səmədin həyatını da tükdən asılı qoysun. Hər gecə Moskva vaxtı ilə səhər saat dörddə bağın dal hasarının dibindən o yana keçən, sement döşəməli, dərin, susuz arxdan sürünüb keçib, orada vaxtı ilə Rəhim Qudalının işlədiyi “Rayon yun idarəsi, Alınma, satılma məntəqəsinin künc otağında “priyomnik”in “nauşniklərini” başına keçirəndə o adamın eşitdiyi ilk sözlə “Ya Saşa! Ya Saşa...” olurdu. Yəni, Moskvadan danışan adamın “kliçkası” da “Saşa” idi... Bu gecə o Moskvalı səs, vaxtından xeyli əvvəl, yəni Sultanla Səmədin evə qalxdıqları dəqiqələrdə əmr etdi: “Ya Saşa... Ya Saşa... pora vzyat moyeqo tyozku... pora vzyat moyu tyozku”⁴⁸ çox keçmədi ki, arxadan içəriyə daha iki qaraltı girdi. Saşanın başının dövrəsində, qaranlıqda üç lülə ağzı ağardı...
Стихи других поэтов
شاهد خرگهنشین زلف ز رخ کرد بازنور حقیقت پدید از ظلمات مجاز
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.