Bakılılara
Ay bakılılar, Allah xətirinə məndən əl çəkiniz. Mən xəta eləmədim ki, gəldim bir para məzhəkəli nağıllarla sizi güldürəm ki, könlünüz açılsın və xörəyiniz yaxşı həllə getsin! Yoxsa mən gəlmədim ki, onu-bunu özümdən incidəm.
İşin ibtidasında falı bəd vuran – o evi xarab Dəmdəməki oldu: götürüb o qədər yalan-palan yazdı ki, cəmi Bakı əhli məndən rugərdan oldular.
Dəmdəməki aradan çıxan kimi Bakının russko-tatarski uşkolasının pasledni klasının uçenikləri gəldilər meydana və öz müəllimlərindən o qədər iftira düzəltdilər ki, mən indi də xəcalət çəkirəm.
Boynuma alıram ki, böyük səhv etmişəm və bunu da ərz edirəm ki, mənim bu səhvimə məhz şagirdlərin məktubunun xəttinin və imla-inşasının gözəlliyi bais oldu. Və illa birdən-birə, əhvalatı təhqiq etməmiş məktubu dərc etməz idim.
Həqiqət, çox vaxt insan bir şeyin zahirinə çox tez aldanır. Bəndə də həmçinin. Dəxi nə bilim ki, həmin gözəl məktubun batini kizb və böhtanla doludur.
Sözün vazehi: haman mənə giley yazan şagirdlərdən mən özüm çox artıq dərəcədə dilgirəm. Əvvələn, kiçik hara, böyükdən şikayət etmək hara? Sizə nə borcdur ki, “uşteller çetıre çasaya kimi ispat eləmirlər?”. Onlar oxumuş adamlardır, intiligentdirlər. Obrazovannı adamın gecə saat dörddən irəli yatmağı harada görsənib? Və siz nə bilirsiniz ki, saat dördə kimi müəllimləriniz nəyə məşğul olurlar? Bəlkə elə həqiqət əhya saxlayırlar? Bəlkə gecələr şura bərpa edib millət dərdi çəkirlər? Madam ki, bunları siz bilmirsiniz, giley eləməyə nə haqqınız var? Bəli, əgər həqiqətdə bizim oxumuşlarımız gecələr klublarda ləhvü ləəblə vaxtlarını keçirib saat dördə kimi yatmayalar və gündüz saat ona durub “krasni yabloko kimi şişmiş gözlərini ova-ova uşkolun qapılarını atvarit edələr”, o vaxt giley etməyə bəlkə bir az haqqınız ola.
Amma bilirəm ki, yalan deyirsiniz…
Bəli, bunlar hamısı keçən sözdü.
İndi də bir ayrı bambılılar ortalığa atılıblar: indi də prikaşşiklər istəyirlər Molla Nəsrəddinə dadansınlar.
A qardaşlar, axır bir deyiniz görüm, mənim nə vecimə ki, səhərlər saat altıda kantora gəlib axşam saat onda azad olursunuz? Dəxi mən nə edim ki, sizin müsəlman xozeyinləriniz cümə günləri də sizi qatırlar kontora, qapıları bağlayır və lampa işığına sizi işlədib, Allah yaradan günə sizi həsrət qoyurlar? Mənim nə borcumdu ki, məvacibiniz az, zəhmətiniz həddən artıq və rahatlığınız əbədən yoxdur.
Vallah məəttəl qalmışam, bilmirəm yazım, ya yox; yazmasam siz inciyəcəksiz, yazsam da “pervi ruski-tatarski uşkolanın pasledni klasının uçenikləri” kimi sizin də yoldaşlarınız başlayacaqlar “Həyat” və “İrşad”ın sütunlarında sübuta yetirməyə ki, Molla əmi səhv edib; bizim xozeyinlər cavanmərd, insandust, rəhmli, kəramətli, bizim halımıza yanan və bizləri öz övladı kimi səmim-qəlbdən istəyən və Vittedən və Durnovodan artıq hürriyyət tərəfdarlarıdırlar.
Vallah, məəttəl qalmışam: bilmirəm yazım ya yox. Yenə yazmamaq məsləhətdir.
Molla Nəsrəddin
“Molla Nəsrəddin” 19 may 1906, №7
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-bakililara
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vallah, billah, bu ingilislərin qanı artıqlıq eləyir. Kişilərin gözü gör necə qızıb ki, bir-iki nəfər ingilis təbəələrini Çində mühafizət etmək bəhanəsilə milyon nüfuslu şəhərləri topa tutur, neçə minlərlə günahsız fəqir-füqəranı tələf edirlər.“Mədəni” amerikalılar da ingilislərlə bu işdə əlbirdilər. Amma, mollalar demişkən, bu işin axırı yoxdur; çünki yenə mollalar demişkən, dünya belə qalmaz.
UzandırmaŞəhərdə “süründürmə” deyilir.Kənddə “uzandırma” deyilir.
Həmi yaxşı, həmi pis, yaxud meymunBu il Bakıda vəhşi heyvanların görsənişi əhali üçün və xüsusən məktəb şagirdləri üçün yaxşı bir iş oldu. Orada elə heyvanları görmək müyəssər oldu ki, qeyri vaxtda onları görmək mümkün deyil: necə ki, şir, pələng, ilan, kenquru, dəvəquşu, kaftar və qeyriləri.Kaftar dedim-adam soymaq yadıma düşdü. Xülasə, bilmirəm bu söz hardan fikrimə gəldi.
AbruAbru farsca üzüm suyuna deyirlər. Bunun mənasını mən indiyədək bilmirdim. Ancaq dünən Göygünbəz məscidinin qabağından keçirdim. Gördüm bir neçə övrət xeylağı məsciddən çıxıb, gedirlər və çarşaflarının ucu ilə üzlərinin suyunu silirlər.Mən qabaqca elə bildim ki, məsciddə dəstəmaz alıb, çıxırlar. Amma məlum oldu ki, bunların üzlərinin suyu dəstəmaz suyu deyil, tərdir. Dedim:
Стихи других поэтов · Сатира
Gəldi yenə orucluqMeydanə, ay can, ay can!
Şüğl edən surətdə ruhani danos şeytanlığıŞüğl edən surətda ruhani danos şeytanlığı,Pəndü vəzindən onun olmaz mənafe gözləmək.
ElanGözəl-göyçək oğlanam,Sağ olsun atam-anam.
Səfil tacir deyir ki ("Bir neçə ildir ki, uyub işrətə")Bir neçə ildir ki, uyub işrətə,Bilməmişəm əmri-ticarət nədir?