Bir səhər nə gördüm: qonub budağaQarğa qarıldayır, səs salır bağa.Deyir göyərçinə: “Seyr et bülbülü!Qızıldan qəfəsdə vəsf edir gülü.O, nə su axtarır, nə dən axtarır,Nə sığınmaq üçün vətən axtarır.Nə uşaqlar sökür aşiyanını,Nə ovçu axıdır qızıl qanını.Ona insan oğlu şirin qənd verir,Mehriban-mehriban hər gün dindirir.Gəl uçub, evlərdə girək qəfəsə.Biz də bülbül kimi verək səs-səsə”.Göyərçin səslənib dedi qarğaya:“Əqlin, fərasətin getmişdir zaya,Qeyd ilə yaşamaq bir quru səsdir,Qızıldan olsa da qəfəs qəfəsdir!Get sən onda yaşa həyatın boyu,Çalada tapdığım bulanıq suyuDəyişib vermərəm şəkərə, qəndə;Azad yaranmışam yaşıl çəməndə,Qəfəslər küncündə nəfəs almaram,Mən öz həyatımı qeydə salmaram”.Uçub geniş göydə qanad çalınca,Baxdı ala qarğa onun dalınca.Dedi: “Get, hərcayi ömür sür, yaşa,Sən öz xeyirini düşməzsən başa”.Lakin qəfəsdəki o sarı bülbül,Ətirli qönçənin dildarı bülbül,Baxdı göyərçinə, lacivərd göyə,“Əzizim, nə qədər xoşbəxtsən!” deyə.Azadlıq həsrəti bağrını dəldi,Doğrandı, ney kimi nəvayə gəldi.Təbriz, 1944

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе