Həmişə təzə işlər şəhərdə baş verir, sonra da kəndlərə gedib çıxır.

Təzə ixtiralar, təzə maşinalar, qramafonlar, radiolar və cavanlaşmaq dərmanları bunlar hamısı, əvvəlcə, böyük şəhərlərdə xəlq olunub, sonra kəndlərə də gedib çıxır.

Həmçinin qənaət üsulu da. Bu üsulu qabaqca şəhərdə ixtira etdilər. Belə ki, məmləkətin sərvətini artırmaq qəsdi ilə cəmi idarə və müəssisələrin izafə xərclərini əskiltdirir.

Pambıq əkinçilərinin birinci pambıq behi (avansı) yazda verilmişdi. İkinci avans da şərtə görə gərək iyun ayında veriləydi ki, kəndlilər bu pula “Alaq” etdirəydilər. Bu gün-sabah gözlədilər, pul gəlib çıxmadı.

Ərizələr və teleqraflar çəkildi. Əvvəl Azərbaycan pambıq şöbəsinə, Azərbaycan şöbəsi, də “ZAQ pambığa” yəni bə istilah türk- Zaqafqaz pambıq idarəsinə “ZAQ pambıq” da “Qlavpambığa”, yəni və istilah dehqanan (yaxud xalis türkcə dəhatin). Baş pambıq idarəsinə. Xülasə, axırı yaxşılıqla qurtaran, hər şeyi kimi avans məsələsində çox gözəl nəticə bağışladı. Belə ki, minlərcə müntəzir əkinçinin gözləri gözləməkdən saralandan sonra Baş pambıq idarəsindən teleqraf gəldi ki, qənaət üsulunun bərəkətindən nəqd pul buraxmaq mümkün deyil. Ancaq nəqd pul əvəzinə əkinçilərə puldan başqa hər nə verilsə, Baş pambıq idarəsi tərəfindən bir mümaniət yoxdur.

Buraxılmaq üçün əldə, ambarların dibində köhnə “Lintr” pambığından və köhnə acı undan başqa bir şey yoxdur.

O da əkinçilərə lazım ola, ya olmaya, bunu biz aciz bəndələrə bilmək o qədər də asan deyil.

Bu da sənə kəndlərdə istemal olunan bir cür “Qənaət” üsulu.

Cırcırama

“Molla Nəsrəddin”, 31 iyul 1926, №31, səh. 3

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира