Döndü ləb açub o mərdi-meydan,Bəhramə ki, ey şücai-dövran.Ey gürdi-xüsuməti-məarik,Sahib dili-məsləki-məhalik.İqbal çü oldu həmnişəstin,Xur qıldı özüni zirdəstin.Hər qovmə olursə, talein yar,Lazım düşə xəsmə zilli-idbar,Eyb olmuya vergilən cəvabım,Nisbət sana yetdigi əzabımKimsən durasan rəhi-cidalə,Yol bağlıyasan rüxi-vüsalə.Tənha mənü düşmən oldu vafir,Min bə’d dutub xilafi-zahir.Bu şivədə ol müinü yarəm,Vergil ələ şəm’i-iqtidarəm.Gər gözləməsən təriqi-yari,Vər damə buraxmasan şikari,Səndin dilü didə ola bizar,Naçar qılam küdurət izhar.Gər istəməsəm batəm vəbalə,Səbrə səni eylərəm həvalə,Gün doğdigidin yox ola şanın,Adın qala, güm ola nişanın.Çün görmədi anda çareyi-kar,Bərcisə çevirdi ruyi-inkar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов