İmtahan günləri başlanır...
Страница 4 из 13 · 23%
Mən odla su arasında qalmışdım. Məni şofer tərəddüddən qurtardı:
– Nəyi aparacaqsınızsa, göstərin, bacı!..
– Bir az səbir eləyin, qayınanamın xətrinə dəymək olmaz, – deyib, Bədirnisa xalanı səslədim, ondan cavab çıxmadığını görüb dəhlizə yönəldim. Doğrusu, onu bu cür qəmgin görəcəyimi ağlıma belə gətirməzdim. Bildiyiniz kimi o, qadın olsa da, təbiətcə zəif adam deyildi. İndi onun səssizcə ağlamağı məni sarsıtdı. Ona ürək-dirək vermək üçün tutarlı söz tapmadım. “Əgər köçməyimizə razı deyilsənsə, dünən açığını deyəydin, Zəfər özü də eşidəydi. Hələ indi də gec deyil. Hər şey bizdən asılıdır. Zəfərə xəbər yollayıb köçmək fikrindən daşındığımızı bildirmək nə çətin işdir ki?”. – Mən bunu fikirləşə-fikirləşə arxadan qayınanamın arıq çiyinlərini iki əlli qucaqladım:
– Xala, – dedim, – inan ki, mən özüm üçün yox, nəvələrinin xətrinə razı oldum. Əgər sən razılıq verməsən, bu saat şoferi geri yollaram...
Arvad önlüyünün ətəyi ilə gözünün yaşını sildi, üzünü mənə çevirdi:
– Yox, qızım, siz köçün, – dedi. – Mən cəhənnəm, qoy uşaqlar əziyyət çəkməsin, dərsdən qalıb bədbəxt olmasınlar.
– Bu nə sözdür, xala, – dedim. – Bizi özündən niyə ayırırsan? Köçürüksə, hamımız köçək, bir-birimizə hayan olaq...
Bədirnisa xala başını buladı:
– Yox, qızım, – dedi. – Uşaqlarnan sən köç. Doğru sözümdür. İşdir, qəzadır, indi ki, biznən belə başlayıblar, qorxuram axırdı Əli aşından da olaq, Vəli aşından da...
Mən onun bu sözlərini başa düşə bilmirdim. Əgər o, get-gedə vəziyyətimizin daha da ağırlaşacağını nəzərdə tuturdusa da, daha bundan artıq bizə neyliyə bilərdilər?
– Xala, – dedim, – qaradan pis rəng yoxdur! Hər şeyi gözümün altına almışam. Nə olar, olar!..
Mən doğrudan da hər növ məhrumiyyətə dözməyə hazırdım. Ancaq buna baxmayaraq, hələ də ümüdimi itirməmişdim. Bədirnisa xalanın necə haqlı olduğunu yalnız sonralar başa düşdüm. Kim bilir, bəlkə də o, bizim başımıza nə bəlalar gələcəyini o vaxt hələ təsəvvürünə gətirmirdi. Müdhət kimi sədaqət timsalını “vətən xaini” adı ilə damğalayan adamların etibarına inanmamağa onun haqqı vardı...
Mənim dinib-danışmadan cavab gözlədiyimi yalnız indicə duymuş kimi qayınanam ağlamaqdan qıpqırmızı olmuş gözlərini qaldırıb qəti dedi:
– Köçün, qızım!.. Fikirləşib görürəm ki, Zəfər barədə zənnim yanılmayıb... Deyir: “İgid odur, atdan düşə – atlana, igid odur, hər cəfaya qatlanı”. Dünən bazara göyərti almağa getmişdim. Müdhətin yoldaşı Mikayıla rast gəldim. Məni görən kimi yoxa çəkildi... Allahın salamını da verməkdən qorxdu... Zəfər hara, belələri hara? Bir halda ki, yaman gündə sənə kömək əli uzadıb, ev tutub, köçməsən xətrinə dəyər... Siz köçün, əgər sonra bir şey olsa, mən burda, otaq burda, qayıdıb gələrsiniz!..
Mən şoferlə bərabər gəlmiş adamın qapı ağzında, üzü bəriyə dayandığını və tez-tez mənə sarı baxdığını duyurdum. O, arabir şoferə nə isə deyirdi. Bizim köçüb-köçməmək barədə əvvəlcədən fikirləşməməyimizdən narazılıq elədiyi hiss olunurdu. Mən onu ilk dəfə görürdüm. Qaraşın sifəti, iri durğun, şüşə kimi soyuq gözləri vardı. Kim və nəçi olduğunu bilmirdim, hərəkət və davranışında nə isə bir təkəbbür vardı. O, qızıl saat bağlanmış yoğun qolu ilə birdən havanı yarıb, geniş addımlarla küçə qapısına doğru yönəldi və gedə-gedə şoferi də çağırdı:
– Bəri gəl, adə, bəri gəl!.. İşdən-gücdən avara oluruq. Görünür adam ələ salıblar. Qoy əvvəlcə fikirləşsinlər. İstəməsələr, nə çoxdur müştəri, göydə götürəcəklər!
