Namus qaçağı
Страница 2 из 3 · 33%
Əvvəlcə cıdırhəngi çalındı, sonra güləşəngi. Cavanlar at çapıb, qurşaq tutub yorulandan sonra oyun başladı. Kəndin gözəlləri qoşalaşdılar.
İlyasın gözü bacısıyla Zöhrədəydi. Onlar yanaşı oturmuşdular. Bu gün hər şey həll olunmalıydı. İlyasın bacısı meydana çıxmalı, ortada bir az hərlənəndən sonra Zöhrəni çağırıb oynatmalı idi.
Zurnaçılara yanaşdı. Qulaqlarına nəsə pıçıldadı. Sümüyə düşən ağır bir hava çalınan kimi İlyasın bacısı ayağa durdu, qollarını qaldırıb bir dövrə vurdu və oynaya-oynaya gedib Zöhrənin qabağında dayandı. Qız əvvəlcə dartındı, oynamaq istəmədi. Onu dümsükləyib ayağa qaldırdılar. Zöhrənin başında bənövşəyi yelinli ağ kəlağayı vardı. Cığaları qıvrılıb yanağına düşmüşdü. Qırmızı koftasının yaxasına pullar düzülmüşdü. Qırçınlı uzun donu topuğuna enirdi. Hiss olunurdu ki, dikdahan çəkməsini yenicə geyinib.
Qol-qola verib ortada süzdülər. Dəfçi nəsə qışqırdı, kiminsə adını çəkdi, "Sağ olsun oynayanlar" - dedi. İlyas bunları eşitmədi. Onun gözü Zöhrə ilə bacısındaydı. Zöhrənin oyunu onu valeh etmişdi. Bu qız nə gözəl oynayırdı, asta- asta, sındıra-sindıra. Dəfçi hər dəfə çomağını dəfə endirəndə qızın qolları tərpənirdi buğum-buğum.
İlyasın bacısı oyununa ara vermədən hərləndi və sezilmədən Zöhrənin kəlağayısının yelənli ucunu ələ keçirdi. Zöhrə gözünü yumub-açınca ovcundakı pulu kolağayının ucuna düyünlədi. Bu qızı bəlləmək deməkdi. Əgər qız dartınsa, pulu açıb atsa, demək razı deyil. İlyas gördü ki, qız qıpqırmızı oldu və dartındı. Ancaq bacısı qızı tərpənməyə qoymadı, qucaqlayıb üzündən öpdü. Zöhrə başını aşağı salıb yerinə keçəndə dəfçi yenə qışqırdı:
– Sağ olsun oynayan nişanlısıynan...
İndi o, dizinə qədər qara bata-bata, ağacların budağından yapışa-yapışa dağa qalxır, meşənin dərinliyində özünə məskən salmış Qaçaq Süleymanın yanına gedirdi. İlyas qaçaqların harada gizləndiyini təxminən bilirdi. Eşitmişdi ki, Süleymanın dəstəsi əzgilli taladan bir az o yana, Sarı, qayanın alt tərəfində yerin altında lağım atıb, özlərinə sığınacaq düzəldiblər. Bura əlçatmaz bir yer idi. Qışda orada daldalanır, yaz-yay aylarında bir az da yuxarı qalxırdılar.
Yuxarı qalxdıqca qar daha da qalınlaşır, sazaq adamın iliyinə işləyirdi. Onun qaşı, kirpikləri buz bağlamışdı. Papağının sallama qulaqları donub quş qanadları kimi havada qalmışdı.
İlyas Qaçaq Süleymanı bircə dəfə görmüşdü. Düz iki il bundan əvvəl, belə qarlı bir gündə, qaçaqlar atlarını çapıb kəndə doluşdular. Boğazına kəndir saldıqları bir adamı atın yedəyində darta-darta məktəbin qabağındakı meydana gətirdilər. Hamı tamaşaya yığışdı. İlyas boğazı kəndirli adamı tanıdı. Müəllim idi. Şəhərdən gəlib qonşu kənddə dərs deyirdi. Onun paltosunu çıxartmışdılar. Bircə köynəkdə idi. Dizə qədər qara batmışdı.
