Ölüləri qəbristanda basdırın
Страница 2 из 4 · 25%
– Yoxsa ürəyini çalan var, mənə düzünü de?
– Ürəyimi çalmaq istəyən çoxdu, amma hələ heç kəsə meylimi salmamışam.
– Sala da bilməzsən. Çünki mən varam.
Cavanşir gördü ki, qız lap gerçəkləyib. Əslinə baxsan Cavanşir özü də onun sorağını çoxdan almışdı. Qonşularından, xala və bibi qızlarından eşitmişdi ki, Şəmistan ağanın deyib-gülən, at çapan, nazlı-duzlu bir qızı var. Amma anası bir dəfə sözə qarışmışdı: "A bala, onlar varlı-hallı, arxalı nəsildir, biz onlara tay ola bilmərik". O gündən Cavanşir bu söz-söhbətdən uzaq gəzməyə çalışırdı. İndi isə gözlənilmədən qabaqlaşmışdılar.
At yüyəni yeyib kişnədi və şahə qalxıb dartındı. Cavanşir gördü ki, bir az da keçsə xallı göy at yüyəni qızın əlindən qoparıb qaçacaq və onu tutmaq çətin olacaq. At madyan görmüşdü.
Sıçrayıb yüyəndən yapışdı və atın yönünü qovaq ağaclarına tərəf çevirdi. Göy at dartındı, fınxırdı və yüyənin güclü əldə olduğunu görüb sakitləşdi.
Cilovu qıza verəndə əlləri bir-birinə toxundu. Diksinib bir-birlərinin üzünə baxdılar. Elə bil qarşısında dayanan qız bayaqkı Həcər deyildi. Birdən cəsarətə gəldi. Qollarını qızın belinə dolayıb sinəsinə sıxdı. Göz-gözə, nəfəs-nəfəsə dayandılar. Cavanşir qızın titrəyən bədəninin təmasından lərzəyə gəldi. Dodaqlarını dodaqlarına yapışdırdı. Qızın təpimiş dodaqları onu yandırdı. Həcər sustaldı, göz qapaqları yumuldu. Cavanşirin isti nəfəsi onun boynunda, sinəsində gəzdi. Bircə an da keçsəydi, oğlan qızı qolları arasına alacaq, cığırdan aralayıb otluğun qalın yerində arxası üstə yıxacaqdı. Ancaq Həcər gözlənilmədən çırpındı və ilan kimi qıvrılıb kənara atıldı. Atılması ilə də Cavanşirə tərs şillə çəkməyi bir oldu.
– Üz verəndə, astar istəmə!
– Özün...
– Behini aldın, elçini göndər!
Həcər atın belinə sıçradı. Göy at götürüldü. Cavanşir qızın dalınca baxa-baxa qaldı.
Yenə havada qovaq ağaclarının ləçəkləri uçuşur, hardasa qumru quşları ötüşürdü...
Həcər çox gözlədi, amma Cavanşir tərpənmədi.
Bir gün kənddə toy vardı. Cavanlar cıdıra hazırlaşırdılar. Şəmistan ağa da göy xallı atını minib gəlmişdi. At dəfin səsini eşidəndə oynamağa başladı. Meydanda - xırman yerində - fırlandı, şahə qalxdı, sonra yorğa yerişlə iki-üç dövrə vurub camaata yaxınlaşdı. Birdən Cavanşirin yanında dayandı, onu imsilədi. Şəmistan ağa təşviş içində cilovu çəkib atdan düşdü. Gözaltı Cavanşiri süzdü. "Bu at onu hardan tanıyır?" - deyə fikirləşdi və gördü ki, at oxranır, çəçiyini yerə döyür, oğlan isə gözünü atdan çəkmir. Birdən yüyəni Cavanşirə verdi.
– A bala, sıçra atın belinə, göstər hünərini.
Oğlan çaşıb qaldı.
– Di tez ol, sonra dallarından çata bilməzsən.
