Bizim bu ellərdə gözəl qayda var:Qardaş qardaşına sovqat aparar.Mən də bu torpağın sənətkarıyam,Azad bir ölkənin havadarıyam.Onun adətinə var məhəbbətim,Vüqarım, fərəhim, hissim, hörmətimQurbanı olduğum bu ellərindir!Ellərin kamalı göydən dərindir.Mən onun yolunda doluram yaşa,Günəş varlığıma edir tamaşa.İlhamlar alıram el adətindən,Onun qürurundan, səadətindənRuhlanıb oxuyan azad bir quşam,Özümə sevimli yuva qurmuşam.Xaqaninin əziz ruhu məndədir,Babamın türbəsi bu çəməndədir.Burda qardaşım var, əziz bacım varBacıya, qardaşa ehtiyacım var.Mən bu gün gəlmişəm onun yanına,O məni qaldırır öz eyvanına,Açır qapısını xoş camal ilə,Girirəm içəri mən kamal ilə.Təbriz, əziz diyar, möhtəşəm diyar!Sənə dərya qədər məhəbbətim var.Boş əllə qapından demə, girmişəm.Soruşan olsa ki, nə gətirmişəm?Söylə: ilham alıb el adətindən,Məhəbbət, sədaqət gətirmişəm mən.Təbriz, 1944

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине