İgid oğlan
Страница 1 из 2
1
Zavodun meydan kimi böyük, bağ kimi hasarlı həyətinə minlərlə adam dolmuşdu. Mühüm bir işin müzakirəsinə yığılan şad, igid oğlanların, gözəl və sağlam qızların iti və gülər gözləri tribunaya dikilmişdi. Danışanlar, fatehlər kimi tribunaya qalxıb-enirdilər. Staxanovçu Leyla əllərini kürsüyə söykəyib, tez-tez danışır, başındakı qırmızı ləçəyin ucları yaz küləyindən qızılquş kimi qanad çalırdı. Leylanın nazik, gümüş kimi saf səsi qulaqlardan getməmiş Seymur dayının enli və qabarıq sinəsi tribunada heykəl kimi göründü. Onun dalınca bir komsomolçu söz aldı. Montyor İlyas şüar deməyə tələsirdi.
Fəhlələr Baş Sovetə deputatlığa namizədlər göstərirdilər. Hamımn dilində, hamının qəlbində partiya və hökumət rəhbərlərinin adı gəzirdi.
Tribunada adi bir işçinin, mühəndis müavini Barxudarın da adını çəkirdilər. Onun xalqa, vətənə sədaqətindən, məslək eşqindən, təmizli yindən, işə can yandırmasından danışırdılar.
Barxudar özü iclasda yox idi. Vacib iş üçün Tbilisiyə göndərilmişdi. Qayıdan gün öz adını ümumi iclasın qətnaməsində oxuyanda sevincindən, heyrətindən və ya iftixarındanmı, nədənsə, rəngi qızardı.
İki min nəfərlik böyük, nüfuzlu və məsul bir iclas onu Baş Sovetə deputatlığa layiq bilir, onu hökumət işlərinə qadir bilir, ona bel bağlayır.
Barxudar bu xoşbəxtliyin dərəcəsini, mənasını düşünəndə üzünə gələn şərəfli, məsuliyyətli günləri yaşayır kimi oldu. Sanki minlərlə seçicilər onun əlini sıxır, onu təbrik edir, ona iş tapşırıb, arxayın olur.
2
Günəşli və sərin bir səhərdi. Aləm bayram içində idi. Böyük binaların belindən qırmızı kəmər çəkilmişdi. Lalə bayraqlar əsirdi. "M-1" maşınları çay üstündə uçan qaranquş kimi asfaltlı küçələrlə süzüb gedirdi. Hər tində, hər meydanda radiolar oxuyurdu. Camaat hər yandan axışıb gəlir, dəstə-dəstə seçki məntəqələrinə dolurdu. Barxudar da səs verməyə gedirdi. Barxudarın şadlığı özgələrinkindən ayrılırdı.
Hamı həvəslə gəlib inandığı, bel bağladığı namizədə - kommunistlərlə partiyada olmayanlar blokunun irəli sürdüyü namizədə səs verdi. Seçkidəki işini, vətəndaşlıq vəzifəsini ödədiyi üçün ürəyində rahatlıq hiss edirdi. Barxudar isə rahat ola bilmirdi, çünki o, yalnız səs verməklə vəzifəsini bitirmirdi. Bu gün, həmin bu saat başqa bir məntəqədə onun üçün tamamilə yeni və müqəddəs bir iş tapşırırlar. Bu vaxt onun həyatında ən mühüm və unudulmaz saatlardır, çünki onun adı neçə məntəqədə minlərlə seçicilərin - qanacaqlı, mədəni, azad sovet vətəndaşlarının müzakirəsinə qoyulmuşdu. Seçicilər bu gün seçki qutusunun yanına gəlib, Barxudar haqqında öz fikirlərini deyəcəklər. Onların rəyi Barxudar haqqında, xalqın hökmü olacaqdır. Dünyada xalqın hökmündən də doğru və qüvvətli hökm yoxdur.
Barxudar namizəd göstərildiyi okruqda seçki prosesini bütün canlılığı ilə təsəvvür edirdi. Əlində paket, iri və qəti addımlarla qutuya yaxınlaşanların ayaq səslərini eşidirdi, qutunun başında əyləşən komissiya üzvlərinin gülər üzünü görürdü.
Barxudarı daha çox düşündürən deputat olmağın, bu şərəfli adı daşımağın məsuliyyəti idi. O, yaxşı bilirdi ki, deputat xalqın elçisidir: seçicilər ondan adma layiq iş tələb etməyə, hünər gözləməyə haqlıdırlar va bunu edəcəklər də. Oğul odur, böyük xalqın etibarını, etimadını doğrultsun. Oğul odur, seçicilərin yanında həmişə üzüağ olsun, onları peşman eləməsin.
Bütün bu düşüncələr Barxudarı bir imtahan kürsüsü qabağında duran məktəbli kimi silkələyirdi, onun o gənc, sağlam və işsevən canındakı, əqlindəki bütün qabiliyyət və bacarıqları çağırırdı.
Seçkilər bitdi. Barxudar səsə qoyulduğu okruqda birsəslə Baş Sovetə deputat seçildi. O, deputatlıq vəsiqəsini alanda, on min nəfərə yaxın bir camaatın ona arxayın olub, iş tapşırdığını görəndə arxasının dağlara söykəndiyini hiss etdi, vücudunda sarsılmaz bir möhkəmlik sezdi, gözlərində ildırımlar oynadı.
2
Barxudar seçildiyi okruqda seçicilərlə görüşə gedəndə Qumaş adlı bir komsomolçu qızla tanış olmuşdu. O, qızın zirəkliyini, iti hərəkətini və aydın danışığını xoşlamışdı. Qəzetlərin birində Qumaşın imzasını görəndə marağı artdı. Ürəyində dedi: "Sən demə, Qumaşın nitqi kimi, iti qələmi də var imiş". Qumaş qısa, mənalı, bir məqalə yazmışdı. Rayonun Kürqırağı kəndlərində daşqınla mübarizənin zəifliyini, bu işdə xalq düşmənlərinin vurduğu ziyanları göstərmişdi. Bir sıra əlaqədar təşkilat işçilərinin adını çəkmişdi və demişdi: "Daşqının qabağını dağ kimi qaytarmalıyıq..."
İstirahət günü axşam Barxudar boş vaxtından faydalanıb rayona, öz seçicilərinin yanına getdi. Qumaş sanki çoxdan Barxudarı gözləyirmiş, maşına işarə edib: "Əyləşin gedək", - dedi. Onlar bir saat sonra Kürün qırağında, daşqın ağzında olan tarlalara, bağçaya çatdılar. Barxudar ayrı aləm gördü. Düzənliyin çökək yerlərini su tutmuşdu. Camaat çırmanıb, şıdırğı çalışırdı. Dirək basdıran, torpaq gətirən, təpənin başını qazıb, aşağılara tökən, bənd basdıran, at üstündə qışqıran, yaxın kənd evlərini at, araba ilə köçürən kim...
Kənd Soveti sədri qarnına qədər islanmış atını Barxudarın yanına sürdü .
Barxudar heç daşqın görməmişdi, ona görə də hər şeyə və hər kəsə heyrətlə baxırdı.
Sədr və Qumaş Kürün daşan yerini, alçaq sahilinin uzunluğunu Barxudara göstərirdilər. Barxudar fikirləşirdi.
"Birdəfəlik qüvvələri səfərbərliyə alasan, bax bu alçaq sahilləri daşla, sementlə doldurasan, sovet mühəndislərindən 4-5 nəfərini çağırıb, burada qala kimi uca bir bənd çəkəsən, Kürün qol-qanadını elə qırasan ki, şalban kimi, öz yolu ilə üzüb gedə..."
Bu əhvalatdan on-on beş gün keçmişdi. Suyun qabağı da birtəhər alınmışdı, amma çökəklərdə yığılıb qalan gölməçələr qurumamışdı. Durğun suyun qırağında toz kimi ditdili uçuşurdu. Sanitar məntəqəsinin adamları bunu eşidib gəlmişdilər.
Bir də gördülər, "QAZ" maşınlarının ağzı açıldı. Sement, daş, torpaq, ağac daşıyan tonyarımlıq maşınlar sakit kəndə böyük bir gurultu saldı. Sovet sədri pəncərədən boylanıb, dolu maşınları görəndə ixtiyarsız olaraq, Barxudarı xatırladı. Papağını da götürməyə macal tapmadı, onlara tərəf yüyürdü. Yaxma gedəndə apaşa geyinmiş bir qarayanız oğlan irəli yeridi və əl verdi:
– Məni tanımırsan, deyəsən, yoldaş Qələndər! Mən Məsmənin oğluyam.
Tənbəki doldurmaq istədiyi qəlyan sədrin əlindən yerə düşdü, apaşalı oğlan tez qəlyanı götürüb, ona verdi. O isə donmuşdu. Apaşalı oğlan dedi:
– Məsmənin oğlunu, Güloğlanı tanımırsanmı? Məni məktəbə qoyan özün deyildinmi?
Qələndər kişi Güloğlanı tanıdı və bağrına basdı.
– Maşallah, nə böyük oğlan olubsan, a kişi! Mən yazıq necə tanıyım, a bacıoğlu, səndən heç kəndli iyi gəlmir. Yepyekə bir injenerə oxşayırsan, dayın necə tanısın?
Güloğlan cibindən bir kağız çıxartdı və gülümsünərək dedi:
– Yaxşı dedin, elə injenerəm, elə onun üçün gəlmişəm. Barxudar yazıb, zəhmət çək, oxu...
Barxudar Bakıya qayıdandan sonra möhkəm və həmişəlik bir bənd bağlamaq, daşqın qorxusunu yox eləmək üçün mərkəzin əlaqədar təşkilatlan ilə danışdığını, təşəbbüsünün alqışlandığını və bunun üçün kifayət qədər pul buraxıldığını yazırdı. Göstərirdi ki: "Həmin kağızı sizə verən oğlan gənc staxanovçu mühəndislərdəndir, tikintinin rəisi olur. Ona kömək edin. Mərkəzdən, şəxsən mənim bacardığımdan asılı nə lazımsa, düzəldəcəyəm. Sizin də işiniz o olsun ki, bu mühüm təşəbbüsü bütün kolxozçulara başa salın, camaatda olan həvəsi, qüvvəni təşkil edin. Tezliklə görüşərik..."
Qələndər məsələdən tamam halı olandan sonra bilmədi, şadlığından nə etsin. Güloğlanın əlindən tutub, dönə-dönə, bərk-bərk sıxdı:
– Ay sən bizə çox-çox xoş gəlmisən. Başla-canla sənə kömək etməyə hazırıq! Onu da bil ki, bunu, bu dəm-dəsgahı... - Qələndər bir az duruxdu. Dik-dik Güloğlanın üzünə baxdı: - Bunu, bu dəm-dəsgahı ki başlayırıq ha, mən yatsam, yuxumda da görə bilməzdim. Var olsun, sağ olsun o Barxudarı, var olsun kəndlinin qeydinə qalan atamız Sovet hökuməti!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-igid-oglan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Ə, səviyyəni hardan alırlar, necə alırlar? Səviyyə lazımdır.– Nə lazımdır?
Yas məsələsiAilə möhkəm olmalıdır. Cəmiyyətin ilk isti, səmimi ocağı, mən deyərdim, müqəddəs ocağı ailədir. Ailəsini sevməyən heç kəsi sevə bilməz. Ailəsində xoşbəxt olmayan heç yerdə xoşbəxt ola bilməz!Buna görə də mən həmişə ailə həyatına diqqətli, ehtiyatlı, həssas olmuşam. Duyduğum ixtilafları dərhal yerindəcə söndürmüşəm. Atalar demiş, alov üstünə nöyüt yox, su səpmişəm.
Tut kampaniyasıMən çox gəzən adamam. Keyf-ləzzət üçün yox, işim, vəzifəmlə əlaqədar çox yerdə, ölkəmizin böyük şəhərlərində tez-tez oluram. Bu dəfə Leninqrad şəhərinə getmişdim.Səhhətimdən şikayətlənəndə yoldaşım məni qocaman bir həkimin yanma apardı. Kabinetində, ağ xələtdə əyləşib yazı-pozu ilə, cürbəcür dərman nüsxələrilə məşğul olan qoca, ağsaç həkim bizi çoxdankı tanışı, yaxın adamı kimi hörmətlə qəbul elədi, kürsü çəkib yer göstərdi, gəlişimizin məqsədini biləndə müayinəyə başladı.
PeşmançılıqIKolxoz sədri Səfər, şəhərdən yenicə gəlmişdi. Alı kişinin evində qalırdı. Səhər hamıdan tez qalxıb yuyunar, idman edər, qaloşu ayağına alıb həyətdə gəzinər, hava alardı. Onun təbiətə xüsusi bir eşqi var idi. Günün çıxmasını və batmasını seyr etməyi sevərdi. Səhər açılanda su daşının üstünə çıxar, oyanan kəndin qarışıq həyat səslərini dinlərdi. Dağların arxasından boylanan mis məcməyi kimi qızaran günəşə baxar, baxdıqca ürəyi açılardı.