M.F.Axundovun dramaturgiyası haqqında bəzi qeydlər
Содержание
Страница 3 из 4 · 50%
Bu konkretlik əsərin tarixiliyinə, müəyyən dövrü, müəyyən ili və hətta müəyyən yeri ümumiləşmiş halda əks etməsinə kömək edir. Axundovdakı konkretlik hər cəhətdən bizə nümunə ola bilər. Bu cəhət realist dramaturgiyanın ömrünü uzadır. Sənətkardan dərin müşahidə ilə həyatı tədqiq edib öyrənməyi və bununla yanaşı təsadüfi hadisələri əsas hadisələrdən ayıra bilmək istedadına malik olmağı tələb edir. Mirzə Fətəli Axundov “Müsyö Jordan” əsəri ilə həqiqi mənada xarakterlər komediyası yaratmışdır. Bu xarakterləri müəyyən tarixi dövrün məhsulu kimi göstərməyə müvəffəq olmuşdur.
Məsələn, Hatəmxan ağanı götürsək, bu heç də, Əbdürrəhim Haqverdiyevin “Dağılan tifaq” dramasında verdiyi iflas etmiş bəy surətinə bənzəmir. Məlumdur ki, “Dağılan tifaq” ticarətin inkişaf etdiyi dövrü göstərdiyi halda, Mirzə Fətəli Axundov zəngin həyatdan hələ də uzaqlaşmamış mülkədarı və onun durğun, tox həyatını təsvir edir. Bu iki realist əsərin fərqi yalnız janrında deyil, bəlkə ayrı-ayrı dövrləri verməsindədir. M.F.Axundov bundan sonra Azərbaycan həyatının dəyişdiyini, bəy və mülkədarlar məişətində əmələ gələn mühüm təbəddülatı, yeni bir qüvvənin – tacirlərin meydana çıxdığını göstərəcək və bizim gözlərimizin qarşısında ac bəylər, taleyindən şikayət edən müftəxorlar canlanacaqdır. “Müsyö Jordan” isə hələ sarsılmamış mülkədarlığın həyatını təsvir edir. Burada hələ faciə üçün material yoxdur. Bu həyat komediyaya daha çox uyğun gəlir. Burada müəllif üçün kəskin satira sahəsi vardır. Xüsusən avam, cahil və geridə qalmış zümrələri döyüb, onların üzərinə gülmək üçün istər Məstəli şah kimi fırıldaqçı, ikiüzlü, tamahkar adamlar, istərsə də Qərb mədəniyyətində yalnız zahiri şeyləri görən, onun ən çox pozucu xüsusiyyətlərini dərk edən Hatəmxan ağa kimi məhdud, cahil və hər şeyi sərvətlə izah edən adamlar Axundovun qələmindən inandırıcı, real bir şəkildə meydana çıxır.
Mirzə Fətəli Axundov, yuxarıda qeyd etdiyimiz kimi, Molyerdən çox fərqlidir. Bu fərqi ən çox onların insan surətləri yaratmaq xüsusiyyətlərində daha aydın görmək olar. Puşkin Molyerdən bəhs edərkən çox haqlı olaraq deyir ki, o, müəyyən insan qüsurlarının obrazını verir. Bu tiplər doğrudan da öz psixoloji məzmunu etibarilə çox statikdir. Molyerin klassisizmi, ən ziyadə, bu xarakterləri məhdudlaşdırmasında, xəsisi yalnız xəsis olaraq, qorxağı yalnız qorxaq olaraq birtərəfli və hərəkətsiz verməsində təzahür edir. Molyer obrazlarının əksəriyyəti birtərəfli və birkeyfiyyətlidir. Bu obrazlar Şekspirdə olan kimi rəngarəng, dinamik deyil, bəlkə daxili zənginlikdən və müxtəliflikdən məhrumdur. Bundan başqa bəzən Molyer, vəzifələri yalnız mühakimələr yürütməkdən ibarət olan rezonyorlar yaradır. Bunlar hərəkət etmir, dramatik mübarizə xətti ilə üzvi surətdə bağlanmır, bəlkə müəllifin bu və ya başqa fikirlərini söyləməklə kifayətlənirlər.
Bizcə Mirzə Fətəli Axundov bu nöqtədə Molyerdən ziyadə Şekspirə yaxındır. Çünki o, komediyalarında Şekspir kimi hərtərəfliliyə, daxili zənginliyə və müxtəlif keyfiyyətliliyə böyük diqqət yetirir. Mirzə Fətəlinin obrazları Molyerin rasionalist komediyalarındakı obrazların əksinə olaraq, qüsurları deyil, insan xarakterindəki əsas və canlı nişanələri alır. Bu səbəbə görə də Mirzə Fətəlidə, Molyerdə olan mücərrəd məntiqi sistemləşdirmə yoxdur.
