Deyirlər, nəvə şirin olur. Mən inanmazdım. İndi görürəm ki, bu sözdə bir həqiqət var. Nəvə ilə oturub-durmaq cavanlıq günlərini xatırladır. Güman edirsən ki, o, balanın balası yox, öz balandır. Günlər də pardaxlanan gəlinlik günlərindir. Canına həvəs, gözünə işıq, dizinə taqət gəlir.

Mənim iki nəvəm var, bir-birindən dəcəl.

Böyüyü Rasimdir. Gələn il məktəbə gedəcək, kiçiyi Leylanın dörd yaşı hələ tamam olmayıb.

Ataları Nərimanov prospektində üçgözlü mənzil alıb. Ancaq hər gün bizdədirlər. Yeməkləri də, içməkləri də. Bircə yatanda evlərinə gedirlər. Gün olmaz ki, uşaqların səs-küyü qapımızda eşidilməsin. Zəngin səsindən bilirəm ki, gələn nəvələrdir. Boyları çatmır. Zəngi vurmağı ya liftçidən xahiş eləyirlər, ya da əllərindəki oyuncaq, xətkeş, çubuq ilə vururlar. Zəng vurmaq üstündə də dalaşırlar, bir-birinə macal vermirlər. Qapı açıldımı, quşlar kimi qanadlanırlar. İncə, isti və yumşaq dodaqlarını büzüb nənələrini öpür, paltolarını soyunub içəriyə cummaq istəyirlər:

– Ədə, dayanın!

Nəvələr dik-dik üzümə baxırlar.

– Ayaqlarınızı silin. Döşəməni yenicə təmizləmişəm, korlamayın!

– Nənə canı, çəkmələrim təmizdir. Palçıq-zad yoxdur, qoy gedim! Rasim ayaqlarını qaldırıb göstərir, Leyla da onu yamsılayır. Oğlum mədəndə mühəndisdir, gəlinim məktəbdə müəllimə. Uşaqları bizim üstümüzə atıb gedirlər. Mənim də azarım var, vaxtında dədəsini böyüdərdim, indi də uşaqlarına baxmaqdan həzz alıram. Xörəyin ləzzətlisini onlara bişirirəm. Sənətim uşaqlara güllü yorğan sırımaq, isti corab, əlcək toxumaq, əllərindən tutub bağları, kinoları gəzdirməkdir. İşə başım qarışanda keyfim də yaxşı olur, bekar qaldım ki, dişim-başım ağrıyır, yorğan-döşəyə düşürəm. Dünən Leylanın bayramı, bu gün Rasimin ad günüdür. Hazırlıq görmək, uşaqların yoldaşlarını çağırmaq da mənim boynumadır. Ataları ancaq soruşur, nə lazımsa, kənardan tapıb gətirir:

– A na,- deyir, – uşaqlara əsirgəmə, yaxşı bir süfrə aç. Qoy tay-tuş içində sevinsinlər.

Mən Rasimi yoldaşlarına tanıdır, ad gününü deyib təbrik edirəm. Rasim də qayıdıb məndən soruşur:

– Nənə, sənin ad günün haçandır?

– Mənnən işin olmasın!

Yaxamdan əl çəkmir:

– Haçandır, de!

– Nənə, sənin ad günün haçandır?

Uşaqlar da Rasimə qoşulub birağızdan qarıldaşırlar:

– Nənə, haçandır ad günün?

– Böyüklərin ad günü birdən olur.

– Hökumət eləyir.

– Radio deyəcək, televizor danışacaq, görərik!

– Sən demirsən?

– Müəllim deyib. Biz bağçadan öyrənmişik!

– Yaxşı, haçandır mənim ad günüm?

Leyla qardaşına macal vermir:

– Nənə, biz öyrənmişik.

– Qızım, haçandır mənim ad günüm?

– Sizin ad gününüz birdən olub. Fəhlələr yığılıb bütün arvadlara ad günü qoyublar.

– Haçan olub bu iş?

– Lap çoxdan olub.

– Martın 8-də!

Deyəsən, bunları doğrudan öyrədən, dərs verən var.

– Hamı qadınların bir bayramı var, 8 Mart!

– Qızım, bunu kimdən eşitmisiniz?

– Biz bilirik!

– Hardan bilirsiniz?

– Çoxdan bilirik.

Güman edirdim ki, uşaqların zarafatıdır. Bir də görürəm, sabah birinin əlində ətir, birinin əlində yasəmən gülü bahar kimi əlvan-əlvan, qapıdan girdilər:

– Nənə, sənin ad günün mübarək olsun!

– Sən daha böyük nənə olasan!

– Nənə, sən futbola niyə getmirsən?

– Bəs çantan hanı?

– Böyüklərin məktəbi hayandadır?!

– Müəllim sənə beş verirmi?

Uşaqların sözü məni götürdü, axı, bunlar ictimaiyyətdən, həyatımızdan danışırlar. Bunlar bir nənədən, iki anadan yox, bütün qadınların azadlıq bayramından danışırlar. Mən istəyirəm danışam, izahat verəm, uşaqlar məni sakitləşdirirlər:

– Sənin bayramın mübarək olsun! Həmişə bizim böyük nənəmiz ol. Sənə konfet də alarıq, ətir də alarıq. Qırmızı rəngli şar da alarıq, futbola da, teatra da apararıq. Nənəcan, sağ ol!

Uşaqlar bunu deyib limonad rumkalarını çıqqıldadır, mənə baxırlar. Mən də neyləyim, onlara qoşuluram. Evdə bir həşir olur ki, gəl görəsən! Öz yaşımı unuduram, bilmirəm ağbirçək arvad, nəvə-nəticə yiyəsiyəm, yoxsa on səkkiz-iyirmi yaşında təzəcə gəlinəm, oynayıram, gülürəm:

– Sizi sağ olasınız, ay balalar!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Anket Anketov

Anketov hamamlar trestinə rəis təyin olunan gündən indiyə qədər kabinetinin qapısında həmişə adam olur. Bəzən uzun bir nöbvə düzülür. Birinin rəisə şikayəti var, biri maaşının artırılmasını xahiş edir, biri qulluğunu dəyişir, biri oxumağa gedir, biri iş paltarı davası edir, biri məzuniyyətə çıxır, kurorta getmək istəyir.İş böyük, işçi az, məsuliyyət ağır, Anketov da bu postda təzə!

193710 мин
Söyüd kölgəsi

Dünyada hərənin bir həvəsi, bir adəti olar. Bostançı Salman əminin də adəti belə idi: ürəyi yandığı adama əlindən gələni əsirgəməzdi.Bir gün bostamn qırağında, yol ağzında dayanıb nəyi isə düşünürdü. Günorta yerinə qalxmış günəş düz onun açıq başına döyür, tunc kimi qırmızı alnı işım-işım işıldayırdı. O, nədənsə birdən-birə əli ilə gözünü günəşdən qorudu, xəyalına nə gəldisə, dönüb yerə baxdı, bir şey itirmiş kimi, yolun o yan-bu yanma gedib-gəldi, çarıqlı ayağı ilə bərk torpağı eşələdi də.

19375 мин
İgid oğlan

1Zavodun meydan kimi böyük, bağ kimi hasarlı həyətinə minlərlə adam dolmuşdu. Mühüm bir işin müzakirəsinə yığılan şad, igid oğlanların, gözəl və sağlam qızların iti və gülər gözləri tribunaya dikilmişdi. Danışanlar, fatehlər kimi tribunaya qalxıb-enirdilər. Staxanovçu Leyla əllərini kürsüyə söykəyib, tez-tez danışır, başındakı qırmızı ləçəyin ucları yaz küləyindən qızılquş kimi qanad çalırdı. Leylanın nazik, gümüş kimi saf səsi qulaqlardan getməmiş Seymur dayının enli və qabarıq sinəsi tribunada heykəl kimi göründü. Onun dalınca bir komsomolçu söz aldı. Montyor İlyas şüar deməyə tələsirdi.

193811 мин
Vətən oğlu

1Mənim nə dərdim vardı? Yalnız ailəmin, ata-anamın razılığını almağı düşünürdüm.

193813 мин

Стихи других поэтов