Cavanlara
Bircə ümidim cavanlara idi. Həmişə və hər bir məkanda vətən məhz cavanlardan öz nicatını gözləyib. Mən də bu səbəbdən məhz cavanlarımıza ümid bağlayırdım. Mən onlara dedim: “Xub, həftənin altı gününü öz kəsbi-karınıza məşğul olub, amma tək bircə gününü verin mənə. Bəlkə həftədə bircə gün də olsa, əl-ələ verək və Allah bədnəzərdən saxlasa, vətən yolunda, eyib olmasın, bir az xidmət edək”. Cavanlar dedilər: “Xub, biz hazırıq”. Mən də müntəzir oldum. Pəncşənbə günü cavanları gözlədim, gəlmədilər. Dedim bəlkə cümə günü yığışacaqlar. Cümə günü də gördüm ki, gəlmədilər, çıxdım küçəyə və küçəyə çıxdıqda nə gördüm? Gördüm ki, haman cavanlar Ermənistanda gəzirlər, amma nə halətdə? Gözləri qızarmış.
– Ağa, niyə gözləriniz qızarıb?
Cavab verdilər ki, “Molla əmi, Allahdan gizlin ki, deyil, səndən niyə gizlin ola? Gecəni yatmamışıq”.
– Niyə yatmamısınız? Nəyə məşğul idiniz, qumara, nəyə?
– Qumara və məşrubata.
– Nəyə?
– Qumara və içkiyə, yəni kefə.
Bəli, dəxi sözüm qurtardı. Ancaq cavanlardan bir müxtəsər giley-güzar eləmək istədim; istədim bunu deyəm ki, hər bir məmləkətdə millətin ümidvarlığı məhz cavanlar olublar. Amma bizim müqəddəs ölkəmizdə (Allah şeytana lənət eləsin) işlər necə tərsinə düşüb ki, hacı və məşədi övladının pəncşənbə axşamı və cümə gecələri sübhədək gözəl vaxtları nəyə sərf olur, nəyə? Qumara, arağa.
Bu da vətənin bəxtindəndir ki, cümə günü hər bir cavanın üzünə ki, baxırsan, gözlərini qan çanağı kimi qızarmış görürsən. Dəxi başına nə daş salsın biçarə vətən? Onunçün qoca vətən cavanlara baxanda ağlaya-ağlaya deyir: “Driğa cəvani, driğa cəvani!”.
Lağlağı
“Molla Nəsrəddin”, 29 cəmadiyəs-sani, 1339 (9 mart 1921), №2
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-cavanlara
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Keçən il fevral ayında sizin isminizə çatdırmaq üçün beş ədəd “Ölülər” kitabçası göndərildi. İndi sizdən xahiş olunur satılanların pulunu, satılmayanların özünü göndərəsiniz (25 faiz, əlbəttə, çıxılmaqla).Qaldı kitabçalar söhbəti: noyabr ayında iyirmi beş (25) ədəd “Sirkə”, dekabrda 25 “Molla Fəzləli”, yanvarda 25 “Baqqal Məşədi Rəhim” və 25 “Şer bülbülləri” göndərildi. Bəlkə də bu zəhmətlər sizin üçün əlverişli deyil, amma ümidvarıq ki, bunu siz maarif naminə vəzifə hesab edib və bu zəhmətə qatlaşıb mürur ilə kitabçalardan satdırasız və həmçinin pullarını öz vaxtında göndərəsiniz.
Müzəffər! (31 may 1926)Mən Şuşada mənzil tutmaq barədə sənə yazmışdım. Birtəhər Şuşaya gedib, ikiotaq kirayə elə. Çox güman ki, bu yay mən Qarabağa gəlməyəm. Süleyman Əmirxanovun evinə bir də düşməyəcəyik. Odur ki, Şuşada iki otaq tutmayınca uşaqları göndərməyəcəyəm, onların Kəhrizlidə işi yoxdur.Münəvvər necədir? Onun üçün məst göndərəcəyəm.
Həmidə! (10 iyun 1926)Bakı*Dünən axşam uşaqlar getdilər. Yazmışam ki, Yevlaxda onların qabağına bir fayton gəlsin. Hər ehtimala qarşı Midhətə pul vermişəm ki, fayton gəlməsə, avtomobilə minib getsinlər. Yollarına hər şey qoymuşam, plaskart vaqona bilet almışdılar, yerləri çox münasib idi.
Həmidə! (13 iyul 1926)Bakı*Sənin otkrıtkanı dünən aldım. Bədəncə zəif uşaq olan Teymuru tamam nahaq yerə Kəhrizlidə saxlayıblar. Başa düşmək istəmirlər ki, o, Qarabağa istinin və qızdırmanın içində bizim üçün taxıl biçməkdən, ya başqa bir iş görməkdən ötrü getməyibdir. Bu işdə daha mənim əlimdən heç bir şey gəlmir və heç kəs mənim sözümə baxmaq istəmir. İndi də Şuşaya iki dənə qazan və bir cüt balınc göndərmək istəmirlər ki, kirayə tutduğumuz mənzildə işlədək. Ona görə də, budur, indi yayın ortasıdır, biz isə yenə Süleymangildəyik. Belə şəraitdə Turşsuya getməyin heç bir mənası yoxdur.
Стихи других поэтов · Сатира
(“Suraxanski” küçə, yuxarı məhəllə, Qoşa hamamın qabağı)*Yuxarı məhlənin əhlində şücaət görünüb,
Yoxsa yoxBu yuxudan, bilmirəm, islamiyanBir kərə bidar olacaq, yoxsa yox?
StudentStudentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,
Ol gün ki çıxdı Şişədə meydana dördaşıqOl gün ki çıxdı Şişede meydana dördaşıq,Qoydu tamam evleri viranə dördaşıq.