Nahaq yerə “Kaspi” qəzeti “Nəşri-maarif” cəmiyyətindən giley edir ki, guya cəmiyyət heç bir iş görməyib.

Biz buna təəccüb edirik ki, bir yandan “Kaspi” gilay edir, bir yandan da Dəmdəməki müxbirimiz “Nəşri-maarif” cəmiyyəti barəsində idarəmizə hədsiz tərif və təhsinlər yazıb göndərir.

Məsələn, Dəmdəməki yazır ki, cəmiyyətin bu saat on doqquz min manat pulu var və inşallah bir-iki ayatək bu on doqquz min manat iki yüz min manat gərək çatsın və yazır ki, cəmiyyət mükəmməl bir mətbəə sazlayıb və yüz on yeddi cavan müsəlman müəllimlərinə məvacib verir ki, məhz təlim və tədrisə dair kitabçalar tərcümə eləsinlər.

Bir yandan “Kaspi” “Nəşri-maarif” cəmiyyətindən şikayət edir, bir yandan da Dəmdəməki yazır ki, darülfünunlardan başlamış hətta kənd məktəblərində oxuyan iki yüzə qədər kasıb tələbə və şagirdlərin xərcini cəmiyyət öz öhdəsinə götürüb.

Təəccüb etmək lazımdır ki, elə ha “Nəşri-maarif”dən şikayət eşidirik və halonki müxbirimizin yazmağına görə “Nəşri-maarif” cəmiyyəti qərar qoyub ki, “Dəbistan” və bir para qeyri qəzetləri cəmiyyətin xərcilə məccanən paylasınlar cəmi müsəlman məktəblərinə, kənd mollalarına, kasıb tələbələrə və qəzet oxumağa talib olan kasıb müsəlmanlara.

Qərəz ki, heç bilə bilmirik, kim yalan deyir və kim doğru deyir, amma biz bunu yəqin bilirik ki, “Nəşrimaarif” cəmiyyəti çox zorba işə oxşayır.

Allah bədnəzərdən saxlasın.

“Molla Nəsrəddin”, 13 yanvar 1907, №2

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Bir qətrə göz yaşı

Bir tərəfdən sarıqlı axundlar düşüblər mömin müsəlmanların canına və onları inandırırlar ki, hər kəs imam yolunda bir qətrə göz yaşı töksə, axirətdə onun cəmi günahları bağışlanacaqdır. Avam camaat da bu sözlərə inanıb, mahi-məhərrəmdə kəsbkarını buraxıb, imam yolunda ağlamaqdan gözlərini kor edibdir ki, bəlkə axirətdə onun günahları bağışlana.Bir tərəfdən də mahi-məhərrəm yavuqlaşanda avam camaatın halına yanan cavanlar başlayırlar möminlərə dəlil-nəsihət eləməyə ki, elm və sənət dalınca getsinlər, yalançı axundlara inanmasınlar, imam yolunda gözlərinin işığını zay etməsinlər, çünki min gün və min gecə də imam yolunda ağlasan, bunun sənə bir çürük qəpikcə mənfəəti ola bilməz.

1 мин
Traktor və əli şiəsi

Traktor ibarətdir elə bir maşından ki, onun dalına bir neçə kotan dəmirini bağlayırsan, bir saatın müddətində az qalır bir desyatin yeri əkib çıxsın başa.Əli şiəsi də ibarətdir elə bir yaranmışdan ki, onun gecə-gündüz fikri-zikri cənnətin qəbzini mollalardan yalvarıb istəməkdir.

2 мин
Od və su

İngiltərə hökuməti ilə Şuralar ittifaqının pozuluşması təbiidir: necə ki, od ilə suyun yola getməməyi təbiidir.İndi oxucularımız bunu bilmək istəyəcəklər ki, bu iki tərəfin hansını biz od adlandırırıq və hansını su?

2 мин
Yuxum gəlir

Gecələri yatmaq mümkün deyil, hava xeyli istiləşib, bu şoğərib taxtabitilər də bir yandan!..Bircə ümid yerim bəzi müdirlərin intizar otağıdır ki, yumşaq kreslo döşəyinin üstə oturursan ki, növbə gözləyəsən. Bircə burada canın rahat olur: çünki burada şoğərib taxtabiti olmur.

1 мин

Стихи других поэтов · Сатира