Qayınanam da onun sözlərini eşidirdi. Mənim böyrümdən adlayıb ona dayanmaq işarəsi verdi və küsüb gedən bir tanışını sülhə çağırırmış kimi səsləndi:
– Ay oğul, bir ayaq saxla! Acığın niyə tutur daha? Sənə güldən ağır bir söz deyən ki, yoxdur. Bir azca səbrini bas, bu dəqiqə şey-şüyü yığışdıraq, aparın!
Şofer onun qolundan tutub geriyə çəkdi:
– Mən sabah burda olmayacağam, – dedi. – Rayondan ORS üçün Mədrəsə çaxırı gətirməyə gedəcəyəm...
Qayınanamla mən köməkləşib yorğan-döşəyimizi, qab-qacağımızı, uşaqların pal-paltarını yığdığımız köhnə çamadanları tez-tələsik gətirib, şoferə və onunla gələn oğlana verdik, onlar da aparıb maşına doldurdular.
Vaxtı ilə, xoşbəxt günlərimizdə alınan mebellərimiz, paltar dolabımız, servant və servizlərimiz çoxdan satılmışdı. Mən şoferlə kabinədə yanaşı oturub təzə mənzilə yola düşəndə qədim atalar sözünü xatırladım: “Dərziyə köç dedilər, iynəsini yaxasına sancdı”.
Şoferlə gələn qaraşın oğlan yeni köçdüyümüz mənzilin sahibi imiş. Evi şəhərin yuxarı məhəlləsində, birmərtəbəli qədim binaların yerləşdiyi basırıq, bürkülü döngədə idi. Bizə verdiyi otaqlara zirzəmi demək olmazdı, ancaq zirzəmidən o qədər fərqlənmirdi. Alçaq qapıları və pəncərələri həyətə baxırdı. Yalnız axşamlar yox, gündüzlər də lampa yandırmaq lazım idi, amma otaqlar geniş idi. Qızlarım bir-birinə mane olmadan dərslərini hazırlaya bilərdilər. Mən təzə mənzilimizin qüsurlarını yox, məziyyətlərini daha çox görürdüm. Ev sahibi indi əvvəlki kimi qaşqabaqlı və təkəbbürlü deyildi. Su, qaz və işıq sarıdan heç vaxt korluq çəkməyəcəyimizi dönə-dönə vəd eləyir, gah lampaları (onlar çoxdan bəri silinmədikləri üçün çil-çil olmuşdu) yandırır, gah həyətdəki su kranını, gah da qaz pilətəsini göstərir, ümumiyyətlə mənzilin səliqə və sahmanını tərifləyirdi. Vanna və duş barədə bir söz demirdi, mən də bunların yoxluğunu üzə vurmaq fikrində deyildim. Ev sahibi özü məni qabaqlayıb dedi:
– Hamam yaxındadır. Hamımız orda çimirik. Köhnə evlərin hamısı belədir. Əslinə baxsan, dədə-babalarımız canlarının qədrini yaxşı bilirləşmiş. Hamam olan yerdə nə vannaya ehtiyac var, nə də duşa. Hayıf deyil hamam? Hər dəfə çiməndə belinə kisə çəkdirmədin nə ləzzəti? Müsəlman hamamının bədənə bilirsiniz nə faydası var? Adamı lap anadangəlmə eləyir!
Mən bu xüsusda fikirləşmirdim. Ev sahibinin qəribə bir ilhamla dediyi sözlər də mənə yersiz görünürdü. Mən bu saat ən çox mənzil kirayəsi barədə həyəcan keçirirdim. Zəfər mənim nə qədər az maaş aldığımı bilirdi. “Yəqin danışıb, razılığa gəliblər” deyə, düşünürdüm. Ancaq ev sahibi, deyəsən, xırmanda yabalaşmamaq üçün şərti şumda kəsmək istəyib, əvvəlcədən xəbərdarlıq elədi:
– Sizdən cəmi-cümlətanı beşcə yüz manat alacağam. Bir qəpik də artıq istəməyəcəyəm. O da sizin, Zəfər qədəşin xətrinə...
– Ayda, ildə? – deyə mən qeyri-ixtiyari soruşdum.
Ev sahibi güldü. Alt çənəsinin bir cərgə qızıl dişini göstərdi.
– Ayda, ayda, Səmirə bacı, – dedi. – Yarım litr arağın pulu... Lap müftəcə... Beş yüz manata indi nə verirlər ki? Vallah, tamahkar adamlardan mənim zəhləm gedir. Əgər köhnə dostum Zəfər qədəş təvəqqe eləməsəydi, bax, bu canım ölsün, – ev sahibi əlini zərblə döşünə çırpdı, – dünyasında otaqları kirayəyə verən deyildim. Əgər istəsəm, gündə azı beşcə min qazana bilərəm. Görürsünüz də, müharibədir, camaat yeməyə bir şey tapmır. Bir yol gedib rayondan üç-dörd kisə kartof gətirsəm, azı bir kisə pul başımın altındadır. Doğrusu, mən aza qənaət eləyirəm, başqaları kimi camaatı soymuram.
Mən onun sözlərində zərrəcən də səmimiyyət görmürdüm. Qızıl zəncirli qol saatı, bahalı kaverkotdan geniş balaqlı şalvarı, uzun ətəkli pencəyi, qəlibdən təzəcə çıxmış açıq qəhvəyi çəkmələri, müharibə dövrünün ortada yeyib-qıraqda gəzən cayıllarından birini tanımaq üçün kifayət idi. Belələrinin min fırıldaqla hərbi qulluqdan boyun qaçırdıqlarını bilirdim və hər dəfə onları görəndə qəzəbimdən az qala sinəm çatlayırdı. Müdhət kimiləri gözəl ixtisaslarına görə əsgərlikdən azad olunmağa haqlı ikən, cəbhəyə hamıdan əvvəl könüllü getdikləri halda, belələri alverlə məşğul olur, pulla xəzələ fərq qoymur və heç şübhə eləmirdim ki, müharibənin tez qurtarmağını da istəmirdilər...
Ev sahibi Zəfərin adını çəkəndə və onu “köhnə dostum” adlandıranda, nə vaxtdan və nə münasibətlə dost olduqlarını soruşdum.
Ev sahibi, onun sözlərinə açıqdan-açığa şübhə elədiyimi duyub, səksənmiş kimi kəskin bir hərəkətlə çiyninin üzərindən mənə baxdı. Yenə təkəbbürlü bir görkəm aldı:
– Dost yox, qardaş kimi yaxın olmuşuq, Səmirə bacı. Siz bu oğlanı yaxşı tanımamısınız... Bir vaxt, atam sağlığında bax, bu dib otaqda kirayənişin idi. Elə o zamandan qaranoyuq. İndi də ki, şükür allaha, gedib davadan döşü ordenli qayıdıb, yaxşı qulluq sahibi olub, aramızdan su keçmir. Üç-dörd gün bundan qabaq sifariş yollamışdı ki, yaxın dostum Müdhətin uşaqları küçədə qalıb, mümkünsə otağın ikisini onlara verim. Mən dostluqda möhkəm oğlanam. Vəfalı dostun yolunda can əsirgəyəni heç kişi hesab eləmirəm...
Mən ev sahibinin adını, familiyasını soruşdum. O yalnız adını dedi:
– Balaqədeş!
Amma necə də qürurla dedi. Sanki bu vaxtacan hansı təsadüfi səbəbdənsə bu məhşur adı eşitmədiyimə həm təəccüb eləyir, həm də kinayə ilə qımışıb, mənim avamlığıma gülürdü. Mən, hesabla gərək o dəqiqə səhvimi anlayıb etiraf eləyəydim ki: “Aha, Balaqədeş... O sənsənmiş? Bəs necə, mən sənin barəndə çox şey eşitmişəm!..”. – Lakin mən də gülümsəməyə məcbur oldum və dərhal da sual verdim:
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-imtahan-gunleri-baslanir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.
Yazıçı və tarixBirinci məqaləBizdə tarixi mövzulara böyük bir meyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyə qədər yaranmış əsərlər sayca çox az olsa da, bizim əsas yazıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox məşğul etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətlə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıçı, hər şeydən əvvəl öz xalqının oğludur.
Zəngin xəzinələrBu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayatı kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi “Bayatılar” məcmuəsi¹ ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplanışı və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisbətən daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdıra bilərik. Xüsusən, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi nəticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracayıq.
Səadət və məhəbbət müğənnisiI**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?
Стихи других поэтов
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Bax (Qaranı)Qul Qaranı:*Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,
Meşədə böyümüş nəhəng bir ağacMeşədə böyümüş nəhəng bir ağac,Palıdlar içində yaşadı müdam.
Səadətnamə, 75علم و قدرت هر آنکه کرد انکاربه ارادت نیاورد اقرار