Məsələn, “Hacı Qara” komediyasını götürək. Hacı Qara müəllif tərəfindən “Mərdi-xəsis” adlandırılmışdır. Aydındır ki, əsərdə bu xüsusiyyət ilk plana çəkilmişdir. Müəllif hər addımda Hacı Qaranın xəsisliyini daha bariz şəkildə göstərməyə meyl etmişdir. Lakin Hacı Qara eyni zamanda canlı insandır. Yalnız bir insan qüsurunun simvolu və yaxud təcəssümü deyil, bəlkə eyni zamanda adi bir insandır. Hacı Qara xəsis olmaqla bərabər qorxaqdır, rəzildir, ailədə despotdur və sairə...
Mirzə Fətəli Axundov, yenə Molyerdən fərqli olaraq, keçmiş ədəbiyyatın köhnəlmiş qanunlarını, ənənələrini öz xüsusi qanunları ilə əvəz edərək yeni bir komediya janrı yaratmağa müvəffəq olmuşdur. Bu sahədə biz Axundovu tamamilə müstəqil bir sənətkar hesab edirik. Heç də təsadüfi deyildir ki, Axundovun komediyalarında çox aydın gözə çarpan məişət xətti vardır. İctimai ümumiləşdirmələrinə heç də mane olmayan, bəlkə bunu daha da möhkəmlədən həmin xətt, şərti-klassik dramaturgiyada yoxdur və ola da bilməz. Mirzə Fətəli Axundov öz tematik prinsiplərinə, özünün təsvir obyektlərinə daha uyğun gələn bir komediya janrı yaratmışdır.
Bu cəhətdən də Axundov öz dövrünün xüsusiyyətlərini göstərən, bəzən hətta bu dövrün xüsusiyyətlərini əsas çıxış nöqtəsi kimi alan bir sənətkar kimi meydana çıxmışdır. Bu, o deməkdir ki, Axundov realistdir və bu realizm formada da özünü göstərə bilmişdir.
Dediklərimizi yekunlaşdırmaq üçün, “Hacı Qara” əsəri üzərində mütləq dayanmağı lazım bilirik.
Öz zamanını təsvir etmək nöqteyi-nəzərindən (və ümumiyyətlə Axundovu yaxşı anlamaq üçün) bu pyes böyük və mühüm tarixi əhəmiyyəti olan dərin məzmunu, yüksək bədii məziyyətləri ilə fərqlənən bir əsərdir. Axundov burada, o biri komediyalarından fərqli olaraq, bir sıra ictimai qrup və zümrəni əks etdirmişdir. Bəylər, kəndlilər, çinovniklər və tacirlər həyatı – “Hacı Qara”nın tematik vüsəti belədir. Bu, müəllifin bədii talantındakı qüvvəti göstərən bir cəhətdir.
“Hacı Qara” əsəri Azərbaycan həyatındakı müəyyən bir dönüşü göstərən klassik bir komediya olmaq etibarilə hər zaman teatr işçilərinin nəzərini cəlb edə bilmişdir və demək olar ki, uzun illər boyu bir sıra aktyorlar nəslinin tərbiyəsində son dərəcə böyük rol oynamışdır.
“Hacı Qara”, bir zamanlar tox həyat sürən bəyləri, Azərbaycan rus çarizmi tərəfindən istila edildikdən sonra onların iflasa uğradığını və əldən-ayaqdan düşdüyünü təsvir edir. Bu əsərdəki bəylərin simasında Axundov o zamankı mülkədarlığın vəziyyətini son dərəcə parlaq və realist boyalarla göstərmişdir. Komediyanın əsas qəhrəmanlarından biri – Heydər bəy, İran və Türkiyə ilə müharibə olmadığından, yalnız yoxsul ləzgilər üzərinə hücum etmək məcburiyyətində qaldığından və bu səbəbə görə də bir şey ələ gətirə bilmədiyindən dərin hüznlə bəhs edir. Heydər bəy öz ağalığının məhv olub getdiyini və yoxsul vəziyyətə düşdüyünü ürək ağrısı ilə danışır. O, elə bir vəziyyətə gəlib düşmüşdür ki, öz nişanlısının toyunu edib gətirməyə də pul tapa bilmir. Oğurluq və quldurluqla həyat sürmüş bu adam əkin əkməyi, ipəkçiliklə məşğul olmağı özü üçün böyük təhqir sayır.
Axundov əski adətlərin və ənənələrin pozulduğunu, bəylər həyatındakı təbəddülatın maraqlı lövhələrini göstərməklə, bir tərəfdən müəyyən tarixi dövrü göstərmiş və bununla yanaşı olaraq o zamanın tipik bəy obrazlarını vermişdir, o biri tərəfdən isə bu hadisələrə münasibətini son dərəcə böyük bir sənətkarlıqla ifadə etməyi bacarmışdır.
Heydər bəylər yoxsullaşıb iflasa uğradığı bir zamanda hacı qaralar öz pullarının gücünə cəmiyyətdə daha görkəmli bir yer tuturlar.
Hacı Qara deyir ki:
“Bu zəmanədə çox qoçaqlıqdan isə, adamın cibi pulla dolu yaxşıdır”.
Bu sözlər bütün bir dövrü aydın xarakterizə edir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mehdi-huseyn-m-f-axundovun-dramaturgiyasi-haqqinda-bezi-qeydler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
I**Qərargah, top mərmilərinin xarabaya döndərdiyi kiçik bir Ukrayna kəndində idi. Səhərdən bəri aramsız atılan güllələr vıyıltı ilə uçuşaraq harada isə yerə düşür, kim bilir, bəlkə də insan ətinə dəyir, gurultu ilə başladığı halda inilti ilə qurtarırdı.
Kərəm əfsanəsiMən bu hekayədə köhnə bir igiddən danışacağam. Bir zamanlar böyük rus ədibi Maksim Qorki də onun mərdliyindən ilham almış, onun Qaf dağı kimi əyilməz, məğrur təbiətini tərənnüm eləmişdi. Bu igidi el arasında Qaçaq kərəm adı ilə tanıyırdılar.Kərəm öz dəstəsilə bərabər dağlarda, dərələrdə yuva salmışdı. Onun qan düşməni İsrafil ağa da, özü kimi qüvvətli, cəsur bir adam idi. Yalnız bir fərqləri vardı: Kərəm çar divanından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində yaşayırdı.
Şeytanın barmağıTəmsil*Çox qədim zamanlarda yoxsul bir kəndli vardı. Onun cındırından cin hürkürdü. Özü də arıq və cılızdı. Ha əlləşirdisə, kasıblığın daşını ata bilmirdi, hətta taxılını döymək üçün də başqalarından qoşqu heyvanı istəməyə məcbur olurdu. Qonşusundan ikicə günlüyə aldığı öküzləri vələ qoşub, arpasını döydü, dənini ikitəkərli arabaya yükləyib, dağ ətəyindəki kəndin dəyirmanında üyütməyə apardı. Bir çətən külfəti acından batırdı. Fikri bu idi ki, necə olursa-olsun, bu axşam özünü dəyirmana yetirsin, yalvar-yaxarla dənini üyüdüb, gecə ikən də evinə qayıtsın. “Sən saydığını say, gör fələk nə sayır!” – deyiblər. Kəndli nə qədər tələsirdisə, öküzlər bir o qədər səbirli yeriyir, bəzən də üzə durub yolun ortasında dayanır, tənbəl-tənbəl quyruqlarını tərpədir, kəndlinin hay-hüyünü sanki eşitmirdilər. Kəndli qan-tər içində idi. Qırışlarla örtülmüş alnında tumurcuqlanan tər damcılarını əlinin tərsilə silməkdən yorulmuşdu. Günün istisindən az qala yazığın başı çatlayırdı. Öküzləri qırmancla döyəcləməkdən təngə gəlmişdi. Yolun kənarında kölgəli bir yer də yox idi ki, arabanı açıb, dincini alsın. Heç yerdə otdan, göyərtidən də gözünə dəymirdi ki, öküzləri bir az otarıb, sonra yola düşsün. Bu halda, tərs kimi, öküzlərdən biri soncuq atmağa başladı, arabanı o yan-bu yana dartaraq, yoldan qırağa çıxartdı, çökəyə tərəf sürüdü. Araba kəlləmayallaq aşdı. Kəndli özü də zərblə ağzıüstə yıxıldı və istər-istəməz “lənət sənə kor şeytan!..” – dedi.
RəqiblərI**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?
Стихи других поэтов
Aşıq Camal gülə-gülə gələndən,At üstündə təkcə, yalqız qalanda.
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
Məni, ey tazə gül, hicrində giryan eylədin, getdinMəni, ey tazə gül, hicrində giryan eylədin, getdin,Misali-bülbüli-şuridə nalan eylədin, getdin.