Puf, kuf, fuf… A kişi, bilmirəm bu hövlnak yuxular nədir ki, mən görürəm… (tuf, tuf, tuf, Sərdar Mənsurə…). A kişi yatmışdım, neyləmişdim, onda gördüm bir haf-huf anqırtısı gəlir, hərdəm deyir mmm məgə məgə məgər məra nəmişünasi? Yerimdən qalxıb can basdım anqırtı gələn səmtə. Yetişdim gördüm gülüm nanay, nay nanay, sərdar nanay day dalay… Qərəz, hə onda gördüm ki, cəhənnəmimizin qapısında bir nəfər sərdari-şərarətmədar, şəqavətasar, səlabət və şücaətdə misli-himar saxlayıblar. Hərdəm buna deyirlər: gir yuvana heyvan… Sərkarın qeyzi tutub elə bilir ki, bunlar Pəştin kələklərindəndir, birdən o sərdari-murdar, rəisi-tüccar, sərkərdeyi-küffar, kilabi-üqar kimi bir silkinib haffıldadı: “Pəsəra, məgər məra nəmişünasi?”. Dedilər: məgər sən kimsən? Dedi ki, mən…Mən küllikar Mirzə Fətulla xanam ki, əvvəl səglər səgi-Rəşt budəm və həmin mənsəbra bəd əz-salha şəbizindədari… və raşnə mali… və rəxtxabəndazi çinin bədəst avürdə budəm nə beasani… Bəs ki, dəndanhayəmra əz-zərb la-yəzrəb didəm (uj) zərbi-fişar dadəm bəçeşmhayəm sürxi amədə … Ta səglər səgi şüdəm salha dəst zənani-bisahibra-giriftə bəxaneyiin və an əz-əyan bürdəm (cəhəti-kəfalətha, nə xəyali-digər…) şüdəm əbili-tunban (yəni əmiri-tuman) dər həmin mənsəb həm qərnha çəndən ətfali-sadə dər dəsti-badəra bəxəlvətxanəhayi-ağlayan bürdəm (bər bəstha ki, xaricə nəbinəd, nə bekari-digər). Ta şüdəm salar əbkəm (salar əfxəm). Vəli in mənsəbra ki, hala darəm kafdari-məkfur (sərdarimənsur) əz bərəkəti-batini-abi-şur ki, mahiyan cürbəcür başəd əzdövləti dühəzari-hayi-şəmşirdar müsyö Lyazanov ta inra güft fəryad kərd “Lyazanov, Lyazanov”. Onda gördüm cəllad ərzəq çeşmi-diraz dəndan, bəli, bəli, Sərdar qayıtdı: Lyazanov, o şəxslər ki, füqəradırlar, öz yeməklərinə balıq tuturlar, məbada-məbada balığın birin onlara altı şahıdan artıq hesab edəsən ha! Gədə, bu axmaq uşağına hürriyyət verildi, birdən xudanəkərdə hürriyyətin annarlar, onda sənin hənavı mənim saqqalıma, mənimkin sənin rüşvətüvi yeyənin bığlarına yaxarlar. Ondan sonra qayıtdı ki, xub ağayi inkir-minkir bərdarid inhara məravil künid. Axır on rədərsuxtə şərüfil şərüfil-üləma himariz-zakirin həzaran dəfə vəqti-iftar bədəhəni-ruzə dər məhzər divist nəfər ağayani-Rəşt ki, ümumən dər həmin cayənd əgər bavər nədarid dərra kəşudə və pürsid beqül-hüvəllah bərənchayi-sədri püxtə hazir iftar qismha xurdəənd ki, sərdar şüma dər əla dərəceyi-illiyyin ba-hurüleyn xahid şüd. Didəm əz əndəruni-cəhənnəm sədaha miayəd ki, sərdar, sərdar befərma befərma, dər-incayəm, nə tənha beşümə həmə on qismhara xurdeyim: hə, maliklər dedilər ki, bu pulları bizə niyə verirsən? Əgər verirsən, sənə biz də mənsəb verək. Biz bularsız da veririk: Fironül-mülk ya Şəddadül-əyalə ya Dəyyusülməmalik… ya əgər verirsən ki, səni xilas edək, olmaz, gir oda, gir, gədə, gir, gir! Heyvan, gir, gir, gir”. Elə onu anqırtıynan atanda onun səsinə oyandım. Odur ki, Sırtıq ola-ola adım Dəli oldu.

Dəli

“Molla Nəsrəddin”, 13 yanvar 1907, №2

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dava xəbərləri

Qəzetələr yazırlar ki, Bolqariyanın istiqlaliyyətini ingilis hökuməti təsdiq eləmək istəmir. Rusiya hökuməti barəsində də bir belə söz danışırlar. O ki, qaldı Almaniya hökuməti, o da deyir ki, bu məsələni açmaq üçün gərək təzədən konfrans təşkil oluna. Amma buna da Məhəmmədəli şah razı deyil. Şah cavab veribdir ki, konfrans təşkil eləmək mühməl və örtülü məsələləri müzakirə eləməkdən ötrü lazımdır. Bir surətdə ki Bolğariya günün günorta çağı qanundan kənar bir iş görüb, lazımdır dinməz-söyləməz onun burnunu əzmək.Avstriyanın Bosniyanı qəsb etməyi barəsində də hökümətlər hərəsi bir cür rəftar eliyir. Almaniya nədən isə dinmir. İtaliya həmçin. İngilis və Fransa guya hələ narazıdırlar (bunu da Allah bilir). O ki qaldı Məhəmmədəli şah, bu da Venada öz səfirinə yazıb Avstriya hökumətinə yetirsin ki, əgər Bosniya camaatına mükəmməl qanuni-əsası verilsə, şahın heç bir sözü olmuyacaq, amma verilməsə dəxi Avstriya hökuməti axırda şahdan inciməsin.

2 мин
Bir para xəbərlər

Məktəblərimiz çoxaldıqca arvadlarımızda da maşallah, yavaşyavaş tərəqqi əlamətləri görsənir. Şuşada Gülüstan xala qonşularına xəbər verib ki, “Allah mənə yuxuda vergi verib və hər kəsin hər nə mətləbi olsa, ona çarə edərəm”.Tiflisdə Şeytanbazar məhəlləsində Kərbəlayı Dürnisə xala məhəllə əhlinə xəbər verib ki, “vəba azarına müalicə eliyirəm”. Və müsəlman arvadları dəstə bağlıyıb gedirlər onun yanına və özlərinə müalicə etdirirlər.

2 мин
Novruz

“Tərəqqi” qəzetinin 86-cı nömrəsini oxuyanlar əlbəttə Vladiqafqaz konsulunun məktubunu yadlarında saxlayıblar. Mən “əlbəttə” sözünü ondan ötrü deyirəm ki, belə məktublar bir neçə günün müddətində adamın yadından çıxmaz.Konsulun məktubunu biz dəxi burada çap eləməyi lazım görmürük.Ancaq qısaca bunu deyə bilərik ki, beş-altı il bundan irəli Vladiqafqaz vitse-konsulu Davudxan cənabları çox zəhmətlərdən sonra Vladiqafqazda iranlılar üçün “Novruz” adında qaydalı və Avropa üsuluna müvafiq bir mədrəsə açıb.

3 мин
Xoş amədi

“Hər dəm əzin bağ bəri mirəsəd”.“Tərəqqi”nin bir neçə nömrəsində osmanlı ədiblərindən izmirli Xacəzadə Məhəmməd Abdulla bəy əfəndi öz barəsində ərəbcə yazdığı mədhnamələri oxuduq.

3 мин

Стихи других поэтов · Сатира