Vahid evə gələ bilmədi, deyəsən onun əsil işi indi, layihəsi qəbul olandan və hökumət adamları onu təbrik edəndən sonra başlanırdı. Becərdiyi bağın tamaşasından həzz alan bağban kimi, şəhərin ən uca yerinə – Dağüstü parka getdi. Qaralmaqda olan axşam üfüqlərini, göylərə səpilən, get-gedə qızaran ulduzları, bir nəhəng kimi yatıb dincələn Xəzəri seyr etdi. "Yeni Bakı"nın quruluşu, həyatı, insanları qədər də təbiəti təzələnməlidir. Şəhərə yaşıl don geydirməli. Çoxqatlı binalar, universitet, kitabxana, muzeylər, saraylar, klublar, rəsədxana... Uca çinar, qələmə, qarağac, şam, həmişəcavan ağacları içində görünməz olmalıdır. Eyvanlardan üzüm salxımları sallanmalı; bağçalarda güllər dəstələnməlidir. Dənizdən gəmi ilə gələnlər dünyanın ən gözəl bir şəhərinə yanaşdıqlarını güman etməlidirlər. Bu mənim şəhərim! Məni böyüdən, mənim böyütdüyüm yerlər yenə də dilə gəlin, qoyun aləm bilsin!

Öz işinin ağası olan adamların sərbəst qələmi ilə Şərqin qapısında, yeni tarixində böyük bir kitab yazılmışdır. Murmanskdan Bəsrə körfəzinə, Lamanşdan Vladivostoka qədər uzanan yollarda gəzənlər - yer, su, hava səyyahları - ruslar, azərbaycanlılar, özbəklər, kazaklar, türkmənlər, fransızlar, italyanlar, yaponlar, çinlilər, hindlilər... qaralar, ağlar, oxumuşlar, avamlar, hərə öz dilində, hərə öz əqidəsində bu kitabı oxuyacaqlar. Bu kitabın dağlardan sahillərə qədər açılan parlaq vərəqləri kimi, məzmunu, mənası açıq və aydındır. Rahatlıq bilməyən buruqlarda, göylərə baş vuran zavodlarda, çoxqatlı mənzillərdə, məktəblərdə, müalicə evlərində, süzüb gedən maşınlarda, trolleybuslarda körpələr də, uşaqlar da, gənclər də, qocalar da, məşhurlar da, sayalar da, əmr verən komandanlar da, eşidən döyüşçülər də, milislər də, xörək bişirən qadınlar da xoş səslə deyəcəklər.

– Sədaqət, məhəbbət qalib gələn yerdə hər şey məğlub olar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Silah qardaşları

1Böyük otaqdan dəhlizə, dəhlizdən də dalana açılan qapılar örtülməmişdi. Üzü pəncərəyə, arxası qapıya dayanıb namaz qılan Səltənət yenicə başını qaldırmışdı ki, həyət qapısı açıldı. Mehribanın uşağı kim ilə, nə isə danışdı. Dalanda və sonra daş pilləkənlərdə ayaq səsləri eşidildi. Səltənət bu zaman əllərini göyə qaldırıb dua edirdi: kim bilir, bu saat hansı səngərlərdə dayanan, ya çətin yollarda at sürən, düşmənlə tutuşan, gülləni-gülləyə calayıb, qan-tər içində top atan oğlunu – Nəcəfi nəzərinə gətirir, özü hiss etmədən səsini ucaldırdı:

194520 мин
Mənim də haqqım var

Konduktor Kazımı kadr şöbəsinə çağırıb dedilər ki: "Sabahdan sən qatarda müfəttiş olacaqsan!" O, təəccüblə soruşdu:– Niyə?

19458 мин
Salam

Vağzal səkisinin enli, daş pilləkənlərindən enib uzaqlaşanda, köç yolunun başına çıxanda Salamın ürəyi döyündü. Buraya iri, yeyin və bərk addımlarla yeriyərək, ətrafındakı hər şeyə etinasız olan ucaboy gənc əsgər atəşi azalmış maşın kimi yavaşıdı və yerişini dəyişdi. O yalnız yerişini yox, duruşunu, baxışını, hərəkətini, fikir-xəyalını da dəyişdi.Atəşi... yox, atəşi azalmadı. İgidlər damarında yanan bu atəş istiqamətini dəyişdi. Alov Salamın qəlbinə axdı. Əsgər sinəsində yeni, isti bir hərarət duydu. Şiddətli və sərt boranlar qoparaq, ilıq yaz günəşinin hərarəti ilə köpürüb oyanan və çoxdan quruyub saxladığı bitkilərə: "Ç ıxın!" – deyən məhsuldar şum zəmiləri Salamın yadına düşdü. Ona elə gəldi ki, sinəsindən isti qalxır, ürəyindəkilər-buradan apardığı və sağ-salamat qaytarıb gətirdiyi bütün hisslər bahar suları kimi qaynamaq, aşıb-daşmaq istəyir.

19459 мин
Gözətçi

Yayın yandırıcı günlərindən biri idi. Günəş günorta yerindən xeyli enmiş, kölgələr düşmüşdüsə də, isti şiddətlə davam etməkdə idi. Şəhərdən Mərdəkana doğru yollanan minik maşınları gümüş kimi şümal asfalt üzərində süzüb gedirdi.Bu maşınlardakıların çoxu işdən çıxıb bağa, ailəsinin yanına gedən şəhər fəhlə və qulluqçuları idilər. Onlar, deyəsən, istidən qaçırdılar. Bağda, əncir ağaclarının kölgəsində oturub sərinləməyə tələsirdilər.

19456 мин

Стихи других поэтов