Страница 4 из 4 · 75%

Guya vurub baş partlatmışam, qana qəltan eləmişəm.

Yalandı!

Nə evində kobud rəftar elədim Əlləzoğluynan, nə də sonra. Əlləzoğlu özü başdan ayağa qan çanağıdı. İçinə yetsəniz görərsiniz özü əl-ayağıma ilişib. Özü! Şüurlu!.. Yadımdadı ki, addımımı atmağa da qoymurdu, hədələyirdi, qorxutmaq istəyirdi ki, çıxım gedim rayondan. Qısası, bezdirmişdi, cana doydurmuşdu. Əlləzoğlunun mənnən rəftarı da, o cür qorxusuz-hürküsüz, “nöyüdü töküb, kibrit çəkməyi” də Bezobraziyenin əməlidi. Onların tapşırığıdı!.. Bəli, Abbas əmi! Nəfsimi yox, Bezobraziyenin murdar nəfəsini duyanda hissimi cilovluyammıram mən, Abbas əmi, cilovlamaq niyyətində də deyiləm. Bəraət üçün demirəm bunu. İstəyirəm inanasan ki, “eşq dəlisi” kimi getməmişdim mən Əlləzoğlunun evinə. Bax bu cibimdə, partbiletin arasında böyük bir nəslin faciəsini gəzdirirəm mən. Bu nəslin fəxri Sultan Əmirlinin adına yaxılan ləkənin səbəbini öyrənməyə getmişdim Əlləzoğlunun evinə. Hələ nə əmimi görmüşdüm o gecə, nə də Qurban əmini. Əmma Bezobraziyenin fəallaşdığını duymuşdum, buna görə də vurnuxurdum, oda-közə vururdum özümü.

Onda da, indi də Bezobraziyedi mənim ağlımdakı. Peyin kimi kürüyüb atmaq lazımdı bu murdarları! Qərarı belədi Səməd Əmirlinin! Bir məhkəmə Bakıda qurulub, biri də burda qurulmalıdı. Bayaq yolda da bu barədə fikirləşirdim, indi də bircə fikrim, bircə qayğım var, o da Bezobraziyeni kürüyüb atmaqdan ibarətdi!

Tanıdınmı məni, Abbas əmi?!

Gəl danışaq. Birdəfəlik və həmişəlik danışaq.

Təhkimçi göndərilmişəm mən bura. İş görməyə gəlmişəm. Düşmən gündə bir qurğu qursa, Təftiş Abbas da düşmən sözündən sarsılıb gündə bir dəfə yaramın üstündən yara vursa, nə iş görə billəm mən burda?!

Nə “Mədədimiz” de mənə, nə də bu qədər şübhə elə.

İnan mənə, Abbas əmi, inan!

Quş qanadnan uçar deyiblər. Sənsən mənim qanadım, Qılınc Qurbandı, Xızr Abıdı, Sultan Əmirlidi. Bayaq o mahnınnan göyün yeddinci qatına qaldırdın sən məni. Arxa gördüm mən sənin simanda, dayaq gördüm, qanadlandım. Bolşevik gördüm. Yuxarıdakılardan bolşevik olan azdı, son vaxtlar başa düşürəm, bəlkə də heç yoxdu. “Ədalət qılıncı” demisiniz həqiqi bolşevikə! Sən özün də ədalət qılıncısan. Mahnılı, eşqli, ədalətli Mədədsən, “Yaralı durnam”san! Körpəlikdən belə görmüşəm mən dövrəmdəki bolşevikləri – Hümmətçiləri! Nə Stalin bolşevik olub, (qaniçən olub), nə Bağırov, nə Beriya! Eşqli olmayıblar onlardan heç biri! Kinli düşmən olublar, tanımamışıq. Sən, belə eşqli, mahnılı ürəyin sahibi niyə sındırsın mənim qanadlarımı?!


Qalın, hündür sirkənliyin arxasından buruq-buruq qatı toz-duman qaldıra-qaldıra qeyri adi sürətlə gələn “qruzovik” Səmədin sözünü ağzında qoydu. Maşın gəlib uzaqda qaralan tək palıd ağacına doğru gedəndə Zal tormozu necə basdısa, təkərlərdən tükürpədici cığıltılar qopdu. Zal tər içində işıldayan enli sifətini pəncərəyə tutub vahimə ilə bağırdı:

– Döyürlər! Abını ağaca bağlayıb döyürlər ki, biz də gedək məhlə milisənerlərini döyək, hamımızı tutub damlasınlar! Özünüzü qoruyun! Mən gedirəm ora, bəsdi, qoy məni tutsunlar! Siz gəlməyin, qarışmayın bu qurğuya! Tələdi, tələ!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Süleyman padşahın xəzinəsi 8

Fəlakətdən xəbərsiz Səməd zalda bayaqkı yerində təkcə oturmuşdu.Uşaqlıqdamı, ilk gənclikdəmi, nə vaxtsa, əzələlərini daşlaşdırmaq fikrinə hələ təzə düşdükləri günlərdə, əzələ qayğısından başqa heç bir qayğıları olmayan çağlarda sədr Mədədin ərköyünü ilə Cəfər əmi – Lüt Cəfərin qaynı Yusif, Sudüşənlə meşənin arasında kərpickəsənlərin sarı torpaq çıxartmaq üçün qazdıqları dərə kimi dərin qaznağa su buraxmışdılar, göl düzəltmişdilər. Hər gün məktəbdən çıxanda birbaş o gölün qırağına yüyürərdilər, kitab-çantalarını bir yana, paltarlarını o biri yana atıb, suya baş vurardılar, “eşmə” üzə-üzə çıxıb, canı sulu-sulu meşəyə cumub, ağacların budaqlarını turnikə çevirərdilər, pambıq əkini üçün köklənmiş sahə kənarında kötükləri ştanqa çevirərdilər, turnikdə oynamaqdan, ştanq qaldırmaqdan pörtəndə isə bir də suya baş vurub çıxıb, paltarları qoltuqlarında, çantaları çiyinlərində, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evə qayıdıb, Ayna bacının, Gülbənizin və ya Gülgəzin həmişə hazır saxladıqları süfrənin qırağında çıl-çılpaq oturub, bir əllə çörək yeyib, o biri əllə “Ədəbiyyat müntəxəbatının”, “Cəbrin”, “Həndəsənin”-filanın vərəqlərini o yan-buyana aşırandan sonra yenə gölə cumardılar. Ömrün necə şirin çağları varmış! Əmma elə gün olmazdı ki, Qıllı Qeybalı şirinə acı qatmasın. Dantes Qeybalı yox, o vaxtlar Qıllı Qeybalı və “Ataman” deyilən pələpüsür oğlan suyun altında qara camış kimi peyda olub Səmədin ayaqlarından asılanda, Qudalı uşaqları da cin-şəyatin kimi qaynaşa-qaynaşa Yusifin əl-qoluna sarılardılar. Sudan kənarda sədr Mədəd vardı, Qılınc Qurban vardı, adı Lüt qoyulsa da partkomluğunda qalan Cəfər əmi vardı, orda sədrin ərköyünü ilə partkomun qaynına yaxın düşmək çətin idi, suyun altında isə ərköyünün tərifli qara, gur saçlarından çəngə-çəngə qopartmaq olardı, “Yusif kimi gözəl Yusifin” ağzını cırmaq, burnunu burub əzmək, şişirtmək olardı. Odur ki, suyun altında nə qədər qalmaq mümkündürsə, bir o qədər qalıb, lap boğulunca vuruşardılar. Xüsusən sədr Mədədlə Qudalı ağsaqqalı Rəhimin idarədə-iclasda sözləşdikləri günlərdə suyun altında vuruşma çox çəkərdi. Elə çox ki, qıllı camışla cinşəyatin dəstəsinin ardınca sudan çıxanda göl dibinin həyəcanla dolu, uğultulu sükutu Səmədin beynindən getməzdi.

14 мин
Süleyman padşahın xəzinəsi 9

Səməd səndələyirdi. Əmma beyni açıq idi. Əmisinin ardınca gedə-gedə, bayaqkı müəmmalı qandan, ocaq, tüstü qoxusundan içərisinə necə üzüntülü, qat-qarışıq hisslər dolduğunu, eyni zamanda bu hissləri cilovlamaq üçün indi bir o qədər çətinlik çəkmədiyini bütün aydınlığı ilə başa düşdü. Qırmızı tuf daş binanın pillələrini qalxanda, özünün düşündüyü kimi “əməlli başlı toxtamışdı”. Qəbul otağında dörd divarın dördünün də dibində sıx cərgə ilə düzülü stullardan çesuyçalılar bir nəfər kimi gurultu ilə ayağa qalxdılar. Bu gurultuda gizlin məna vardı: birbaş dermantinli qapıya gedən əmisinin ardınca yeriyib heç kəsə baxmasa da, Səməd hiss etdi ki, həbs xəbərini burda da eşitmişdilər və teleqramdan sonra yarımallah olan Sultan Əmirlinin bu dəfəki qələbəsindən sarsılmışdılar, məhz buna görə də, stullardan dik atıldılar, qısıq, müti, rəzil qullara çevrildilər. Pıçıldaşıb, “Kişi, Kişi” dedilər.Qısıqlığı, qorxaqlığı, mütiliyi, rəzilliyi Səməd dermantin qapının sağında, küncdə dayanmış üç nəfərin üzündə daha aydın gördü. O üç nəfərdən – Xudiyev dəstəsindən birincisi prokuror Sayılovdu. İkincisi milis rəisi Gülənovdu. Üçüncüsü RİK Atamalı idi.

22 мин
Süleyman padşahın xəzinəsi 10

Yoxluq, heçlik içində bir qaraltı göründü. Səmədə elə gəldi ki, düz bu yana gələn qaraltı kim isə Sultanın adından gəlir. Əmma qaraltının böyründə “Pobeda” maşını görünüb faraların qəfil parlayan gur işığında o “qaraltı”nı zərli paqonlarında üç iri qırmızı ulduzu işıldayan bəstəboy, dolu, möhkəm, gözəl bir oğlana çevirdi. Axsaya-axsaya, bir yanının üstünə çökə-çökə, sürətlə yaxınlaşıb, sol əlini tənziflə boynundan asılmış sağ qolunun altından çəkib, iri, qabarlı pəncəsini Səmədin qarşısında geniş açıb:– Salam, əzizim. Mən Saşayam, – dedi.

18 мин
Süleyman padşahın xəzinəsi 11

Hardasa kim isə heybətli səslə bağırırdı:– Korsunuz?!. Görmürsünüz?!.

46 мин

Стихи других поэтов