Günlər
Страница 3 из 4 · 50%
– Bu sualını başa düşmədim, arvad. Əlbəttə, mənim də inanmadığım adamlar var. Onların adlarını də sənə deyə bilərəm, ancaq inandığım adamlar o qədərdir ki, saymaqla qurtaran deyil... Şerini oxuyursan, ya yox?
O, araya söz qatmaq üçün əlimdəki zərfi göstərib soruşdu:
– Uşaqlarından nə xəbər var?
– Yaxşıdırlar, vəziyyətlərindən narazılıq eləmirlər.
– Sən də lap gülməli söz deyirsən. Tutaq ki, narazılıqlarını sənə yazdılar. Onların da, sənin də atana od vurmazlar?
Mən güldüm:
– Daha bundan artıq nə od vuracaqlar?
Elə bil şişman qadının əlinə gözəl bir fürsət düşdü, mənim sözlərimdəki ziddiyyətdən xoşlanır, kinayəli, hiyləgər təbəssümlə gülümsündü və baxışlarını qəsdən bir xeyli üzümdə saxladı:
– Yaxşı, – dedi, – bəs soruşmaq ayıb olmasın, vəziyyətlərinin nəyindən razıdırlar? Yəqin sən onları öyrətmisən.
– Sən şerlərində də belə həssassan? – deyə mən də onun kinayəsinə kinayə ilə cavab verdim.
– Oxuyaram, görərsən. Hələlik, gəl, bu qazanı düşürək, köməkləşib yuyaq, – deyə şişman qadın əsginin birini mənə verib, birini özü götürdü. – Ehtiyatlı ol, əlini yandırarsan. Pis də olsan, yaxşı da olsan bizdənsən. Sənə yazığım gəlir...
Bu anda bostan üçün ayrılmış torpaq sahəsindən bəridə, yanıb saralmış otlaqdan müdhiş bir səslə bağıran Mollayi Kəbirin fəryadı eşidildi. Mən qazanın qulpunu əlimdən buraxıb o tərəfə boylandım. Tarlada işləyənlər və düşərgədən hələ heç yana getməmiş adamlar yüyürüşüb Mollayi Kəbirin dövrəsini bürüdülər. “Nə olub, nə olub?” deyə bir-birindən soruşmağa başladılar.
Mən də yüyürüb izdihama qarışdım. Kim isə adamları tələsdirirdi:
– Nə durmusunuz, ay camaat, tez komendanta xəbər verin, doktor çağırtdırsın! Görmürsünüz qılçası necə xal-xal olub! Yazıq kişini yaman zəhərləyib... Biriniz yüyürün, leytenanta deyin, tədbir görsün!
Adamların əhatəsində aşağı çöməlib Mollayi Kəbirin qılçasını müayinə eləyən Rəcəb kişi, təəssüflə ağzını nırçıldadıb, başını bulayır, amma nə üçünsə o qədər də tələsmədən deyirdi:
– Maşın versəydilər, tez həkimə çatdırardıq. Bir o yana, bir bu yana gedib-gələnəcən, iş-işdən keçər, yəni zəhər bütün bədəninə yayılar... Yəqin gürzədir... Mollayi Kəbir, ilanı gördün, görmədin?
Mollayi Kəbirdə cavab verəsi hal yox idi. Ağrı ona güc gəldikcə zarıyır, canını dişinə basıb, qışqırmamağa çalışırdı.
– Kimdə iti bıçaq var, ay camaat? – deyə Rəcəb kişi yanındakı adamlara göz gəzdirib soruşdu. – Tez olun, bıçaq verin!..
Ayaq üstündə durmuş kişilərdən bir neçəsi cib bıçaqlarını cəld çıxardıb, tez-tələsik irəli uzatdı. Mollayi Kəbir iri tiyəsi parıldayan ov bıçağını Rəcəb kişinin əlində görüncə, təkrar qışqırdı:
– Canım, bu neyləmək istəyir? Yox, yox, lazım deyil!..
– Qorxma, boğazını kəsmiyəcəyəm, – deyə Rəcəb kişi oyan-buyana göz gəzdirdi. Bıçağı itiləmək üçün daş axtarırdı, ancaq heç nə tapa bilməyib, yanında dayanmış oğlanın əlindəki bıçağı dartıb aldı. Mollayi Kəbir, hərçənd bu molla tayfası ilə elə uşaqlıqdan aram yoxdur, onları bircə-bircə kəssəm də yeri var, amma səni ölümdən qurtarmaq istəyirəm, çünki sən molla deyilsən, görürəm zəhmətkeş adamsan, bu bostanın ucbatından belə əzab çəkirsən... Ya allah, Mollayi Kəbir... Gözünü yum, bu saat sənin də, özümün də kəfənimi boğazıma dolayıram. Ya ikimiz də gedəcəyik, ya səni ölümdən qurtaracağam... – Rəcəb kişi uzun tiyəli bıçaqla Mollayi Kəbirin topuğundan bir azca yuxarıda qılçasını çərtdi, tezcə də dodaqlarını yaraya yapışdırıb, zəhəri sormağa başladı. Bir dəfə sorub tüpürdü, iki dəfə sorub tüpürdü, üç dəfə sorub tüpürdü, sonra qanı bir xeyli buraxdı... – Mollayi Kəbir, səndən əcəb donor olarmış, nə bolluca qanın var, a kişi, lap elə bil fantan vurur!..
Doğrudan da onun qanı fəvvarə kimi göyə qalxır, günün ziyasını əks elədikcə rəng verib-rəng alırdı. Məndən sonra izdihama yanaşmış Sədi Kamal zarafata başladı:
– Balam, bu Rəcəbin bilmədiyi bir sənət var görəsən?.. Hə də, qazaxlılar at oğurlamağa qədimdən vərdiş elədikləri üçün, baytarlıq sənətəni də yaxşı bilirlər...
Rəcəb kişinin bütün fikri-zikri Mollayi Kəbirdə olduğu üçün, Sədi Kamalın zarafatına sonradan sonraya cavab verdi:
– Məni ələ salarsan də... Dilin gəlməz ki, deyəsən Rəcəb Səlimov diplomsuz cərrahdır, ilan vuranı ölümün caynağından bu cür məharətlə qopartdı!.. – Cibindən köhnə qəzet parçası çıxardıb yandırdı, külünü yaranın üstünə basdı – Mollayi Kəbir cibində təmiz yaylığın var?
– Uf-ufff... – deyə Mollayi Kəbir yerində qıvrıldı. – Öldüm, ay tanrı... Yoxdur yaylığım... Ufff...
Rəcəb kişi ondan təşəkkür əvəzinə bu sözləri eşitdiyi üçün, inciyib qaşqabağını tökdü:
– Yox, əmi oğlu, bunu yalan dedin... Ölməyəcəksən... Bax, indi əsil, yəni diplomlu doktor lazımdır ki, gəlib baxsın, qanını analizə versin, desin görək bədənin tamam təmizlənib, yoxsa hələ zəhər var... Məncə yoxdur... Allah üzünə baxdı, Mollayi Kəbir, təsbeh çevirə-çevirə oxuduğun dualar səni qurtardı... Elə mənim də üzümə baxdı, zəhər bədənimə sirayət eləmədi...
Yenə leytenantın bağırtısı eşidildi:
– Bu nədir? İşləmək əvəzinə niyə avaralanırsınız?
Adamlar ortadan bölünüb, ona yol verdilər. Dalı üstə uzanmış Mollayi Kəbiri təpədən-dırnağa qədər gözdən keçirən leytenantın qaşları çatıldı və o, birdən hirsi yatmış halda soruşdu:
– İlan vurub?
Rəcəb kişi sağ əlini yerə dayayıb, ayağa qalxdı və leytenantla üzbəüz dayandı:
– Bəli, – dedi, – ilan vurub... Bəlkə doktora aparaq, hə?
Leytenant acı-acı güldü:
– Hı, hı... Doktora? Nə üçün? Buranın ilanları hansı adamı çalsa, qurtardı, gərək ona kəfən sifariş eliyəsən... – Bu anda Mollayi Kəbirin iniltisini eşidib, hələ də onun ölmədiyinə təəccüb eləyərək baxdı.
– Sağdır? Nə əcəb? Belə görünür ki, canı bərkdir...
Bu dəmdə şişman qadını böyrümdə gördüm.
– Doğrudan da nə əcəb? – deyə o da Mollayi Kəbirin indiyəcən sağ qalmağını möcüzə sayaraq, məni də bu fikrinə şərik eləmək üçün, qarnımın sağ tərəfinə bərk bir dürtmə vurdu. – Sən bunun faqqıllıq eləmədiyinə inanırsan? Əgər ilan vursaydı, o saat canı çıxardı.
– Ay arvad, – dedim, – günahım nədir, məni niyə vurursan?
– Gündə on dəfə sən vurursan, cəmi-cümlətanı bir dəfə mən vururam... Allah götürməz?
Leytenant bir də bağırdı:
– Çəkilin, gedin, işinizdə olun!..
Rəcəb kişi burdakı adamların Mollayi Kəbirlə bərabər bostan yerini səpinə hazırlamaq üçün toplaşdıqlarını bildirəndən sonra da, leytenant əmrini təkrar elədi:
– Dağılışın!..
– Bəs bunu doktora aparmayaq? – deyə Rəcəb kişi soruşdu. – Hər halda müayinədən keçirsələr yaxşıdır... Bəlkə, əlavə köməyə ehtiyacı var?
Leytenant indi artıq istehza ilə deyil, tamam ciddi dedi:
– Nə doktor, canım? Hələ bunun sağalmağına ümidin də var?
Onun bu etinasızlığı mənə tamam qeyri-təbii görünürdü: insan adlanan bir məxluq, hətta sevmədiyi və ya nifrət elədiyi bir adamın əzablarına bu cür soyuqqanlı baxmağa haqlı deyildi. Yəqin belə düşündüyüm üçün də leytenantın sözləri məni haldan çıxartdı:
– Yoldaş, – dedim, – ümid oldu, olmadı, ona tibbi yardım göstərilməlidir!..
– Bu əmrdir, yoxsa xahiş? – deyə leytenant dişlərini qıcadı, rəhmsiz bir ifadə ilə parıldayan damarlı gözlərini mənə dikdi. – Sən mənə yoldaş deyilsən!.. Niyazov işdən qovulduğuna görə, bundan sonra vətəndaş sözü ilə yoldaş sözünə fərq qoyulacaq. Anladınızmı?
– Hər halda siz də sovet qanunlarına ehtiram göstərməlisiniz! – dedim.
O, qəzəbinin şiddətindən müvazinətini itirdiyi üçün, mənə tutarlı bir cavab verə bilməyəcəyini dərk eləyib o dəqiqə məndən aralandı və yenə qışqırdı:
– Eşitmirsiniz? Dağılın deyirəm!.. Nəzərdə tutun ki, işləməyənə nə çörək veriləcək, nə də su!
O, yenə izdihamı yarıb uzaqlaşdı. Adamlar dağılışmağa başladılar. Rəcəb kişi ilə bir nəfər Mollayi Kəbiri qollarının üstünə götürüb, çadıra apardılar.
Mən də mətbəxə sarı addımladım. Şişman arvad məndən əl çəkmirdi:
– Gördün də, hökumət nümayəndəsi nə dedi?
Bu qadının hər bir sözü mənim əsəbimə toxunurdu. Ancaq bu dəfə dinmədim: leytenantın hərəkəti məni də hədsiz dərəcədə qəzəbləndirmişdi. Hiss eləyirdim ki, şişman qadın leytenanta söz qaytardığımı görəndən sonra məni də özünün həmfikri saymağa başlamışdı, aramızdakı ixtilafı unudub “doğru yola” qayıtdığımı düşünürdü, kim bilir, bəlkə elə bu səbəbdən də ürək sirlərini mənə açıb-söyləməyə imkan tapdığına sevinirdi.
– Bəri gəl, bəri gəl, gedək şorbamızı bişirək... Sənə bir şey oxumaq istəyirəm... – O, qolumdan yapışıb piyli bədənini mənə qısdı, boynunu irəliyə sarı uzadıb altdan-altdan üzümə baxdı, pıçıltı ilə dedi: – Yaxşı olardı ki, Ceyran xanım da qulaq asaydı, xoşuna gəlsə, segah üstündə mənim sözlərimi oxuyaydı... Düz deyirəm, yox?
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-gunler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
I**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?
Yeraltı çaylar dənizə axırBirinci hissə**Səmirə Aydın bizim köhnə dostumuzdu. Mənim arvadım Gülnisa xanımla orta məktəbin birinci sinfindən ta axırıncı sinfinə qədər bir skamyada oturmuşdu. O vaxtdan bəri sirləri-söhbətləri də bir olmuşdu. Yaxşı yadımdadır: bizim toyumuza dostların hamısından əvvəl o gəlmişdi. İlk sevgilisi Müdhətlə də mən o axşam tanış olmuşdum. Səmirə orta məktəbi bitirəndə on yeddi yaşına yenicə girmişdi. Ona gözəl demək çətindi, amma çirkin də deyildi. Qara, yumru və bir az çıxıq gözləri vardı. Kiçik ağzının sağ tərəfi həmişə yuxarıya dartılmış kimi göründüyündən, nazik dodaqları elə bil gülümsəyirdi. Bu ifadə onun sifətinə nə isə xüsusi bir məlahət verirdi. Qalın və sıx qaşlarının tən ortasında qaralan xal qələm ucundan təsadüfi düşmüş mürəkkəb damcısını xatırladı. Deyib-gülməyi, çalıb-oynamağı yaman sevirdi. Bəstə boyuna görə ayaqları da göyçək idi. “Ceyranı” havasının lirik ahənginə uyaraq süzəndə dirsəyə qədər açıq qolları ilan kimi qıvrılır, bütün bədəninin sümükləri elə bil əriyib yox olurdu. Onun rəqsi tək məni və Gülnisa xanımı yox, çoxlarını heyran qoyurdu. Toy məclisimizə gəlmiş qızlar arasında özünün zahiri gözəlliyi ilə onu kölgədə buraxanlar vardısa da, onun kimi məharətlə piano çalan və onun qədər zərif oynayan yox idi. Bizim toyumuza hamıdan çox o rövnəq verirdi. Müdhət isə həm uca, həm də gözəldi. Onun ağıllı, iri gözləri, geniş alnı, gur və qıvrım saçları, enli kürəyi məclisdəki qızların ürəyində Səmirəyə qarşı həsəd oyatmaya bilməzdi. Onunla Səmirə yanaşı dayananda, gənclərdən bəziləri Hüseyn Cavidin gurultulu bir müvəffəqiyyətlə səhnədə göstərilən “Səyavuş” əsərindən məşhur, qanadlı misraları xatırlayırdılar:
Ağır xəbərMən o gün mətbəxdə idim. Xörək hazırlayırdım. Birdən qapının zəngi çalındı. Bu vaxt gələn kim ola bilərdi? Kamranın işdən, qızlarımın da məktəbdən qayıtmağına hələ çox qalmışdı. Düşündüm ki, indi olsa-olsa Gülnisa gələr. O, qan təzyiqinin çoxluğu nəticəsində parez olub yorğan-döşəyə düşəndən sonra, düz il yarım yatmışdı. Həkimlər yalnız indi qalxmağa və gəzməyə icazə vermişdilər. O, bəzən mənim, bəzən də qonşu arvadlardan birinin köməyi ilə dəniz qırağına çıxır, bir neçə saata açıq havada oturub, yorulanda evə qayıdırdı, mənim işə getmədiyimi biləndə, adətən bizə dəyirdi.Mən qapıya yanaşdım.
İlk zərbəMən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.
Стихи других поэтов
Ah çəkib qan yaş tökrəm,Səndən ötrü maral gözlüm,
Qəzəl: Könül sirrinə hər kəs məhrəm olmazKönül sirrinə hər kəs məhrəm olmaz,Vəgərnə olsa yüz min qəm, qəm olmaz
Gəl, ey Misri-dilim dilbərGəl, ey Misri-dilim dilbər,Əzizi canımın, cananı dilbər.
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.