Azadlıq eşqilə alışıb yanar
Dünən dost bağına etdim güzər mən,Bir gözəl səhnəyə saldım nəzər mən.Orda əsməyirdi tozlu küləklər,Səf-səf açılmışdı güllər, çiçəklər.Saçdıqca ətrini hər səfalı gül,Ötürdü şaxlarda sevdalı bülbül.Həmin bağ içində sürətlə qoşaGəzən kəklik gördüm, edib tamaşa,Həsrətlə göylərə boylanırdılar,Uça bilmirdilər, odlanırdılar.Şama dəyib yanan pərvanə kimi,Baxırdılar dəli-divanə kimi.Öyrəndim onların mən qubarını,O yazıq quşların qanadlarınıDuydum kəsmişdilər, bağrım qanadı;Kəsilərsə uçan quşun qanadıDünya gözlərində bir zindan olar,Fikri, düşüncəsi asiman olar.Düşündürdü məni bu yanıqlı hal,Bir ağac altında eylədim xəyal.Yazıq insanlara qəlbən inlədim:Bəşərin halı da belədir, dedim;Üz verəndə ağır əsarət ona,Hələ gülməyəndə səadət ona,Qanadsız quş kimi daim boylanar,Azadlıq eşqilə alışıb yanar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-rahim-azadliq-esqile-alisib-yanar
Клавиши ← → для перехода, R — случайное стихотворение