Qaçaqlardan biri qaşqa kəhər atını məhmizləyib qabağa çıxdı. İlyasın nəzərinə ilk çarpan onun çatılmış qaşları altında parıldayan qan sağılmış gözləri oldu. Kişinin üzündəki tüklər də biz-biz idi. İribədənli, enlikürəkli, genişsinəli bu adam yəhərin üstündə qırğı kimi oturmuşdu. Kürkünün üstündən bağladığı onaçılan, çiynindən aşırılan çalın-çarpaz qolruqaltılar, yəhərin qaşından asdığı beşaçılan onun zəhmli sifətini daha müdhiş göstərirdi.
– Camaat, bilirsinizmi bunun günahı nədir?
Heç kəsdən səs çıxmadı. Hamı dönüb qarın içində başı, sinəsi açıq dayanan müəllimə baxdı. Onun sifəti, qulaqları şaxtadan göyərmişdi.
– Bu bizim namusumuza toxunub. - Elə bil camaatın üstünə su ələndi. Bunu hiss edən qaçaq sözünü tamamladı, - qızları başına yığıb teatr çıxardıb.
Kəndin ağsaqqallarından biri çiyninə saldığı kürkünün yaxasını çəkib düzəltdi və bir-iki addım irəli yeridi.
– İndi fikrin nədi, ay oğul?
– Gözünüzün qabağında bunun başını kəsəcəm.
– Əl saxla, a bala, adam hər şeydən ötəri qan tökməz. Görmürsənmi fağırın biridi, çevir balalarının başına, burax getsin.
Qaçaq Süleymanın üzü əsdi. Qamçısı ilə papağını alnından geri itələdi. Onun gözləri kişinin üzünə züləndi.
– Yəni deyirsən, namusumuzu ayaqlar altına ataq?
– Kim deyir onu, a bala, namussuz yaşamaqdan ölmək yaxşıdır.
Qaçaq Süleyman inadından dönmək istəmədi. Arama kənd camaatı ondan əl çəkmədi. Əl-ayağına düşdülər, yalvar-yaxar edib qaçağı yumşaltdılar.
– Yaxşı, anan namaz üstündəymiş, qurban ol bunlara. Səni buraxıram, amma burdan elə əkilərsən ki, heç izin-tozun da qalmaz, Bir də gözümə dəysən böyük tikəni qulağın boyda eləyəcəm.
Müəllimin boynundan kəndiri açdılar. Paltosunu verdilər və dağlardan arana enən cığırla yola saldılar.
Qaçaq Süleyman kənddən getməzdən əvvəl atının cilovunu çəkdi.
– Camaat, - dedi - yadınızda saxlayın, məni çöllərə salan elin namusudur. Nə qədər sağam, qoymaram bu mahalda bir adamın namusuna toxunsunlar!
İlyas səhər çay kənarında Rəşidlə sözləşəndən sonra bunları yadına saldı və dağlara üz tutdu. Onun gözünə heç nə görünmürdü. Nə şaxtanı hiss edir, nə də qaranlığa düşüb qurd-quşa yem ola biləcəyini ağlına gətirirdi. Onun beynində bircə fikir dolaşırdı: harda olsa, Qaçaq Süleymanı tapmaq, ürəyindən keçənləri düz gözünün içinə demək. O bilirdi ki, qaçaq öz adamlarına tapşırıb onu tikə-tikə doğratdıra bilər, ya da özü əli titrəmədən onaçılanın tətiyini sıxar və həddini aşmış bu cavanı bir andaca yox edər. İlyas bunların hamısını ürəyində ölçüb- biçmişdi və necə deyərlər, kəfəni boynuna dolamışdı. Yəqin etmişdi ki, bu yoldan sağ-salamat qayıtmayacaq, amma fikrindən dönməmişdi.
– Dayan, kimsən?
İlyas fikirdən ayılanda sinəsinə tuşlamnış lüləni gördü və anladı ki, qaçaqlara rast gəlib. Sevindi.
– Məni Qaçaq Süleymanın yanına aparın.
– Aldatdım deməzsin ki?
– Doğru sözümdür. Vacib işim var.
– Ə, sənin onnan nə işin ola bilər?
– Olmasa, bu boranda, qarda bələnlər aşıb buraya gəlməzdim ki?
İlyasın sərt cavabi qaçağı bir az çaşdırdı. Tüfəngi aşağı salıb ona yaxınlaşdı. Diqqətlə üst-başını süzdü və arxaya keçdi.
– Düş qabağıma! Onsuz da buradan salamat qayıtmayacaqsan.
– Qayıtmayanda da qayıtmaram, məni niyə qorxudursan?
– Yekə-yekə danışma, düş qabağıma.
O, içəri girəndə Qaçaq Süleyman qara damın küncündə, peçin yanına qoyulmuş taxtın üstündə, mütəkkəyə dirsəklənərək uzanmışdı. Çəkmələrini soyunsa da yarağını çıxartmamışdı. Qoltuqaltıları çiynində, tüfəngi yanında, onaçılan qarnının üstündəydi. İlyası görəndə dikəldi, ayaqlarını taxtdan sallayıb oturdu və qan sağılmış gözlərini onun üzünə zillədi. İlyas bu zəhmli baxışlardan sarsılmadı, əksinə, sakitləşdi. Əslinə baxsan ona elə gəlirdi. O bilmirdi ki, keyləşib. Qulaqları heç nə eşitmir, gözləri gözlərinə sancılmış gözlərdən başqa heç nə görmür, harada olduğunu, kiminlə üz-üzə dayandığını belə ayırd edə bilmirdi.
– Xeyir ola, komsomol, niyə gəlibsən?
Bu səs onu ayıltdı. Beyninin uğultusu, qulaqlarının güyültüsü bircə anda yoxa çıxdı və qaçağın özü də elə bil dumandan sıyrılıb bütün aydınlığı ilə önündə dayandı. İlyas qurumuş dodaqlarını dili ilə islatdı və düz onun gözünün içinə baxdı.
– Sənin üzünə tüpürməyə.
Bircə an, yalnız bircə an ortalığa sükut çökdü. İlyas elə bil çiyinlərini ildırım daşı tək basıb əzən yükün altından çıxıb yüngülləşdi. Ona elə gəldi ki, sinəsi genişləndi, nəfəsi açıldı. Və birdən qan sağılmış gözlərin sərt baxışlarını üzündə hiss etdi. Bu baxışların üzünə sancılması ilə qollarının daldan qanrılıb burulması bir oldu. Onu sürüyüb bayıra atmaq istədilər. Qaçaq Süleymanın zəhmli, amiranə səsi eşidildi;
– Buraxın, qoyun sözünü axıracan desin. Niyə mənim üzümə tüpürürsən, bala?
– Ona görə ki, yalançısan, hər yerdə namusdan danışırsan, amma sənə arxalananlar namussuzluq eləyirlər. Toy günü gəlini nişanlısının əlindən almaq istəyirlər.
Kişini elə bil ilan çaldı. Yerindən sıçrayıb dik atıldı.
– Kimdi o biqeyrət?
– Koxalıların Rəşidi.
Qaçaq Süleymanın qaşları çatıldı. Üzünim tükləri biz-biz oldu. İlyas gördü ki, kişinin geniş sinəsi körük kimi qabarıb endi. Bir xeyli fikirli-fikirli ortada hərləndıkdən sonra taxtın üstünə uzanıb mütəkkəyə dirsəkləndi.
İlyasın sözü onu yaman tutmuşdu. Doğrudan da, onu çöllərə salan nəydi? Neçə il idi ki, evindən-eşiyindən niyə didərgin düşmüşdü? Kim idi onu yuvasından hürküdən? Süleymanın atası da, özü də, elə qohum-qardaşları da şura hökuməti qurulanda hamıdan çox sevinmişdilər. Yenicə ayrılan açılıb, dirçəlmişdilər. Onların nəsli kasıb dolanmışdı, amma heç kəsin qabağında əyilməmişdilər. Atası həmişə onlara deyərdi ki, kişinin birinci sifəti namusdur. Gərək təkcə öz namusunu yox, qonum-qonşunun, el-obanın da namusunu qoruyasan. Kişi olan başqasının qız-gəlininə xain gözlə baxmaz. Bu sözlər uşaqlıqdan onun beyninə həkk olunmuşdu. Sonra böyüyüb kəndin dəliqanlılarına qoşulanda da, toyda-mağarda cıdıra çıxıb at çapanda da, kəndin cavanları ilə qurşaq tutub güləşəndə də atasının sözləri qulaqlarından getmirdi. Onu barmaqla göstərirdilər. Kürəkləri enli, beli nazik idi, az qalırdı üzükdən keçsin. Ona gözü düşənlər çox idi. Bilirdi ki, kəndin qızları onun dalınca həsrətlə boylanırdəlar və az qalırdılar ki, qabağa düşüb ürəklərini açsınlar, altdan yuxarı üzünə baxıb həyadan pörtə-pörtə "No olar, mənciyəzi al" desinlər. Ona söz atan gəlinlər də olurdu. Amma Süleyman onlara gözünün ucuyla da baxmırdı. Kəndin ağsaqalları "halal olsun, kişinin oğluna" - deyib, onunla qürurlanardılar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-namus-qacagi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən ot tayasına od vurulduğunu eşidən kimi çırağı söndürdü. Belə hallarda düşmən pusquda dayanıb, qapını gözlədiyini yaxşi bildiyindən, tüfəngi götürüb pəncərədən bayıra atıldı. Həyətə çıxmayıb, birbaş evin dal tərəfinə hərləndi. Çəpərin dibinə sinəsinə kölgə kimi sürünüb, talvarın altına gəldi. Dirəyə daldalanıb, itlərin qəzəblə hürdükləri tərəfə bir-iki güllə atdı. Qaranlıqdan onun atəşinə atəşlə cavab verdilər. Yaşıla çalan barıt alovu parıldayıb söndü. Cahandar ağa tətiyi bir də çəkib işıq gələn səmtə atəş atdı. Çaxmağı hərləyib yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını qovub sahilə endirdilər. Kişi "ayə, qoymayın!" - deyə qıy çəkdi. Nökərlər əllərinə nə keçdisə götürüb darvazadan çıxdılar. Tapdıq tövlədəki atlardan birini yallayıb belinə qalxdı və siyirməxəncər sahilə doğru çapdı.İtlər qaraltını yaxaladılar. Onu əvvəlcə kəndin içinə doğru, sonra isə yanan tayalara tərəf qovdular. Cahandar ağa qaraltı alovun işığına çıxan kimi nişan almaq üçün barmağı tətikdə hazır dayandı. İtlər qaçanın qabağını kəsdilər. Cahandar ağa hiss etdi ki, at bürküb fınxırdı və birdən sıçrayıb üzüaşağı, Kürə doğru çapdı. İllər ondan əl çəkmədilər. Kişi yenə bir-iki güllə atdı. Nökərlərin qaçan adamı qamarlamağa çalışdıqlarını bilib gözlədi. O hiss etdi ki, Tapdıq itlərin geri qaytardığı adamın qabağını kəsmək fikrindədir.
İkinci hissə, 5Onlar yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. Çəmənliyə səpələnib zarafatlaşan, çiyinlərində su dolu səhəng olmasına baxmayaraq, bir-birini qovub-oynaşan qızlar qaşdakı kişiləri görən kimi susdular. Onların yarğanlarda əks-səda verib qulaqlarda cingildəyən gülüşləri xırp kəsildi. Gəlinlər əmr almış kimi yaşmaqlarını burunlarının ucunadək qaldırıb, baş örtüklərini irəli, gözlərinin üstünə çəkdilər. Aleksey Osipoviç cığırla qatarlaşıb gələn qızları xeyli süzdü. Əhməd də yerindən tərpənmədi. Onların səfini pozmamaq üçün sahilə enən yeganə cığırdan kənara çıxdı və özünü elə apardı ki, guya gəlinləri görmür, harasa uzağa, Kürün o üzündəki meşəyə baxır.Qızlar sakitcə onların yanından ötüb keçəndə Əhməd ayaq saxlayıb dala qalan Salatını tanıdı. Özü də hiss etmədən, titrək səslə onu çağırdı. Qardaşından bir xəbər, ya da məktub olacağını zənn edən, elə buna görə də ayağını sürüyüb arxada qalan qız dabanı üstə fırlanıb geri döndü. Qırmızı koftasının sinəsinə tökülmüş muncuğunun gümüş pulları cingildəyib parıldadı. Yaşmağı sürüşüb düşdü. Onun təəccübdən geniş açılmış intizar dolu gözləri Əhmədin üzünə zilləndi. Qızı nə üçün çağırdığını unutmuş kimi sakitcə dayanan Əhməd gözünü qızın üzündən çəkmədən susdu. Əşrəfi Qoriyə yola salanda ilk dəfə gəminin yanında gördüyü Salatının indi xeyli dəyişdiyini dərhal sezdi. Qız qolunu çiynindəki səhəngin qulpuna keçirib dayanmışdı.
İkinci hissə, 6Kəndin ortasındakı təpədə, iri tut ağacının kölgəsində, böyük bir mərəkə vardı. Göytəpəlilər dağ köçü, ya da biçin vaxtı olduğu kimi, buraya məsləhətə yığışmışdılar. Adətən onlar çətinliyə düşəndə, elliklə bir iş lazım gələndə buraya toplaşıb ağsaqqallara qulaq asar, görüləcək işlər barədə tədbir tökərdilər. Bu təpə çox hadisələrin şahidi olmuşdu, sözləri çəpləşən kənd cavanları burada çox yumruq davasına çıxıb bir-birinin üstünə xəncər çəkmiş, bəzən də aralığa qan salınmışdılar. Burada çox adamlar əlini Qurana basıb günahsız olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı. Bu təpədə evlər yıxılıb, evlər tikilmişdi.İndi də camaat böyük maraq və intizarla buraya toplaşmışdı. Üç gündən bəri şənliyə yayılan söz-söhbətin əslini öyrənmək və kəndi dolaşan o "keçisaqqal rus"un haradan gəldiyini və nə istədiyini bilmək həvəsi ürəkləri bürümüşdü. Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı. Molla Sadığın məsciddə dediyi sözlər adamları ehtiyatlandırmışdı. Təpə arı yuvası kimi qaynayırdı.
İkinci hissə, 7Mələk Cahandar ağanı bir həftəlik ayrılıqdan sonra öz istəkli ərinin həsrətini çəkən təzə gəlinlər kimi mehribanlıqla qarşıladı. Qəmər at evə çatdığını hiss edib bərk kişnəyəndə, şalını başına salıb həyətə yüyürdü, nökərlərdən əvvəl cilovu tutub, kişinin üzəngisini basdı. Belə şeylərdən xoşu gəlməyən və tez-tez "Mən ölənə kimi üzəngimi basmağa qoymaram" - deyən Cahandar ağa bu dəfə də dinmədi. Görünür, son vaxtlar Mələyin bu cür hərəkətlərinə alışmış olduğundan, sakitcə atın tərkindəki iri xurcunu yerə düşürdü. Bu bir neçə gündə sir-sifəti durulan təzə arvadını gözaltı süzdü. Kişinin odlu baxışlarını üzündə hiss edən Mələk azca qızarıb həyalandı. Bunu ərinə sezdirməmək üçün sürüşüb boynunun dalına düşən şalını yavaşca gözünün üstünə çəkdi. Kişi Mələyin həm utandığını, həm də gözəlliyini duyan qadınlar kimi qomzələndiyini hiss etdi. Hətta onun ürək çırpıtıtılarının koftasını titrədiyini də gördü. Büruzə verməsə də, belə bir cavan gəlinin qəlbini ovlaya bildiyi ilə qürurlandı. Mələk ərini altdan-yuxarı ürkək baxışlarla süzdü.– Əyə, nə yaman ləngidin?
Стихи других поэтов
Beş gün səfər etdim, bir xanə gördümBeş qapısı, bağlı, bu dərindi bu.
Aşiq hərayə çatarAşiq hərayə çatar,Oxur hər ayə çatar,
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Kimdir ki, verməsin könül əbrukəmanlaraKimdir ki, verməsin könül əbrukəmanlara,Dil verməmək mahaldı bu dilsitanlara.