Gözəl Bakı cavanlaşır, keçdikcə illər;Asfalt olur gen küçələr, meydan açılır.Gəlir həyat səhnəsinə təzə nəsillər,İstedadın qabağında imkan açılır.

Əziz, doğma Bakım gülür laləzar kimi,Dahilərin bağçalarda qalxır heykəli.Bu yerdə də rövnəqlənir ilk bahar kimiBizim böyük xalqımızın eşqi, əməli.

Kiçik evlər nişanədir keçmiş zamandanUçurulur, qoy qalmasın daşı-daş üstə.

Xariqələr xoşlayıram – söyləyir – zaman,Mənim Bakım cavab verir: “Oldu, baş üstə!”

Gün gələr ki, qapılardan axar su keçər,Onda qalmaz göy ağaclar bu qədər qısa.Dar döngələr fayton üçün deyil eybəcər,Yaraşmayır “Pobeda”ya, trolleybusa.

Gen küçələr yaradılır, ağac salınır,Bir həftənin müddətində təzə bağ düşür;Qalibiyyət qazanılır, zəfər çalınır,Mənim qara saçlarıma, lakin ağ düşür.

Olsun, könül məskənidir eşqin, vüsətin,Kim deyir ki, rübabını o çalmayacaq?Bakı, Bakı, yolçususan əbədiyyətin,Səndən ilham alan şair qocalmayacaq!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе