Sabahın nikahı açılan zamanYumdu gözlərini gözəl bir insan.Daha vurmayacaq bu gündən, deməkSənətin eşqilə çarpan bir ürək...Onun əsərində axan bulaqlar,Sünbüllü tarlalar, meyvəli bağlar,Səadət, azadlıq, rəşadət, hünər,Bunlarla fəxr edən bəxtiyar bəşərBaharla oturdu, baharla durdu.Şərəflə, fərəhlə, vüqarla durduBu günün, səhərin azad insanı,Danışdı sənətin təmiz vicdanı...Sabahın nikahı açılan zamanYumdusa gözünü gözəl bir insanOna yoxdur ölüm, ölən bədəndir,Ölüm düha üçün əfsanədəndir!Yox, sənətkar ölməz, yaradan ölməz,Xalqın sevimlisi heç zaman ölməz!O verdi ömrünü gözəl sənətə,Qovuşdu eşq ilə əbədiyyətə.Onu el qəlbində daşıyacaqdır,Yaşamış, hər zaman yaşıyacaqdır!Leylinin, Məcnunun ülvi eşqindənƏsər yaradana, nə cürətlə mənÖldü söyləyirəm, bu olan deyil!Yox, ölən o böyük yaradan deyil!Ellər dinlədikcə “Koroğlu”sunu,Hər zaman yanında görəcək onu.Gələndə evlərdən musiqi səsi,Onun duyulacaq ilıq nəfəsi.Yox, mən gələcəyi gözəl görürəm,Bakının qoynunda heykəl görürəm.Ah, onun nə canlı baxışları var,Üzeyirdir haman böyük bəstəkar.Ölməmiş, heç zaman sənətkar ölməz,Xalqın sevimlisi bəstəkar ölməz!Xalqım bu dünyada nə qədər sağdır,Bizim Üzeyir də yaşayacaqdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине