Страница 3 из 5 · 40%

Nizamidə bu iki cəhət üzvi bir vəhdət təşkil edir. Şairin bütün ömrü boyu ürək ağrısı ilə xatırladığı Afaq, şübhəsiz ki, Şirin surətinin belə xariqüladə bir vüsətlə yaranmasına az kömək etməmişdir və ehtimal ki, Nizaminin öz məhəbbəti Şirin surətinə az şey artırmamışdır.

Şairin dastanında Afaqa dair yazdığı misralar da bunu iddia etməyimizə haqq verir:

Bu dastanı oxu, qəlbində kədər,
O gözəl Şirinçin ağla bir qədər.
Çünki tez tərk etdi o bu aləmi,
Soldu cavanlıqda qızıl gül kimi.
Qıpçaq gözəli tək elin gözüydü.
Afaq sevgilimin sanki özüydü.
O, Dərbənd şahının bir töhfəsiydi,
Ağıllı, saf, gözəl kül qönçəsiydi.
Dəmir bir zirehdi əynində paltar,
Bir paltarı vardı, köynəkdən də dar.
Əğyara düşməndi, mənə mehriban,
Könül bağçamdaydı o nazlı tərlan.
Türklər kimi köçə olmuşdu möhtac,
Türklər tək eylədi yurdumu tarac.
O türküm getdisə bir gün çadırdan,
Türkzadəmi saxla, sən, ey yaradan!

Ümumən Şirin surətinin təsvirində Nizaminin subyektiv hallara tez-tez yol verdiyini də görməmək olmaz. Bu, əsərin bədii dəyərini azaltmamış, bundan bütün dastan xüsusi bir şiranəlik və poeziya kəsb etmişdir.

Şirin, böyük məhəbbətin bədii mücəssəməsidir. Onun gücü sonsuz məhəbbətində olduğu kimi, həm də dərin zəkasındadır. Əgər belə olmasaydı, Şirin heç bir zaman Xosrovu öz mənəvi üstünlüyü ilə yanlış yoldan qaytara bilməzdi.

Dastanın birinci yarısında Şirin həyatda öz sevgi idealını tapa bilmir. Xosrov nə onun idealıdır, nə də Nizaminin. Onların hər ikisinin məhəbbət idealı Fərhaddır. Xosrov gözəl Şirinə layiq bir sevgili olmaq istəyirsə, mütləq Fərhad yolu ilə getməyə məcburdur. Bəs Fərhad kimdir?

“O, ağıllı, cavan bir mühəndisdir. Həndəsəni bilməkdə başqalarına örnək ola bilər...

Sənətdəki məharətini göstərmək istəsə, yeri bir quş kimi balığın üstünə qoyar. Öz sənəti ilə qırmızı gülə rəng verir, dəmir tişəsilə daşda çin nəqşi qazır. Bütün Rum əhli sənətkarlığına görə onun əlini öpür. O, öz tişəsilə mərməri muma döndərir. Dünyada belə usta tapılmaz. Onun kimi adama çox rast gəlmək olar. Onun əlində mumla dəmirin heç bir fərqi yoxdur”.

Müəllif Fərhadı ilk dəfə bizə belə tanıdır. Aydındır ki, o, qeyri-adi, romantikləşdirilmiş bir insan surətidir. Lakin Nizami heç bir zaman qəhrəmanın ayaqlarını torpaqdan üzmür. Fərhad, eyni zamanda canlı həyat nişanələrinə malik olan real bir insandır.

Böyük dağı gövdəli o dağlar yaran,
Gələndə camaat qalmışdı heyran.
Kürəyi enliydi, boyu çox yüksək,
Qolunun qüvvəti bir qoşa fil tək.

Fərhad yalnız fiziki cəhətdən qüvvətli deyildir. O, həm də mənəviyyatca Şirinin məhəbbət idealına müvafiq gələn bir gəncdir. Bəs nə üçün Şirin onu sevmir? Çünki o, Fərhaddan əvvəl Xosrovun da Fərhad kimi saf və təmiz ürəkli bir insan olduğunu güman edib ona vurulmuşdu. İlk sevgini unutmaq və ondan üz döndərmən üçün heç bir qəhrəmanlıq lazım deyildir. Şirin isə məhz qəhrəman bir məhəbbətin timsalıdır. O, Xosrovu sevdiyi üçün də, onun vəfasızlığını görüb dərin ruhi sarsıntılara məruz qalır, əziyyətlərə qatlaşır, amma Xosrov kimi vəfasız olmaq istəmir. Fərhad meydana çıxdıqda isə onu Xosrova nümunə göstərir:

Bir quru səsimi eşitdi Fərhad,
Əyri baxmamışdı mənə bir saat.
Onu hər bir dərdə qatlaşan gördüm,
Səndə nə bir əsər, nə nişan gördüm.

Doğrudan da, Fərhadın qəlbindəki məhəbbət duyğuları, onun nəhəng gövdəsinə büsbütün uyğundur. Bu duyğulardakı qüvvət və genişlik Fərhadı yalnız Şirinin nəzərində deyil, bu gün bizim də nəzərimizdə yüksəldir:

Eşitdikcə Fərhad onun səsini,
Duydu ki, itirir öz qüvvəsini.
Dərindən ah çəkdi haman bir kərə,
Xəstə adam kimi yıxıldı yerə...
Torpaq üzərində çox yuvarlandı,
İlan tək qıvrıldı, alışdı, yandı.

Nizami də Fərhadın bu xüsusiyyətlərini Xosrova qarşı qoyduğunu oxucudan gizlətmək fikrində deyildir. Şirin Xosrova üz tutaraq:

Bir ürəkdə olmaz iki sevgili,
İki ürəklinin düz olmaz dili.

deyərkən, biz istər-istəməz Fərhadı xatırlayırıq. “Bax, Fərhadın ürəyi bir, sevgisi birdir!” deyirik. Bunu Xosrov da etiraf etməyə məcburdur. Halbuki, o Fərhadın qüvvətli bir rəqib olduğunu bilir. Fərhad:

Xosrovu saymayıb o təmtəraqda,
Şir tək pəncə vurub durdu qabaqda.
Öylə məst olmuşdu Şirin qəmindən,
Əsla xof etmirdi şah görkəmindən,
Şah əmr etdi onu əzizləsinlər.
Səpsinlər başına mirvari, göhər.
O fil gövdəliyə, əyləş deyərək,
Şabaş tulladılar hey ətək-ətək...

Nizami, qəhrəmanının təsvirini həqiqi romantik bir pafosla verir. Mirvarilər də, göhərlər də Fərhad məhəbbətinə xələl gətirə bilməz:

Fərhadın könlündə bir göhər vardı,
Onunçün qızılla daş barabardı!

Onun məhəbbəti yüksək fəlsəfi bir məna daşıyır. Bu məhəbbətin ən dahiyanə himnini yaratmış Nizamini bu nöqtədə heç bir şairlə müqayisə etmək olmaz.

Djiveleqov yazır ki: “Françesko ilə Paolonun epizodu (“Cəhənnəm” V) az qala bütün dünya ədəbiyyatında məhəbbətin ən ehtiraslı himnidir”.

Məncə Nizaminin qarşısında “İlahi komediya” müəllifi ehtiramla baş əyməlidir. Çünki Fərhadla Xosrov epizodunun bədii qüvvəti hər cəhətdən dahi italyan şairinin məhəbbət himnindən üstündür:

Xosrov sordu: hardan gəlirsən cavan?
Fərhad cavab verdi: dost diyarından.
Dedi: o diyarda hansı sənət var?
Dedi: qəmi alıb canı satırlar.
Dedi: qəlbdəndirmi çəkdiyin bu qəm?
Dedi: ürək nədir, candan aşiqəm.
Dedi: əzizdirmi eşqi Şirinin?
Dedi: onu candan bilirəm şirin.
Dedi: ay tək onu necə görürsən?
Dedi: yuxum gəlsə, yatarammı mən?!
Dedi: qəlbin onu unudur haçan?
Dedi: torpaqlarda yatdığım zaman.

Ən yüksək dram əsərlərinin mükaliməsini xatırladan bu parçadan aydın görünür ki, Nizami Fərhadın sevgisini adi məişət planından qoparıb ideal səviyyəsinə qaldırmışdır. Bu məhəbbətin gücü ilə Fərhad əmək qəhrəmanlığı göstərir, “ölçüyə gəlməz iri qayaları yerindən qoparırdı. Qranit daşlara külüng vurduqca, dağdan böyük bir burc qoparıb atırdı. Hər vuruşda bir dağı vurub yerə yıxırdı. Camaat onun şücaətinə heyran qalmışdı. Kipriyindən axan almas yaşlarla almas kimi möhkəm dağı deşir və öz halından dağa şikayətlər edirdi:

– Ey dağ, sən nə üçün bu qədər bərksən! Gəl bir kişilik göstər, parçalan! Mənim halıma acı. Bir az üzünü parçala. Ağır zərbələrim qarşısında möhkəmlik göstərmə! Yoxsa sevgilimin canına and içirəm ki, canım bədənimdən çıxana qədər səni incitməkdən əl çəkməyəcəyəm. Özüm incisəm də bütün varlığımla vuruşacağam...”

Budur, Nizaminin qəhrəmanı həm adi bir insan, həm də qeyri-adi bir bahadırdır. O həm dağlar yıxan bir mühəndis, həm də saf qəlblə sevən bir aşiqdir. Adətən Nizamini məhəbbət eposunun böyük yaradıcısı adlandırırlar. Əlbəttə, “Xosrov və Şirin” dastanı təkcə məhəbbətdən bəhs edən bir əsər deyildir. Burada insan əməyinin heç bir zaman köhnəlməyən eposu yaranmışdır.

Əgər məqaləmizin başlanğıcında verdiyimiz suala cavab axtarırıqsa, cəsarətlə deyə bilərik ki, Nizami bu gün belə həqiqi əmək poeziyasının böyük yaradıcısı kimi bizə nümunədir. O, Fərhadı öz şair xəyalında bu qədər yüksəltmişdirsə, müasir şairin buna ehtiyacı yoxdur; çünki indi fərhadların göstərdiyi əmək qəhrəmanlığı bütün dünyanın heyrətinə səbəb olmuşdur. Əsl vəzifə onları epik şerin gücü ili ümumiləşdirmək və tərənnüm etməkdən ibarətdir. Müasir fərhadların məhəbbəti də, əmək qəhrəmanlığı da ədəbiyyatımızdan Nizami dühası tələb edir!

Bəs Nizaminin Fərhadına fiziki və mənəvi qüvvəti verən nədir? Böyük şair bunu izah etməyi lüzumsuz görsə də, biz açıq-aydın duyuruq ki, bu qüvvət xalqdan və torpaqdan gəlir. Nizaminin idealı əlbəttə Xosrov deyildir. Nizami bir tərəfdən öz qürurunu, mərdliyini və ismətini mühafizə etməyi bacaran, dərin daxili mübarizələrə məruz qaldıqdan sonra yenə də eyni qüvvətlə sevən və hətta bu yola özünü qəhrəmanlıqla öldürən Şirini ideal bir qadın surəti kimi yüksəldirsə, digər tərəfin sədaqət, mərdlik və məhəbbət timsalı olan Fərhadı romantikləşdirir, ən gözəl boyalarını, ən kəskin sözlərini onun aydın və parlaq təsvirinə həsr edir. Xalqın aşağı təbəqələrindən çıxmış Fərhad, böyük şairin əsas idealına çevrilir.

Buradan çıxardığımız nəticə budur ki, Nizami ideal sevginin əsl mənbəyini xalqda tapır, xalqın saf ürəyində, qüvvətli qollarında, dağları belə çapmağa qadir olan sonsuz gücündə tapır.

Bu nöqtədə Nizami Gəncəvi bizim müasirimizdir. Ondan bizi ayıran səkkiz əsrlik məsafə “Xəmsə” müəllifini zərrə qədər köhnəltməmişdir”

IV

Əsl yüksək məhəbbətin insan həyatındakı rolunu özünə məxsus bir qüvvətlə göstərən Nizami, “Xosrov və Şirin” dastanında məhəbbəti insan layaqətini artıran bir vasitə sayır. Şirin məğrurdur, o öz ləyaqətini hər şeydən uca tutur, Xosrovu nəhayətsiz bir eşqlə sevsə də, o, məhəbbətinə hiylə qarışdırmaq istəyən Xosrovu məzəmmət etməkdən çəkinməyir:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Rəqiblər

I**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?

196423 мин
Yeraltı çaylar dənizə axır

Birinci hissə**Səmirə Aydın bizim köhnə dostumuzdu. Mənim arvadım Gülnisa xanımla orta məktəbin birinci sinfindən ta axırıncı sinfinə qədər bir skamyada oturmuşdu. O vaxtdan bəri sirləri-söhbətləri də bir olmuşdu. Yaxşı yadımdadır: bizim toyumuza dostların hamısından əvvəl o gəlmişdi. İlk sevgilisi Müdhətlə də mən o axşam tanış olmuşdum. Səmirə orta məktəbi bitirəndə on yeddi yaşına yenicə girmişdi. Ona gözəl demək çətindi, amma çirkin də deyildi. Qara, yumru və bir az çıxıq gözləri vardı. Kiçik ağzının sağ tərəfi həmişə yuxarıya dartılmış kimi göründüyündən, nazik dodaqları elə bil gülümsəyirdi. Bu ifadə onun sifətinə nə isə xüsusi bir məlahət verirdi. Qalın və sıx qaşlarının tən ortasında qaralan xal qələm ucundan təsadüfi düşmüş mürəkkəb damcısını xatırladı. Deyib-gülməyi, çalıb-oynamağı yaman sevirdi. Bəstə boyuna görə ayaqları da göyçək idi. “Ceyranı” havasının lirik ahənginə uyaraq süzəndə dirsəyə qədər açıq qolları ilan kimi qıvrılır, bütün bədəninin sümükləri elə bil əriyib yox olurdu. Onun rəqsi tək məni və Gülnisa xanımı yox, çoxlarını heyran qoyurdu. Toy məclisimizə gəlmiş qızlar arasında özünün zahiri gözəlliyi ilə onu kölgədə buraxanlar vardısa da, onun kimi məharətlə piano çalan və onun qədər zərif oynayan yox idi. Bizim toyumuza hamıdan çox o rövnəq verirdi. Müdhət isə həm uca, həm də gözəldi. Onun ağıllı, iri gözləri, geniş alnı, gur və qıvrım saçları, enli kürəyi məclisdəki qızların ürəyində Səmirəyə qarşı həsəd oyatmaya bilməzdi. Onunla Səmirə yanaşı dayananda, gənclərdən bəziləri Hüseyn Cavidin gurultulu bir müvəffəqiyyətlə səhnədə göstərilən “Səyavuş” əsərindən məşhur, qanadlı misraları xatırlayırdılar:

4 мин
Ağır xəbər

Mən o gün mətbəxdə idim. Xörək hazırlayırdım. Birdən qapının zəngi çalındı. Bu vaxt gələn kim ola bilərdi? Kamranın işdən, qızlarımın da məktəbdən qayıtmağına hələ çox qalmışdı. Düşündüm ki, indi olsa-olsa Gülnisa gələr. O, qan təzyiqinin çoxluğu nəticəsində parez olub yorğan-döşəyə düşəndən sonra, düz il yarım yatmışdı. Həkimlər yalnız indi qalxmağa və gəzməyə icazə vermişdilər. O, bəzən mənim, bəzən də qonşu arvadlardan birinin köməyi ilə dəniz qırağına çıxır, bir neçə saata açıq havada oturub, yorulanda evə qayıdırdı, mənim işə getmədiyimi biləndə, adətən bizə dəyirdi.Mən qapıya yanaşdım.

7 мин
İlk zərbə

Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.

27 мин

Стихи других поэтов