Şükür eləməlidir
Mənim bir dayım var idi. Özü də çox qocalmışdı və çox da dünya görmüş və təcrübədən çıxmış adam idi.
Allah rəhmət eləsin, dayım bizlərə çox nəsihət eylərdi. Bu da yadımdadı, hər nə qədər birisinə bədbəxtlik üz versəydi, dayım deyərdi:
Lazımdır şükür eləmək. Biz bunun mənasını soruşduqda, dayım belə cavab verərdi ki, hər bir bədbəxtlik özü xoşbəxtlikdir. Çünki bundan da artıq bədbəxtlik ola bilər.
İndi bəzi şəhərlərdə və kəndlərdə poçta idarələrinin kəmsəliqəliyindən və səhlənkarlığından birisi şikayətə başlayanda, mən həmişə dayımın nəsihətini yadıma salıb, öz-özümə deyirəm: Allaha şükür! Çünki bundan da pis ola bilər.
Dünən birisi şikayət eləyirdi ki, Şuşa qalasından Bakıya bir məktub doqquz günə gəlib çıxır.
Mən bunu eşitcək dedim:
Allaha şükür!
Birisi giley eləyirdi ki, Ağcabədi və Hind arxı kimi böyük qəsəbələrdə poçta və teleqraf idarəsi yoxdur. Mən bunun qabağında yenə dedim:
Şükür olsun Allahın kərəminə!
Axırda şikayət eləyən şəxs üzünü mənə tərəf çöndərib, dik-dik üzümə baxdı və dedi:
Qardaşoğlu! Sən deyəsən sözlü adama oxşayırsan? Dedim:
Bəli. Dedi:
Mən ölüm, ürəyinin dərdini aç. De görüm sözün nədir?
Mən belə başladım:
Dedim: Əmi can! Mən səni hərçənd tanımıram, amma, deyəsən, Qarabağ kəndlisinə oxşayırsan. Onun üçün dünyadan xəbərin yoxdur. Di qulaq as!
Sən deyirsən və giley eləyirsən ki, sizin Ağcabədi kəndinə teleqraf çəkilməyib. Amma, doğrudan da, görürəm ki, sənin dünyadan xəbərin yoxdur. Əgər heç olmasa, bizim Bakı şəhərini görmüş olsaydın, onda Allaha şükür eylərdin.
Burada aşnam, Qarabağ kəndlisi yenə təəccüb ilə üzümə baxıb, dedi:
– Necə? Məgər?
Dedim:
Bakıda da teleqraf yoxdu. Dedi:
Zarafat eləyirsən. Dedim:
Sən öləsən zarafat eləmirəm. Çünki doğrudur. Zinoyev küçəsində bir teleqrafxana var. Əgər bəxtin kəsdi günortaya kimi özünü yetirdin, yetirdin teleqrafını qəbul eləyəcəklər. Əgər günortadan iki saat keçmiş getsən, dəxi teleqrafxananı bağlı görəcəksən.
Yenə gördüm aşnam təəccüblə üzümə baxır və inanmaq istəmir. Yenə mən and-aman ilə onu inandırdım.
Bu bizim Bakının teleqrafxanası. O ki qaldı, poçtxanamız, onun da mərkəzi dərya kənarında düşüb ki, oraya tramvay yolu yoxdur. Əgər yuxarı məhəllədə sakin olan əhalinin işi mərkəzi poçtxanaya düşsə, gərək ya bir at kirayə eləyə, ya da dörd atlı bir faytona minə və öz yanına pendir-çörək götürə ki, yolda acanda məəttəl qalmaya.
Xülasə, bizim Bakının teleqraf və poçta (posta) işlərini Allah bədnəzərdən saxlasın!
Cırcırama
“Molla Nəsrəddin”, 5 sentyabr 1925-ci il, №36
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-sukur-elemelidir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu ayın 12-də yazdığın məktubu oxuduğumda doğrusu bir növ xəcalət çəkdim. Çünki sən mənə kağızı hər dəfə fürsət düşəndə yazırsan. Amma mən yazmıram. Əvvəla, adət belədir ki, mən gərək deyəm ki, vaxtım yoxdur. Bəs onda sən də deyə bilərsən ki, əgər vaxtın yoxdursa, indi bəs niyə kağız yazmağa vaxt tapdın?Bununla bərabər, sən həmişə yadımdasan ki, səni və İsmayıl qardaşını həmişə könlüm istər və arzularam. Məndən İsmayıla dua yetir.
Həmidə! (10 noyabr 1930)Midhət artıq sənə yazmışdır ki, biz hacının evində sənin üçün otaq hazırlamışıq. Çox münasib otaqdır. Midhətlə fikirləşib bu qənaətə gəldik ki, qışda Şuşada sənə soyuq olar və darıxarsan. Bizim mənzilimiz isə darısqaldır. Odur ki, məsələni ancaq bu cür həll edə bildik. Çalışacağıq ki, burada rahatca dolanasan. Ona görə də yola düşməyə yığış və yaz görək Rzaquluya nə qədər borcun var. Yol pulunu və ona borcunu poçtla göndərərəm. Amma Şuşadakı yaylaq evi ilə tamam üzülüşmə, çünki yayda mütləq hamımız oraya gedəcəyik. Ağır şeyləri orada qoya bilərsən, bura heç nə gətirmək lazım deyil. Uşaqlar səni gözləyirlər.Cəlil
Uzaq Kislovodskdən mehriban Həmidəyə! (Kislovodsk, 10.12.1930)4 dekabr (1930)*Uzaq Kislovodskdən mehriban Həmidəyə salam göndərir və ona xeyir-dua eləyirəm ki, mənə vaxtında iki oğul bəxş etmişdir. Onların hər ikisi bu ağır günlərimdə mənim ağıllı köməkçilərim olmuşlar. Fevrala qədər birtəhər səbr elə, sənin üçün birtəhər Bakıya yola düşmək mənə dərd olub. Bilmirəm buna necə dözəcəyəm. Hələlik, sağ ol.
Mənim əzizlərim Həmidə, Münəvvər və Müzəffər! (Kislovodsk, 20 dekabr 1930)Məktubunuzu aldım, çox sağ olun. Noyabrın 18-də beynimin qan damarları tutuldu. Sol əlim və qıçlarım zəiflədi. Midhət bir neçə həkim və o cümlədən professor Amosovu çağırıb məni göstərdi. Midhət məni buraya qucağında gətirdi. İndi istirahət edirəm, sonra müalicə olunacağam. Evdə Midhət, Ənvər və Polina Afanasyevna növbə ilə yanımda oturub mənə baxırdılar. Tez-tez mənə məktub göndərib təzə xəbərlərdən yazın; ancaq siyasətdən yazmayın. Səhhətim artıq korlanmışdır.Həmidə, qoy Midhət sənin üçün Bakıda otaq tapsın və ora köç. Curnal bağlanarsa, yenə də bizim yanımıza köçüb, uşaqlarla birgə yaşarsan.
Стихи других поэтов · Сатира
Dün bir eşşəkxisal insanəGəlməmiş xoş təraneyi-zənbur;
OlmağaAy Baba, mən bu sözü yardım əyan olmağa,Bakılılar and içib şiri-jəyan olmağa.
Əcaib əsərƏsər var ki, bilmirsən nə ad verəsən ona,Oxumaq mümkün deyil, min yol varaqlasan da.
Ey olan xas şiəyi-HeydərEy olan xas şiəyi-Heydər,Ver qulaq, eyle bu sözü əzbər: