Göyün günəşi, ayı göz dikər Himalaya,Qədərin nəzərindən qum olar qədim qaya..Yatdımı yuxusunda qaya görər hansı qum?-Om-ma-ni-pad-me-xum!Om-ma-ni-pad-me-xum!

Hesabını bilməyən, nə var, nə yox hesabda?Sevincə aparan yol düyümlənib əzabda..Alışdıqca alışır sönmək istəsə də mum;-Om-ma-ni-pad-me-xum!Om-ma-ni-pad-me-xum!

Nə oyandı, nə bu yan, nə elədi, nə belə,Heçdi, heçi heçə vur, ömürdən hesab eləYerdə hər tökülən xım, göydə görünən ilğım;-Om-ma-ni-pad-me-xum!Om-ma-ni-pad-me-xum!

Fərqi nə dünya dönür, ya başınmı dönmədə,Özünə görünməyən gözünə görünmədəYa güzgünü tərs çevir, ya da gözlərini yum;-Om-ma-ni-pad-me-xum!Om-ma-ni-pad-me-xum!

Dünya səsdi, eşidib tuta bilmədiyin səs.Çaşıb həvəsə düşmə, tordu düşdüyün həvəs...Ürəyindən keçənlər torpağa düşən toxum;-Om-ma-ni-pad-me-xum!Om-ma-ni-pad-me-xum!

Öyrən amacı nədi varlığa yox deyir yoq..Yox toxa qafiyədi, varma, varda xeyir yox;-Əllərini qoşala, nə umsan yoxluqdan um;-

Om-ma-ni-pad-me-xum!Om-ma-ni-pad-me-xum!

² “Om” səsi Hind və Buddist ənənəsində mütləqin simvoludur, özündə keçmişi, bu günü, gələcəyi yaşadır.Və “Om-ma-ni-pad-me-xum” isə davamlı şəkildə yaranan və məhv olan dünya, onun tanrıların ağ işığını, insanlığın mavi işığını, yerətrafı çevrələrdə yaşayan şeytanların sarı işığını, canlılların yaşıl işığını, ac ruhların qırmızı işığını və cəhənnəm mənsublarının bəlirsiz işığını əks ettirən Tibet duasının ilk misrasıdır...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов