Mövludi-isa
Bu günlərdə Həmkarlar İttifaqının Mərkəzi Şurasından bir belə təklifnamə işçilər arasında nəşr olunmuşdu ki, bu il heç bir işçi İsanın mövluduna mütəvəcceh olub, bayram saxlamasın və işdən tətil etməsin.
Mən, Molla Nəsrəddin deyə bilərəm ki, Həmkarlar İttifaqının Mərkəzi Şurası tərəfindən indiyədək nə qədər təklifnamələr nəşr olunub, onların heç birisi bu qədər çətin olmayıb, nə qədər ki, İsanın mövlud bayramı çətin bir məsələdir.
Məsələnin çətinliyi buradadır ki, əlbəttə əsl, həqiqi zəhmətkeş işçi üçün bu təklifə əməl etmək heç bir çətin iş deyil. Çünki zəhmətkeş üçün onsuz da dini bayramları saxlamağa heç bir ehtiyac və lüzum yoxdur.
Ancaq məsələnin çətinliyi dindar isəvi yoldaşlar üçündür.
Dini mövhumat dindar xalq üçün elə bir tiryəkdir ki, ona adətkərdə olanlar “Tərki-adət!”ə düçar olanda bə-istilahi-fars demişkən bəmövcibi-mərəzə düçar olurlar.
Amma indi gələk isəvi yoldaşlara. Axır bunların bayram saxlamağı bambaşqadır. Atam-anam qurban olsun o üzüm suyunu yaradana! Onsuz isəvi dindar vətəndaşların bir günü olmasın. Yəni vaqiən bu nə sözdür ki, İsa həzrətlərinin mövlud bayramını dindar isəvi yoldaş bayram saxlamasın?
Əgər bayram saxlamadı, bəs, onda nə bəhanə ilə keflənsin və keflənib arvadını bigünah yerə döysün, söysün?
Məlumdur ki, bu dini bayramlar məhz belə şeylərə yaraşır. Və bu da məlumdur ki, isəvi tayfalarının təki ki, zəhmətkeş işçiləri keşişlərin dediklərinə aldanmayıb, İsanın mövlud bayramı söhbətlərini bu qulaqlarından alıb, o qulaqlarından çıxardalar.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 12 dekabr 1929, №50
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-movludi-isa
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bunu bilmək lazımdır ki, günahi-kəbirlərin birisi binamazlıqdır. Əgər birisi binamazlıqda israr edə, o vədə onun qətli vacibdir. Demək, bu saat küçə və bazarda gəzən müsəlmanların hamısının qətli vacibdir; çünki hamısı binamazlıqda müqəssirdirlər, yəni israr edəndirlər. İnşallah-taala onların hamısı axirətdə əzabi-əlimə giriftar olarlar.Çünki həqqi-taala cəllücəlala fərmudə ki: yövmə yətəsalənun əla mücrüminə masələküm fisəqər; yəni soruşarlar ruzi-qiyamətdə günahkarlardan: sizdən nə günah baş verib ki, duzəxə sizi kəşankəşan eləyiblər, cavab verərlər ki, bizdən bir günah baş verməyib, savayı ondan ki, bizi elm təhsil etməyə mədrəsələrə göndərdilər, rabfaka göndərdilər, texnikuma göndərdilər. Və orada möhür tapa bilmədik namaz qılaq. Və bir paramız da qılmaq istəyəndə qeyri mərdümazar yoldaşlar lağa qoyub, üstümüzə gülməyə başladılar.
Şükür eləməlidirMənim bir dayım var idi. Özü də çox qocalmışdı və çox da dünya görmüş və təcrübədən çıxmış adam idi.Allah rəhmət eləsin, dayım bizlərə çox nəsihət eylərdi. Bu da yadımdadı, hər nə qədər birisinə bədbəxtlik üz versəydi, dayım deyərdi:
Bakıdan Qarabağa. Naxçıvan malıBir ay bundan qabaq uşaqlarımın böyük bacısını və uşaqları götürdüm və beş-on manat “Nakladnoy rasxod” verib Bakı vağzalında iki yüz min növ cəhənnəm əzabı ilə bilet tapıb, minəkləri və minəklərimizi itələyə-itələyə vaqona oturduq. Kürdəmir vağzalında hava təzə işıqlanırdı. Bizim qız yuxudan oyanıb əl-üzünü yudu və başını vaqonun akoşkasından çölə çıxardıb, baxırdı.Vağzalın səkisində bir-iki bığıburma müsəlman cavanı qol-qola gəzirdilər. Bizim qıza baxa-baxa vaqonun qabağında gah o tərəfə, gah bu tərəfə keçirdilər. Birdən birisi bizim qıza tərəf göz eyləyib, yoldaşına dedi:
XəbərdarlıqBu axırıncı xəbərdarlıqdır ki, mən cürət ilə Bakının Komunxoz idarəsinə verirəm və heç zarafat da eləmirəm. Çünki Komunxoz ilə mənim heç zarafatım yoxdur.Bakının Zinoyev küçəsinin yanında bir küçə var ki, onun adını Çeçerin küçəsi qoyublar.
Стихи других поэтов · Сатира
Gecə-gündüz sənətim yazmaqdır ancaq mənim,Qəlbim söz dəryasıdır, taleyimə bax mənim,
Mollanın fırıldaqlarıRamazan gəlib, qış ötdü, yenə çıxdı yaza molla,Keçən ilki macəranı edər indi taza molla.
Millətə pəndi-pədərdir yükü məcmuəmizinMillətə pəndi-pədərdir yükü məcmuəmizin,Əhli-mənayə yetər bir təkı məcmuəmizin.
Nə ləzzətiDünya üzündə olmadın ədna, nə ləzzəti?Ədnalıq ilə olmadın əla, nə ləzzəti?