Ayağını üzəngiyə qoymağı ilə atın belinə qalxmağı bir oldu. Şəmistan ağa bir xeyli, qürurla, atın dalınca baxdı və qanrılıb meydandan aralanmaq istəyəndə qulağına səs gəldi. "İndi atını minməyə verdi, sonra da qızını verəcək". Meydan kişinin başına fırlandı. Özü də hiss etmədən xəncərin dəstəyindən yapışıb yarıyacan siyirdi və dahanı üstə fırlanıb söz deyəni doğramaq istədi. Ancaq necə oldusa əl saxladı. "Lənət sənə, kor şeytan", - dedi və xəncəri qınına saldı. Ömründə ilk dəfə özünü eşitməzliyə vurdu və barmağını dişlədi. "Demək belə, Həcərin sirri varmış, ona görə gələn elçiləri qapıdan qaytarırmış". Kişi nə cıdıra baxa bildi, nə də deyilənləri eşitdi, nə də Cavanşirin hamıdan qabaq gəlib nəmər aldığını, atın boynunu tumarlaya-tumarlaya ona yaxınlaşdığını gördü. Evə də necə gəldiyindən xəbəri olmadı, qızı ilə dəhlizdə qarşılaşanda bircə anlığına onun gözlərinə baxdı. Qızı suçlu adam kimi başını aşağı salıb geri çəkildi.
Bir həftə evdə heç kəsi dindirmədi, arvad-uşağın üzünə baxmadı. Heç kəs bilməsə də Həcərin ürəyinə damdı ki, atası nəsə eşidib...
Bir axşam Şəmistan ağa arvadını yanına çağırıb, qapını örtdürdü.
– Qızın niyə ipə-sapa yatmır, yoxsa əngəli var?
– Bıy, a kişi, ağlını başına yığ, o nə sözdü, danışırsan?
– Bə, niyə elçi gəlmək istəyənləri doqqazdan yola salır?
– Həlbət ürəyinə yatan yuxdu.
– Yoxdu, yoxsa var?!
Arvad başını aşağı saldı. Əri ilə söz güləşdirmək istəmədi. Anladı ki, kişi deyəsən duyuq düşüb, sözün düzünü deməyi məsləhət bildi.
– Olanda nə olar, yetişmiş qızdı. Özün həmişə demirdinmi ki, kimi istəsə ona verəcəm. Kişi bir az sakitləşən kimi oldu.
– Kimdi, bə, niyə ortalığa çıxmır?
Arvad çiynini çəkdi.
– Nə bilim?
Şəmistan ağa yenidən həyəcanlandı. Ürəyindən nə keçdisə, oturduğu yerdə dikəldi və az qaldı gözü ilə arvadı yesin.
– Yoxsa, o gədədi?
– Kim, Cavanşirmi?
– Demək bilirsən? Bəlkə, xəlvətcə onları görüşdürürsən də?!
– Vallah üzünü də görməmişəm. Bircə dəfə qızın dilindən qaçırıb ki, özümə oğlan tapmışam, adı da Cavanşirdir.
Aralığa sükut çökdü.
Cavanşir bir kişi kimi onun da xoşuna gəlirdi. Boylu-buxunlu, yaraşıqlı bir oğlandı.
– Yəni deyirsən dul arvad oğlundan kişi çıxar?
– Niyə çıxmır? Əlin, gözün üstündə olsa, çıxar.
Bu hadisədən xeyli sonra yaylağa köçdülər. Ordan-burdan qızı yenə istəməyə başladılar. Cavanşirgildən isə səs çıxmadı.
Kəndin kişiləri dəyələrin aşağısındakı çəmənliyə yığışmışdılar. Cavanlar da kənarda dayanmışdılar. Ordan-burdan söhbət edirdilər. Buğaların döyüşündən, kəllə buğanın kəllə-kəlləyə gəlməsindən söz salmışdılar. Hərə bir xatirə, hərə bir əhvalat danışırdı. Axırda Şəmistan ağa da söhbətə qarışdı. "Keçmişdə, bildiyiniz kimi, hər naxırın öz buğası olardı. Bizim də iki-üç buğamız vardı, əldən düşmüşdülər. Atam soraqlaşdı, axtardı və bir cins yaza buğa aldı. Çox yaraşıqlıydı, tükləri qızıla çalırdı. Dərisi də elə bil məxmərdi. Naxırı qomarğalayıb qabağına qatırdı. Qoymurdu ki, buğalar yaxın gəlsin. Buynuzu ilə yeri eşib onları hürküdürdü. Naxırda inəklər də vardı, düyələr də. Buğaya gəlmək vaxtlarıydı. Elə ki, buğanın biri inəyə, ya da düyəyə yaxınlaşmaq istəyirdi, yazabuğa böyür-böyür böyürür və onların yolunu kəsirdi. Amma üzülmüşün özü də düyələrə yaxın gəlmirdi. Atam gördü ki, iş belə getsə mal qısır qalacaq. Yazabuğanı naxırdan aralayıb kəsdi vo alışma elədi".
Kişilər gülüşdülər, yaman gülüşdülər. Cavanşir isə sözü özünə götürüb pul kimi qızardı.
O gecə anası ilə danışdı. El dağdan arana enəndə qıza elçi göndərdilər və nişan taxdılar. Cavanşir toya hazırlaşanda isə onu Qəza Firqə özəyinə çağırdılar və ikiillik firqə məktəbinə oxumağa göndərdilər.
Geri qayıdanda onu tanımaq olmadı. Özü də dəyişmişdi, əyin-başı da. Ayağında uzunboğaz çəkmə, belində aşırmalı enli kəmər vardı. Tünd bənövşəyi rəngli şivyotdan qalife şalvar-köynək geyinmişdi.
Kürəyi bir az da enlənmiş, özü bir az da gözəlləşmişdi. O, qarşısına məqsəd qoymuşdu: Qəzada birinci "Kommuna" yaratmaq. Fikrini Firqə özək katibinə də dedi. Beyəndilər və başa saldılar ki, bunun üçün əvvəlcə qolçomaqları əzmək lazımdır.
Ertəsi günü Şəmistan ağanı idarəyə çağırdı. Bir xeyli sözü nədən başlayacağını bilmədi. Kişi gözləyirdi ki, iki ildən çox onun yolunu gözləyən Həcərdən söz salacaq, toy haqda məsləhətləşəcəkdi. Amma Cavanşir sözünü qəribə başladı.
– Şəmistan əmi, özün bilirsən ki, kəndimizdə səndən varlı adam yoxdu.
– Nə demək istəyirsən?
– Gərək mal-qaranı təhvil verəsən.
– Kimə?
– Kolxoza. Kəndimizdə kommuna quracayıq.
– O nə olan şeydi?
Cavanşir izah elədi. Kişi diqqətlə qulaq asdı və birdən ayağa sıçradı.
– Get özünə peşə tap, bala, mən heç kəsə mal-qara verən deyiləm!
– Verməzsən, zorla alarıq.
– Nə ixtiyarla?
– Qolçomaq olduğuna görə.
Bir həftədən sonra şəhərdən milislər tökülüşüb gəldilər. Şəmistan ağanın evini qomarğaladılar. Kişini tapa bilmədilər. Gecəynən duyuq düşüb, qaçmışdı. Ev-eşiyi bir-birinə qatdılar, arvad-uşağı çölə tökdülər. Yorğan-döşəyi, ələ keçən pal-paltarı bir arabaya doldurub dörd milisin müşayiəti ilə qəza mərkəzinə yolladılar. Oradan da sürgünə...
Əl-ayağa dolaşan ütanadığından işi yaxşı getdi. İki iki kəndi sökdü, əyri-üyrü çəpərləri dağıtdı, köhnə evləri uçurtdu və çay kənarında, gözəl, sulu yerdə cərgə ilə yeni evlər tikdirdi. Dəyirman yerində balaca bir elektrik stansiyası da qurdurdu. Evlərə işıq gəldi. Arvadların canı hisli çıraq şüşəsi təmizləməkdən qurtardı. Hər şey onun gözimdə gözəlləşmişdi. Kommunanın balaca "Fordzon" traktoru, taxıldöyəni, otbiçəni vardı. Klubu hər gecə işləyirdi. Belə bir qayda qoymuşdu: kəndə gələn qonaq qohumunun evinə yox, kommunanın qonaq otağına düşməli idi. Qohumlar burada görüşməli, kommunanın hesabına düzələn yemək-içməyi də bir yerdə yeməliydilər. Cavanşirin adı dillərə düşmüşdü. Tez- tez mərkəzdən adamlar gəlir, şəklini çəkir, qəzetlərə məqalələr yazırdılar. Onun başı işə o qədər qarışmışdı ki, çox vaxt evə də gəlmirdi. Elə idarədə divana uzanıb yatır, ya da şinelini üstünə salıb dirsəklənir, bir azca çimir alırdı. Anasının da gecəsi-gündüzü yoxdu. Arvad səksəkə içində səhərəcən, doqqazda, oğlunun yolunu gözləyirdi. Həftədə bir-iki dəfə ancaq görüşürdülər. Görüşəndə arvad kəlağayısının ucu ilə gözünü silə-silə oğlunu danlayırdı:
Kitabxana.az · https://kitabxana.az/ru/works/ismayil-sixli-oluleri-qebristanda-basdirin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yoldaş Fətullayev kənd şura sədri Mustafa kişinin isti otağında əyləşmişdi. Döşəməyə gəbələr salınmışdı. Divardan da gəbələr asılmışdı. Küncdəki nikelli çarpayının üstünə təzə ipək yorğan-döşək düzülmüşdü. Evin ortasındakı dəmir soba gurhagurnan yanırdı. Ocaq azca öləziyən kimi Mustafa kişi əyilib doğranmış odunlardan sobaya atırdı. İçəri elə isti idi ki, kəndin üstünü qış aldığını, bayırda qar-boran olduğunu adam heç ağlına gətirə bilmirdi. Bura Mustafa kişinin qonaq otağı idi. Qəza mərkəzindən gələn hörmətli adamlar burada çörək yeyir, burada da yatardılar. Fətullayev mizin arxasında oturub həmişə özü ilə gəzdirdiyi yan çantasını açmış və kağızları stolun üstünə səpələmişdi. O nəyi isə axtarır, müxtəlif adlar, famillər yazılmış siyahıları diqqətlə nəzərdən keçirir, dönə-dönə yoxlayırdı. O özünün və rus əsgərlərinin buraya nə üçün gəldiyini hələ heç kəsə deməmişdi. Mustafa kişi də qorxusundan soruşmamışdı. Şura sədri bilmirdi ki, qaranlıq qarışıb, əl-ayaq yığşırılandan sonra əsgərlər həyətlərə, qapılara dağılmışdı. Onlar heç kəsi içəridən bayıra buraxmır və keşik çəkirdilər. Gecədən xeyli keçmiş yoldaş Fətullayev kağızlarını yığışdırdı və üzünü Mustafa kişiyə tutdu:– Səhər tezdən - işıqlaşan kimi adamların burda olsun. Silahlı komsomolçularını deyirəm. Onlarla söhbətim var. İndi isə, gəl yataq, səhər tezdən durmalıyıq, işimiz çoxdur. Amma elə elə ki, gecə peç sönməsin.
VIII fəsil, 3Fətullayev dabanı üstə fırlandı və şura sədrinin sözünü ağzında qoydu:– Olmaz! Bir də bilmirsən o bağlamalarda nə var?
VIII fəsil, 4Qar ara vermişdi. Göyün üzündə gün işıldayırdı. Amma hava sazaq idi. Dünəndən kişilərinə çörək gətirən arvadlar evlərinə getməmişdilər. Onlar qonşu həyətlərdə, damların böyründə, çəpərlərin dibində büzüşüb oturmuşdular. Ümid edirdilər ki, böyüklərin ürəyinə insaf gələcək və kişilərin yemək üçün evlərdən gətirilən şeyləri qəbul edəcəklər. Damların üstü, çəpərlərin dibi, kənd yolları, evlər qarın altında qalmışdı. Başqa vaxt olsaydı, kənd adamları damların üstünü, həyət-bacaları qardan təmizləyər, mal-qaranı həyətə çıxardar, sonra da kürəyi götürüb yollarda cığır açardılar. Bacalarından tüstü qalxan evlərin belindəki qarı təmizləməyin ayrı ləzzəti var idi. Uşaqlar da, elə böyüklər də bundan ayrı zövq alardılar. Amma indi həyətlərdə nə malqara görünür, nə də qar təmizləyirdilər.Məsciddəki camaat soyuqdan titrəşirdi. Biryandan qar-şaxta, bir yandan da aclıq onları əldən salmışdı. Soyuqdan donmamaq üçün ayaqlarını yerə döyür, kürək-kürəyə verib bir təhər qızışırdılar, Qar adamın gözünü qamaşdırırdı.
VIII fəsil, 5Gün əyilmişdi. Yenidən sazaq başlayırdı. Kimsə hasarın dibinə yaxınlaşdı və tüfəngini gətirmək üçün icazə istədi. Onu iki rus əsgəri süngünün qabağına salıb evinə apardı. Oğlan tövlənin axurunda gizlətdiyi tüfəngi götürdü və əsgərlərə verdi. Onu buraxdılar. Bundan sonra camaat irdələndi, silahlarını gətirib təhvil verdilər. Axşam üstünə yaxın məscidin həyəti boşaldı.Uzun qılınclı atlı komandirlər qonşu kənddən gətirdikləri dustaqları məktəbin həyətindəki kalafaya doldurdular. Dustaqlar elə zənd etdilər ki, onları elə buradaca güllələyəcəklər. Amma onlara dəymədilər. Aradan bir az keçəndən sonra Qaymaqlı kəndinin sakinlərindən də bir dəstə gətirib onlara qatdılar.